Hacı Zeynalabdin Tağıyevlə Ağa Musa Nağıyevin maraqlı söhbəti.

  Рет қаралды 24,170

Mahmud Musayev TV

Mahmud Musayev TV

4 жыл бұрын

#GününTarixi #HacıZeynalabdinTağıyev
25 yanvar-Azərbaycanlı xeyriyyəçi, milyonçu və müsəlman Şərqində ilk qızlar məktəbini açdıran Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçəri şəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açmışdır. Bir ehtimala əsasən o, 1823-cü, digərinə, daha etibarlısına görə isə, 1838-ci ildə anadan olmuşdur. Hələ uşaq ikən Zeynalabdin anasını itirmiş və atasının himayəsində yaşamışdır. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.
Zeynəb xanımla birinci nikahdan H.Z.Tağıyevin üç övladı dünyaya gəlmişdir: İsmayıl, Sadıx və Xanım. 1896-cı il iyunun 28-də o, general-mayor B.Ərəblinskinin qızı Sona xanımla evlənmişdir. Bu nikahdan onların beş övladı doğulmuşdur: Leyla, Sara, Məmmədtağı, Məmmədkazım və Sürəyyə.
XIX əsrin 50-ci illərinin sonu-60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başladı. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodunu satın alır. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvindən sonra H.Z.Tağıyev «Соучастники» (“Şəriklər”) birliyinin təsisçilərindən biri kimi 1872-ci ildə Bakıda keçirilmiş ilk müzayiqələrdə iştirak etmişdi. Bir sıra başqa şirkətlər kimi bu birlik də müzayiqə qalibi oldu. 1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır.
1873-cü ildə “H.Z.Tağıyev neft sənayesi firması” yaradılır. Uzun müddət qazma işləri aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazma işlərində şəxsən iştirak edir. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. Həmin illərdə Bakıya səfər etmiş böyük rus alimi D.Mendeleyev yerli sahibkarlar haqqında bu sözləri deyib: “Kokorevdən sonra burada birinci yeri hökumət tədbirləri və Bakıda Burmeystr, Hacı Tağıyev, Lens və L.E.Nobel kimi xadimlərin səyləri tutur...”. Sonrakı illərdə H. Z. Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1893-cü ildə hasilat 20 mln. puda çatmış, 1896-cı ildə isə 32 mln. pudu keçmişdi. “Rotşild qardaşları” Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin 20 mln. rubla qiymətləndirilən neft işi “əla və indiki gəlirləri xeyli idi”.
XIX əsrin 90-cı illərinin ikinci yarısında Bakı neft sənayesi iri inhisarlar arasında bölüşdürülmüşdü. Rəqabətin uğursuz olacağını anlayan H.Z.Tağıyev mədənləri, neft kəməri, neft daşıyan donanması, dəmiryolu sisternləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən “Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” (“Oleum”) yaradıldı. Lakin H.Z.Tağıyev “Oleum”un direktorlarından biri kimi qalmışdı. Onun öz neft biznesini belə ucuz satmasını uzaqgörənliklə, neft sənayesində yeni böhranın baş verəcəyini və bununla əlaqədar neftin hasilatına, daşınmasına olan xərclərin artacağını, ixracla bağlı çətinliklərin olacağını dərk etməsi ilə izah etmək olardı; bəlkə də ona öz planlarını gerçəkləşdirmək üçün böyük pul məbləği lazım idi. O da qeyd olunmalıdır ki, Cənubi Qafqazda ilk iri toxuculuq fabrikinin, daha sonra isə Bakıda H.Z.Tağıyevin bilavasitə iştirakı ilə Tacir bankının açılması ilə bu planların bir qismi reallaşdı.
H.Z.Tağıyev sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı.

Пікірлер: 40
@user-lw1yw4zk3s
@user-lw1yw4zk3s 11 ай бұрын
Allah rəhmət eləsin Hacıya da Ağa Musaya da
@user-ki2vf1zq8r
@user-ki2vf1zq8r 2 жыл бұрын
Allah rəhmət eləsin Hacı Zeynalabdinə.Yeri cənnət olsun 🤲🙏
@RaminXalilov1978
@RaminXalilov1978 7 ай бұрын
Menim muellimim Aqakishi Kazimov, Taqiyev rolunda, Allah hamisina rehmet elesin.
@yadigarturan3578
@yadigarturan3578 3 жыл бұрын
Allah rəhmət eləsin sizlərə
@user-nr3gu1kj3k
@user-nr3gu1kj3k 11 ай бұрын
Аллах рахмат еласин хажи кими кишилари.
@narnar744
@narnar744 Жыл бұрын
Allah rəhmət eləsin həyif sizlərdən Allah sizə qənim kəsilənlərə nələt eləsin
@huseynoyunda867
@huseynoyunda867 2 жыл бұрын
Allah rəhmət eləsin belə dəyərli insanlar qəlblərdə daima yasayacaq
@dnizdalgasdnizdalqas7299
@dnizdalgasdnizdalqas7299 Жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN HƏR 2SİNƏ. 100 İLLİK MÜQAVİLƏ GERMANİYADA RESDARAND H.Z. TAGİYEV. BİLMƏYƏNLƏR BİLSİN BELƏ MİLYONCULAR OLUB .VAXDİKƏN.
@mirzashukurov1055
@mirzashukurov1055 3 жыл бұрын
Allah rahmat elasin boyuk Adam olub cox dars alacag sheylar var bu sohbatda Bu filmin full versionu var
@samiraunver5695
@samiraunver5695 2 жыл бұрын
Filmin adı" yük" dir
@nigarlsgrova5565
@nigarlsgrova5565 Жыл бұрын
Məkanın cənnət ruhun şad olsun Hacı Zeynalabdin,Musa Nağıyev,Murtuza Muxtarov,Mərdanov qardaşları və,s rəhmətliklər🥀🥀🥀😪😪😪🙏🤲🤲🤲
@tunzalaxalilova4341
@tunzalaxalilova4341 10 ай бұрын
Allah sene rehmet elesinHaci
@baki-veteran
@baki-veteran 2 жыл бұрын
Allah hər ikisini rəhmət eləsin, indi bele memur kisi yoxdur,olsa oz zəhməti ilə qalxan olar
@ruslanliyev1223
@ruslanliyev1223 Жыл бұрын
Bunlar məmur omuyub bunlar kiminsə əli altinda vəzifə alıb işləmiyiblər.Bunlar sadə savadsız öz güclərinə yüksəlmiş neftXudadular.Məmur kim bular kim.
@elnurelnur6570
@elnurelnur6570 2 жыл бұрын
Allah rəhmət eləsin
@faytonsifarsi1344
@faytonsifarsi1344 5 ай бұрын
azərbaycanda həci coxdu = haci zeynalabdin tagiyevdən yoxdu = daha cətin olsun allah rəh mət eyləsin sizə haci
@GMZHF946
@GMZHF946 3 жыл бұрын
Allah rəhmət etsin 🙏
@nigarlsgrova5565
@nigarlsgrova5565 Жыл бұрын
Belə kino,seriallardan çəkilsəydi gənc nəsillər rəhmətlikləri yaddaşlarında əbədi qalsın deyə😪😪😪
@user-lw1yw4zk3s
@user-lw1yw4zk3s 11 ай бұрын
Niye baxıb beyenmirsiz, ay millət?
@turalpoladov5843
@turalpoladov5843 2 жыл бұрын
Nəmərd namərddi mərd mərddi
@Behlul_99
@Behlul_99 8 ай бұрын
Bu kononun tam versiyasina hardan nece baxaq?
@user-ui3ix1ou7g
@user-ui3ix1ou7g 3 жыл бұрын
А как фильм называется
@user-eu4wz3ew3f
@user-eu4wz3ew3f 2 жыл бұрын
Bu filmin adi ne idi?
@elvinmuzffrov1798
@elvinmuzffrov1798 2 жыл бұрын
"Yük" filmi
@roya_mustafayeva
@roya_mustafayeva 11 ай бұрын
Tanımadığım adamlar haqqında maraqlı məlumatlar. Tanısam kimdir eserleri qəhrəmanı özüm daha yaxşı ad verəcəm. Çıxmadın eee bir ortaya .A hərfi uzanan sait səsdiii daha nə qədər uzadacaqsan. Bəlkə B hərfinə keçək . B hərfi samit sesdi uzanmır qısa telefüs olur daha rahatdı deyirəm. 🤔🤔🤔🤔💯
@buludsahhuseynov6774
@buludsahhuseynov6774 3 жыл бұрын
Mənə maraqlı qaldı axı, hacı nəyə görə qonağ elədi?, ( Xəzri nin qabağındakı lari )
@cavadayla5075
@cavadayla5075 2 жыл бұрын
Yff
@ayazsirinov3696
@ayazsirinov3696 Жыл бұрын
Çünki o səhnədən qabaq musa zeynalabdin dən soruşdu ki sən pulu boş boşuna xərcləyərsən? O da göstərdiki bilirəm kimə hara xərcləyirəm
@user-lw1yw4zk3s
@user-lw1yw4zk3s 11 ай бұрын
Mirzə - yeqin ki, Mirzə Ələkbər Sabiri deyir?😊
@azer03
@azer03 2 жыл бұрын
Хансы филимдир?
@samiraunver5695
@samiraunver5695 2 жыл бұрын
Yük
@azer03
@azer03 2 жыл бұрын
@@samiraunver5695 от души 👍
@user-lw1yw4zk3s
@user-lw1yw4zk3s 11 ай бұрын
Çox sağ olun ❤
@karakays8854
@karakays8854 3 ай бұрын
İndi Rəhmətlik Zeynalabdin Tağıyev kimi xeyriyyəçi kişi var deyən kometdə adını yazşın 🤣))))))
@user-kd6tn7jc1m
@user-kd6tn7jc1m 3 ай бұрын
Ишчинин пулуну вермадин?
Celal Şengör | İlber Ortaylı | Capitalist.az | Geniş müsahibə
1:04:22
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 191 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Ədəbiyyat 6 Zahid Xəlil  ZEYNALABDİN
10:01
sesliderslik
Рет қаралды 22 М.
H.Z.Tağıyevin ev muzeyi- Bakı Memarlığı
6:32
Baku City Residences
Рет қаралды 1,2 М.
Mozalan ən maraqlısı - 7 (1972)
10:28
Ağ Qara TV
Рет қаралды 106 М.
Imam Rza (E) ve alimler
14:47
Bulbule Agabalabey Cume Mescidi
Рет қаралды 234 М.
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevin Xalqa ilk müraciəti
14:40
Yük (film, 1995)
3:36
Шахрияр Агабейли
Рет қаралды 97 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН