Gözdən, qulaqdan uzaq “batan” şəhərcik - Divarlar müharibəni xatırladır - APA TV

  Рет қаралды 86,430

APA TV

APA TV

Күн бұрын

#APATV #abşeron #abserongenclerşeherciyi #qanunsuz #bina #menzil #qruntsuları #JEK #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Gözdən, qulaqdan uzaq “batan” şəhərcik - Divarlar müharibəni xatırladır - APA TV
Gözdən könüldən uzaq, batmaqda olan Abşeron Gənclər Şəhərciyinə məxsus çoxmərtəbəli yaşayış binası...
Bəli, batmaqda olan. Belə getsə, batacaq da. Bir tərəfdən yaşayış binalarının birinci mərtəbələrində obyekt açmaq adı ilə qanunsuz söküntü işləri aparan sahibkarların, digər tərəfdən də zirzəmilərə dolan qrunt sularının hesabına...
Burada kim necə gəldi obyekt tikir. Özü də heç bir təhlükəsizlik norma və prinsiplərinə əməl etmədən.Təxminən 40-a yaxın belə obyekt var ərazidəki çoxmərtəbəli yaşayış binalarının birinci mərtəbəsində. Hər biri də artırma pilləkənli. Məlum obyektlər səbəbindən binaların bünövrəsi demək olar ki, zədələnib də. Hətta binaların sütünlarının dibində iri çalalar da əmələ gəlib.Bundan başqa 44-cü blokda tikilməkdə olan yeni obyekt səbəbindən binanın divarları ilk baxışdan müharibə mənzərəsini xatırladır.
Sakinlər iddia edir ki, məlum obyekt restoran kimi fəaliyyət göstərəcək.
Fransalı dramaturq, filosof Volterə bir dəfə sual verirlər ki, niyə şairlərin yığıncağını dağıtdın?” O da “məclis dağılmağına dağılıb, amma mən orada olmamışam” cavabını verir. Deyirəm sementin də dili olsaydı deyərdi ki, “vallah bu binalar tikilməyinə tikilib, amma mənim iştirakım olmadan”.
Divarlarına əl vurduqca ovxalanır sanki. Elə sakinləri də “indi uçar, bayaq uçar” deyib məlum binalarda səksəkə ilə yaşayırlar.
Ümumiyyətlə zirzəmilərin qrunt suları ilə dolub-daşması, liftlərin bəzilərinin işlək vəziyyətdə olmaması, binaların bir-birinə 3-4 metr məsafədə tikilməsi, ərazidə bir dənə də olsun ağacın, yaşıllıqların olmaması və ən əsası da yayın cırhacırında onsuz da fasilələrlə verilən içməli suyun vaxtından əvvəl kəsilməsi, sakinlərin çətin olan həyat şəraitini daha da çətinləşdirib. Onlar sadalanan məsələlərlə bağlı aidiyəti qurumlara müraciət etsələr də, buna məhəl qoyan tapılmır ki, tapılmır. Elə buna görə də indi onlar kimə və hara müraciət edəcəklərini belə bilmirlər. Ərazidə yaşamağın mümkünsüz olduğunu deyən sakinlərin bir qismi artıq evlərini satışa da çıxarıb. Artırılan pilləkənlərin və obyekt çıxıntılarının əlindən axşamlar şəhərcikdə maşın saxlamaq olmur. Maşın nədir, sakinlər deyir, heç iki nəfər yanaşı yeriyə bilmir.
Adına JEK dediyimiz qurum isə görünür ancaq obyektlərə şərait yaratmaqla və sonrakı taleyi bəlli olmayan pulların yığılması ilə məşğuldur. Kommunal pulu adı ilə yığılan vəsaiti şəhərcikdəki mənzillərin kvadratına vuranda külli miqdarda məbləğdən söhbət getdiyini bilmək asandır amma bu pulların aidiyyəti üzrə xərcləndiyini aydınlaşdırmaq isə çətin. Şəhərcikdə abadlıq adına heç nə yoxdur, inşa olunanda nə vardısa onlar da sıradan çıxıb.
Məsələ ilə bağlı üz tutduq ərazidə yerləşən Mənzil İstismar sahəsi idarəsinə.
Amma ərazinin komendantı olduğu deyilən Elman Məmmədovu yerində tapa bilmədik. Məcbur qalıb elə kabinetinin qapısındaca onunla əlaqə saxladıq.
Bax yenə vəd verildi. Özü də ənənəvi şəkildə. Qaldı həllini gözləmək. Gözləyək görək nə olacaq?!
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 231
@turalezizov1579
@turalezizov1579 Жыл бұрын
Jurnalist səlist danışıq qabiliyyətinə malikdi....halal olsun... Savadlı kadrlara.
@user-lg8oc6kj4y
@user-lg8oc6kj4y Жыл бұрын
О. . бина. Чох. Апаснады. Чох. Гурхулуду. О. Атрафы. Тарк. Един. На Гайдар. Геж. Дебил. 👈🖕🖕🖕🖕🖕🖕Аллах. Комай. Олсун🙏🙏🙏
@whiteman7085
@whiteman7085 Жыл бұрын
Layk Düz deyirsiniz
@jabrail2366
@jabrail2366 Жыл бұрын
Birincisi səlist yox səlis, ikincisi savadlı dediyiniz jurnalist zirzəmi sözünü tapa bilmədi, podval dedi)
@AnarSalehov-cd3kt
@AnarSalehov-cd3kt Жыл бұрын
Bizə duşməm lazım deyil. Özümüz özumüzə qənim kəsilmişik
@pervanehubatova7133
@pervanehubatova7133 Жыл бұрын
Allah orda yaşayan insanları qorusun.Təhlükəlidir😢
@user-lg8oc6kj4y
@user-lg8oc6kj4y Жыл бұрын
Аллахын. Башына. Донум. Инсанлар. Гормир. Бина на. Гундадир. Органы. Танк. Един. На. Гайдар. Геж. Дебил 👈👈👈сора. Геж. Олажаг. Ай. Миллат. 😭Айылын👈👈👈инди. Хансы. Девирди. СИЗ. Гежа. Нежа. Йатырсыз. Йазыглар айылын🇦🇿🇦🇿🇦🇿ижра. Хаким. Билмир. Ону. Бир. Гежа. Орда. Сахлайын. Горун. Галар. Орда йох. 👈👈👈
@husuhuseynov2957
@husuhuseynov2957 Жыл бұрын
@@user-lg8oc6kj4y Грусть на веки в ваших сердцах Не покинет вас этот страх Сломлен дух и боль в глазах Ай мамат кунэм "арцах" Хотели взять весь КАРАБАХ Достался вам наш ДАШШАХ С лапшой пашика на ушах Бегите прочь с пеной у ртах Ай мамат кунэм "арцах" Помогла Россия в 90х порах Ну а теперь полетели в пух и прах Ваши герои в наших штанах Ай мамат кунэм "арцах" Взятие Шуши вы назвали"Свадьба в горах" Что за свадьба в таких чинах Если женятся чатлах и алчах Ай мамат кунэм "арцах" Подлость вашу не передать в стихах Порой я путаюсь в словах Словно дьяволы в ваших телах Соревнуетесь в грехах Ай мамат кунэм "арцах" Ali Garx
@akort......
@akort...... 7 ай бұрын
Mən yaşıyıram o binada cox təhlükədir
@AlimRustamli
@AlimRustamli Жыл бұрын
Savadlı,abırlı,cəsur,əsl azərbaycanlı jurnalist xanım.
@YeganeYegane-lp4zu
@YeganeYegane-lp4zu Жыл бұрын
Coxmertebeli teze binalardan ev almaq ele bil ki özüne qebr alırsan.
@isi3170
@isi3170 Жыл бұрын
Hardan ev alaq,köhnə binalar boş olub da almayıb camaat?
@aytenmammadova1331
@aytenmammadova1331 Жыл бұрын
Dəhşətdi. Haradı bura? Xanım deyir "biz evimizi satdığa qoymuşuq ki biz burdan canımızı qurtaraq". Sizin onlardan fərqiniz nədi? Öz canınızı qurtarıb, başqasının canını təhlükəyə atmaq istəyirsiz.
@tuncaykerimli204
@tuncaykerimli204 Жыл бұрын
MEN ORDA DANISAN XANIMAM.COX SOZ DANISMISDIM.ANCAQ COX AZ HISSESINI VERDILER.EVVELDEN VERSEYDILER BILERDINIZ KI MEN NE UCUN O SÖZU DEDIM.
@tuncaykerimli204
@tuncaykerimli204 Жыл бұрын
ABSERON GENCLER SEHERCIYI.BAKI SUMQAYIT YOLU.AKKORDUN BINALARIDIR
@8telekom884
@8telekom884 Жыл бұрын
forsunan gedib ele yerden ev alirsan desinlerki filankes navastorykada yawyir pis de olanda soxuwdurursan kimese kim alar o evi senin canin bawqasinin caninan artiqdi ?
@ehlimanmemmedov1186
@ehlimanmemmedov1186 Жыл бұрын
Obyekt sahibləri obyekt açmaq üçün , təkcə icra hakimiyyətinə ən azı 10000 $ , polisə ayrıca , FHN ayrıca pul ödəyirlər
@sahinsahin2023
@sahinsahin2023 Жыл бұрын
Allah qorusun dehşetli mənzərədir yazıqlar yəqinki daima sek -sekededir.....
@djmamed9292
@djmamed9292 Жыл бұрын
1 sot torpaq al,icine konteyner ev goyub, yasamaq, bu binadan min defe yaxsidir
@faxriyyasafaraliyeva
@faxriyyasafaraliyeva Жыл бұрын
Millət qalıb parabeyinler əlində 🤷🏼‍♀️. Vəssalam
@BRAo-77
@BRAo-77 Жыл бұрын
Bizim millete vallah billah soz ola bilmez! Ne deyesen…. Baliq basdan iylenir.
@sevahaji6210
@sevahaji6210 Жыл бұрын
Amma tikən başda oturan deyil, demək ki, problem insanların düşüncəsindədir. Aııah gözlərin doldursun.
@nazimrehimov8777
@nazimrehimov8777 Жыл бұрын
Allahın rəhmi gəlir bu binalarda yaşayanlara,5-6 ballıq zəlzələ yerlə yeksan edər o binaları.
@ali.x77-wh
@ali.x77-wh Жыл бұрын
Olmadı! Bu günlərdə oranı babat silkələdi!
@abseronemlak-qb8zy
@abseronemlak-qb8zy Жыл бұрын
DÜZÜNƏ HƏYƏT EVİ.
@aynurealiyeva3000
@aynurealiyeva3000 Жыл бұрын
Həqiqətən acınacaqlı vəziyyətdi. Adam burdan izləyəndə vahiməyə gelir. Nujenni baxan yoxdu bu binaya bunu bugünə qoyanlara
@Everest333
@Everest333 4 ай бұрын
şeron 63 mtk.xırdalan dairəsi.əsədov elxan dələduz kupçanı ver.maşennik
@Emin_Ebilov
@Emin_Ebilov Жыл бұрын
Esas oduki bakida evim varr deynler gelsin buu😂😂😂😂
@Wsgsm
@Wsgsm Жыл бұрын
A insan o kerpic hec halda tesir etmir o binanin ucmasina esas biton yerinde olsun
@ulimemi3201
@ulimemi3201 Жыл бұрын
Podval yox zirzemi jurnalist bajı
@m.1.9.7.0
@m.1.9.7.0 Жыл бұрын
Hamı qaçır bina evinə. Ta alan olmayacaq bu binaları
@Mars2023-ek8os
@Mars2023-ek8os Жыл бұрын
Sakinler evlerini satisa cixariblar deyir ...Cox guman ki,teriflenir bu menziller.Allahdan gorxun.
@ayisg6108
@ayisg6108 Жыл бұрын
Allah eləməsin ,Qardaş Türkiyede baş veren kimi 1 zelzele baş verse biabırçılıq olacaq bizde.Bütün binalar demek olar keyfiyyetsizdi.Allah qorusun insanlarımızı
@turalmamedov7090
@turalmamedov7090 Жыл бұрын
O yuz min veren adam ele danisirki cullu dovsan yerlesmir agzina ev alanda bir baxda maraglan nedi ne deyil telesiy qacib gedib alirsan sorada diyir qorxa qorxa yatmaliyam he bax seni kimi adamlar ele binada qorxa qorxa yasamaga mehkumdu sizlere yaxsi olub
@user-tp7pr5fl4q
@user-tp7pr5fl4q Жыл бұрын
Yəgin fundament goyulanda alıb. Bildiyimə görə bina tikilmədən alanda ucuz başa gəlir. İyirmi il əvvəl coxu bu yolla ev alırdı. Sonra gördülər ki, bina hazır olandan sonra, bir mənzil bir necə adama satılır, əvvəlcədən ödəniş etməkdən cəkindilər.
@barselonaspain733
@barselonaspain733 Жыл бұрын
100%-👍!!!
@nikiriki1944
@nikiriki1944 Жыл бұрын
Bular menin qohumlarim kimi adamlardi yeqin ne olur olsun adi bina evi olsun bakida heyet evi alanari ariya qoysunar 😂
@SevgiMemmedova-oh1id
@SevgiMemmedova-oh1id 2 ай бұрын
Biz hamımız 2011 də yeni tikilən vaxt almışıq,hardan bilərdik ki maşennik Elman ilə dəstəsinə kassa olacağıq,elmanın 7 moykası var birdə manqal adlı restoranı dünya vecinə deyil
@birdost8126
@birdost8126 Жыл бұрын
Qurban olaq Naxcivana bizde ele sey ola bilmez
@dalt9319
@dalt9319 Жыл бұрын
MAŞALLAH deyek . Naxcivan zelzele bolgesine yaxindi . Allah qorusun .
@vusalsalahov8273
@vusalsalahov8273 Жыл бұрын
Alasınlar bina evi , necə gəldi tikib çox möhdəşəm baha qiymətə satlar
@zar9991
@zar9991 5 ай бұрын
MTK-lar binaları sürüşmə zonasında,sız və keyfiyyətsiz materiallarla tikirlər.Biz binamızı tikən MTK-nı məhkəməyə vermişik,mənzillərdə çat var,sürüşmə zonasında yeədə yeni bina tikmək istəyirlər.Bu MTK-lara ölçü götürülməlidir.
@gulbenkerimova7264
@gulbenkerimova7264 Жыл бұрын
Buda doğma vətən deyib qaçanların vətəni, korrupsiya baş alıb gedir. Nə qədər qanunsuz belə tikilişlər var Azərbaycanda
@YasaAzərbaycanım
@YasaAzərbaycanım Жыл бұрын
O binalardan ev almaq lazim.deyil
@ilahhmdova1131
@ilahhmdova1131 Жыл бұрын
Ən yaxşısı 2 sot torpaq alıb orda kürsülü 4 ya 3 otaq tikdirməkdir.
@rehmankerimov7132
@rehmankerimov7132 Жыл бұрын
Nə edək kasıbçılıqdan almışıq evi satada bilmirik.......
@zohrabnecefzade5019
@zohrabnecefzade5019 Жыл бұрын
Her daqdan, meşeden gelen baki şeherinde bina tikir. Coban gelib bakida tikinti ile meşqul olanda, nece olmalidi. Eceb olur.
@oyunkanalivv4121
@oyunkanalivv4121 Жыл бұрын
FÖVQALADA HARDADI GÖRMÜLƏR HAMISINAN RÜŞVƏT ALIB İGAZƏ VERİBLƏT SATIŞINA
@rufetvei9463
@rufetvei9463 Жыл бұрын
Olmaz yaşamaq yenı tikintilərdə. Semebtl zəif, materıallar kitay
@AzerbaycanGarabag
@AzerbaycanGarabag Жыл бұрын
Bura Azerbaycandi yoxsa Mozambik? Neft gaz gizil olan olke.
@ПарвизБехбудов
@ПарвизБехбудов Жыл бұрын
Balıx başdan iylənir
@user-ji8dk3lb3z
@user-ji8dk3lb3z Жыл бұрын
azerbaycan òlke deyilki uwaq oyuncagidi elde duzetme
@mikayilabbasov296
@mikayilabbasov296 Жыл бұрын
Türkiyədə ölü çox olması ,binaların yıxılmasına səbəb aşağıda obyek tikmək olub. Yiyəsi yoxdu???? Baxan yoxdu.
@RobocorRobocor-ru5uv
@RobocorRobocor-ru5uv 2 ай бұрын
Hamsi beledi QARA QARAYEV RAHATIGIN MEKANIDA BELEDI
@elcinhamidov3408
@elcinhamidov3408 Жыл бұрын
MILLETIN YAXSISINA CAN GURBAN ALLAH YAXSILARI GORUSUN AMMA COXU PULA GORE ANASIN ARVADIN BACISIN SATARLAR
@bayramseferov3330
@bayramseferov3330 Жыл бұрын
Özbaşınalıq baş alıb gedir . Şəxsi mənafe yenə gündəmdədir . Belə baxıram yumruq başqa olmasa düzələn deyil .
@licabbarCabbarl
@licabbarCabbarl Жыл бұрын
Dərəbəylikdi.Kim nə istəyir özünə arxayın olan edir
@alik8084
@alik8084 Жыл бұрын
Ağlı olan Bakıda yaşamaz. Məcbur deyilsə
@youtubeyoutube912
@youtubeyoutube912 Жыл бұрын
Ara kəsmə yük götürücü deyil amma tumbaları zədəliyərlərsə bu cinayət sayılır insan həyatı üçün çox təhlükəlidir zərzələ baş verdiyi an . Allah kömək olsun ürəyində mərhəməti olan insanlara . Qardaş ölkədə Türkiyədə baş verənlər dərs olmadı ?
@user-nu9nq3gz2r
@user-nu9nq3gz2r Жыл бұрын
Xanim deyir ki biz burda evi satdiga goymuşug kim ordan ev alar ki.İlhamla İrəli.
@smilmensimov3035
@smilmensimov3035 Жыл бұрын
Allah komeyimiz olsun
@Mars2023-ek8os
@Mars2023-ek8os Жыл бұрын
Ganun sah olmayanda,korrupsiya olanda bele olmalidi.
@yashar_79
@yashar_79 Жыл бұрын
Bəs tikiləndə FHN görmürdü ki,binalar arasındakı məsafə 5-6 metrdi?
@ramildadashov7436
@ramildadashov7436 Жыл бұрын
FHN pulunu alib qalib qiraqa onun neyine lazim
@Saingilo646
@Saingilo646 Жыл бұрын
Başım çıxmır yaşayiş binada restaran tikmək olarmı
@Tom666.T
@Tom666.T 6 ай бұрын
Olar . Her binanin altinda her bir sey olar ancaq proyekt tikilen vaxt biznen ucun nezerde tutulan yerler olmali sonradan edmek olmaz
@Minnie5569
@Minnie5569 Жыл бұрын
Sizdən çox xaiş edirəm gelin bizim yollarında çekin yol batıb gedir . Masazır Zəngilan şəhərciyində gedən yol berbat gündədir .
@validehuseyinova5691
@validehuseyinova5691 Жыл бұрын
Niyə Azərbaycana baxan yoxdur. Nə olur kasıblara olur.
@residseferov1975
@residseferov1975 Жыл бұрын
Bünövrəsi qoyulmamış sənədləşməmiş beh verirlər ev alırlar axırıda belə
@Everest333
@Everest333 4 ай бұрын
ekə komendantın mtk rəhbərinin ağzına verim
@KH-re1uc
@KH-re1uc Жыл бұрын
Güya o qırmızı kərpic binanı saxlayır, xeyr sutunlar onu saxlayır. Belə isə çox keyfiyyətsiz tikirlər. Bu məmurların Allah cəzasını versin.
@user-di7vz3cq2v
@user-di7vz3cq2v Жыл бұрын
Пазор Азербайджан Президент ???
@qwertyboss1187
@qwertyboss1187 Жыл бұрын
Sən gicdillaqsan ? 3 dənə söz əzbərləmisən başa düşdük axırda qoyulan sual işarəsi nə deməkdi ? Что именно хочешь сказать? Я нихрена не понимаю
@isi3170
@isi3170 Жыл бұрын
@@qwertyboss1187 Bizimkilər rus dilində şərh yazanda başıma qaynar su tökülür də mənim.Əşşi başa düşdük də Rusyetdə yaşayırsız🤦🏻‍♂️
@РусланШафиев-ю4я
@РусланШафиев-ю4я Жыл бұрын
​@@isi3170Dostum valla 30 ildən artıqdı Rusiyada yaşayıram, uşaqlarım da, mən rus dilini rusdan yaxşı bilirik. Amma nəyin ki, Azərbayçana hətta Rusiyada da öz dilimizdə danışırıq. Mənim bir tanışım var, həyat yoldaşı rusdur, Moskvada yaşayırlar. Bir qızları var təmiz Azərbayçança həm də öz regionunun ləhcəsində danışır. Ançaq bəzi o taxtabaşların öz ana dilini başqa dilə satması onların şəeəfsizliyini göstərir.
@qwertyboss1187
@qwertyboss1187 Жыл бұрын
@@РусланШафиев-ю4я Adama deyərlər bu qədər vətənpərvər insansan başqasının ölkəsində nə siktirirsən ?
@user-zc8sh6sk3e
@user-zc8sh6sk3e Жыл бұрын
Ne demek olar Azerbaycandi
@fatmaxanimabdullayeva5312
@fatmaxanimabdullayeva5312 Жыл бұрын
Bu nəfs ki var, 4:55 bu millətin axırına çıxacaq. Bakının hər yeri bu gündədi. Özbaşnalıq baş alıb gedir. Pul ver , işini gör.
@sevahaji6210
@sevahaji6210 Жыл бұрын
Yaşayış binasında restoran bina sakinlərinin icazəsi olmadan tikilməli deyil. 1-2 nəfəri pulnan ələ almaqla deyil.
@tosifsemedov3160
@tosifsemedov3160 Жыл бұрын
Rusiyada bele di binalarin alti maqnit maqazin ler di hamisi
@rizvanmammadov4009
@rizvanmammadov4009 Жыл бұрын
Sementi az vurublarki hamisina çatsın
@arzuseferov2123
@arzuseferov2123 Жыл бұрын
Qiz duz deyir ufunət bura da gəlir. Mən keçirəm başqa videoya baxmağa
@royalqocayev1291
@royalqocayev1291 Жыл бұрын
😂😂😂 yük dasiyici deil o divar esas kalonlardi pərdəlerdi rigrllerdi
@hooligan5762
@hooligan5762 Жыл бұрын
Hec yerde sehersalma qaydalarina emel edilmiyib 20 mertebe binalar bir birine ele yaxin mesafedediki indi mawin elinden uwaqlar elinden axwam addim atmaq olmur..ABUTALIBOV hara baxifdi bulara qol cekende???Bakini bu hala salanda hara baxirdi?
@asadasadli9182
@asadasadli9182 4 ай бұрын
Əvvəllər yadima gəlir ora batırdı, yaşayanlar çıxıb getmişdi ordan.
@aliaqaabdullaev4070
@aliaqaabdullaev4070 Жыл бұрын
Vay vay dehset
@nurlanrasulov9109
@nurlanrasulov9109 Жыл бұрын
jurnalist sual versin niye sehercikde binalarin ustu,liftler,pillekenler kuceler it gunundedi?niye saginizda ve solumuzda icmeli su daimi bizde bir nece saatdir sutqada?pillekenlerin isiqlanmasi yoxdur.Amma basqa binalarda evin kv 20 qepik yigillar sehercikde 35 qepik.
@aqilbehramoglu3672
@aqilbehramoglu3672 Жыл бұрын
Zelzele olacaq onsusda, Indiden Allah rehmet elesin bina sakinlerine😢
@umudlu4772
@umudlu4772 Жыл бұрын
Arzun ürəyində qalsın. Orada yaşayan körpələri düşünün
@ayla9780
@ayla9780 Жыл бұрын
Vay vay Azerbaycanlilar Allah umuduna yasayir
@nailnail4188
@nailnail4188 Жыл бұрын
AYTƏN XANIM ƏZİZ ALLAH SƏNƏ CAN SAĞLIĞI VERSİN AMİN EZYET ÇƏKƏN XALQIMIZIN QAYĞISINA QALIRSAN ƏZİZ ALLAH EZYET ÇƏKƏN XALQIMIZI XƏTADAN BƏLADAN ÇƏTİNLİKLƏRDƏN QORUSUN AMİN AMİN AMİN ALLAH.
@hooligan5762
@hooligan5762 Жыл бұрын
ABUTALIBOV ICRA hara baxirdi 3 m mesafede tikilen binalar olanda?Indi ayilmisiz?
@Mars2023-ek8os
@Mars2023-ek8os Жыл бұрын
Kimdi gunahkar???
@seymurnasirov6423
@seymurnasirov6423 Жыл бұрын
Sokulen daslar blok kerpicler elede sokulur mence burda tehlukeli ne var anlamadim.orda sutun sokulmurku bina ucsun.imkan yaradag seherimiz gozellessin is yerleri artsin.tikilsin resdaran
@Citizenoftheworld-z2e
@Citizenoftheworld-z2e Жыл бұрын
Xarabaxanadi valla
@asifesgerov3284
@asifesgerov3284 11 ай бұрын
Bu milletə bir yazlgl gelən tapllacaqml.millet qrllmamlş.Bunu tikenler kendinə getmək isdəmirlər.
@sensizomur1985
@sensizomur1985 Жыл бұрын
Ümimiyyətlə baki artiq yashamali yer deyil qacmaq lazimdir zəhər tulugunan ‼️
@maksimusmaksimus8513
@maksimusmaksimus8513 Жыл бұрын
Deyende ki rayon əhli ,harda gəldi ev alır təki Bakı olsun ,İnçimeyin siz özünüz razı olursuz təki Bakl olsun. Ay miııet Bakının elə yerlerinde heş vaxt yaşayış olmurdu. Harda gəldi ev aımlslnlz
@mubarizresulov4857
@mubarizresulov4857 Жыл бұрын
Бу эвлярин кейфиятини фовгаладян сорушмаг лазымды Бязи тикилян эвляр чох кейфиятсиз тикилиб вя бу эвлярин агибяти узя чыхачаг
@SevgiMemmedova-oh1id
@SevgiMemmedova-oh1id 2 ай бұрын
Zirzəmilərin suyunu ayda bir dəfə nasosla vurub atırla yola sanki sel gedir Vallah.Elman Məmmədov ancaq pul yığır və pul verməyəndə suyumuzu ,işığımızı kəsir
@bhruzibrahimov2320
@bhruzibrahimov2320 Жыл бұрын
Ay gul mirabalari bina kalon uste tikilir kerpic ustune yox
@northofface529
@northofface529 Жыл бұрын
AĞLI OLAN 100000 VERİB BELƏ EV ALMAZ
@huseynovramil3720
@huseynovramil3720 Жыл бұрын
Siz nəyi qoyub nəyi axtarirsiz ,bunlar çox kiçik bir seylər.Araşdırin görun nələ baş verir bu dövlətdə
@ПарвизБехбудов
@ПарвизБехбудов Жыл бұрын
Daşax olajax😂
@RobocorRobocor-ru5uv
@RobocorRobocor-ru5uv 2 ай бұрын
Isallah asar bele kor qorxaq xalq qirlsa yaxsidi ceheneme qeder yolunuz var
@zara4837
@zara4837 Жыл бұрын
Ölke batir
@astonmartin982
@astonmartin982 Жыл бұрын
Deyir sakinlər evlərini satışa çıxarıblar. Adama deyərlər bu videodan sonra bu evləri hansı xiyar alar?😅😅😅
@ilkinxudiyev4233
@ilkinxudiyev4233 Жыл бұрын
Aidiyyəti üzrə ciddi tədbirlər görülməlidir.
@tuncaykerimli204
@tuncaykerimli204 Жыл бұрын
BIZIMKI QALIB ALLAHA.ALLAH BIZE MILLETIMIZE KOMEK OLSUN AMIN DEYIN
@musamirzeyev6309
@musamirzeyev6309 Жыл бұрын
Bilmirdin iki dana satib bakida yaşamaq arzusu ilə gələndə belə olacaq
@shehlajamalova7440
@shehlajamalova7440 Жыл бұрын
Kim alacak bu sinik salxak evleriiiii sonrada insanlar deyirki neden xestelendim oluremmmm
@user-kc5cb5jp9i
@user-kc5cb5jp9i Жыл бұрын
Yiyəsi yoxdu, kim harda keldi tikir sökür
@ramalnasirov1587
@ramalnasirov1587 Жыл бұрын
Mən 1 il orda kirayə qaldım yer deyil ora
@HesenMemmedov-n3g
@HesenMemmedov-n3g 20 күн бұрын
Niye
@galaxya04e419
@galaxya04e419 Жыл бұрын
Kərpicdən tikilən binaya yekə daş dəysə hazırdı kərpic şüşə kimidi vurursan qırıb dagılır
@huseynovramil3720
@huseynovramil3720 Жыл бұрын
Türkiyede olan zəlzələ ,yəni Bakida 7.5 bal gücündə zəlzələ olsa ən azı 1 milyon insan məhv olacaq.Buni bilin.Bu bir dövlət məmurların mundar siyasəti.Gedib prezidente deyecekeler 1 milyon insanı silahsız,sursatsız,zor tətbiq elemeden,dubinka vurmadan,işgəncə vermeden qırıb məhv etdik bu Azərbaycan millətin
@user-jf1ev6uk1z
@user-jf1ev6uk1z Жыл бұрын
Ay savadlı Müxbir Podval yox Zirzəmi
@stoptelecom-nx9iv
@stoptelecom-nx9iv Жыл бұрын
Bu evləri ipoteka adı ilə 2 və ya 3 qatına satılırlar buranın həkim ləğv olunmalidir
@aydnhacbalayev2224
@aydnhacbalayev2224 Жыл бұрын
Siz ilk əvvəl bütün binaları zirzəmisine baxın 80 % sudu
@ElcinMemmedov-dr2qy
@ElcinMemmedov-dr2qy Жыл бұрын
Padval yox. Zirzəmi.
@behremcabarov6171
@behremcabarov6171 Жыл бұрын
Yiyesi yoxdu belede olmalidi
@parvinamamedova3159
@parvinamamedova3159 Жыл бұрын
Hara baxır aidiyyatlı qurumlar???!!! Pullarını alıb kor ve lal olublar hee?
@unnamed7019
@unnamed7019 Жыл бұрын
Vaxtında çıxın o binadan. Sökülməlidi o binalar. FHN göz yumub tikintiyə.
@asrntomrisi802
@asrntomrisi802 Жыл бұрын
Orda elə 10 iı qabaq kirayə üçün getdiyim maklere dedim Dedim bu evlər hissə hissə sökdürüb yenisin tikdirin elə təzə mənzil ovula töklürdü
@vidi932
@vidi932 Жыл бұрын
Agli olan teze tikili binalardan ev almaga deymir
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
kupcali 3 otaq 59000azn. 0553469646
1:35
Masazirda Evler
Рет қаралды 4
2 min manatla necə biznes qurdu? Nadir Rzayev/4K
34:00
Hekayə Qutusu
Рет қаралды 37 М.
По света и у нас - 16.09.2024, 12:00 по БНТ
23:27
Българска Национална Телевизия БНТ
Рет қаралды 2,6 М.