Рет қаралды 9,004
Abone OL: goo.gl/W99fFm
Copyright © Kanal S_official
Sayt: kanal-s.az
Facebook: goo.gl/XVhVzG
Zaqatalada dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Dədə Qorqud meydanında yerləşən mənzillərdən birində baş verib. 38 yaşlı Məhəmməd Didiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 33 yaşlı Firəngiz Yusifovanı ov tüfəngi ilə öldürüb.
İlkin məlumata görə, tərəflər boşanma ərəfəsində olub. Qadın uşağı ilə atası evinə gedib. Kişi səhər saatlarında həyat yoldaşının yanına gedərək boşanmaq istəmədiyini bildirib. Bu zaman onlar arasında münaqişə düşüb. Məhəmməd Didiyev həyat yoldaşını ov tüfəngi ilə güllələyib, daha sonra könüllü istintaqa təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.
#kanalsxəbər #zaqatala #qətl