Рет қаралды 112,246
Hacı Elvin & Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ana Fatimə" KZbin'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün KZbin kanalımıza abunə olun⤵️
/ seyyidtalehboradigahi
Söz : Bəhlul Həbibi Zəncani
Mus : anonim
Aranjıman : Fəriborz Xatəmi
Sözlər:
Dur ayağa ana, çək əlin başıma
Həsrətilə belə baxma qardaşıma
Niyə qamətin bükülüb ana, denən illətini ana bari mənə
Hanı güşvara, qolunda yara
Elə bil ana qamçı dəyibdi sənə,
Gözünün qanı, Həsənin canı, nələr oldu o küçədə ay ana
Ana Fatimə, ana Fatimə, sənə Zeynəbinin ola canı fəda
Ana Zeynəbinəm sənə ağlayıram
Baxıram sinənə, yara bağlayıram.
Yaralı ana, sinəni özüm
necə bağlayıram ama qanı axır.
Ana nuru du eyn, Həsən ilə Hüseyn deli aləmi ahi ana yaxır
Yanıram anacan atamın halına,
o yanan qapıya hey atam baxır.
Ana Fatimə, ana Fatimə, sənə Zeynəbinin ola canı fəda
Ana gül verirəm başına sarıyam,
Yoxdu qolda təvan zülfünü darıyam,
Ana bax bizə, gözünə fəda, balalarını göz dolusu görəsən
Yıxılar evim, sıxılar ürək,
Bizi olmuya tək qoyasan gedəsən,
Gözümün yaşı tökülür ana,
bu Mədinə də qəlbimi qan edəsən
Facebook 👇
/ seyyid.taleh
instagram 👇
/ seyyidtalehboradigahi
Tiktok 👇
/ seyyidtalehboradigahi
Twitter 👇
x.com/taleasad...
Telegram 👇
t.me/seyyidtal...
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #HaciElvin #AnaFatime
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!