Abonə oldum Qaqa , əlinə sağlık , belə keyfiyyətli video bizim youtuberlər arasında az görülüb . Belə davam elə
@rasulahmadov5 ай бұрын
Hər vaxtınız xeyir, maraqlı kontentdir, Azərbaycanda da belə məlumat verən kanalları görmək istərdim. Çəkdiyiniz əziyyətin qarşılığını alarsınız inşAllah. Videoya baxarkən bəzi qeydlər etdim onları sizinlə bölüşmək istərdim ki, daha dəqiq məlumatlarla və maraqlı analiz ilə izləyiciləri bu mövzuda daha da maarifləndirək. Roman-Niko dayıoğlu-bibioğlu yox, əmioğludurlar. Eyni soyadı daşıyırlar. Niko goofy deyil, bütün GTA main character-lərdən fərqli olaraq, bizə (Amerikalı olmayanlara - Azərbaycanlılara və s.) ən yaxın olanıdır Niko. Niko amerikalıların qəribə yaşamlarına uyğunlaşa bilmir, qeyrət damarı tutan Niko əmisi oğlunun sevgilisi Mallorie-ə ilişən Vladimiri öldürür və Dmitriy-Faustin üçün çalışmaq məcburiyyətində qalır. Digər bütün GTA baş qəhrəmanları sonda biz artıq şəhərə sahibik, zənginik deyib xoşbəxt olsa da, GTA 4 hər iki halda qəmli sonluqla bitir və Niko "bəli qalib gəldik, amma nə qazandıq?" deyərək yaxınlarını, güvəndiyi insanları itirməyin ağır və pulla alına bilməyəcək bir şey olduğunu göstərir. Digər bütün GTA qəhramanlarından fərqli olaraq Niko anası Millica Bellic ilə də mail vasitəsi ilə əlaqə saxlaya, qardaşı və qohumları haqqında məlumatlar ala, oyunda kömək edib narkomanlardan və tüfeyli həyatdan uzaqlaşdırdığı Marnie Allen ilə mail ilə əlaqə saxlaya, sonradan Dmitri-ə inanıb səhv etdiyini anlayan Niko oyunun kənar missiyalarında Michail Faustinin həyat yoldaşına və qızına kömək edə, daha sonra onlardan da təşəkkür mail-ləri alıb həyatlarının yoluna düşdüyünü, daha təhlükəsiz yerə köçdüklərini öyrənə bilir. GTA tarixində ən çox öz hislərini biruzə verən hər dəfəsində Roman-a Liberty City-də bərbad şəkildə dediyinin tam əksinə yaşadığın göstərən, dostları ilə əlaqəni kəsməyən bir oyun qəhrəmanıdır. Oyunda Roman və Little Jacob ilə dostluq edib avantaj qazanacağını (70% üzəri like və respect aldıqdan sonra) dediniz, amma digərləri də var. Brucie Kibbutz missiyalarını bitirəndən sonra onunla dostluq edib avantaj olaraq qız-oğlan dostlarınla əylənə biləcəyin helikopter, qayıq turları əldə edə, şəhərdən tapdığın maşınları satıb oyunda pul qazana, yarışlar təşkil etdirib yarışa bilirik. Patrick McReary ilə dostluq edib, öncəki GTA-larda olan və 8ball adlanan əlavə bir xüsusiyyət GTA 4-də də açılır ki, həm oyunda boş vaxt keçirərkən əylənmək, həm də oyun missiyalarında istifadə edə bildiyimiz dinamitlər əldə edə bilirik (Ray Boccino öldürdüymüz missiyada təqib edib, atışıb 2 maşında olan Ray-in çox yaxşı silahlanmış adamları ilə uğraşmadan Ray-in maşınının altına dinamit bağlayıb missiyanı daha maraqlı tamamlamaq olur). Oyun bizi bir çox yerdə seçim arasında qoyur. Ivan adlı birini öldürməyi Vlad istəsə də, Niko Vladı bəyənmədiyi üçün təqib sonrası ayağı sürüşən Ivan-ı ölümdən xilas edə və ya öldürə bilər (öldürməsək Ivan şəhərin ruslar yaşamayan yerinə köçər və oyunda tam başqa yerdə kənar missiyalar ilə qarşımıza çıxar). Oyunda başqa bir seçim isə Dwayne Forge və Playboy X missiyarı bitdikdən sonra Playboy X Niko-ya Dwayne-i öldürməsini deyər, Dwayne isə Niko-nun düzgün qərar verməsini istəyər. Əgər Playboy X istəyini etsək, Niko 120k dollar əlavə qazanar amma Playboy X ilə araları pisləşər. Amma Niko Playboy X və adamlarını öldürsə (məncə düz olan budur) Palyboy X-in bahalı evi (oyunda əlavə 1 save house), GTA3-ün baş qəhrəmanı Claude Speed-in (heç bir paltar dükanından və oyunun başqa yerindən əldə edə bilmədiyimiz) paltarı, 2 bəyəndiyimiz maşın saxlaya biləcəyimiz yer (parking slot), 20k dollar qazanar, Dwayne Forge ilə dostluğu davam edər. Gələcəkdə Dwayne-in də hörmətini qazana (like, respect 70%-dən yüksəldikdə) bilsək bizə özünün silahlı 2 adamını istədiyimiz anda göndərər ki, oyuna maraq qatar (bu iki nəfər GTA San Andreas-dakı Grovestreet gang-lər, homie-lər CJ-i qoruduğu kimi Niko üçün savaşır və sona qədər Nikonu təqib edirlər). Oyunda hekayəyə və kənar missiyalara heç bir dəyişiklik qatmayan Francis və Derrick McReary qadaşları bir-birinin ölmünü sifariş edər, hansını da öldürsək kənar bir şey qatmaz oyuna. Oyunda hekayədən kənar 3 qızdan 1i ilə və ya hamısı ilə sevgili ola bilir Niko. Bu sevgililərdən biri Carmen tibb bacısı olduğu üçün sağalmasında, Kiki hüquqşünas olduğu üçün polisdən qaçmasında, Alex dizayner-model olduğu üçün geyim mağazalarında böyük endirim ilə paltarlar almasında yardım edir Nikoya. Uğurlu bir şəkildə sevgili(lər) ilə date-i tamamladıqdan sonra bowling, darts oynayıb, restoranda və ya bar, klublarda əylənib, şouya-tamaşaya, standupa getdikdən sonra sevgilinizin evinə qalxmamaq oyunda təklif olunur (məncə GTA 5-dəki yalnız bootycallkimi istifadə edə bildiyimiz sevgililərdən yaxşıdır, çünki GTA 5-də sevgililər yalnız intim münasibət üçün nəzərdə tutulub, bunun əksinə GTA 4-də onlara normal insan kimi dəyər verib maraqlı zaman keçirmək olur). Birdəki texniki cəhətdən də əlavələrim var. GTA 4 çıxdığı zaman Rockstar Games-in gördüyü işlərə, 2 il əvvəl (2006-da) çıxmış GTA LCS və GTA VCS oyunlarına, 1 il əvvəl (2007-də) çıxmış ilk HD qrafikalı Bully oyununa çalışdıqlarını və GTA San Andreas kimi nəhəng hekayəli-xəritəli oyunun hazırlanmasından sadəcə 4 il keçdiyinə və dövrünün digər rəqib şirkətlərin hazırladıqları oyunlara baxsaq, GTA San Andreas-dakı Hot Coffee məsələlərinə və az yaşlı baş qəhrəmanı idarə etdiyimiz, akademiyada hadisələrin baş verdiyi az yaşlıların da oynaması üçün hazırlananan amma çox yüksək gərginlik və şiddətə sahib olan Bully oyununa görə Rockstar-ın dəfələrlə məhkəmələrə çıxarılmasını nəzərə alsaq, oyunun paraleldə bir neçə proyekt ilə birgə 4 ilə hazırlanmış olduğunu nəzərə alsaq GTA 4 olduqca maraqlı və əyləncəli missiyalara sahibdir. GTA 4-dən sonra Rockstar rekord sayda satış, daha çox sərvət qazansa da, əllərində daha çox və bacarıqlı mütəxəssislər olsa da, 5 ilə daha bərbad hekayəli GTA 5-i hazırladılar. GTA 5 hekayəni qoy, oyun Euphoria ragdoll fiziklərinə və reallığına görə GTA 4-ə yaxın gələ bilmədi. Və ondan sonra çıxmış heç bir oyun GTA 4-dəki oyun fiziklərə sahib olmadı. Rockstar özü belə bunu təkrarlaya bilməyəcəyi bir işi GTA 4 ilə ortaya çıxardı 2008-ci ildə. Dediyim kimi öz dövründə proqramçıların, oyun motorlarının sahib olduğu ən yaxşı işi GTA 4-də ortaya qoydu Rockstar, sadəcə missiyalar birini təqib edib öldürmək deyil (təməl olaraq GTA 5 daxil bütün GTA oyunlarında birilərini izləyib öldürürük zatən GTA-nın teması budur, amma bunu necə etməyimiz, kreativlik maraqlıdır. GTA 4-də oyuna təsir edəcək bir çox seçim var məsələn: missiyalarda birinin diqqətini dağıtmaq üçün güzgüyə və ya antenaya, divara, televizora atəş açmaq, GTA 5-dən daha yaxşı parkur animasiyalarına sahib olmaq, hərəkətdə olan yük maşının bortundan yapışıb qalmaq və kuzaya irəliləmək, motosikletdən helikopterə tullanmaq və s. kimi bir çox ilkə sahibdir). Razıyam GTA San Andreas-da (2004-cü il oyunu) təyyarə sürə və çooox böyük xəritəyə sahib oyun oynuya bilirdik, GTA 5-də (2013) də təyyarə sürə tank sürə bilirdik. Amma düzgün dəyərləndirsək, GTA San Andreas GTA 3 və GTA Vice city-nin olduğu kimi 3D qrafikalı oyun idi və artıq Rockstar çalışanları 5 ilə yaxın idi ki, bu oyun motoruna sahib idilər, rəqib oyunlar olan Mafia seriyası, True Crime seriyası, Driver seriyası və başqaları. da 3D qrafikada maraqlı bir şeylər ortaya çıxarırdı və Rockstar nə iləsə fərq yaratmağa məcbur idi ki, böyük bir kütlənin diqqətinə çatsın. Əllərində artıq uğur qazandıqları 2 3D qrafikalı GTA oyunu var idi və bunların üstündə işləyib GTA San Andreası ortaya çıxardılar. Eynilə GTA 5 -də Rockstar Games-in hazırladığı növbəti GTA oyunu oldu ki, artıq əllərində HD qrafikaya sahib GTA 4 və DLC-ləri var idi, bunun üstündə işləməli idilər və 5 ilə GTA 5 hazırlandı. Amma GTA 4 bir ilk - HD qrafikalı ilk GTA oyunu idi. Nə ozamankı kompüterlər, nə də Rockstar games proqramçı komandası buna hazır deyildi. Daha çox belə videoların gəlməsini, GTA 4-dən sonra ən çox sevdiyim MAFİA 2 hekayəsini görmək istərdim. Gameplay videoları ölkəmizdə çəkən çoxdur və hamının edə biləcəyi mənasız kontentdir məncə. Amma məlumatverici videolar daha yaxşıdır. GTA-ya rəqib olmağa çalışmış amma sanki bu lənətə düçar olub sonda iflasa uğramış çox oyun və şirkət var: True Crime seriyasını hazırlayan; Mafia və Mafia 2 hazırlayan 2k Games; Saints Row istehsalçısı Volition, Driver series hazırlayan ATARI və s. çox şirkət olub və həmin oyunlar da çox uğurlu olsalar da, apardıqları qeyri-sağlam rəqabət sonrası tarixin tozlu səhifələrinə çevriliblər. Amma həmin oyunlardan da maraqlı videolar hazırlana bilər məncə. Diqqətiniz üçün təşəkkürlər!
@turalmahmudov89855 ай бұрын
oy blet ne boyda yorumda ala, hecmi ureyin sixilmadi?
@lozer29005 ай бұрын
@@turalmahmudov8985 Əsl izləyici, əsl şərhçi :D
@lozer29005 ай бұрын
Bu kəsidlər hansı filmdəndir?
@raska18-b4z5 ай бұрын
2:17 saniyədəki kəsid 2001 istehsalı "behind enemy lines"a aiddi