Hərbi Nəşriyyatın ildönümü münasibətilə tədbir keçirilib

  Рет қаралды 585

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

24 күн бұрын

Hərbi Nəşriyyatın ildönümü münasibətilə tədbir keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Şəxsi Heyət Baş idarəsinin zabitləri, Müdafiə Nazirliyinin mətbu orqanlarının şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov iştirakçıları salamlayaraq şəxsi heyəti Hərbi Nəşriyyatın yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
Baş idarə rəisi mətbəənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, Vətən müharibəsi dövründə icra etdiyi tapşırıqlardan danışıb. Hərbi Nəşriyyatın bütün növ çap materiallarının nəşr edilməsi üçün müasir texniki avadanlıqlarla təchiz edildiyini qeyd edib.
Tədbirdə Hərbi Nəşriyyatda istehsalatın inkişafına töhfə verən, vəzifə borcunu layiqincə yerinə yetirən hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıblar.
Sonra Hərbi Nəşriyyatın 30 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə başa çatıb.

Пікірлер
Əli Kərimli həm o sirri açdı, həm də cəmiyyəti xəbərdar etdi!
6:57
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 29 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 13 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 145 МЛН
ATU - HTF"  Hərbi Tibb Fakültəsi Məzun Video Çarxı 2024
3:01
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 29 МЛН