Orxanin səbrinə həyran qaldım, yazıq tamam başqa mövzudan danışır aparıcı oz bildiyi kimi sırf haqlı çıxmaq üçün mövzunu "yönləndirir" . Və burda ölkəmin ən böyük kompleksi üzə çıxır; bəzən anlamadığın mövzuda öz dar düşüncəni müdafiə etməkdənsə başqa prizmadan baxa bilmək ehtimalını da sınaya bilərsən Bunu da qeyd edim ki , çox keyfiyyətli muzakirədir. dinləyərkən bəzən səbrirsizlik etsəm də yekun olaraq zövq aldım. Uğurlar
@sblume917127 күн бұрын
eyni fikirdeyem.
@ayseesgerova1Ай бұрын
Cəmiyyətdə o qədər kirli düşüncələr var ki, sizi dinlədikcə müəyyən qədər təsəlli tapıram. Çox təşəkkür edirəm. Bu məlumatlandırıcı podcast 3-4 nəfərə belə müsbət təsir göstərirsə, bu əsl uğurdur.
@Кароль-т8ч7 ай бұрын
Mən Aynur x.dan daha agilli dusuncə gozləyirdim.Biz doguldugumuz cografiyaya gorə bu cur olmaliyiq və ya biz Azərbaycanliyiq.(Ən zəhləm gedən sozdur.)Cunki Azərbaycanliya sərait yaradan olsa,bizim qədər bacariqli insa yer uzundə bəlkə də təkdir.bizim alimlərin yaratdigi və ua icat etdiklətini dunyaya cixaran olsa hər il Nobel mukafatini Azərbaycan alimləri alar.bizim ən boyuk bədbəxciliyimiz borakratizm və qohumculuqdur.Muharibələr və cografiya deyil.Orxan m.isə cox savaadli və dunyagoruslu bir şəxsdir.ugurlar hamimiza.
@ayselhuseynova7776 ай бұрын
Eslinde sizde eynisini deyirsiz.Olsaydi... ama olmadi.neticede yene cografiya ve dusunce terzimiz sebeb oldu.
@shahlaguliyeva359Ай бұрын
Aynur xanıma təşəkkür eləyirəm bu podcast üçün. Və demək istəyirəm ki, Orxan Şahbazın bütün fikirləri ilə razıyam. Kaş ki belə düşünən insanlarımız çox olsun! Bəzən Aynur xanımın argumentasiyası qonağın yanında çoox uduzur. Və diskussiyanı daha çox hövsələ ilə aparmasının, qonağı dinləmək xüsusiyyətinin səviyyəsini artırmaq arzusu ilə.
@ayshaomarova5 ай бұрын
Orxan bey müdaxileye baxmayaraq özünü çox gözel ifade edir 👍🏻
@gulnarsadiqova37737 ай бұрын
Orxan bəy çox gözəl ifadə etdiniz.Qaya yazı dəftəri deyil.Qayda mütləq olmalıdl
@gunelallahverdiyev21845 ай бұрын
Orxan bəyin fikirləri və düşüncələri əla❤tamda qəlbimdən,beynimdən keçənlərdi
@HH-ys4wd5 ай бұрын
Çox sağolun ela buraxılış idi. Orxan bəy Unsiyyet bacarıqları Auditoriya qarşısında danışmaq və s. kimi təlimlərini verdiyi mövzuları rəsmən sübut elədi bu videoda. Aynur xanımın müdaxilələrini hətta mövzunu yayındıraraq dəf etdi. Həmçinin mimikalar, jestlər videonun ahəngini artırdı. Azərbaycanlı olmaq isə bəzən öz tənbəlliyimizi coğrafiyanın üstünə atmaqdır. Sovet vaxtında general-kosmonavt olan Kərim Kərimov da elə bu torpaqlardan olub. Almaniyada və ya döyüşsuz şəraitdə yaşamamışdır. Belə çox misallar vardır. Yəni özümüzə təsəlli verməyək ki biz azərbaycanlıyıq belə doğulmuşuq belə gədəcəyik. Hər zaman məqsedlərimiz yüksək olsun
@rehmankisiyev88244 ай бұрын
Çox maraqlı verlişdir,bizim hər sahədə savadlı insanlarımız olub,var və olacaq .Sadəcə onların pillələrlə yuxarı qalxmalarına mane olmamalıyıq.Eksinə bacarırıqsa dəstək olmalıyıq.
@hayaletgamer33583 ай бұрын
Maraqlıdır təşəkkür edirik,zəhməti keçən hər kəsə.Amma aparıcı qonaqlara çox danışmağı üçün vaxt ayırsa əla olar. Fikrin sona qədər çatdırmağa mane olur. Və adamı yorur.
@minareeliyeva55027 ай бұрын
Mohteshemsiniz Aynur xanim ve Orxan bey! Yaxshi ki sizin dushunce de olan insanlar var, cahil cemiyyetnen savashmagimiza guc verirsiniz bize!
@konulaliyeva577Ай бұрын
Maraqlı mövzulardır, lakin xanım imkan versə ki qarşı tərəf danışsın çox yaxşı olar. Artıq bir neçə müsahibəyə baxmışam xanım imkan vermir qarşı tərəfə
@fidanbehbudlu997 ай бұрын
Şokda izləyirəm. Necə gözəl yanaşmalarınız cümlələriniz var əriyirəm rəsmən. Möhtəşəmdir. Gələcək nəsil çox gözəl gələcək. Bizlərdə sizlərə baxıb övladlarımızı keçmişdəki kimi yox bu gunə özəl böyüdəcik❤
@servermehtiyev7 ай бұрын
Çox maraqlı mövzuya toxunmusuz. Əməyi keçən hər bir kəsə təşəkkürlər.
@AynurKhalilova7 ай бұрын
Təşəkkür edirəm, Sərvər.
@OrkhanShahbaz7 ай бұрын
Təşəkkür edirəm 💎
@AynurKhalilova7 ай бұрын
Biz bütün komandamız adından təşəkkür edirik, Orxan.
@tagiyevazerniyar7 ай бұрын
Psixoloji qəlib olmadan fiziki qəlib ortaya çıxa bilmir 👍👍👍👍👍
@bakinka6 ай бұрын
Orxan bey , siz neye gore daga, dasha nese yazmagi , qadinlarin plastic emel etmeklerini , oralarinj buralarini deyishdirmeklerini negativ kimi gorursunuz, ozunu duzgun ifade etmek yeri kimi gormursunuz, amma bedene tatoo etmeyi negativ gormursunuz? Sizce bedene tatoo etdirmek ozunu ifade etmek deyil? Sizce bedene tatoo etmek , qadinlarin plastic emel etmeyinden ve ya daga dasha nese yazmaqdan ne ile ferglenir?
@aerny.__.6 ай бұрын
@@tagiyevazerniyarəlaqə?
@Metbeximinsirleri_x7 ай бұрын
Zovq alaraq dinledim..maraqli debat-hemfikir ve kecmiwini medeni formada ortada muzakire eden 2 formalawmiw insan👏👏👏👏👏
@AynurKhalilova7 ай бұрын
Çox sağ olun ki, ərinməyib rəy də yazdınız.
@natavanhasanli55284 ай бұрын
Çox gözəl buraxılışdır, qonaqda çox dəyərli bir insandır. Sadəcə Aynur xanım çox xahiş edirəm icazə verin gələn qonaqlar danışsın. Mən ancaq sizə, sizin danışdığınız təcrübələrə qulaq asdım
@azadasheykhova967528 күн бұрын
Orxan bey mukemmeldi tsk
@birfinCandle3 ай бұрын
Fikir ayrılıqları bölümü daha da gözəlləşdirdi. Maraqlı idi. 1. Özünü ifadə etmək üçün məkanı düzgün seçmək lazımdır. Bu fikirdə Orxan bəy ilə razılaşıram. 2. Öz düşüncənə, həyat tərzinə güvənirsənsə insanların fikirləri sənin üçün önəm daşımamalıdır. Bu barədə Aynur xanımı dəstəkləyirəm. Təşəkkürlər. Zövq aldıq. Boş olan kimi açıb bir bölüm izləyirəm. Belə keyfiyyətli kontentlərin çox olmasını arzulayıram.
@suqrahesenxani14562 ай бұрын
Zövq alaraq dinlədim fikirləriniz doğrudur ,daimi valideynlərə ovladlarina geləcək üçün şənət və tehsil verməyi təblik etmişəm
@ЗаргаламМаммадова-п2ж7 ай бұрын
Bilirsiz belə elmi psixi verilişləin çox olmagina sevinmək lazimdi çunki buna çox ehtiyac var həmdə çox senindiricidir ki bele verilişlere baxan gənclər gat gat çoxdu sizə çox teşekkür edirik ki Orxan kimi elmli savadlı derin fikirli insanı verilişe çagirirsiniz aparıcı gızımıza teşekkür edirik
57:18 Aynur xanımla razılaşıram. Ancaq başqa bir nümunə də var buna. Bəyaz Zambaqlar əsəri Finlandiyanın işğalı və təhsil yoluna girişini göstərən böyük əsərdir. Finlandiya da işğalda olub, ancaq bu gün ən xoşbəxt və təhsil səviyyəsi ən güclü ölkələr sırasında ilk 5'likdədir.
@AygulMamedova-f2s7 ай бұрын
Möhtəşəm!!! Çox təşəkkür edirəm bu cür keyfiyyətli podkastlar üçün! Bir gənc olaraq bir çox insight aldım. Baboşa ehtiyac yoxdu, belə də davam!!!
@AfaqElizade177 ай бұрын
səbrsizliklə gözləyirdim, əməyi keçən hər kəsə təşəkkürlər❤
@aynurrustamsoy42777 ай бұрын
Hər birinizin izləyicisiyəm uzun zamandır.Situasiyaların xırdalıqlarını mükəmməl izah etdiniz,bircə ağlıma ilişib qalan Orxan Şahbazın fikri oldu.Deyir ki,”kim danışmağından asılı olmayaraq bacım qızları etirazları varsa dərhal kısib öz fikirlərin bildirir və mən də onların arxasında dayanıram”.Maraqlıdır ki,bu insanda kiminsə sözünü kəsmək vərdişini formalaşdırmırmı?Çünki,mənim uşaqlarımda da bu var,hal hazırda əziyyət çəkirəm onların bu vərdişindən.Təşəkkürlər,sevgilər❤
@AynurKhalilova7 ай бұрын
Orxan özü də cavab verər. Amma öncə mən yazım. Düşünürəm ki, uşaqlara kiminsə səhv olduqda onun sözünü kəsərək fikir bildirməsinin öyrədilməsi "sən uşaqsan, sən bilməzsən, səsini kəs!" sözlərinə öyrəşməklərindən daha yaxşıdır.
@AynurKhalilova7 ай бұрын
Sizə rəyinizə görə təşəkkür etməyi unutdum! Var olun ki, vaxtınızı ayırıb baxdınız!
@narimanbabayev85657 ай бұрын
Mence biz usaglarimiza yerinde ve duzgun sekilde fikirlerini ifade etmeyi , ya da etiraz etmeyi oyretmeliyik- eks halda onlar bilmeden bezen cox kobud ,olurlar. Menim de usahlarima oyretmeye calisdigim budur.
@AynurKhalilova7 ай бұрын
əlbəttə ki, haqlısınız. amma bəzən bəzi adamların sözünü kəsmək zərurətə çevrilir. gərək uşaqlarımıza bunu da təlqin edək.
@mvaaydan65897 ай бұрын
Bu tip podcastların davamı gəlsin, Aynur xanım, normal olaraq bütün fikirlərlə tam razı olmasam da bu tip keyfiyyətli buraxılışlar daha çox düşünməyimizə, fərqindəliyimizi artırmağımıza səbəb olur, uğurlar!🤍
@nusabehemidzade35455 ай бұрын
Əvvəla gələn qonağın sözünü dəfələrlə kəsib öz fikrini yeritməyə çalışmaq etik deyil, Orxan bəy öz fikirlərini çox gözəl ifadə edir , istər dərin mənalı fikirləri , istərsə də çəkdiyi misallarla. Aynur xanım digər videolarınızdada diqqət etmişəm öz fikrinizi yeritməyə çalışmayın və imkan verin qarşınızdaki şəxs sözünü cümləsini fikrini bitirsin.
@tmturhan94714 ай бұрын
Tam razıyam.defelerle qonağın hər sözünü kəsib gebul etmiyib öz sözünü haqlı çıxardır ne derecede düzgün idi((( da niye çağırmışdın özün danışardında)))😂😂
@LeylamuradliАй бұрын
Orxan beyin butun danishdiqlarini bir metali sekilde sevdim!
@lala_n287 ай бұрын
Çox maraqlı debat üçün çox sağ olun. Belə podkastların sayının artması ümid yaradır. ❤
@pervizmemmedov57155 ай бұрын
Qadının maddi azadlığı mütləq olmalıdır. Maddi azadlıq olsa maddiyata görə əyilmir.
@shanelgyv4 ай бұрын
hər şey çox əladı lakin xanımın özünündə demək istədiyi çox şey var deyə dinləmə mooduna keçə bilmir.❤❤❤
@konul34587 ай бұрын
Indiki cemiyyetin bu cür düshünen beyinlere çox ehtiyaci var.Davamli olsun inshallah🥰
@ildirimabdullayev1775Ай бұрын
Başdan sona qədər izlədim. Rəylərin çox hissəsini də oxudum. Birincisi mənim prizmamdan, subyektivimə görə, Aynur xanım da özünə və təfəkkürünə qəbullandıra bilmədiyi, linç yeməkdən çəkindiyi lakin fərqində olduğu bir eqo var. ( çox insana görə çox eqoist ola bilər, amma mənə görə normaldı o səvviyyədə). Bildiyimə görə aparıcılıq fəaliyyəti yeni olduğu üçün də qonaqlarla söhbət zamanı araya girmək, sözünü kəsmək də normaldı. Bəlkə on buraxılışdan sonra başqa cür olar. İdeal insan olmadığı kimi ideal aparıcı və dinləyici də yoxdur. Orxan bəy isə fikirkərinin az hissəsi ilə razılaşmadığım tək-tük insanlardan biridir. Bir saat on dörd dəqiqə izləməyim mənə bir şey qatdımı? Bəli düşüncələrimə nələrsə əlavə olundumu, yenə bəli. Təşəkkür edirəm bunun üçün də. Davamlı sağlam debatların olması diləyi ilə. Çox sağ olun.
@Metbeximinsirleri_x7 ай бұрын
Can.herweywunas klubdan derhal qaçib size ve komandaniza ve bele intellektual qonaginzada tewekkurlerki çayi dagitsamm bele oturub maraqla izledim🫶
@AileTVCYNA4 ай бұрын
Maraqlı debat oldu. Təşəkkür edirəm hər ikinizə. Amma mənim düşüncəmlə mənfiliklərlə yaşamaq lazım deyil. Azərbaycan artıq usanır, qusmağı gəlir, Azərbaycanı və azərbaycanlını sevən insana həsrətdi.
@liabbasov27717 ай бұрын
O qeder gozel keyfiyyetli sohbetler muzakire olunur ki, serhsiz.....🥰👍 Davamli olsun........
@birfinCandle3 ай бұрын
Səni sevdiyi üçün qalır. ❤ Necə doğru bir cümlədir. Həqiqətən də maddi asılılıq olmasa, hər kəsin əli pula çatsa cəmiyyətdə məncə boşanmalar daha da artacaq. Dözüb oturan da o qədər qadın tanıyıram ki. Əsl sevgi hər iki tərəfin də iqtisadı asılılığı olmadığı təqdirdə bir-biriylə birlikdə qalmaq istəməsidir.
@ulkerrecebova10864 ай бұрын
Mənə görə, gördüyüm ən səviyyəli debatlardandı!❤️
@nrgsrhmva7 ай бұрын
Möhtəşəm debat idi.
@mehemmedtagiyevvv7 ай бұрын
Belə verlisler gormek bizim ucun xosdu.Xanim soz kesmese daha yaxsi olar.Qarsindakinin fikrini tamamlamaga furset tanimaq lazimdi.Herkes herseyi bilecek deyə birsey yoxdu.Bezen susmaq yaxsdi.Ugurlarinizin davami gelsin. Gelecek qonaqlariniz ucun mence numeroloji,Kuantum,oyanış ile bagli qonaqlari gormek isteyerik.Tesekkurler
@periagamalizade7 ай бұрын
Səbrsizliklə gözlədiyim o buraxılış. Çox zövq aldım 🫠 Top 3lüyümdən uzun müddət düşməyəcək buraxılışlarındandır. ❤️
@fidanceferova43677 ай бұрын
Çox maraqlı debat idi təşəkkürlər . Hər ikinizə uğurlar diləyirəm. Orxan bəyin bir çox fikirləri ilə razıyam lakin Orxan bəyə xatırlatmaq istərdim ki, Azərbaycanlı olan Lütfi Zadənin ortaya qoyduğu qeyri-səlis məntiq həmçinin qeyri-səlis çoxluq nəzəriyyəsi sayəsində bir çox cihazın o cümlədən, texnikaların istehsalında nəinki Almaniya, bütün dünya istifadə edir. Təəssüflə bildirmək istəyirəm ki, bu nəzəriyyənin faydasını bizdən daha çox xarici dövlətlər görür.
@ipkabdullayeva34537 ай бұрын
Orxan beyin özünü ifade etmeyi mükemmel . coğrafi problemin mence özündə hell eden insandir öz təfəkkürurun insan dəyişib.
@ilkinqanboyzade14923 ай бұрын
Orxan bey hər mövzunu çox gözel izzah etdi təşəkkür edirik
@aytenheyderzade25837 ай бұрын
Səbrsizliklə gözlədiyim və gözlərimin tam haqqın verən 1 buraxılış idi...Orxan bəy və Aynur xanım sevilirsiniz🩶🩶
@ayselhuseynova7776 ай бұрын
Cox ela.meselenin her iki terefini de gostere bilmek ve anlaya bilmek onun helli yolunu da ortaya cixardir.mence her birimiz ozumuzden bir parca tapdiq.
@imnarmin7 ай бұрын
İlk öncə hər iki tərəfə bu cür marifləndirici, maraqlı və birazda yaxşı anlamda qıcıqlandırıcı podcast üçün təşəkkür edirəm. Hər iki tərəfdə həm qəbul etmədiyim və eyni zamanda bəyəndiyim fikrlər oldu, çox sevindirici haldır ki, fikrlər zidd olsa belə bunu normal şəkildə ifadə edə bilirlər. Dünyagörüşümə əlavə düşüncələr, faydalı məlumatlar qatmış olduz, bunun üçün bir daha təşəkkür edirəm. Daha fərqli qonaqlarınızı dinləməyi gözləyirəm 😊 gələcəkdə daha böyük zalda izləyicilərlə fikr mübadiləsi aparılaraq keçirilməsini diləyirəm, bir daha təşəkkür edirəm ! ☺️
@AynurKhalilova7 ай бұрын
Təşəkkür edirəm, Nərmin.
@aftnebiyeva67317 ай бұрын
Orxan bəy sizi alqış layıram .hərtərəfli izah edirsiz .
@ZeydNur7 ай бұрын
İlk defedirki reklam olarag qarşıma cıxan verlişe sonuna kımı maraqla baxdım☺️emeyınıze sağlıq
@sakinaquliyeva84184 ай бұрын
Maraqlı verlişlərə görə təşəkkür edirəm!
@nuranemuradova3300Ай бұрын
Belə davam edin superdi
@yalnzbiri57 ай бұрын
Öncəliklə bu buraxılışda əməyi keçən hər kəsə təşəkkür edirəm 🎉əməyinizə sağlıq ❤ Aynur xanım bu cür savadlı və yerli yerində verilən suallarla dolu debat buraxılışınız, son saniyəsinə kimi dinləməyə vadar etdi məni. Və bu cür səlis, savadlı və yerində düşünüb anında cavab vermək qabiliyyətini inkişaf etdirmək üçün bizə tövsiyə edəcəyiniz kitablara möhtacıq)))bu tövsiyənizi kanalda görmək ümidi ilə neçə belə gözəl buraxılışlara.....
@sefaceferova19897 ай бұрын
Orxan beyi devet etdiyinize gore cox sag olun.Severek her buraxilisinizi dinleyirem❤
@shefamizeyeva7354 ай бұрын
Cox sag olun bele seviyyeli verilise gore
@ReyhanEmenli4 ай бұрын
Aynur xanım bu bölümdə o qədər söz kəsdi ki, çox yorucu oldu.
@ilkinQaziАй бұрын
Çox maraqlı bir söhbət alınıb.
@OrxanSalmanli-q5z3 ай бұрын
Aynur xanim incimiyin xetrinize deymesin biraz daha cox mutalie ve heyat tecrubesine ehtiyac gorurem sizde
@gulshenismailova76537 ай бұрын
Fərqli maraqlı mövzülara toxundunuz təşəkkürlər 👏🏻 müzakirəsi dəhşət geniş olan mövzular idi dinlədiqcə zövq aldım🫠
@AynurKhalilova7 ай бұрын
❤
@gulnaraallahverdiyeva95267 ай бұрын
Həvəslə sona qədər baxdım, çox sağ olun əməyinizə görə, Orxan bəyi bizə tanıtdığına görə❤ Mövzudan kənar olsa da, üz dərinizin parıltısı çox gözəldir
@KidscenterSunmes21 күн бұрын
Gərgin söhbət
@MehbubaAskerova3 ай бұрын
But qeder maraqli informasiyanin icinde onsuzda Ebulfeze ilishib qalmishdimki axirda Babosh da elave oldu.Tiktokda olmasamda adin eshidmishdim ☺️.
@davudaliyev83194 ай бұрын
Bismilləhir Rahmani Rəhim .(Ya Rəsulum )Mömin kişilərə de ki,gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar),ayıb yerlərni(zinadan )qorusunlar (və ya örtülü saxlasınlar).Bu onlarçün(ədəb-ərkan,təmizlik baxımından)daha yaxşıdır.Şübhəsiz ki,Allah onların nə etdiklərindən xəbərdardır Nur surəsi 30
@AybenizHuseynova-b1z4 ай бұрын
Mən xanımam 56ıl düşnüürdüm amma gerekki hamı sizin düşndüynüz kimi düşnə əla . Sevırəm sizi❤❤
@guluzamanli75037 ай бұрын
Çox maraqlı verliş idi. A+O deməyidə diqqətimdən qaçmadı)
@dunyaismaylova95447 ай бұрын
Her ikinize cox cox tesekkur edirem oz adimdan deyiremki cox sey oyrenirem analiz edirem ve etrafada sozumu fikrimi coc gozel swkilde ifade edirem Ve xais edirem insanlardan gic gic videolara baxmaqdansa mariflenfirici ve heyatadaki realliqdan danisirlar gorurler paylassinlar insan baxib kimiseni yox ozu ozunu muzakire etsin ne duzdu ne sehfdi neyi tekmillesdirmeliyem.Orxan beyin lap evvelki videolarinada baxmisam cox gozel sekilde Hem nitqinde Hem fikirlerinde ozunu cox inkisaf etdirib ugurlari bol olsun
@araz_37735 ай бұрын
Bəh bəhhhh Ürəyimdən tikan çıxdıyeeeee Orxan bəyə gözəl cavablar verdiniz. Möhtəşəm Aynur xanım ❤
@aygunhsnzad72035 ай бұрын
Cox gozel debat idi. Orxan bey fikirleri eladir amma travmalarini cox bildirir. Aynur xanim mohtesemsiz
@mesumehuseynova88705 ай бұрын
İş orasıdır ,belə podkastların dinləyiciləri eyni fikirdə olanlardır.O cəmiyyət ki ,hansı dəyişməlidir təəssüf ki,dinləmir.
@dirnaqqaynagisema15105 ай бұрын
Tam raziyam😊
@Parvan49617 ай бұрын
Aynur xanım başda olmaqal butun kollektive teşekkür.Çox maraqlı ,çox faydalı,lazımlı mövzulara toxunursuz,supersiz.Bele davam edin.❤❤❤❤❤❤❤❤
@TarlanKengerli7 ай бұрын
Keyfiyyətli olmağı bacarırsınız 👍👍 və alınır , daim olsun uğurlarınız 🎉
@AynurKhalilova7 ай бұрын
Təşəkkürlər, Tərlan bəy.
@TarlanKengerli7 ай бұрын
@@AynurKhalilova *Tərlan xanım 😂❤
@birfinCandle3 ай бұрын
Salam. Evlənmədən eyni evdə yaşamaq fikri ilə çox razıyam. Amma bizim cəmiyyətdə bu mümkün deyil və bizim nəslin bunu görə biləcəyinə, buna normal yanaşılacağı gündə bizim olacağımıza inanmıram. Fərz edək belə bir hala icazə verilib hər kəs ipdən açılmış dana kimi olacaq. İnanın ki, əgər elə bir şeyə icazə verilsə bu düşüncəyə normal yanaşan insanlar daha namusla hərəkət edər nəinki bunu cəmiyyətdə qınayan insanlar. Şəxsi fikrimdir. Təşəkkürlər.
@RamileQafarova-vj9tk7 ай бұрын
Cox maraqli movzuya toxunmusuz. Cox heyfki Orxan bey kimi inkisaf edib deysmek isteyen kisiler bizim cemiyyetde azdi. Ele oz evimin icini misal ceke bilerem.Ve bizimde kecmis zehiniyyetle boyutmek istemediyimiz ogullarimizi ozlerine benzetmek isteyirler.
@AynurKhalilova7 ай бұрын
Hər şey sizdən başlayır, Ramilə xanım. Mütləq dəyişməyə və dəyişdirməyə çalışın.
@gunaymaharamova65767 ай бұрын
Demeli Orxani taaa 17 yasimdan taniyiram o vaxti unide odenissiz time managment zamanin idare edilmesi telimleri verirdi Atgtide bir defe unsiyyetomiz oldu cox qiciq yaratmisdi sonra evlendi xanimi ile videolar yayimlayirdi deyirdimki aaa ne yaxsi ferqli beyin var bosanma sebebi melum olmasada adamin dusunceleri her il deysiir hemcinin burdaki sozleride neblim adamda beyninde suallar yaradan kisidir Ugurlar
@sevdaakhadova72442 ай бұрын
Canım Qızımmmm halal olsun sene üreyımden xeber verdın 🤲🏻🙅♀️💯
@Luna-mi7oh5 ай бұрын
Xanlm dəfələrlə Orxan Şahbaza pula çevirirsən deyir. Qonağa deyilə biləcək heç xoşa gələn ifadə deyil. Orxan Şahbazın ən azından təhsilli, əsaslara dayanan cox savadll danışıqları var.Ağzından çıxan heç bir sözü öz şəxsi fikirləri ilə demir. Amma Aynur xanım şəxsi fikirlərini götürüb gəlib oturub pul qazanır)) gülməlidi. Dərin suallar verməyə çallşır amma söz çoxluğundan bir şey olmur.Qonağın davamlı davamlı sözünü kəsib,davamlı öz düşüncəsini yeritməyə çalışan,davamlı aha aha deyib amma deyilən sözü olduğu kimi yox öz tərəfindən başa düşməyə çalışan “tərəf” ilə nə dərəcə maraqlı öyrədici podcas ola bilərdisə o qədər oldu😁sual verir amma cavaba qulaq asmadan taak deyə növbəti əlaqəsiz sual.guya susdurur öz aləmində. Heç etik belə deyil. bu nədi Allah eşqinə.Əsəblərim pozuldu.
@tmturhan94714 ай бұрын
Bəyənib gonag çağırır sorada beyenmemis kimi özünü aparır hər sözünü əzməyə calisir😮
@davudaliyev83194 ай бұрын
Evlilik qurbana çevrilmək deyil Allahın əmridir, gözəl ailələrdəndə sağlam düşüncəli insanlar əmələ gəlir Allahın Sahəsdə Yanlış.adət ənənə varsa onu düzəltmək lazmdır daha betər xalqımza yarşmayan fikirlər işlətmək cəmiyyəti korlayır
@Nur-dg7sg5 ай бұрын
Salam hər vaxtınız xeyir olsun sizcə faydalı və xeyirli insan necə olur necə olmalıdır
@milimilawka60294 ай бұрын
mence xanim söhbeti maraqlı etmek üçün bilə bilə sataşırdi orxan beye
@GunelMmmdova-os4yc7 ай бұрын
Sizi yeni kəşv etmişəm, çox gözəl idi, daha da aydınlandım, təşəkkür edirəm hər birinizə❤
@bakinka6 ай бұрын
Aynur xanimi ilk defedir tanidim. Cox xoshuma geldi dushuncekeri, fikirleri.
@semraerem88197 ай бұрын
Super söhbət.Təşəkkür edirəm hər ikinizə
@guluceferli31967 ай бұрын
Çox gözəl mövzulara toxunursunuz. Hər zaman keyfiyyətli qalın👍
Keyfiyyətli podcast, keyfiyyətli söhbət , keyfiyyətli qonaq seçimləri 👍 uğurlar.
@guluzamanli75037 ай бұрын
Çooox maraqlı idi. Bütün podcastları dinləyirəm. Dəvamlı olsun ❤❤❤
@gulshafee87007 ай бұрын
Aynur halal olsun ! Cox gozel debat ; hem de gozel sohbet gedir (hele bitirmemisem bu arada) Babusu zadi cagirmadigvi dusunurem amin 😅
@StomAliyeva5 ай бұрын
Yorulmadan axra qeder baxdim ve dinledim👍🏼👌🏻
@salambaku39562 ай бұрын
Sizə təşəkkür edirəm
@BaharZarbaliyeva2 ай бұрын
Gözəl xanlm❤❤
@azsantex74014 ай бұрын
Offf Orxana şapalaq kimi cavablar və suallar yağdı ohhhh
@Sveta-mi9fk3 ай бұрын
SUPER VERIIW 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰
@lalaaliyeva85326 ай бұрын
Mən bu sözü çox eşidirəm ətrafda ki, niyə görə bizim cəmiyyətdə nəsə kəşf edən, ixtira edən yaradıcı insanlar yox dərəcəsindədir. Bunu çoxları təhsilin səviyyəsi ilə bağlayır. Mən amma bunu yaşam səviyyəsilə bağlayıram. Almaniya inkişaf etmiş ölkədi biz inkişaf etməkdə olan ölkəyik. Orda yaşam səviyyəsi yüksəkdi biz isə aldığımız maaşı bu aydan gələn aya necə çatdıraq deyə düşünürük. İnsanlın fikri təməl ehtiyaclarında olursa onda yaradıcı təfəkkür inkişaf edə bilməz. Buna vaxt qalmır. Yaradıcı, nəsə kəşf etməkdə olan insan sabah çörəyi hansı pulla alacam, borcumu necə qaytaracam, ailəm axşama nə yeyəcək deyə düşünməməlidi. Kasıbları qoyaq qırağa imkanlılar bizdə kimlərdi? Onlar öz uşaqlarını hansı yöndə yetişdirir? Onların ki pulu var hər imkanı var ki oxusun inkişaf etsin alim olub nəsə kəşf etsin bəs niyə olmur? Bu da ayrı məsələdi məncə anlayan anladı.
@afethuseynova61927 ай бұрын
Marağlı movzuyu müzakirə etdiz. Özünü inkişaf etdirmək hər yaşda gözəldir. Təəsüf ki sizin kimi düşünən, düzgün başa düşüb, düzgün qiymətləndirən adamlar çox azdir. Sizi hər zaman izləyirəm. Həm modellərinizi həm söhbətlərinizi. Həm kanalda həm KZbin- da. Hər dəfə marağlı movzulari müzakirə edirsiz. Belə də davam edin. Uğurlar sizə.
@AynurKhalilova7 ай бұрын
çox sağ olun!
@FidanSoltanova-k6y5 ай бұрын
salam.cox mohteshem..seve -seve , zovqle dinledim.genclere cox gozel tesir ede biler bele podcastlar. teshekkur edirem,bu tip layihelerin ishiqlandirilmasi ucun eziyyeti olan komandaniza... tak derjat))) muzakirelerde bir nuansi cox gozledim, Aynur deyende ki 25 yashli qiz,hec ne bilmir,oxumaga da vaxti yoxdur,oz guvenini nece yarada biler,Orxan dedi bunnan sonra yeqin ki hec vaxt.. neeccebse Aynur bashqa suala kecdi.gozleyirdim ki Aynur deyecek ki hec ne ucun hec vaxt gec deyil.her yashda nelerise derk etmek olar.cunki 18 yawdaki gencle 25 yashdaki bash o bash deyil.ve ya 5il sonra tam ferqli dushuncelerdi.. mence insan istediyi vaxt heyatini,baxish terzini ve dushuncelerini koklu deyishe biler.. ozunuz de qonaqlariniz da cox hormetli ve sevilen deyerli olanlardi.. ugurlar..❤
@nerminhesenxanli99194 ай бұрын
Təşəkkürlər 😊
@lalanasibzade52683 ай бұрын
Çox xahiş edirəm psixoloq Nizami Orucovu dəvət edin.
@govherhuseynova91645 ай бұрын
cox gozel meqamlara toxunmusuz teshekkur edirem❤
@gunayrhimova68386 ай бұрын
Çox mükəmməl və maarifləndirici verliş oldu , təşəkkürlər 🙏🏼🙏🏼❤️