Рет қаралды 8,552
Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
Abunə ol bit.ly/2uR7dZv
Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
Mənbə: KZbin Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
Quranın çox sayda göstərişləri vardır. Bəziləri qısamüddətlidir. Misal üçün buyurur ki, Ramazan ayında oruc tutun. Lakin bəzi göstətişləri daimidir. Allahı yada salmaq kimi. Allahı həmişə yada salmağın sirri iki şeyə görədir. Biri ona görədir ki, xeyiri cəzb edəsən. Çünki Allah Təala «دائم الفیض علی البریة». Belə deyildir ki, İlahi feyz tətil olunsun. Allah bizə feyzini daima nazil edər. Biz də gərək Onu çoxlu zikr edək. Yəni ürəyimizdə yada salıb, adını dilimizə gətirək. Allah Təala daimi feyz olduğu üçün, Fəyyazı daima yada salmaq lazımdır. Bu yolla Onun feyzindən bəhrələnmiş olarıq.
İkincisi isə düşmən daima vəsvəsə edir. İblisin gecəsi və gündüzü yoxdur. İnsan məşğul olan zaman və ya istirahət edən zaman maneçilik törədər. Quran ona görə Allahı daima yada salmağı vurğulayır ki, şeytanın vəsvəsələri ilə mübarizə apara bilək.
Allahı yada salmaq elə bir kəndirdir ki, hər kim ondan yapışar, nicat tapar. Allahı yada salmaq insanı muxlislərdən edər.
Allahla aşiqcəsinə rabitə qurmağın yollarından biri - zikrdir. Yəni, insanın ürək və dilinin Allahın gözəl adlarını tərənnüm etməsidir. Allahı yada salaraq insan ruh gülünü canlı və gümrah saxlayar.
Allahı yada salmağın fəzilətləri və böyük təsirləri vardır. Onların hər biri insan ruhuna əvəzolunmaz təsir qoyur. Bu təsirlər ibarətdir:
1. Allah Öz bəndəsini yada salar. Allahı yada salmağın ilk təsiri budur ki, Allah da insanı yada salar. Allah buyurur ki, Məni yada salın ki, sizi yada salım.
2. Ürəyi aydın edər. Allahı yada salmaq ürəyi nurani edər və ayıldar. Ürəyin dirilməsinin ən yaxşı əlacı - İlahi zikrə pənah aparmaqdır. Allahı zikr etmək haqdır və onu davamlı etmək ürəyi qəsavətdən və zülmətdən xilas edər.
3. Ürəyə rahatlıq verər. Allahı yada salmağın təsirlərindən biri də ürəyin rahatlanmasıdır. O kəslər ki, Allahı yada salar, ürəkləri Allahı yada salaraq aram olar.
4. Allahdan qorxmaq. Allahı yada salmağın bərəkətlərindən biri də İlahi qorxu və xəşiyyətin yaranmasıdır. Möminlər Allahın adını yada salarkən ürəkləri titrəyər.
5. Bəsirətli olmaq və şeytanı tanımaq. İnsanın süqut etmək amili - şeytanın tələsinə düşməsidir. Allahı zikr etmək insana bəsirət verər və insan da bu yolla şeytanın tələlərini görməyə başlayar.
6. Günahları bağışlanar. Allahı yada salmağın axirət bərəkəti - günahlarının bağışlanmasıdır. Bundan başqa, Allah ona böyük əcr və savab verər.
7. Hikmət və elm. İlahi zikrin gətirdiyi faydalardan biri də elmin bişməsi, kamala çatmasıdır. Zikr idrak qüvvəsini gücləndirər və düşüncələrin qaynamasına səbəb olar.
Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurardı: "İstəyirsinizmi ki, sizi Allah yanında ən pakizə və yaxşı işdən, mənəvi dərəcədə əməlləri yüksəldən, sizin üçün dirhəm və dinardan daha yaxşı olan, düşmənlə üzləşməkdən yaxşı olan əməldən agah edim?”. Hamı deyir: "Bəli”. Həzrət (s) buyurur: "Bu, Allah Təalanı çoxlu zikr etməkdir”.
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
Abunə ol bit.ly/2uR7dZv