Рет қаралды 76,851
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar.
Dövlət başçısına və xanımına avtobus deposu və təlim mərkəzində aparılan işlər haqda məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıblar.
Sonra dövlət başçısı və xanımı birinci Avropa Oyunlarında iştirak edəcək yüksək səviyyəli qonaqların daşınması üçün alınmış “Mercedes” markalı mikroavtobuslara baxıblar.
Prezidentə və xanımına “Bakubus” MMC-nin “İVECO” markalı yeni avtobusları barədə də məlumat verilib.