GƏZ MƏNİ Bu fani dünyada olmayanda mən, Hər misramın sətirində gəz məni. Bir-bir varaqlayıb hər kitabımın Qoxusunda, ətirində gəz məni. Dağın nəfəsini öpüb nəfəsim, Dərin dərələrə yayılıb səsim, Ağ dumanda gəzmək olub həvəsim, Çən yaradan çətirində gəz məni. Yollar ayrıcına baxıb səsləyib, Qəlbini odlara yaxıb səsləyib, Çözüb-çözələyib, sayğı bəsləyib, Hafizəndə, xatirində gəz məni. İlham, yetişməmiş tökülüb kalım, Yerdən yerim yanıb, kəsilib halım. Ürək açmaq olub daim amalım, El-obanın xətirində gəz məni. Gəncə şəhəri