💔 Bax bir il ötübdür sən gedən gündən Gedişin qəlbimi yara edibdir Öyrəşə bilmirəm heç yoxluğuna Deyirəm tək qoyub niyə gedibdir Ana sənin yoxluğunda yox oldum Sənsizliyin ürəyimi qocaltdı Dərdin açıb ürəyimə yaralar Fikirlərim saçlarımı ağartdı Sənin yerin ürəyimdə əbədi Yoxluğunsa hər anımda görünür Elə bilmə yaşayıram mən sənsiz Ruhum ölüb ürəyimsə döyünür 😢😢😢😢😢😢