FutbolPress TV: "0:8 - Bir klubun faciəsi"

  Рет қаралды 9,657

FutbolPressTV

FutbolPressTV

11 жыл бұрын

Xəzər - Lənkəran - Makkabi Hayfa 0:8
Xezer Lenkeran - Makkabi Hayfa
Khazar Lenkoran - Maccabi Haifa
**************
"Xəzər Lənkəran" tarixinin ən acınacaqlı günlərindən birini, bəlkə də daha betərini yaşadı. Hərçənd ki, "ağ-yaşıllar" matça pis başlamamışdı. Di gəl, Zuheyr qarşısında heç bir maneə olmasa da, topu düz qapı çatına ünvanladı. Bundan bir neçə dəqiqə sonra qonaqlar hesabı açdı. Bu da ümidlə stadiona tələsən azarkeşləri nagüman eləmədi. Ancaq ikinci və üçüncü qol fırtına effekti yaratdı: istefa şüarının ilk qığılcımları göründü, azarkeşlər stadionu tərk elməyə başladı, yerdə qalanlar isə rəqib futbolçuları alqışlamaqla məşğul idi. Vurulan 4-cü qol VİP lojaya doğru etiraz dalğası yaratdı. Azarkeşlər "yuxarılar"dan oyunu saxlamağı tələb edirdi. Polisin müdaxiləsi isə kiçik söz atışmasına səbəb oldu. Toşakın isə nəyisə dəyişmək fikri yox idi. Buna hirslənən azarkeşlər "Rednik, Rednik!" sədaları ilə keçmiş məşqçilərini imdada səsləməyə başladı. Bundan ruhlanan futbolçular isə nadir və baxımsız hücumlardan birini təşkil elədi. Azarkeşlərin alqış səsini eşidib stadiona boylandıq. Yox, qol vuran meydan sahibi deyil, yenə qonaqlar idi. XL azarkeşi 5-ci qolu "bayram edirdi". Yaşlı futbol həvəskarı Toşakı yuxudan oyatmaq üçün üzünü ona tərəf tutub "Rednik, Rednik" qışqırırdı. Toşak oyanmasa da, bu azarkeşin səsinə bütün stadion səs verdi. "Xəzər Lənkəran" isə artıq 6-cı qolu buraxmışdı. İkinci hissə yenicə başlamışdı ki, bir azarkeşin ürəyinin getdiyini eşitdik. Diqqətlərin stadiondan yayındığını görən "Xəzər Lənkəran" isə şou göstərməyə davam edirdi. Azarkeşə öncə tərəfdarlar, daha sonra isə həkimlər yardım göstərdi. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Stadion isə oturacaq-oturacaq, sektor-sektor tərk edilirdi. Artıq əsgər və polislər daha diqqətlə davranır, tribunalara qədər girmişdilər. İstefa şüarları isə kəsilmirdi. Polisin azarkeşləri sakit olmağa çağırması da buna mane olmurdu. Yolumuzu stadionun çıxışından saldıq. "Fırtınalar meydanı"nı tərk edən azarkəşlər bura toplaşıb etiraz eləməyə davam edirdilər. Polis isə qapını bağlayaraq çıxışı və girişi əngəlləməyə çalışırdı. Azarkeşlər bizi çağırır daha yaxından çəkməyimizi istəyirdilər. Polislə mübahisəmiz düşsə də, azarkeşlərin bu istəyini reallaşdırdıq. "Kimin istefasını istəyirsiniz" sualımız isə fikir ayrılığına səbəb oldu. Toşak da deyən tapıldı, rəhbərlik də. Azarkeş təzyiqi polisi qapını açmağa məcbur elədi. Yenidən stadiona doluşan azarkeşlər isə müxtəlif şüarlar səsləndirərək etiraz edirdi. Bu görüntüləri lentə almağa çalışdığımız anda bir zabit bizə yaxınlaşıb əsgəri çəkməməyimizi istədi. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır. Hesab isə artıq 0:8 idi və matç yalnız VİP salondan rahatlıqla izlənirdi. Qalan hər yer qaynayır, hər kəs hansısa formada etirazını bildirirdi. Beləliklə, matçın sonunu bildirən final fiti səsləndi. Bu fitin növbəti faciənin sonu, yoxsa başlanğıcı olmasını isə zaman göstərəcək.

Пікірлер: 47
@79Kabus
@79Kabus 11 жыл бұрын
Mən Netçinin azarkeşiyəm. Bu görüntülərə baxanda ürəyim ağradı. Rəqib komanda olsa da nəticədə Azərbaycan futbol tarixinin qara günlərindən biridir. Bir zamanlar tarix yazan Xəzərimizin bu günə düşməyinə üzüldüm. Komandanı bu hala qoyanların Allah bəlasını versin. Eşşeklere hele çatmırki hər bir komanda qürur mənbəyidir, onunla bele zarafat edib ayaq altına atmaq olmaz. XL-ra Allah səbr və dözüm versin!!!!
@azrbaycan1248
@azrbaycan1248 4 жыл бұрын
Mən özüm Qarabağlıyam və Qarabağ azarkeşiyəm amma heyifim gəlir bu cür komandaya komandı məhv etdilər xəzər futbolçuları Azərbaycanı bu oyunla biabır etdilər İnşAllah bu komanda yenidən yaradarlar
@royaleserbegova6114
@royaleserbegova6114 7 ай бұрын
Sene halaldi men muruvet lenkerandanam sozderin xoşuma geldi
@lyrics_mahnilar1
@lyrics_mahnilar1 Жыл бұрын
Mən özüm lerikliyəm və xəzər lənkəran azerkeşiyəm hər klubun sahvi olur məsələn Barselona 2:8 Bavarya bizim millətin bir xasiyyəti var yıxılanı birdaha yıxırtmaq
@user-mh6hu4qx9i
@user-mh6hu4qx9i 4 ай бұрын
Xəzər yenidən yaranacaq inşa Allah
@cnublu7052
@cnublu7052 7 ай бұрын
Bu oyunda Xəzərin futbolçularının maaşı verilməmişdir, ona görə Xəzər 8-0 uduzdu.
@lyrics_mahnilar1
@lyrics_mahnilar1 Жыл бұрын
Bu videoya baxıram öz millətimdə tiskinirəm həqiqətən
@alijafar2288
@alijafar2288 6 жыл бұрын
Mən özüm Lenkeranlıyam Xezer lenkeranın oyunlarında iştirak etmişem. Xezer lenkeran çox böyük kulubdur
@xeyalmehdiyev1449
@xeyalmehdiyev1449 4 жыл бұрын
Indi adam futbola baxanda iyrenir
@mrcaravelli6654
@mrcaravelli6654 6 жыл бұрын
12-ci dəqiqədə, hesab 0-2 olanda getməzdiniz bari, ay Azərbaycanın ən möhtəşəm azarkeşləri)
@ravanabdullazada2156
@ravanabdullazada2156 2 жыл бұрын
Söhbət hesabdan getmir. Kamanda 12dəqiqə ərzində pox oyuna bilsəydi azerkeşdə ümid qalardı ki kamanda oynuyur,nəsə edə bilər. Həm də ümumi hesab 0-4 idi. Xəzər gərək 5dənə top vursaydı. Bu gedişlə buna kim idi inanan. Mais, Allah bəlavı versin
@alijafar2288
@alijafar2288 6 жыл бұрын
Bütün bunların arxasında NEFTÇİ kulubu durur. İnşallah neftçi kulubu da dağılar
@azrbaycan1248
@azrbaycan1248 4 жыл бұрын
Qarabağ azarkesiyəm və nefçidende neftçi azarkeslerindende zehlem gedir neftci bizim əzəli reqibimizdir eləcədə xezer lenkeranin amma heqiqetende burda neftcinin heç bir günahi yoxdur sadece xezer komandasi çumo kimi oynadilar ve paylarinida aldilar ALLAH lenkeran xalqina səbr versin
@elvin7772
@elvin7772 6 жыл бұрын
Burda lazim deyil artiq daniwmaq Nefci Xezer yada bawqasi.Burda sohbet Azerbaycan fotbolundan gedir Xezer olanda Azerbaycan cempionatinda Mubarize vardi
@DistorIIIn
@DistorIIIn 11 жыл бұрын
Sagol FutbolPress...
@okanmelikov2260
@okanmelikov2260 6 жыл бұрын
Bucur Azerkewler Indi Xezersiz Qalib(((
@user-mh6hu4qx9i
@user-mh6hu4qx9i 4 ай бұрын
Xəzər Lənkəran ne vaxtsa bu Makkabiden revanş alacaq inşa Allah
@SHMusicRap
@SHMusicRap 10 жыл бұрын
Mirça Rednik'i Geri İsteyirik!
@alijafar2288
@alijafar2288 6 жыл бұрын
QAZar Lenkeran dediyiniz kulub vaxtı ikən Azərbaycan futbolun dünyaya tanıdıb.
@xeyalmehdiyev1449
@xeyalmehdiyev1449 4 жыл бұрын
Ay yaziq bedbext xezer futbol getrdi yoxdu xezer baxan var oynlara
@azrbaycan1248
@azrbaycan1248 4 жыл бұрын
Xezer futbol getirmedi Azərbaycan futbolunu və Azərbaycanı avropaya tanidan klub Qarabağ klubu olub 5 dəfə avropa liqasinin qrupunda 1 dəfə isə çempionlar liqasinin qrupunda istirak edib və atletko madriddən 2 xal alarağ tarix yazıb sadece olarag Azerbaycanin 1 nomreli azarkesi xezer lenkeran azarkesleridi insAllah bu klub yenə yaranar
@arazceferzade183
@arazceferzade183 4 жыл бұрын
Acı tarix
@sahinsukurov5194
@sahinsukurov5194 10 жыл бұрын
biz bunu hec bir zaman unutmuyacagiq
@sebuhiabdullazade8292
@sebuhiabdullazade8292 6 жыл бұрын
Roben rayos penaltini zor vurdu
@xeyalmehdiyev1449
@xeyalmehdiyev1449 4 жыл бұрын
Heyif bu kulubu dagtdilar allah belavizi versin
@aqilmustafazade6652
@aqilmustafazade6652 6 жыл бұрын
heyif bu komandadan.
@MaccabiHaifaVideos
@MaccabiHaifaVideos 10 жыл бұрын
Maccabi :) 1,2,3,4,5,6,7,8 :))
@sehriyarcebrayilov8650
@sehriyarcebrayilov8650 11 жыл бұрын
ay qaqa o neftci yox redniq qiwqirirlar biz qaz qiwqirariq amma neftci qisqirmariq
@ramidmirz5929
@ramidmirz5929 11 жыл бұрын
Rednik qışqırır
@asenakeskinci6918
@asenakeskinci6918 10 жыл бұрын
QAQA BU NEDI O GOLLAR GENCEDE OLSAYDO ONLAR STADIONNAN CIXAMMAZDI EY
@asimantagizade22
@asimantagizade22 9 жыл бұрын
asena keskinci qaqaw sencani get o terefe qatiq qatiq daniwma guya lenkerannan yaxwi yerdi gence olar yaxwi oynadilar deye hec ne elemediler yoxsa neftci olsyadi avtobuslarin awirdardilar
@mobilegamer7344
@mobilegamer7344 8 жыл бұрын
+Asiman Tagizade beli
@azrbaycan1248
@azrbaycan1248 4 жыл бұрын
Azərbaycan azarkeşlərində komanda 1 0 geriyə düşən kimi stadyonu tərk edirlər Azərbaycan futbolu inkişaf etməlidir və hələki inkişaf etməyib bunuda azarkeşlər yaxşı bilir
@ramizhasanov8949
@ramizhasanov8949 11 жыл бұрын
Neftçi azərkeşi "Xəzərimiz" sözünü işlətməz ay brat.
@cavidsoumi9720
@cavidsoumi9720 6 жыл бұрын
Ramiz Hasanov neftci ne poxdu ki axerkesi o sozu isledende nese pis olsun
@azrbaycan1248
@azrbaycan1248 4 жыл бұрын
Komandanı təhqir etmək əsla və əsla olmaz neftçi və xezer lenkeran komandasi Azerbaycan futbolunda rəqabət yaratdı
@neftchibaku36
@neftchibaku36 8 жыл бұрын
bu gunudə gördük xəzər azrkeşləri başqa komandaya azarkeşlik edir hahahahhahahahahahha))))))
@cavidsoumi9720
@cavidsoumi9720 6 жыл бұрын
NEFTCHI BAKU sen podlo nefciden danis vecni affanin hesabina klub olmusuz
@emilnehmetov7821
@emilnehmetov7821 5 жыл бұрын
NEFTCHI BAKU biz qaz qisqirariq neftci qisqirmariq
@muradiodev
@muradiodev 11 жыл бұрын
Con Taşak =D
Bir "Xəzər Lənkəran" vardı ...
9:19
Xanoglan İmanov
Рет қаралды 31 М.
Khazar Lenkoran 2-3  Inter Baku 11/02/2013
10:18
PremyerLiqa az Premyerliqatv
Рет қаралды 15 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 33 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 7 МЛН
Sorğu: Lənkəran azarkeşləri XL-"İnter" oyunu haqqında
14:01
Khazar Lenkoran - Maccabi Haifa 0-8 Lider TV
3:52
Parviz Musayev
Рет қаралды 7 М.
Türklərin Dortmund yürüşü
3:11
FutbolPressTV
Рет қаралды 6 М.
Xezer-Lenkeran marş "Biz seninleyik"
3:44
Nurman MN
Рет қаралды 41 М.
Neftçi 3:4 Xəzər (Böyük Oyun 3.03.2011)
11:08
mundofootbloxpl
Рет қаралды 129 М.
"Xəzər Lənkəran" - "Bakı" 4:0 (Matçın icmalı)
10:50
"Xəzər Lənkəran" TV
Рет қаралды 20 М.
Доброта Роналду 😄
0:20
Story-Bytes
Рет қаралды 352 М.
Cristiano Ronaldo, Lionel Messi, Neymar jr, Celine dept#football #youtube #youtubeshorts
0:33
❌⚽️ Who is the strongest football player of all time?💪
0:14
ag_soccer team
Рет қаралды 1,2 МЛН
ПОМЕНЯЛ МЯЧ ЧТОБЫ НЕ ОБМАНУЛ 😎
1:01
FLEXFC | ФЛЕКС НА ПОЛЕ
Рет қаралды 1,4 МЛН