Salam hörmətli oxucular və əziz eloğlular. Hamımıza məlumdur ki, Bakıdan Qroznu şəhərinə uçan təyyarə qəzasında çoxsaylı insan tələfatı olmuşdur, dünyasını dəyişənlərə ulu Tanrıdan qəni-qəni rəhmət, yaralılara şəfalar diləyirəm. Həmin qəzada təyyarənin bələdçisi həlak olmuş cəsur səmalar xanımı gənc qadın Hökumə Xanıma həsr olunmuş şerimi sizlərə təqdim etməyi özümə borc bildim. Hörmətlə Lətif Əhmədov (Ağaoğlu). Hökumə Xanım. Əlbir olub ay, ulduzla, Uçdun göyə Hökumə Xanım! Düçar olub xəyanətə, Endin yerə Hökumə Xanım! Səslədinmi mələkləri? Alt-üst etdin diləkləri Ağlar qoydun ürəkləri, Şanlı qizım, Hökumə Xanım! Gənclərmizə örnək oldun Tər gül idin açıb, soldun Şairlərə mövzu oldun, Cəsur qızım, Hökumə Xanım! Kazax eli çöl-biyaban, Ana yurdun Azərbaycan! Mənzilin Fəxri Xiyaban Şanlı qızım, Hökumə Xanım!