İmtahan verdim. Çox qorxuludur. Sadə suallar və yaza bilməyən mən. Əziyyəti yerdə qalan mən. Hər kəsin qarşısında yaza bilmədim deməli olan mən. Ailəsi ilə hər gün problem yaşayan mən. Dərdini heç kimə deyə bilməyən, güclü görünmək üçün həmişə gülən mən. Olmadı yaza bilmədim. İmtahan nəticəmə görə ilk öncə 1 ay xəstə yatan, evə təcili yardım çağırılan mən. Digər imtahanda heç kimin, hətta 3cü sinif şagirdinin belə səhv eləməyəcəyi şeyi səhv yazan mən. Son 1 həftəsini ağlamaqla keçirən ,əsəbdən, stresdən həqiqətən dəliyə dönən mən. Mən hər kəsin tanıdığı *qoyun və *mal mən. Sadəcə axirət var deyib yaşayan mən. Kaş 1 şansım olaydı, sadəcə 1 dəfəçiyinə günhımdan keçiləydi. Düşünmədən özümü *öldürərdim. Bəlkə də hər şeyi yarım qoymaq ən yaxşısıdır. Bilirəm bunu oxuyan olmayacaq, artıq 3 ildir ki bu video paylaşılıb. Məndə həmişə belə olur, hər şeyə gecikirəm. Həyatım gecikmələrlə keçdi. İnşallah imtahan nəticəm açıqlanmamış, mən bu həyatdan köçərəm😔
@fuad_asad6 ай бұрын
Mənim çox yaxın dostum da ilk imtahanından kəsilmişdi və növbəti il imtahan verərək universitetə daxil oldu, hal hazırda Almaniyada yaşayır və orda həkim olaraq işləyir. Başqa bir dostum iki dəfə imtahandan kəsildi, üçüncü il Amerikaya qəbul oldu, təhsil aldı gəldi və hal hazırda Azərbaycanda öz sahəsində çox məşhur bir mütəxəssisdir. Universitetdə bir müəllimim var idi, beş dəfə dalbadal imtahandan kəsilmişdi vaxtında. Heç nə üçün gec deyil. Hələ heç nəyə gecikmirsiniz. Belə şeylər həyatda olur. Və sizin həyatınız hələ qabaqdadır. Gələcəkdə anlayacaqsınız ki, sizin bu günkü nəticəniz heç nəyi həll etmir və ölmək istəmək hələ hələ belə səbəbdən ölmək istəmək lazım deyil. Özünüzə zaman verin və sonra yenidən ayağa qalxın. Gələcək sizi çox təəccübləndirəcək
@ŞəmsAlbabayeva6 ай бұрын
Çox sağ olun. Həqiqətən cavab verəcəyinizi gözləmirdim. Əslində mən həmişə dik duran biriyəm. Hamıya motivasya verirəm. Amma, özüm üçün bunu bacarmıram. Ailə vəziyyətim, yaşadıqlarım o qədər ağırdı ki, mənnən böyüklər buna dözə bilmir. Mən isə hələ də gülməyə davam edirəm. Düzdü güldüyüm üçün həmişə qınanan və danlanan tərəf oluram. Amma nəysə... O qədər də az bal toplamamışam. Amma ki, istədiyim uniyə qəbul olmaq üçün çox azdı. 2ci il hazırlaşmaq kimi bir lüksüm də yoxdu. Yəni 2ci şans imtahanı son şansımdı. İnşallah universtetə girən kimi gərək psixoloq yanına gedim. Hal hazırda hamı mənə dəli kimi baxır. Siz görsəz əmin olun ki, eyni düşünərsiz. Dəlixanaya düşmək üçün sadəcə sənədlərim çatmır. Yenə çox danışdım🤦🏼♀️ əyər universtetə qəbul olsam, sizinlə görüşəcəm. Mütləq görüşəcəm
@zeynbhuseynova18245 ай бұрын
@@ŞəmsAlbabayeva ümid edirəm indi yaxşısız. Bir dənə uni üçün bu qədər təzyiqlərə məruz qalmağa dəyməz heç vaxt. Heç kimə fikir vermədən həyatınıza davam edin, uni ətrafın şişirdiyi qədər ciddi bir mərhələ deyil, uni oxumadan da həyatını quran onlarla insan var, ya da əksi. Uni oxuduğu halda ortalıqda qalan o qədər insan var. Hər şey sizdən və baxış bucağınızdan asılıdır. Gecikmə deyilən bir şey isə ümumiyyətlə yoxdur, yenə də ətrafın uydurduğu yalanlardır, uymayın ❤
@zeynbhuseynova18245 ай бұрын
@@ŞəmsAlbabayevaümid edirəm indi yaxşısız. Bir dənə uni üçün bu qədər təzyiqə məruz qalmağa dəyməz. Bu, həyatın sadəcə bir hissəsidir. Və ətrafın şişirdiyi qədər ciddi mərhələ də deyil. Önünüzdə daha uzun yol var, dəyərləndirin. Gecikmə deyilən bir şey də sadəcə illuziyadır, ətrafın uydurduğu. Uymayın və yolunuza davam edin❤
@azrmuradl64204 жыл бұрын
Videonun ən pis tərəfi prioritet olaraq qəbul imtahaninın seçilməsidir.
@royalmlikov11423 жыл бұрын
Hər şey əladı, mikrafon da olsa lap əla olar
@ramilsmdova87684 жыл бұрын
👍👍👍
@lalaqurbanova53074 жыл бұрын
Çox sağolun. Əla bir video oldu. 😊
@Vusala_Quliyeva Жыл бұрын
Çox möhtəşəm videodur çox təşəkkürlər 😊
@azrbaycanl94244 жыл бұрын
Təşəkkürlər 🙏
@sevinjorujova3 жыл бұрын
Çooox təşəkkür edirəm
@sevinjorujova3 жыл бұрын
Videonun ən sonundakı mahnının adı nədi?
@fuad_asad3 жыл бұрын
Videonun açıqlama hissəsində bütün mahnıların siyahısını tapa bilərsiniz
@sevinjorujova3 жыл бұрын
@@fuad_asad çooxsağolun. Bu video nəinki abituriyentlər, hətta 1gun sonra magistr imtahanı olan tələbələrə də lazımlı video oldu. Möhtəşəm bir video❤🙏🏼