Mənim 10 aylıq oğlum laylaydan başqa, bu gözəl musiqi əsərləri (Arazbarı, Koroğlu, Qarabağ inciləri və.s) ilə yatır. Mənə elə gəlirki uşaqlarımızın düzgün zövqünü formalaşdırmaq üçün onlara körpəlikdən bunları dinlətməli və sevdirməliyik. Bu musiqilərimiz gələcəyimizin mədəni, tərbiyəli, milli ruhda formalaşmaları üçün çox vacibdir.
@halleluiah29454 жыл бұрын
Tamamilə razıyam sizinlə!!! 😍😍Mən də elə etmişəm vaxtı ilə😋👍👍👍
@محمدساجد-ع6ب3 жыл бұрын
Can I ask you to give me a links for the pieces you are talking about
Bu əsər də hər şey var, keçmiş gələcək, hərb və sulh ağ və qara, sevgi və nifrət. Bu əsər tariximiz, mədəniyyətimizdir. Möhtəşəm
@OrxanAtaxanov7 ай бұрын
Cox gozel qeyd elemisiz
@lord-df8um5 жыл бұрын
Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fikrət Əmirovdur (1922-1984). O, milli və professional musiqimizin böyük dayağıdır desək, yanılmarıq. Çünki Fikrət Əmirov yaradıcılığı milli köklər zəminində inkişaf edib. Gəlin, əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Fikrət Əmirovun milli musiqini mənimsəməsində onun böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu. Musiqimizin beşiyi sayılan Şuşada doğulan, dövrünün məşhur tarzəni kimi tanınan Məşədi Cəmil İstanbulda professional musiqi sənətinə yiyələnmiş, bir sıra musiqi alətlərində ifa etməyi öyrənmişdi. İstanbuldan qayıtdıqdan sonra Gəncədə yaşamağa başlayıb. 1912-ci ildə «Heyratı» muğamını nota yazaraq «Şəhbalı» jurnalında çap etdirən ustad həmçinin Riqa şəhərindəki «Qrammofon» şirkətində bir sıra muğam və xalq mahnılarını vala yazdırmışdı. Bəstəkarlığa da meyl göstərən sənətkar 1915-ci ildə «Seyfəl-Mülk» adlı opera yazaraq tamaşaya hazırlamışdı. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbinin (hazırda F.Əmirov adına 1 saylı musiqi məktəbi) yaradıcısı da Məşədi Cəmil olub. O, məktəbə direktor təyin ediləndən sonra Üzeyir Hacıbəylinin iştirakı ilə tədris ocağının təntənəli açılışı olub. Üzeyir bəy musiqi məktəbinin tədris planlarının hazırlanması, məktəbə Moskvadan, Kiyevdən, Sankt-Peterburq ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmil Əmirova yaxından köməklik göstərib. Böyük sənət eşqi ilə direktor kimi işə başlayan sənətkar bəstəkarlıq fəaliyyətini də davam etdirib. 1923-cü ildə bəstəkarın «Namuslu qız» operettası Gəncədə tamaşaya qoyulub. İlk tamaşada Ü.Hacıbəyli şəxsən iştirak edib. Məşədi Cəmil 1928-ci ildə dünyasını dəyişib. Belə bir mühitdə böyüyən Fikrət Əmirov öz yaradıcılığında atasının sənət ideyalarını davam etdirib. Eyni zamanda, o, böyük sənət yoluna atasının yaxın dostu, dahi Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyub. Üzeyir bəy Gəncədə musiqi həyatının inkişafına mühüm töhfələr verib. 1939-cu il aprel ayının 15-də (Gəncə Dövlət Arxiv sənədi 241 saylı fond) Gəncədə Dövlət Filarmoniyasının açılışı məhz Üzeyir bəyin xidməti idi. Yeri gəlmişkən, Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncədə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. Ondan başqa Zərif Qayıbov, Məmməd Bağırov, Həsən Həsənli, Firudin Əliyev və digərlərinin də adını çəkə bilərik. Bu istedadların hər birini Üzeyir bəy sənət yoluna istiqamətləndirmiş və onlara uğurlar arzulamışdı. Onların içərisində Fikrət Əmirovun yeri vardı. Bakıya gələrək Dövlət Konservatoriyasına daxil olan Fikrət Əmirov böyük bəstəkar və pedaqoqun qayğısını hər zaman üzərində hiss edib. Bu barədə Fikrət Əmirovun «Musiqi düşüncələri» kitabında maraqlı bir xatirəsi də var. O yazır: «1938-ci ildə Bülbül anam Dürdanə xanımı Bakıda görüb tapşırmışdı ki, Fikrəti göndər, gəlsin Konservatoriyada oxusun. Bülbülün dediyi kimi də oldu. Mən Bakıya gəldim. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir bəyin kabinetinə apardı və dedi: «Üzeyir bəy Məşədi Cəmilin oğludur. Bəstəkar olmaq istəyir. Üzeyir bəy elə o andaca məni çox istiqanlıqla, böyük məhəbbətlə və əsil ata qayğısı ilə qarşılayıb, əsərlərimi dinlədi. İlk yazdıqlarıma müsbət rəy bildirərək “hə, sən əsl bəstəkar olacaqsan” dedi. O gündən də məndən öz diqqət və qayğısını əsirgəmədi». Beləliklə, Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. Burada B.Zeydmondan bəstəkarlıq, Ü.Hacıbəylidən isə Azərbaycan xalq musiqisinin əsasları fənni üzrə dərs alır. 1948-ci ildə bu təhsil ocağını bitirərək geniş yaradıcılıq yoluna qədəm qoyur. Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı «Şur» simfonik muğamıdır. Sonralar o, bu janrda «Kürd-ovşarı» və «Gülüstan-Bayatı-Şiraz» simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məhşur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi «Rast», S.Ələsgərov «Bayatı-Şiraz», V.Adıgözəlov «Segah», T.Bakıxanov «Humayun»,«Nəva» və s.simfonik muğamlar yazıblar. Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlərdən bir neçəsinin adını çəkək. «Sevil» operası, «Ürəkçalanlar», «Gözün aydın» musiqili komediyaları, «Nəsimi» dastanı, «Min bir gecə», «Nizami» baletləri, «Azərbaycan süitası», «Simfonik rəqslər», «Azərbaycan qravürləri», fortepiano üçün «12 miniatür» uşaq pyesləri, skripka ilə fortepiano üçün «Muğam poema», «Sonata» müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir. Fikrət Əmirov yalnız bəstəkarlığı ilə deyil, yüksək humanizmi və geniş ictimai fəaliyyəti ilə mədəniyyət tariximizdə dərin iz qoyub. Belə ki, o, Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Bəstəkarın yaradıcılığında onun pedaqoji fəaliyyəti də geniş yer tutur. Fikrət Əmirovun tələbələri içərisində əməkdar müəllim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru, professor, sevimli bəstəkarımız Oqtay Rəcəbovun adını xüsusi qeyd edə bilərik. Elə bu yerdə Oqtay müəllimdən kiçik bir xatırlama: «Fikrət Əmirov dahi Üzeyir bəyin layiqli davamçısıdır. Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz yeri var. Demək olar ki, özündən sonra gələn bütün bəstəkarlara o, bir örnəkdir. Mən bəstəkar olmağımda daim Fikrət müəllimə minnətdaram. Çünki o, məni qəlbən, ruhən, cismən, bir sözlə bütün varlığımla musiqiyə bağladı və özü də mənə bu sənətin sirlərini öyrətdi. Onunla bağlı o qədər xatirələrim var ki, onlar mənim üçün unudulmaz və əbədidir. Elə Fikrət Əmirovun özü kimi».
@elnur3345 жыл бұрын
Tural Tagili dəyərli məlumata görə çoxsagolun!
@ferhadsemedov66115 жыл бұрын
Melumat verdiyinize gore cox sagolun
@miwkamiwkali69714 жыл бұрын
Cox saq olun. Məşədi Cəmil haqda eşitmədiyim məlumatları öyrəndim .təşəkkür edirəm sizə
@piperpavyonda89023 жыл бұрын
Əla
@serdarabbasov73442 жыл бұрын
məlumata görə cok sağ ol
@ridvansadirxanov15034 жыл бұрын
Гений Азербайджанской и Мировой Музыки !!! Каждое Его Произведение Уносит нас в Другие Миры !!!Такие Люди Должны Жить Вечно !!!
@mrs.najafli49976 ай бұрын
That's right
@renanovruzova4225 жыл бұрын
26yaşında bir dahi Şexsiyyetin-Fikret Emirovun yaratdıgı şedevr!ALLAH rehmet etsin!
@ilqarqarayev88774 жыл бұрын
Dəhşət
@naramamed44048 жыл бұрын
Fikret Emirova qulaq asmaq ozunu yeniden tapmaq demakdir.Allah rehmet elasin!
@mirxanimhesenova8077 жыл бұрын
Nara Mamed sizinle 100%raziyam. Ne yaxşi ki, Fikret Emirov, qara qarayev kimi bestekarlarimiz olub.
@TP-jy1th5 ай бұрын
Bəli bu əsərdə.kürdlərin qenetik kodu yazılıb !
@nazrinayyubova645211 ай бұрын
Bu eseri bütün dünya, her bir kes dinlemeli, tanimalidir. „Must hear before you die“
@johnkennedy91486 жыл бұрын
A beautiful performance. So precise and brilliant.
@nuraddinsalamov39494 ай бұрын
İnsanın ruhu dincəlir dinlədikcə Allah dahi təkrarolunmaz bəstəkarımız rəhmət eləsin.Azərbaycan durduqca bu əsərlər yaşayacaq.
@ulkerabaszade4 жыл бұрын
Azərbaycanın bəstəkarlarından, yaratdığıları əsərlərdən , heç bir ölkədə yoxdur ... Çünki bu əsərləri bəstələməyə gözəl ürək lazımdır ♥️
@leonardgibney29975 жыл бұрын
This music makes my hair stand on end! Incredible!
@alpaybayatlu5415 жыл бұрын
But name is written wrong real name is qurd(wolf)Avshari.Wolf is totem of the turkic peoples and Afshars are one of the 30 oghuz tribes(oghuz are western gruop of turkic peoples like Turkmens in Turkmenistan,West Afganistani Afshar turks,Iran turks(65% of population in Iran are turkic),Azerbaijan,North Iraq and Syria and Turkey.
@anonymuser3024 жыл бұрын
@@alpaybayatlu541 The name of this composition is "Kürd-Ovşarı". Do not lie. The composer put this music's name as he wanted. If he wanted to, he would have named this composition "Kurt-Avşarı" or smthelse. Just listen and click the like button. Don't fool people. People who immediately think of Kurdistan just because of the name of this composition are also #idiots.
@zohrabsuleyman51017 жыл бұрын
ilahi nece gozel bir adam yaratmisanki bu cur ecaskar eser yaratsin.. zovqumuz sukur ki korlanmayib hele ki. ruhum tezelenir her hefteni bu mahniyla acanda. ruhun sad olsun dahi!
@iradaurshanova979910 ай бұрын
Azerbaycan orkestri basda esil senetkar dirijorumuz Rauf Abdullayev mohteshem💐💐💐💐FIKRET EMIROV OZ MOHURUNU VURMUSDUR🙏🙏🙏🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@gulbacikerimova1992 жыл бұрын
Gözəl əsər!!!!! İnsanın ruhu dincəlir!! Gözünü yum və dinlə!!! Həmişə yaşa Böyük Azərbaycan musiqisi!!!!
@rafiqhuseynov50363 жыл бұрын
Слушая курд овшары обновляется душа!!!
@Cooksanna3 жыл бұрын
Мурашки по коже, до чего же прекрасна наша музыка!!!
@sambearing76872 жыл бұрын
Отдохнул душой. Спасибо, каналу. Набрался сил для бытия в этом сумасшедшем мире...
@akelaakela9741 Жыл бұрын
Pozdravlyayu
@hasilovich7 жыл бұрын
Şərq musiqisi və Azərbaycan mədəniyyətinin əfsanəvi qarışımı və ortaya çıxan mükəmməl , zərif bir əsər
@vfakrimova3092Ай бұрын
Möhtəşəm ❤
@ALV--sp6un2 жыл бұрын
Музыка гениального Фикрета Амирова лечит от многих невзгод, особенно душу.
@thepianist78117 жыл бұрын
Qulag asib da ici titremeyen insan varsa onun musigi zovqunden wubhe ederem👍
@ilhameallahverdiyeva42855 жыл бұрын
Allaha həmd olsun vətənimə belə gözəl insanlar bəxş edib.Allah rəhmət etsin.
@pouriyanr3 жыл бұрын
I'm iranian and i always been in love with this piece of fantastic music.
@adsoyad89719 ай бұрын
Sizin üçün belə musiqilər əl çatmazdır. Sizinki mərsiyə oxuyub ağlaşmaqdır. 😂😂😂
@mohkazmoh Жыл бұрын
A great composer and a beautiful and emotional music. I liked it since 40 years ago. Bravo.
@vagifsiyabov33625 жыл бұрын
Yaşa ey ustad.Allah səni qəni qəni rəhmət etsin Fikrət bəy!
@turalabdurahmanov88207 жыл бұрын
Fikrət ƏEmirovun bütün əsərləri gözəldir.Azərbaycan xalqı öz mədəniyyətiylə həmişə öyünməyə layiqdir.
@masiro595 Жыл бұрын
Kûrd mû? Ozû?
@sadaqatsalayeva27633 жыл бұрын
Möhtəşəm əsərdir. Allah Fikrət Əmirova rəhmət eləsin.
@TP-jy1th8 ай бұрын
Гений! Тут не хер сказать! Великий Азербайджан!! Я горжусь своими соотечественнами как Фикрет Емиров !
@nicatumbayev57995 жыл бұрын
Fikrət Əmirov mənimçin tamam başqa bir Aləmdir..Onun musiqilərində tamam başqa bir ruh var.Sadə notlarda böyük işlər görə bilən Dahi!
@eminefendiyev34904 жыл бұрын
Mugam üsta yazilib...💘
@qasimehmedli75402 жыл бұрын
Azərbaycan adlı bir xalqı tarixi, mədəni baxımdan tanıtmağa yetər bu əsər.Her şey var burda bir xalqın çöküşü, qalxışı və çiçəklənməsi .Dahi şexsiyyetin ölümsüz əsəri .
@cahidhuseynov33036 жыл бұрын
Necə gözəl necə həzin.... Sadəcə dinlə və sus əsəblərin sakitləşsin😍
@jeffhoward59102 жыл бұрын
We are playing this in Haifa, Israel this week. Looking forward to it!
@fuzuligasimov8052 Жыл бұрын
I hope your orchestra played well.
@jeffhoward5910 Жыл бұрын
@@fuzuligasimov8052 It went well. It was a nice concert.
@nuranaghazada1497 Жыл бұрын
@@jeffhoward5910 may I ask who was the conductor?
@kamran259 Жыл бұрын
❤❤❤❤
@jeffhoward5910 Жыл бұрын
@@nuranaghazada1497 It was Yalchin Adigozalov. He was excellent.
@aygunbayramova48363 жыл бұрын
Azerbaijan's musicians have always created the masterpieces like that . I can't find any words to describe the beauty of this masterpiece. Listening to this again and again . amazing .
@faridabakhshiyeva36352 жыл бұрын
Azerbaycan mədəniyyətinin pik dövrünün əsərləri.Dunya musiqisinin inciləri!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@azizasvlog1378Ай бұрын
Çox çoxxx möhtəşəm əsərdir❤!!
@YakuZZaDubbBandBaku4 жыл бұрын
Bu musiqi o qədər dəyərli ki, qulaq asmaq üçün gözəl uşaqlıq keçirib itirmək lazımdır... 🌹
@elmddindadasov267110 жыл бұрын
BÖYÜK DÜHADI FİKRƏT ƏMİROV.O,AZƏRBAYCAN MUSİQİSİNİN XANIDIR. VAR OLSUN MİLLİ MUSİQİ XƏZİNƏMİZ.
@firdovsiquliyev36462 ай бұрын
10 il kecdi indi necesen
@nuraddinsalamov39493 жыл бұрын
Həm dahi bəstəkar və həmdə cox ğözəl insan.1001 ğeçə baletinin musiqisini plastinkaya yazılışi Moskvanın böyük teatrının simfonik orkestrı ilə moskvada lentə alınmısdi onda bizdə Rəşid Axundov müəllimim Əlikram Hüseyno və birdə məni bəstəkarımız Fikrət əmirov tar partiyalarıninn ifası ücün moskvaya aparmışdı .Belə aliçənab inşnın nə qədər səmimiliyinin şahidi oduq.Allah qənu qəni rəhmər eəsin.Musiqicilərə cox hörmət edərdi.Onun bir söxü yadımdan cıxmır.Bəstəkar musiqicisiz sıfırdır.Rus dilində deyərdi kompoziter bez muzukanta nol.
@mehemmedhidayetov26487 жыл бұрын
Azerbaycanimizin her bi guşesi gozeldi .
@mzahirvliyev96667 жыл бұрын
Dünya bəstəkarlarının dahisi təkrarslz!!
@rozanuriyeva25094 жыл бұрын
Браво..Очень люблю слушать.все эмоции человеческие в этой музыке.БЕССМЕРНАЯ МУЗЫКА..
@natiqnazarov5 жыл бұрын
Bu əsəri bəyənməyən 20 nəfər yəqinki ermənidi
@turalabdurahmanov88207 жыл бұрын
Çox gözəl.Allah ruhunu şad etsin dahi bəstəkarımızın.
@azewel4136 жыл бұрын
Adamın gözlerini yasadır bilmirem. Cox gözel musiqi.vetenperver musiqi
@AS-hd1tp7 жыл бұрын
Alqışlara dəyər əlbəttə çox dəyərli bir əsərdir Fikrət Əmirovun səklinə baxın elə bil yuxarıdan orkestri izləyir
@alexbayramov4594 жыл бұрын
Гордость нации
@nurayamirova43909 жыл бұрын
1 sozle mohtesem .milli musiqimiz evezolunmazdi
@ВелиханМамед-Велиев3 жыл бұрын
Bənzəri olmayan, gözəl, misilsiz musiqi əsərləri yaratmış dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan musiqi mədəniyyətində yeri əbədidir! Allah rəhmət eləsin, ruhu şad olsun!
@aydannagiyeva97776 жыл бұрын
Fikret Emirov❤👍👍
@ilhammmmdov99442 жыл бұрын
Belə bir musiqinin həqiqət olduğuna inanmaq çətin gəlir Kaş ki indidə elə bəstəkarlarımız olsa
@elsadabdullayev18892 жыл бұрын
20 fevral- dahi bəstəkarımızın anım günündə dinlədim əsərini.Ruhu şad olsun!
@SalamSalam-cc9jo8 жыл бұрын
vauuu necə bu əsərlər dünyaya tanidilmir? Şedevrdi bunlar
@ugurluugurluev87317 жыл бұрын
Salam Salam tanida bilsen ele bil ikinci FIKRETSEN
@seadetmustafayeva31767 жыл бұрын
Salam Salam eser yeterince dunyada meshurdur.
@babekmiriyev38147 жыл бұрын
Salam Salam əsər kifayət qədər təbliğ olunub və olunur. Təəssüf bizlər qədrin bilmirik. Bəstəkarın sağlığında da indi də dünyanın ən möhtəşəm salonlarında əsər səsləndirilib. Hətta əcnəbilər tərəfindən də
@halleluiah29454 жыл бұрын
Sizin yəgin xəbəriniz yoxdur, amma Fikrət Əmirov dünya şöhrətli bəstəkardır. Xaricdə ən çox tanınan F.Əmirov və Gara Garayevdir.😎
@SalamSalam-yr5by4 жыл бұрын
Ona göre axir 7 ilde 77 min izlenib? İlə 11 min düşür. Dünyada adam başına. Her 10 min neferde 1 nefer yəni
@eminefendiyev34904 жыл бұрын
Bu asar Azerbaycandir!!!!!💔
@nergizseyidova35075 жыл бұрын
Goresen hansi zovqsuz,hansi musiqi duyumu olmayan axmaqlar dislike edib bu eseri.Yeqin ermenidir bu 21 eded dislike edenler.Allah rehmet elesin F.Emirov ve onun kimi gozel eserler miras qoyub dunyasini deyisen senetkarlarimiza.Amin!
@ramizzeynalov42343 жыл бұрын
Çox gözəl musiqi .Allah sənə rəhmət eləsin böyük bəstəkar!
@nybarazis2436 жыл бұрын
İlk ifa olunan eser adama dogurdan qəribə hisslər yaşadır Əhsən
@sohretmirzeyev2434 жыл бұрын
Möhtəşəm! Sadəcə möhtəşəm demək olar
@vagifsiyabov33625 жыл бұрын
Türkiyə vətəndir.Çox sağ olun ki,yazınızda Qurd Avşarına bir aydınlıq gətirdiniz.Minnətdaram.Türk oğlu Fikrət bəy hara,kürd hara?Məhz alçaq sovet siyasəti bizi özümüzdən bax belə uzaqlaşdırmaq istəmişdir,mənfur heydərizm siyasətinin oğru əməlləri ilə.Sağ ol El oğlu.Ruhun şad olsun Fikrət bəy.
@is.valizadah51515 жыл бұрын
Əsərin adı Kürd ovşarıdır-muğamın adından gəlir.Muğamın adı isə Kürd ovşarıdır qurd yox.Muğamlarda bir neçə yerdə də kürd sözü keçir- Kürdü-Şahnaz, Bayatı- Kürd. Ümumiyyətlə bir neçə muğamın adı etnoslarla bağlıdır.Məsələn Bayatı- Türk, Şikəsteyi-fars, Bayatı- Qacar və s. Kürd ovşarı muğamını yazmaq üçün isə kürd olmağa gərək yoxdur.Fikrətin Ərəb mövzularında konserti də var, onda belə çıxır ki Fikrət ərəbdir?!
@kamranhuseynli84433 жыл бұрын
Bu qederde uydurma olar, Dahiler yaratsin sizinkimilerde lekeleye lekeleye gedin. Populist Turkun achigkamasina baxmagdansa get birbasha menbeden baxda ay insan. Azerbaycan boyuk cografyadi, ve azerbaycanli ifadesi bir cox milleti tesnif edir, o milletlerki bu cografya uzerinde yashiyir ve bu adetlernen boyuyur. Kurd daxil olmagnan. Her bir millet bu medeniyyetin formalashmaginda kifayet qeder tovhe verib. Azerbaycanda populisme yer yoxdu, esasda ciliz milliyetciliye yer yoxdu, cunki biz ciliz deyiliy! Bele ciliz milleyetcilikler meselen indiki ermenistan kimi olkelerde olur. Kutbeyinlere gore besdi dala qaldig. Qabaga gede bilen, inkisaf edebilen etsin lazim gelse geride qalanlarida ezsin! Dushuncede irelilemey lazimdi.
@igla89703 жыл бұрын
@@kamranhuseynli8443 Dusuncelerinize tam qatiliram. Turk, Kurd, Talis, Tat, Lezgi, Avar, Yahudi ve sair. butun etnoslar Azerbaycanin ve muasir Azerbaycanlinin formalasmasinda istirak edib.
@Gunel84210 ай бұрын
Xeste ruhlu insanlar beynleri zeherlemekle mesguldur.
@yukslnyengec18174 жыл бұрын
Möhtəşəm bir əsər təkrar olmaz
@arifeferzani1649 Жыл бұрын
Azərbaycan Xalqının dahi sənətkarı Allah sizə qəni-qəni rəhmət eləsin.
@forevergamers86057 жыл бұрын
Superdi en gozel melodiya Allah rehmet etsin bestekara
@sambearing76872 жыл бұрын
Соло, конечно, заслуживают особых похвал!
@arifeferzani1649 Жыл бұрын
Siz sözlə ifadə edilə biləyindən də böyük dühacınız. Allah sizə qəni-qəni rəhmət eləsin!
Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov (22 noyabr, 1922, Kirovabad (indiki Gəncə)- 20 fevral, 1984, Bakı) bu əsəri yazanda cəmi 26 yaşı var imiş. Əsər 1948-ci ildə yazılıb. Великий азербайджанский композитор Фикрет Амиров (22 ноября 1922 года, Кировабад (нынешняя Гянджа) - 20 февраля 1984 года, Баку) написал эту произведение когда ему было всего 26 лет. Произведение была написана в 1948 году.
Mence indiki zamanda usaqlar bele musiqileri dinlemelidirler. Bizim mugamlarimizdan xeberdar olmalidirlar.
@asdfghjklzxcvbnm78667 жыл бұрын
Бравоо.
@renamuradi35594 жыл бұрын
Mohtasham asar gozal ifa Dahi bastakar Adi Azarbaycan Incasanat Tarixina Qizil Harflarla Yazilan Fikrat Amirov Daima Qalblarda Yashayacaq
@emilzeynalov22478 жыл бұрын
dahiler yetisdiren gozel Gencemiz.
@valehsadiqov21386 жыл бұрын
Emil Zeynalov Dahilər yetişdirən gözəl Azərbaycanımız.
@halleluiah29454 жыл бұрын
@@valehsadiqov2138 👍👍
@Horonos1194 жыл бұрын
Saqolun Soydaşim
@narminmah49693 жыл бұрын
Əslən Şuşalıdır
@huseyinmemmedov954111 ай бұрын
@@narminmah4969 Üzeyir Hacıbəyovda əslən Dağıstandan idi.Babası Dağıstandan Şuşaya gəlmişdir.
@altaybagrov73492 жыл бұрын
zövq oxşayır. insan sevinirki vətənində belə gözəl yüzlərlə, minlərlə bir-birindən gözəl musiqiləri bəstələyən sənətkarlar yaşayıb yaradıb..
@maleykanasirova99305 жыл бұрын
MOHTESEM BIR ESER.
@panzereliyev7848 Жыл бұрын
Çox sağ olun.
@gunelshikhaliyeva68398 ай бұрын
Bundan gözel musiqi ola bilmez, mümkün deyil!
@iradahuseynova80093 жыл бұрын
Möhtəşəm!!!!!!!!!!
@prvinmirz68155 жыл бұрын
Sənət ahəngi. Bu əsər Fikrət Əmirovu ölümsüz edib. Əsər sadəcə ruhun qidasıdır .
@seadet10 Жыл бұрын
Möhtəşəm əsər insanın ruhu yenilenir.
@etibarerdebili89638 жыл бұрын
musiqi ele esl ibadetdi.tanriyla birbasa kontakt.
@MN3DAuto7 жыл бұрын
tanriyla birbasa kontakt ela dedin (:
@arzuarzu40674 жыл бұрын
👌👏👏👏👏👏👍
@natavan53034 ай бұрын
ALLAH VƏTƏNİMİZİ QORUSUN
@Sanadt_164 жыл бұрын
Gozel beste!!!
@oyunmanyagi20168 жыл бұрын
KURDI,TURKI,ARABI,AZERI...HEMU BRAYEN HEV.YASASIN BU TORPAQLARIN BUTUN SAKINLERI.
@mayamemmedli40336 жыл бұрын
Azəri deyə birşey yoxdur,biz türk millətinin insanlarıyıq və Fikrət Əmrovda türk bəstəkarıdır.Buradakı Kürdi-Ovşarı qədim türk qəbiləsi ovşarlardan gələn bir sözdür
@ФлоссФфонМЭйльхарт6 жыл бұрын
Maya Memmedli Doğru deyirsiniz.Əfşarlar,Afşarlar,Ofşarlar qədim bir Türk qəbiləsidir.Hər yerdə başqa cür deyirlər.Mənim nənəmin özu Şuşanın yaxınlarındaki Əfşar kəndindən idi.Qarabağ Əfşarlarından.Və maləsəf biz indiki zamanda öz Türklüyümüzü unutmuşuq.
@alpaybayatlu5415 жыл бұрын
Kurd ofshari Azerbaycan turkcesinden ruscaya kecen zaman Qurd-kurt olaraw deyisib Afsar ise ofsar olun eslinde bu Qurd Afshari yani Avshar qurdu demekdir.
@halleluiah29454 жыл бұрын
@@alpaybayatlu541 Əla izah etmişsiniz.👍👍👍 Sağ olun!!!🤗🤗 Ruslar bütün adları tam tərsə çevirməkdə pərgardılar. Beləcə insanlar öz tarixini itirir
@halleluiah29454 жыл бұрын
@@mayamemmedli4033 Fikrət Əmirov Azərbaycan bəstəkarıdır.
@malikgurbanov33793 жыл бұрын
Супер
@AygunSamadova9 жыл бұрын
Möhtəşəm!!! Bu əsərdən bəzi yerləri həmişə zümzümə edərdim özümçün (tv`də musiqi verilişlərində eşitdiklərimdən ağlımda qalan yerlər :D), amma heç bilmirdim ki "Kürd ovşarı"ndan imiş həmin hissələr. Əsər çox uzun olduğundan səbrim çatmazdı sona kimi dinləməyə, indi qulaq asanda "kəşf etdim" :)
@eltacyunusov7298 жыл бұрын
Aygun
@fikretamirov62657 жыл бұрын
"Ovşar", "Afşar" - eyni sözdür, sadəcə bəzi not nəşriyyatlarında rusca, bəzilərində isə ingilis dilində yazıldığınnan, çaşqınlıq yaradır. O ki qaldı "Kürd" sözünə, bu Şur muğamının şöbəsi olan "Kürdi"-dir. Bəzi nəşr olunmuş notlarda belə də yazılıb - "Kürdi-Ovşarı".
@fikretamirov62657 жыл бұрын
Hercule Poirot Təşəkkürlər + Uğurlar ! (Yeri gəlmişkən xatırladım ki, Fikrət Əmirovun "Qarabağ" adlı əsəri YOXDUR! Bunu ermənilər qəsdən uydurublar ki, bizi oğru halına salsınlar. O həmən "Artsax" "əsəri" elə ermənilərindir. Təəsüf ki, geniş kütlə bunu anlamır.)
@AygunSamadova7 жыл бұрын
Fikret Amirovun oğlu Cemil Amirov da bir defe bu haqda FB'da melumat yazmışdı ki, Fikret Amirovun deyil o eser, deyesen 3-4 bestekarımızdan oğrayıb birleşdiribler.
@AygunSamadova7 жыл бұрын
Bir de hamı Puşkinin ermeniler haqda sitatını paylaşır ki, guya A.S. Puşkin bele deyib. Halbuki, o sözler eserde bir çeçen kişinin oğluna nesiheti kimi gösterilib
@Onlystudy2009.3 жыл бұрын
Ruh vericidir
@fuzuligasimov80522 жыл бұрын
Bravo maestro Abdullaev and orchestra.
@lalehuseynova-oh3rz Жыл бұрын
Ala rəhmət elesin 😢😢
@ofelyaorucova780 Жыл бұрын
❤/mohtesem🎉🎉🎉
@user-bl4df1ru8y4 жыл бұрын
Вu Gözəldir
@nerminmehiyeva2229 ай бұрын
Mohtesem ❤
@ranchpar84635 жыл бұрын
Враво! Привет из Армении
@ulviyyehaciyeva43613 жыл бұрын
Nadir şah Avşar bilsəydi ki, zaman keçəcək, onun adının qabağına kürd yazacaqlar bağrı çatlayardı.
@qhrmanmovlanov62672 жыл бұрын
Avşar yox, ovşar. Bunun Nadirlə bir əlaqəsi yoxdur.
@adsoyad89719 ай бұрын
@@qhrmanmovlanov6267"ovşar" nə deməkdir?
@qhrmanmovlanov62679 ай бұрын
@@adsoyad8971 Nəsə karvanla, dəvə ilə əlaqədar bir sözdür.
@ramiz18919 ай бұрын
Ovşarı zərbi muğamın adıdır.
@KochariAsgar8 ай бұрын
@@ramiz1891 ovşarı sözü elə əfşar sözündən gəlmə deyil?