“Gənc səslər, qədim nəğmə” - Cefri Verbokun filmi təqdim olunub

  Рет қаралды 1,912

CBC TV Azerbaijan

CBC TV Azerbaijan

7 жыл бұрын

“Gənc səslər, qədim nəğmə” filminin təqdimatı keçirilib. Filmdə Qarabağdan didərgin düşmüş, azərbaycanlı uşaqların muğam ifa etməsindən və onların doğma yurda olan həsrətindən bəhs edilir. Ekran əsərində, eyni zamanda bu istedadlara erməni işğalının vurduğu zərbə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və dünya mədəni irsinə təsiri göstərilib.
Filmin müəllifi - tanınmış amerikalı musiqiçi Cefri Verbokdur. O, 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkərkən, ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına valeh olub. Amerikaya qayıtdıqdan sonra, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirib. Cefri vaxtilə gördüyü həmin uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını öyrənmək məqsədilə 8 il sonra yenidən Azərbaycana gəlib. Və Cefri vaxtilə onu ifası ilə heyran edən gənc muğam ifaçısı 14 yaşlı Nizamini tapıb.
“Çox şadam ki, biz bu filmi ərsəyə gətirə bildik. Filmin Bakıda təqdim olunması məni çox sevindirir. Filmdə gənclər qədim nəğmə olan muğamı ifa edirlər. Ekran əsərinin çəkiliş prosesində yaşadıqlarım çox maraqlı oldu. Eyni zamanda, yurdundan didərgin düşən adamların çox çətin həyatını gördüm. Dünyanın çox ölkəsində qaçqınlar var, amma ilk dəfə Azərbaycanda bu qədər qürurlu insanlar gördüm. Mən Azərbaycan mədəniyyətinə vurğunam. Azərbaycanın çox zəngin mədəniyyəti var. Bu mədəniyyətdən dünyanın az məlumatı var. Bu mədəniyyəti dünyaya çatdırmağa çalışıram. Azərbaycanlılar layiqdirlər ki, mədəniyyətləri dünyada tanınsın”.
Filmin qəhrəmanı NİZAMİ PAŞAYEV: “O vaxtlar gördüyünüz kimi çox acınacaqlı günlər idi , ürək ağrıdıcı gunlər idi. Mən Qarabağ haqqında oxudum, o vaxtlar təzə məcburi köçkün düşdüm. Onda da Qarabağ haqqında oxudum. Bu da hər bir qarabağlının ürəyindən gələn muğam - Segah idi. Biz ancaq həmin vaxt Qarabağ haqqında fikirləşirdik, bu gün də fikirləşirik. İnşallah, oz torpaqlıarımmıza qayıdarıq”.
Filmdə muğamın beşiyi olan Qarabağın işğal edilməsindən bəhs olunur. Ermənistanın təcavüzü mədəni irsə də mənfi təsir göstərib. Filmdə işğala baxmayaraq, Azərbaycan xalqının qədim muğam ənənəsini yaşatması, gənc nəslin mədəni irsi qorumasına xüsusi diqqət yetirilr. Ekran əsəri böyük maraqla qarşılanıb.
Millət vəkili ZAHİD ORUC: “Film əvəzsizdir, düşünürəm ki, bu filmi hər kəs dünyada izləyəcək və təsirlənəcək. Düşünürəm ki, ingilis tamaşaçısı Qarabağı folkloruna, mədəniyyətinə, muğamına görə Azərbaycanınkı sayacaq. Çünki erməni o muğamı Qarabağda yarada bilməz. Qarabağ şikəstəsini yalnız orda yaşayan Qarabağlı milləti yaradar. Nə qədər ki, muğam var, o səs var, o əraziləri bizdən almaq mümkün olmayacaq, o səs bizi yenidən Qarabağa qaytaracaq”.
Millət vəkili ELMAN NƏSİRLİ: “İnanirsiz, hələ də o filmin təəssüratı altındayam. Çox böyük zövq aldıq. İstər ingilis, istər fransız baxdıqca, hər biri bir həqiqətin şahidi olur. O da ondan ibarətdir ki, muğam Azərbaycanın qədim mədəniyyət nümunəsidir. Deməli, Qarabağ Azərbaycan diyarıdır. Ermənilərə bu torpaqlara belə iddialıdırlarsa, niyə indi orda muğam yoxdu? Deməli, sizin deyil. Qarabağ da, muğam da bizimdir, bütün dunya bunun şahidi olsun”.
XİN mətbuat xidmətinin rəhbəri HİKMƏT HACIYEV: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında maddi-mənəvi isrini məhv etməyi qarşısına məqsəd qoyub. Amma bu filmdə Qarabağda olan muğam mədəniyyətinin göstərilməsi işğala, təcavuzə baxmayaraq, muğam Azərbaycan mədəniyyətinin bit tərkib hissəsi kimi göstərilir”.
Filmdə Ermənistanın işğalının yalnız humanitar fəlakətə səbəb olmadığı, tarix və mədəniyyət abidələrinin dağıdılmasına, eləcə də muğam sənətinə qarşı yönəldiyi qeyd olunur. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır. Qarabağın işğal edilən rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar şəraitində belə muğam sənətində yeni uğurlar qazanmağı bacarırlar.

Пікірлер
Geriyə baxanda - Cefri Verbax (23.07.2017)
50:32
ATV Show
Рет қаралды 4,2 М.
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Azərbaycan dilində səlis danışan isveçli
2:50
ASAN TV
Рет қаралды 10 М.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Retro Azerbaijan
Рет қаралды 2,8 МЛН
Bu, ideologiya davasıdır | Ramiz Yunus
38:14
OSMANQIZI TV
Рет қаралды 21 М.
Vamig Mammadaliyev - Zabul Segah (ADMIU, Mugam dersleri)
17:52
Prof. Vamig Mammadaliyev
Рет қаралды 1,6 М.
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН