Рет қаралды 21,023
#apatv #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
Bu gün Hadrutun işğaldan azad olan günüdür. O Hadrutun ki, onlarla, bəlkə də yüzlərlə azərbaycanlının ölüm fərmanı məhz burada verilmişdi. Hələ 1990-cı illərdə Yerevandan və MDB ölkələrindən, habelə Livan, Suriya və Fransadan gələn terrorçu erməni dəstələri Xankəndi və xüsusi ilə Hadrutda yerləşdilər. İlk olaraq sözügedən yaşayış məntəqələrindəki azərbaycanlıların gözünü qorxutmaq üçün evlərini yandırdılar. Sonra daha böyük cinayətlərə imza atdılar. Ətraf kəndlərdəki azərbaycanlıları oğurlayıb öldürür və yol kənarına atırdılar. Elə bununla da azərbaycanlıların yaşadığı kəndlərin işğalına start verildi.
Bəli, digər yaşayış məntəqələrinin işğal tarixi 28, 29, 30 il olsa da Hadurutun işğal tarixi hardasa 31 ildir. Çünki, 1990-cı ildən sonra azərbaycanlıların bu qəsəbəyə gediş-gəlişinə icazə verilmirdi. Ermənistan silahlı qüvvələri qoşunların qarşıdurma xəttində, Ohanyan səddi boyunca “sərhədi” keçilməz bilirdisə, Hadrutu da alınmaz qala hesab edirdilər. Lakin 27 sentyabrda başlayan haqq savaşının 13-cü günündə Hadrut tamamı ilə Azərbaycan ordusunun tam nəzarətinə keçdi.
Füsunkar təbiətə malik olan Hadrut qəsəbəsinin işğaldan azad olunması hərbi əməliyyatında iştirak edən hərbi qulluqçuların dediyinə görə, məhz bu qəsəbəni gördüyünüz bu dağlardan aşaraq gəlib işğaldan azad ediblər...
Hərbi ekspert Ruslan İmamquluyev deyir ki, onlar üçün Hadrut alınmaz qala idi: “Nəyə görə - Hadrut tamamı ilə dağlıq bir ərazidir. Və bu dağlıq ərazidə ancaq və ancaq dağlar üzərində hərəkət edə bilərsən. Heç bir şəkildə burada ağır texnikalarla hərəkət etmək, döyüş şəraiti olaraq uyğun deyil. Çünki o yol güzərgahının qərbində və şərqində istehkam qurğuları - onların ciddi hazırlıqları var idi. Düşmənin gözlədiklərinin əksinə oldu”.
Döyüşdə iştirak edən Xüsusi təyinatlı hərbçilər isə həmin döyüşləri belə xatırlayır: ”Mən döyüşlər haqqında onu deyə bilərəm ki, elə bil təsəvvür yaranmamalıdır ki, Azərbaycan ordusu gələndən sonra erməni ordusu öz döyüşünü, silah-sursatını qoydu qaçdı. Azərbaycan ordusu gördüyünüz ərazini iradə ilə, əzəmətlə döyüşərək aldı. Biz bunu bilməliyik ki, bir əsgərin döyüş meydanında silah şərəfidir. Azərbaycan ordusu məcbur edib ki, onlar topunu, tankını, silahını qoyub o döyüş meydanını tərk edib. Biz yaxşı bilirik ki, 30 il ərzində, Azərbaycanda müharibə dövrü olduğu müddətdə Ermənistan həmin bu gördüyümüz ərazidə istehkam qurğuları qurub. Və Azərbaycan ordusu bu istehkam qurğularını darmadağın edərək Ermənistan ordusunu məcbur edib ki, erməni ordusunun döyüşən qüvvələri bu torpaqlardan qaçsınlar və getsinlər”.
Ehtiyatda olan kəşfiyyatçı gizir Asim Əliyev deyir ki, Cəbrayılın Süleymanlı kəndi istiqamətindən dağlarla Hadruta girdik: “Və orada yolu bağladıq ki, düşmən digər qüvvələri ilə ora hücum edə bilməsinlər. Düşmən kiçik qruplarla ara-sıra müqavimət göstərirdi və bir neçə saat keçdikdən sonra axşam Hadrut qəsəbəsinin işıqları keçdi və Hadrut qəsəbəsindən mülki şəxslərin çıxmasına komandanlıq tərəfindən, ordumuz tərəfindən icazə verildi. Və onların dırnaqarası yaratdıqları orduların kiçik qrupları qalmışdı, onlarda məhv edildi”.
Bəli, Azərbaycan Ordusunun, Azərbaycan kişisinin fərqi bu idi. Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Ballı qaya və s. soyqırımlarının qisası onu törədən terrorçu Ermənistan ordusundan alınırdı, mülki şəxslərdən deyil.
Düz bir il bundan əvvəl hazırda çəkiliş apardığımız Hadrut qəsəbəsi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuşdu. İşğalda olduğu müddətcə bu qəsəbədə müəyyən dağıntılar, talanlar olsa da, hazırda Hadrut qəsəbəsində həyat yenidən canlanmağa başlayır. Evlər bərpa olunur, qəsəbə müəyyən infrastrukturla təmin olunur.
9 oktyabr 2020-ci il - Ali baş komandan İlham Əliyevin Dəmir yumuruq əməliyyatı Azərbaycan tarixi üçün yeni mərhələ oldu. Hadrutun azad olunmağı Ermənistan ordusunu pərən-pərən salmışdı. Geri çəkilən düşmən ən qısa müddətdə bütün işğalda olan torpaqları verəcəyini yaxşı bilirdi. Amma bunu xalqdan gizlədirdi. Həqiqətin ortaya çıxmağına isə çox az vaxt qalmışdı - cəmi bir ay...
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV