Рет қаралды 7,335
Gec yaşda evlənməyin xanımlara yaratdığı risk
Moda evinin rəhbəri Fidan Rzayevanın 32 yaşı var. Modelyer deyir ki, onun üçün vacib amil işgüzar həyatda uğur qazanmaqdır. İş qadını heç vaxt müəyyən yaşdan sonra mütləq ailə qurmalı olduğunu düşünməyib. Öncə karyera, maliyyə müstəqilliyi və yalnız bundan sonra ailə.
Maraqlıdır ki, son illər Fidan xanım kimi düşünənlərin sayı artmaqdadır. Gənclər evlənəcəkləri insana qarşı elə tələblər irəli sürürlər ki, çox vaxt bütün gözlənən keyfiyyətlərin bir insanda cəmlənməsi mümkün olmur və beləliklə subayların da sırası genişlənir.
Əvvəllər yaşı 25-i keçən xanımlar ailə qurmurdularsa, onlara “evdə qalıb”, “qarıyıb” deyirdilər. Getdikcə nikaha daxil olanların ortalama yaşı artır. Statistik göstəricilərə görə, 90-cı illərdə qadınlar daha çox 22-23, kişilər isə 25-26 yaşında ailə qururdular. 2020-2021-ci illərdə isə nikaha daxil olan kişilərin orta yaşı 29-30-a, qadınların isə 25-ə çatıb.
Sosioloq Rəşəd Əsgərov da deyir ki, əvvəllər 16-18 yaşlarda ailə qurmaq istəyən qızlar çox idisə, hazırda xanımların nikaha daxil olma yaşı kifayət qədər yüksəlib.
Gec evlilik qadınların ana olmaq imkanlarına da müəyyən zərbə vurur. Cərrah-ginekoloq Günay Məmmədbəylinin sözlərinə görə, müasir xanımlar daha gec yaşlarda hamilə qalmaq istəyirlər. Bu isə müxtəlif problemlərə səbəb olur. Nəzərə almaq lazımdır ki, 35 yaşdan sonra xanımların fiziki və əqli məhdudiyyətli uşaq dünyaya gətirmək riski artır.
Abunə ol ☛ / @bakutv
●●●●●●
• QARABAĞ XRONİKASI
• ARZUNUN VAXTI
• SONUNCU ŞAHİD
●●●●●●
t.me/bakutvxeber
/ www.baku.tv
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
●●●●●●
Gec yaşda evlənməyin xanımlara yaratdığı risk
℗ 2022 - 2023 © All Rights Reserved | "Baku TV" LLC ™
●●●●●●
Gec yaşda evlənməyin xanımlara yaratdığı risk
#Azərbaycan #evlilik #xanımlar #risk #украина #россия #азербайджан #новости