H.Z.TAĞIYEVİN KÖTÜCƏSİ TARİX MUZEYİNDƏ OLUB

  Рет қаралды 20,791

CBC FM Azerbaijan

CBC FM Azerbaijan

Күн бұрын

Bu gənc tanınmış milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Sadıq Tağıyevin kötücəsidir. Alban Klod Fransada yaşayır. Parisdə anadan olub, 25 yaşı var. Ulu babası Sadıq Tağıyevin şəxsi əşyalarını araşdırarkən, bir qutu tapıb. Həmin qutuda Azərbaycana və Hacı Zeynalabdinə aid sənədlər, şəkillər olub. Azərbaycanın tanınmış nəslindən olduğunu öyrənəndən sonra “Facebook” vasitəsilə buradakı qohumunu tapıb və onun dəvəti ilə Bakıya gəlib.
Alban Klod Milli Azərbaycan Tarixi Muzeyinin də qonağı olub. Bir zamanlar Hacı Zeynaladdin Tağıyevin mülkü olan bu binanı ziyarət etdiyindən məmnunluq duyub. O, ulu nənəsi Zərrintac Tağıyeva haqqında danışıb. Bildirib ki, nənəsi Fransaya köçəndən iki il sonra həyat yoldaşı vəfat edib. Bütün var-dövlətini itirmiş Zərrintac Tağıyeva iki övladı ilə tək qalıb. Lakin beş dil bildiyi üçün qısa müddətdə iş tapıb. Övladlarını təkbaşına böyüdüb və onlara təhsil verib.
Milli Azərbaycan Tarixi Muzeyinin əsas vəzifələrindən biri Hacı Zeynaladdin Tağıyevin irsinin öyrənilməsi ilə yanaşı, onun varislərinin həyatı haqqında məlumat toplamaqdır. Elə bu səbəbdən də Fransada yaşayan varisin Bakıya gəldiyini eşidən muzey rəhbərliyi onunla görüş təşkil edib.
Alban Klod Azərbaycana növbəti səfərində Tağıyev nəsli ilə bağlı onda olan sənədləri muzeyə təqdim edəcəyini deyib. Görüşdə Hacı Zeynalabdinin başqa qohumları da iştirak edib. Onlar Parisdən gələn qohumlarını görməkdən şad olduqlarını bildiriblər. Qonağa Tağıyev nəslinin şəkillərinin yer aldığı fotoalbom, xeyriyyəçi haqqında kitablar, disklər və digər hədiyyələr təqdim edilib.
Bakının çox gözəl və tarixi şəhər olduğunu deyən Alban Klod yenidən bura gələcəyini bildirib. O, Azərbaycan dilini öyrənəcəyini və növbəti səfərdə artıq dogma dildə danışacağına söz verib. 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirə Alban Klod və onun ailəsinin də dəvət edicəyi də bildirilib.

Пікірлер
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 118 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,8 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Sənədli film : "Hacı Zeynalabdin Tağıyev"
54:39
İCTİMAİ TV
Рет қаралды 56 М.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi. Hacı Zeynalabdin Tağıyevin Sarayından reportaj (ARB24)
8:41
National Museum of History of Azerbaijan (azhistorymuseum)
Рет қаралды 2,7 М.
"Yük" - Azerbaijan Filmi | 1995
1:17:44
Eldar Mansurov
Рет қаралды 131 М.
Dosye - Hacı Zeynalabdin Tağıyev 21.02.2021
44:37
Xəzər Media
Рет қаралды 10 М.
Zeynalabdin Tağıyevin evində bu gün kimlər yaşayır?
8:16
BBC News Azərbaycanca
Рет қаралды 221 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 118 МЛН