Рет қаралды 2,924
Gəl
Söz : Nurlan Məmmədov
Musiqi : Aİ və Nurlan Məmmədov
İfa : Aİ
[ verse 1 ]
Keçər aylar, keçər illər
Unutmaram heç nəyini.
Xatırlaram sözlərini
Baş qoyduğum dizlərini.
Keçər günlər, ötər fəsil
Qurutmaram güllərini.
Silmərəm heç izlərini
Özləmişəm gözlərini.
[ chorus]
Üzülmüşəm, bəlli halım
Soyuqlamış sənli yanım
Gül üzümə, qadan alım
Yoxluğunla yıxma məni.
Öl desən, ölərəm mən
Gəl desən, gələrəm mən
Hər şeyi de unut demə
Bu sözünlə yıxma məni.
[Verse 2]
Qəlbi qırma, sənə məxsus
Əllərim də sənsiz bumbuz
Darıxıram, darıxıram
Səhradayam sanki susuz.
Əvvəlim də sənlə olsun
Sonumu da sən gətir, gəl.
Bu həyatda ən doğmamsan
Cənnətimsən, gül ətir, gəl.
[Chorus]
Üzülmüşəm, bəlli halım
Soyuqlamış sənli yanım
Gül üzümə, qadan alım
Yoxluğunla yıxma məni.
Öl desən, ölərəm mən
Gəl desən, gələrəm mən
Hər şeyi de unut demə
Bu sözünlə yıxma məni.
Instagram: / nurlan.mmd