Рет қаралды 38,620
Uşaqlıq boynunun eroziyası xəstəliyində uşaqlıq boynunun selikli qişasında bu və digər zədələr aşkar edilir. Azərbaycanda və postsovet məkanı ölkələrində uşaqlıq boynunun eroziyası anlayışı selikli qişada ginekoloji baxış zamanı aşkar edilən bir neçə dəyişikliklərin mümkünlüyünü bildirir.
Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri
Uşaqlıq boynunda ən çox yayılan və həkim tərəfindən uşaqlıq boynunun eroziyası kimi dəyərləndirilən dəyişikliklər aşağıdakılardır:
Ektopiya (sinonimləri: psevdoeroziya, uşaqlıq boynunun anadangəlmə eroziyası və ektropion (zədə nəticəsində uşaqlıq boynu kanalının xaricə dönməsi) Psevdoeroziyanın yaranma səbəblərinə qanda qadın estrogen hormonunun çox olmasıdır. Uşaqlıq boynunun ektopiyası normal haldır və heç vaxt uşaqlıq boynunun xərçənginə çevrilmir. Ektopiya zamanı, bir qayda olaraq, müalicə təyin olunmur. Müalicə yalnız müayinə zamanı uşaqlıq boynunun dəyişmiş hissəsinin iltihabı aşkar olunduqda, tələb oluna bilər. Ektropion - doğuş, abort və ya uşaqlıq boynunun qaşınması nəticəsində uşaqlıq boynunun xaricə dönməsidir.
Cinsi infeksiyalardan yaranan eroziya ( həqiqi eroziya)