HAMİLƏLİK ZAMANI DAUN SİNDROMU

  Рет қаралды 16,066

Ginekoloq Rəşad Sultan

Ginekoloq Rəşad Sultan

5 жыл бұрын

HAMİLƏLİK ZAMANI DAUN SİNDROMU
aun Sindromu, daha çox əqli inkişafda gerilik və digər organlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromosom anomaliyasıdır. Dölün inkişafı sırasında bir xromosomun artıq əmələ gəlməsi nəticəsində bu sindrom yaranır. Bədənimizin bütün hüceyrələrində xromosomlar vardır və genetik xüsusiyyətlərini daşıyırlar. İnsan hüceyrələrində 46 (23 cüt) xromosom vardır. Normal olaraq insanların hər bir hüceyrəsində hər bir xromosomdan,biri anadan biri atadan olmaqla iki ədəd xromosom ( bir cüt xromosom) vardır. Daun sindromlu uşaqlarda isə müəyyən bir xromosomdan ( 21-ci xromosomdan) hər hüceyrədə iki əvəzinə 3 ədəd olur. Hər1.000 uşaqdan təxminən ikisi Daun sindromu ilə dünyaya gəlir. Uşaqda Daun Sindromunun olma ehtimalı, hamilənin yaşı artıqdaca artır.
Daun Sindromlu dölün inkişafı nece gedir?
Daun sindromlu uşaqlar digər uşaqlara nəzərən əsasən boy və çəki baxımından daha gec inkişaf edirlər, daha gec öyrənirlər, problem həll etməkdə və qərar verməkdə çətinlik çəkirlər. Uşağın inkişafı və həmin problemlərin ağırlıq dərəcəsi uşaqdan uşağa dəyişir. Əqli inkişafları normadan aşağı olaraq qalır. Ancaq yaxşı və erkən başlanan təlimlərlə əqli inkişaflarında əhəmiyyətli dərəcədə yüksəlməyə rast gəlinir. Daun Sindromlu uşaqlar yaxşı bir xüsusi təlimlə normal fərd şəklində yaşaya bilərlər. Fürsət verildiyi təqdirdə peşə sahibi ola bilərlər. Fizioterapiya, xüsusi təlim və loqoped təlimlərinə ehtiyacları ola bilər. Bunlar planlı və proqramlı bir şəkildə peşəkar şəkildə köməyə ehtiyac duyarlar. Daun sindromu daşıyan uşaqların bir qismi doğuş vaxtı ölürlər. Daun sindromu ilə dünyaya gələn uşaqların təxminən yarısında ürək xəstəliklərinin olduğu müşahidə edilir. Bəzən həmin qüsurlar əməliyyat vasitəsi ilə müalicə edilə bilər. Daun sindromlu uşaqların bir qismi də əməliyyata ehtiyac duyulan mədə-bağırsaq xəstəliyi ilə dünyaya gəlirlər. Ayrıca tənəffüs sistemi, eşitmə, görmə, danışıq qabiliyyəti və infeksiyalara tutulma ilə bağlı səhhətlərində problemlər müşahidə edilir. Daun sindromu olan uşaqlarda rast gəlmə ehtimalı daha yüksək olan digər xəstəliklər -leykoz və Alzheimer hesab edilə bilər. Bu uşaqlar bəzən fiziki olaraq çox sağlam doğulabilərlər, ancaq mütləq əqli inkişafı az ya da çox normaldan geri qalır.
Daun Sindromu skrininqi Nədir?
Daun Sindromu skrininqi,hamilə qadının Daun Sindromlu uşaq dünyaya gətirməsini təyin etmək üçün aparılan test və görüntüləmə metodlarına verilən ortaq addır. Bu testlər ikili test (familia.az/?p=349), üçlü test (familia.az/?p=352) ,dördlü test (familia.az/?p=355) və kombinə testlərdir. Hamiləlik sırasında bu testlərdən sadəcə birinin istifadəsi uyğundur. Bunlardan ən çoxu məlum olanı ikili və dördlü testlərdir. Bu testlərin yüksək riskli çıxdığı hamilələrə tətbiq edilən xorion xovlarının biopsiyası (chorionic villus biopsy, familia.az/?p=360), amniosintez ( familia.az/?p=359), kordosintez (birbaşa göbək ciyəsindən qan nümunəsinin alınması) kimi diaqnoz məqsədi ilə edilən müdaxilələrlə dəqiq diaqnoz qoyulur.
Prenatal skrininq Testləri Nədir?
Bütün analığa və atalığa namizəd insanlar haqlı olaraq dünyaya gələcək körpələrinin qüsursuz və sağlam olub-olmayacağını bilmək istəyirlər. Ana bətnindəki dölün əksəriyyətinin hər hansı bir problem olmadan dünyaya gəldiyini bilmək hər nə qədər insanı rahatlaşdırsa da, mövcud hamiləlikdəki dölün sağlam olub-olmadığını bilmək üçün müəyyən bir hamiləlik həftələrində aparılan müxtəlif test üsulları vardır. Hamiləlik dövründə edilən həmin testlərin hamısına prenatal (doğuşdan əvvəl) skrininq testləri deyilir. Prenatal skrininq testinə misaolaraq, Daun sindromu daşıyan bir uşaq dünyaya gətirmə ehtimalını öyrənmək üçün hamiləlik vaxtı aparılan testlər göstərilə bilər.
Prenatal skrininq testləri,körpənizin sağlamlığı məsələsində sizin rahatlamağınız üçün böyük əhəmiyyət kəsb edir. Ancaq heç bir şeyin əldə edilməməsi və sizi bəzi çətinliklərlə qarşı-qarşıya qoyma ehtimalı vardır. Test etdirib-etdirməmək sizin qərarınızdan asılı olduğu kimi nəticələrin dəqiq şəkildə müsbət çıxmadığı hallar zamanı növbəti testlərin edilməsi qərarı da yenə də tamamilə sizdən asılıdır. Test prosesini istədiyiniz vaxt dayandıra bilərsiniz.
Ən effektli Daun skrininq testləri hansılardır?
Bunlardan en çox istifadə olunan ikili və dördlü testləridir. İkili test hamiləliyin 11-14 həftələrində, dördlü test isə 15-20 həftələrində

Пікірлер: 110
@mtantsalam5758
@mtantsalam5758 6 ай бұрын
Çox sağol həkim,çox gözəl izahetdiniz,minnətdarıq
@xanimorucova6964
@xanimorucova6964 5 жыл бұрын
Salam hekim sizi izleyirem hemişe İlk laik menden size
@ayxanmmmdov9069
@ayxanmmmdov9069 3 жыл бұрын
Salam.xahiş edirəm cavablandırardız.doun sindr.olan hamiləlikdə.neynəmək lazımdı sonrakı hamiləlikdə bu patalogiya olmasın.bu mümkündü?
@selaleaslanova2442
@selaleaslanova2442 4 жыл бұрын
Hekim xais edirem bu analizin qiymetin yazardiniz
@mirvefakazimli3399
@mirvefakazimli3399 5 жыл бұрын
Saqolun məsləhətə görə
@cantekinkilic2534
@cantekinkilic2534 3 жыл бұрын
Salam doplerde dan olduğu subhesi olurmu
@ulviabbasov4440
@ulviabbasov4440 Жыл бұрын
salam doktor mən 23 həfdəlik hamiləyəm heç bir şikayətim yoxdu həkmədə bundan qabag getmişdim hərşey normaldı dedilər bu gün gedim yenə uziyə dedi ki bud sümüyü digərlərinə görə balacadı boyu balaca olacaq bu mən çox narahat elədi mən nə etməliyəm daoun sdromi ola bilər?
@afqankazimli6604
@afqankazimli6604 11 ай бұрын
Salam doktor. Mənim qızım 24 həftəlik hamilədir. Doppler müayinəsindən keçdi. Deyilənə görə burun sümüyü inkişafdan qalıb 4.5mm .Deyirlər Daun sin. Ola bilər bu nə dərəcədə doğrudur.
@AliCars.
@AliCars. 4 ай бұрын
Salam sizin uwaqiniz nece dünyaya gəldi ınsallah sağlam dünyaya gəlib məlumat verə bilərsiz zehmet olmasa?
@user-fu3jm1xs4n
@user-fu3jm1xs4n 5 жыл бұрын
Çox qəribədi. İtaliyada olduğum zaman həddindən artıq daun sendromlu uşaqlara rast gəlirdim. Elə bil millətin 20-30% daun idi. Orda bu xəstəliyin niyə bu qədər çox yayıldığını soruşanda mənə qadınların gec yaşda ana olduğunu və həddən artıq nikotin qəbul etdiklərini söylədilər.
@nahidaliyev8659
@nahidaliyev8659 2 жыл бұрын
Salam doktor mən 3 aymda uziden keçmişəM hər şey normal deyib və indi 6 aymdi uziyə girdim daun ola biləcəyini dediler. İndi mənim sizə sualım odurki sonradan daun sindromu yarana bilərmi xaiş cvb yazn
@jafarzada3573
@jafarzada3573 Жыл бұрын
Çalışın 1 dən çox ferqli hekimlere gedib yuxlanin.başıma gelib məsləhət görürem inşallah yaxşı olar
@user-ht1lg9fn4o
@user-ht1lg9fn4o 3 ай бұрын
Beli duz başqa hekimlere yoxlayin
@abdulvliyev6659
@abdulvliyev6659 2 жыл бұрын
Salam həkim xaiş edirəm cavablandırasız suallarımı çox vacib bir məsələdi .9il bundan əvvəl 1evladı olub sonra isə hamilə qalmayan bir xanım bu il avqust sentyabr aylarında covid 19la əlaqədər peyvənd olunub .sonra isə hamilə olduqunu bilib.peyvəndin uşaqa bir problem yaratdıqı nəsə ola bilər?3aylıqda dopler də hər şey saqlam olduqu deyilib lakin analizdəki cavabdan daun xəstəsi söylənilir nə edək necə edək lakin həkimlər 23həftədə son sözü deyəcəyik çunki ona qədər heçnə deyə bilmərik
@Lyam551
@Lyam551 5 ай бұрын
Salam xanim bizdede buna oxşar hadise yaşanır hal hazırda sizde nece oldu menimle paylasa bilərsinizmi zəhmət olmasa?
@qemerqarayeva8325
@qemerqarayeva8325 4 жыл бұрын
Salam daun sindromu olan uşaqın ana bətnində ense qırışıgi nə qədər olmalidi
@zehrarzayeva9331
@zehrarzayeva9331 3 ай бұрын
Demirlərdə doluyublar söhbəti uzadırlar
@Aytac823
@Aytac823 4 ай бұрын
Salam mən 11,12 həftəlik hamilə ikən dedilərki boyun qatı qalındı burun sümüyü izlənmir 2 li test risk ola biləcəyni dedi 1 həftə sonra uziyə düşdüm 13 həftəkik ikən burun sümüyü var idi boyun qatıda normalaşmışdı ürəkdədə qüsur yoxdu bəs uşağ həqiqətən indi daun ola bilər?
@zehrarzayeva9331
@zehrarzayeva9331 3 ай бұрын
13 həftədə normal olubsa uşaq normaldı
@Aytac823
@Aytac823 3 ай бұрын
@@zehrarzayeva9331 20 həftəlikdi indi ayrıntılı uzidə heç bir problem çıxmadı ,ancağ zehni cəhətdən içimdə şüphə var bu 2 hamiləlikdə o qədər stres yaşadımki həkimlərin dediylərinə görə .
@sahinsahin169
@sahinsahin169 2 жыл бұрын
Salam Hekim Biz Usi muayinseniden kecidiy 11hefdeliy hamileliydir hekim Daun sindromlu olduğunu dedi.biz necə bileriy ki Duz deyir ya yox?
@menimmetbextim4959
@menimmetbextim4959 2 жыл бұрын
Sizde nece oldu bile bildiz?
@private777_
@private777_ 5 ай бұрын
Salam uşaq necə oldu?mənədə eyni diaqnoz qoyulub
@sahinsahin169
@sahinsahin169 5 ай бұрын
@@private777_ Salam daun sindromu olmadı ama xesde uşağ oldu qurd ağız dünyaya geldi inanın uşağ başdan ayağa prablemlidi helede yerimir ne bilime ama kaşki evvelden gotuzdurerdiy. Hekim demişdi ama elemediy indi pesmanig.
@qarabagqarabag6869
@qarabagqarabag6869 3 жыл бұрын
14 həfdəlik hamiləlikdə daun sindiromunun əlaməti varsa bu xəstəlik intişaf etməsin deyə qarşısını almaq mümkündür?
@alializade8795
@alializade8795 3 жыл бұрын
Uzude nese gosterirki
@alializade8795
@alializade8795 3 жыл бұрын
Xahiw edirem yazardiniz uzude 14 heftede nese gosterirki
@qarabagqarabag6869
@qarabagqarabag6869 3 жыл бұрын
təxmini 11-13həfdəlik hamiləlikdə həkim daun sindiromu yoxlanılması üçün detaylı uzi yazır, adi uzidən fərqlidi
@eli_heyder6439
@eli_heyder6439 3 жыл бұрын
Xeyir xanim daun sindromunun tibbi mualicesi yoxdu .Sadece olaraq daun xesdelerinde eqli fiziki gerilik olurki bunuda fiziki mewgullukla bir qeder aradan qaldirmaq olur.
@heseneliyev6437
@heseneliyev6437 4 жыл бұрын
Salamm hekim bu analizin qimeti ne edi xayis edirem deyesiniz menide bu analizin gonderibler umud yerimm sisiniz
@residresid3958
@residresid3958 4 жыл бұрын
Salam siz analiz verdiz?
@eliqasimov757
@eliqasimov757 4 жыл бұрын
Xahiş edirəm menede yazın qiymetin
@sabinamuradova1823
@sabinamuradova1823 3 жыл бұрын
2li ,tarama testi 65mandi bu həkimin kilnikasinda bilmirəm basqa yerdə
@salehzulfuqarov9429
@salehzulfuqarov9429 Жыл бұрын
Salam həkim. Mən 12 həftəlik hamiləyəm.usm ənsə qalınlığı göstərir.
@elladaqasimova1497
@elladaqasimova1497 Жыл бұрын
Axşaminiz xeyir bəli xanim usm də doplerdə göstərir
@residresid3958
@residresid3958 4 жыл бұрын
Amniosintez kimdəsə səf olub?
@qarabagazrbaycandr9174
@qarabagazrbaycandr9174 3 жыл бұрын
Amniosintez nə, deməkdir?
@residresid3958
@residresid3958 3 жыл бұрын
@@qarabagazrbaycandr9174 internet de yaz bileceksen
@arzurzayeva1831
@arzurzayeva1831 5 ай бұрын
​@@qarabagazrbaycandr9174.döl suyundan götürülüb analiz edilir.
@Karalevaa2012
@Karalevaa2012 Жыл бұрын
Salam doktor menim ikinci hamiləliyim daun sindromlu qızım dünyaya gəldi . üçüncu uşaqda belə sindromlu ola bilərmi.ne qədər vaxt ara verməliyəm.mene məsləhətiniz çox vacibdir
@ismaylsirvanov9078
@ismaylsirvanov9078 Жыл бұрын
Salam bacı sizdə uzidə və yaxud doplərdə bilinmədi uşaq daundu?mənədə deyib həkim dauna görə analiz ver.
@ellada1682
@ellada1682 Жыл бұрын
Allah komey olsyn hamilelikde bilrdiz?
@jafarzada3573
@jafarzada3573 Жыл бұрын
@@ismaylsirvanov9078 Salam verdiz analiz?nece oldu? Mənədə həkim deyib ver her ehtimala qarşı
@ismaylsirvanov9078
@ismaylsirvanov9078 Жыл бұрын
@@jafarzada3573 xeyir xanım uzidə dauna aid heç bir şubhə yoxdu birdə o test səf deyir qohumuz o testi verdi 85 manatdı kəkim dedi tesdə daun çıxdı ancaq sağlam uşaq oldu.
@jafarzada3573
@jafarzada3573 Жыл бұрын
@@ismaylsirvanov9078 mənde burun sümüyü (5.8)(4.8)izlendi biri ferqlendi deye amnosentez analizi etdim 800 AZN . cvbı gözdeyirik üreyim ağzımda😞
@aylaguliyeva5724
@aylaguliyeva5724 4 жыл бұрын
Salam həkim Məsləhətinizə ehtiyacım var. Mən 3uşaq dünyaya gətirmişəm, Allaha şükür hamısı da sağlam. İndi 4-cü hamiləliyimin 20 ci həftəsidi.Bilmək istərdim daun sindromu müayinəsi mütləq etməliyəm ya yox. Cavabınızı səbrsizliklə gözləyirəm .İndidən təşəkkür edirəm.
@residresid3958
@residresid3958 4 жыл бұрын
Xanım. Necə yaşınız var?
@ayselpashayeva501
@ayselpashayeva501 4 жыл бұрын
Xanım elbetdeki edin..
@elgizrus6180
@elgizrus6180 5 жыл бұрын
Ay hekim bu anallizder muayineler pulsuz olmaldi pula gore imtna edirler pasentler neynesinler
@periduqi8419
@periduqi8419 3 жыл бұрын
Duz deyirsiz
@gozelsabahlar8547
@gozelsabahlar8547 2 жыл бұрын
@Ekberova N164 salam. Siz hamileliyin necenci heftesinde idiz daun sindromu wubhesi olanda? Netice nece oldu? Usaq saglamdi? Dogulub usaq?
@simakarimova1088
@simakarimova1088 2 жыл бұрын
Qiymeti nedir deyerdz zehmet olmasa
@samir5145
@samir5145 Жыл бұрын
​@@simakarimova1088 50-70 azn araliginda
@samir5145
@samir5145 Жыл бұрын
Hekim deyirsiz ki qohumda yoxdu eledi beledi.bes o daun sindorumu cixsa ana betninde ona çare varmi? Yoxdusa eger caresi niye Ana o testi verib telawa duwmelidi? En yaxwisi Allah ümidine buraxmaqdi
@bdir_ova5621
@bdir_ova5621 11 ай бұрын
Mencede
@elmansemedli2272
@elmansemedli2272 5 жыл бұрын
Salam məndə 16heftelik hamileyim Həkim Daun sindromu deyib Necə əmin ola bilərəm həqiqətən elədir ya yox
@ayselpashayeva501
@ayselpashayeva501 4 жыл бұрын
Necə oldu xanim
@aynuresadqova2378
@aynuresadqova2378 4 жыл бұрын
Hekim 3 aylıgında analiz verilib dauna temiz çıxıb cavabı 6 ayloqda daun sindromı elameti görunır deyibler bu ne qeder duzdu
@eliqasimov757
@eliqasimov757 4 жыл бұрын
Menede cavab yazın xahiş edirem
@umaraliyev3081
@umaraliyev3081 3 жыл бұрын
@@aynuresadqova2378 ,Salam xanım.bəs necə oldu uşağınız?mənim yoldaşımda hamilədir 4 aydır,onada daun deyiblər
@aynuresadqova2378
@aynuresadqova2378 3 жыл бұрын
@@umaraliyev3081 wükürler olsun nur topı kimi nevem oldu sağlam Vallahi Rebbim her kesi sevindirsin
Narınc Rüstəmova - Daun sindromlu uşaqlar
17:46
Narınc Rustemova
Рет қаралды 8 М.
Daun sindromlu Nazlı elə sevinir ki...
4:20
AzadliqRadiosu
Рет қаралды 7 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 15 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
Daun sindromlu uşağa pensiya verilmir
2:15
Xəzər Xəbər
Рет қаралды 2,2 М.
11-14 Hafta Taraması ve İkili Test Hakkında Bilinmesi Gerekenler
13:16
Prof. Dr. Esra Esim Büyükbayrak
Рет қаралды 242 М.
Акне новорожденных на лице - лечение, фото, диагностика. Уход за новорожденным - онлайн курс
12:04
Down Sendromunun ve Genetik Hastalıkların Anne Karnında Tespiti
16:36
Bayındır Sağlık Grubu
Рет қаралды 10 М.
NECK THICKNESS MEASUREMENT, NT (Detailed) - Dr. Ahsen Bakan
7:14
Anne Kanında Serbest Fetal DNA Testi (NIPT) Hakkında Bilinmesi Gerekenler
11:52
Prof. Dr. Esra Esim Büyükbayrak
Рет қаралды 28 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 15 МЛН