Рет қаралды 22,637
#erkəndoğum #uşaqlıqboynununtikilməsi #servikalyetməzik
Şəhla Hüseynova (Ginekoloq)
Tel: 050 989 82 52
İnstaqram: Ginekoloq_shehla.huseynova.. / ginekoloq__shehla.huse...
Servikal serklyaj- uşaqlığın boynunu bağlı saxlamaq üçün, ona tikişlərin qoyulması prosedurudur. Vaxtından əvvəl doğuşa səbəb istmiko-servikal çatışmazlıq ola bilər (uşaqlıq boynunun əzələlərinin zəifləməsi). Servikal serklyaj vaxtından əvvəl doğuşların qarşısını almaq məqsədiylə tətbiq olunur və yüksək müalicə effekti verir. Serklyaj ingilis dilində encircle sözündəndir ki , bu da uşaqlıq boynunu əhatələmək deməkdir. Uşaqlıq boynunu sorulmayan qalın sap və ya həlqələrlə əhatələmək olar.Uşaqlıq boynunun serklyajı profilaktik xarakter daşıya bilər və 12-14 həftəlik hamiləlik zamanı və ya ekstremal hallarda həyata keçirilə bilər. Serklyaj əməliyyatı ümumi və ya yerli anesteziya altında icra olunur. Ginekoloji güzgülərlə vagina genişləndirilərək uşaqlıq boynunu izlənilir və sorulmayan lentlə Serklyaj-uşaqlıq boynu tikilməsi əməliyyatı icra edilir.
Əməliyyat sonrası dövr
Bərpa müddəti tətbiq olunan serklyaj əməliyyatının növündən asılıdır. Prosedurdan sonra, iltihablaşmanın qarşısını almaq məqsədiylə sizə antibiotik təyin oluna bilər. Serklyaj əməliyyatından sonra cinsi əlaqə tövsiyyə olunmur.