Hansı yorğanda yatmaq daha faydalıdır? - Bu Yorğanlarda QƏTİYYƏN YATMAYIN!

  Рет қаралды 65,406

Demədi Demə

Demədi Demə

2 жыл бұрын

Soyuqlar düşdümü, hamı bir-birinə “necəsən?” sualından sonra deyir: “əsl xəngəl havasıdır”. Amma “əsl yorğan havasıdır” deyimi bu arzudan daha əvvəl səslənir. Hava azacıq soyudumu, hamı yük yerindəki yorğanları götürür, üzləyir, hazırlayır və ailə üzvlərinin hərəsinə birini uzadır. Beləcə, yorğan mövsümü başlayır.
İlin-günün bu vaxtı “ayağınızı yorğanınıza görə uzadın” demək üçün bu mövzunu açmamışam. Psixoloqların bir araşdırmasını sizinlə paylaşmaq istədim. Beynəlxalq psixoloq qrupu uzunmüddətli müşahidələrdən sonra müəyyən edib ki, qalın və ağır yun yorğanlar insanın əhval-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir edir. Özü də müsbət yöndən...
Belə ki, yun yorğanın altında yatmaq stressdən yaxa qurtarmağa kömək edir. Yuxusuzluğu aradan qaldırır, “anksiyeti” adlanan daxili narahatlığı azaldır, hətta, şizofreniya kimi sağalmaz xəstəliyin irəliləməsinin qarşısını alır. Mövzunu araşdıran elm adamlarının fikrincə, xüusilə, yuxuya getməzdən qabaq büküldüyün yorğanda rahat hiss edirsənsə, bu, əhval-ruhiyyəni yaxşılaşdırır. Necə ki, körpə ana qucağında, ananın qolları arasında sakitləşirsə, rahat yorğana bükülmək yetkin insana məhz bu duyğunu yaşadır.
Məhz bu nöqtədə insanın uşaqlıqdan böyüdüyü şərtlərin müəyyənləşdirilməsi lazım olur. Ana sevgisiylə böyüyən insanlar yetkin yaşlarında yorğana bükülərkən beyində oksitosin ifrazı artır. “Sevgi hormonu” adlanan oksitosin hipofiz vəzinin hasil etdiyi, bir növ, neyromediatordur.
Ayrı-ayrı zamanlarda və fərqli mərkəzlərdə aparılan araşdırmalar zamanı əldə olunan ümumi nəticə isə lap maraqlıdır. İnsan çəkisinin onda biri qədər ağırlığı olan yun yorğanda yatarkən, parasimpatik sinir sistemi hərəkətə keçir. Bu da beyində rahatlıq və güvənlik hissi yaradır. Beləcə, stress, qorxu və əsəb kimi hisslər azalır və insan rahatca yuxuya gedir. Yəni, 60 kq çəkiyə malik bir insanın 6 kq ağırlığındakı yorğanda yatması onun sinir sisteminin sağlamlığı üçün faydalıdır.
Daha bir araşdırma isə yorğanın məhz hansı yundan hazırlanması ilə bağlıdır. Bu zaman da məlum olub ki, yorğan üçün dişi qoyunun yunu seçilsə, daha yaxşı olar. Çünki dişi qoyunun yunu qoç yununa nisbətən, daha çox radiasiya və siqnal udur. Məsələn; yatdığımız yorğan dişi qoyunun yunundadırsa, yataq otağımızdakı telefonun, televizorun, kompyuterin şüaları barədə bir qədər rahat ola bilərik. Yun bütün radiasiyanı və siqnalları udub, orqanizmimizə çatmağa qoymayacaq.
İndi çoxları mağazalarda satılan hazır yataq dəstinə üstünlük verirlər. Qədimdən isə nənələrimiz, analarımız yay aylarında boş durmaz, yun yuyar, çırpar, didər, darayar, yorğan-döşək hazırlayardı. Demək, onlar bu əziyyəti boşuna çəkməzlərmiş... Qoyun yununun orqanizmdəki neqativ enerjini özünə çəkdiyi də elmi cəhətdən sübut olunub. Eyni zamanda, qoyun yunu istini nizamlayır. Adamı tərləməyə və ya üşüməyə qoymur. Hətta, revmatizmadan əziyyət çəkən insanlara da məhz qoyun yunundan olan yorğan-döşəkdə yatmaq məsləhət görülür. Səbəbi də sadədir: yun soyuğu özünə çəkir və özündə saxlayır.
Mütəxəssislər yenilənən və müasir dünyaya uyğunlaşan vərdişlərə malik insanları da unutmayıblar. Onlar məsləhət görür ki, yun yorğanda yata bilməyənlər, ən azından, yun köynəklər, yun corablar geyinməli, yun papaqlar taxmalı və bellərinə yundan hazırlanmış qurşaq bağlamalıdırlar. Bir sözlə, orqanizm qış aylarında yunla təmasda olmalıdır ki, yaza sağ-salamat çıxa bilsin.

Пікірлер: 145
@xuramanabbasova300
@xuramanabbasova300 2 жыл бұрын
Rəhmətlik anam qışda hamımıza yun yorgan döşək yaydasa pambık döşək və yorgandan yataq hazırlardı hərildə döşəkləri söküb yuyub didip təzələrdi yorganısa 2 ya 3ildən bir təzələrdi ah dünya dünya harda qaldı oillər
@gulnar4376
@gulnar4376 2 жыл бұрын
Allah anana rəhmət eləsin bizdə indidə elədi
@gulnazaliyeva1050
@gulnazaliyeva1050 2 жыл бұрын
Siz kecmişdə analarımızın yunu parcanın arasina nazik şəkildə yayıb üstündən tikiş maşını ilə sırıqlar gedib hazırladıqları sırıqlıdan,cübbədən danışın.Bu yaxınlarda yadıma düşmüşdü.Deyirdim analarımız nə qədər zəhmətkeş olublar kecmişdə.İnsalarda saglam.
@letafetmustafayeva849
@letafetmustafayeva849 2 жыл бұрын
əlbəttdəki yun yorğanda yatmaq. allah yuna bərəkət versin.⚘⚘⚘⚘⚘
@user-ps3cj2cv2c
@user-ps3cj2cv2c 2 жыл бұрын
ALLAH COBANLARA BARAN SAXLATANLARA CAN SAGLIQI VERSIN ELBETDEKI YUNN BARAN YUNU
@shalalaasadova2022
@shalalaasadova2022 2 жыл бұрын
Mence yunda yatmaq daha faydalıdır
@karabakhisazerbaijan4904
@karabakhisazerbaijan4904 2 жыл бұрын
Çox vacib və maraqlı məlumat oldu. Çox sağ olun!
@nureyvazova8910
@nureyvazova8910 2 жыл бұрын
Yun hemise xeyirli olub xesteliyide agrinida goturur babalardan esitmisik
@yasinferziyev9600
@yasinferziyev9600 2 жыл бұрын
Çox sağ olun məlumatınızçun👍
@SamsungJ-wx4gf
@SamsungJ-wx4gf 2 жыл бұрын
Faydalı və yerinə dūşən məlumat oldu!
@eyubseyidov250
@eyubseyidov250 2 жыл бұрын
Yun daha da faydalı imiş.👍👍👍çox sağ olun👏👏👏
@dontloseyourhope9426
@dontloseyourhope9426 2 жыл бұрын
Mən sintifon istifadə edirəm.Gigiyenik olduğu üçün,...
@zizseyidova8103
@zizseyidova8103 2 жыл бұрын
Yundahafaydalıdır👍👍
@polatalemdarkurtlarvadisip5939
@polatalemdarkurtlarvadisip5939 2 жыл бұрын
Məncə yunda yatmalıdır
@YelenaYusifova
@YelenaYusifova 2 ай бұрын
Faydalı məlumatlar üçün təşəkkür edirik çox sağ olun..,
@kovseraxundzade9023
@kovseraxundzade9023 2 жыл бұрын
Dədə babadan yun yorğan və döşək, balış üçün də toyuq və qaz tükü tövsiyyə edilib.Yun yorğan və döşəkdə yatmaq vücuda xeyirlidir. Çünki halal heyvanın tüküdür. Allah təala onun ətini də, südünü də, tükünü də insana halal buyurub. Ona görə videoya baxmadan bunu yazıram.
@azerbaycan1443
@azerbaycan1443 2 жыл бұрын
😊👍
@shohratisayev5804
@shohratisayev5804 2 жыл бұрын
Əla!
@ceyranmhrrmova193
@ceyranmhrrmova193 2 жыл бұрын
Sağ olun yaxsl məlumat üçün
@gularesultanova8457
@gularesultanova8457 2 жыл бұрын
Çox sağolunki bu videonu çəkdiniz ..mən elə bu sualın cavabın axtarırdım.)
@madere_huseyne9384
@madere_huseyne9384 2 жыл бұрын
Əlbəttə yun Təbii olan hər şey faydalıdı
@intizarnbiyeva9017
@intizarnbiyeva9017 2 жыл бұрын
Mahkum 1.bölüm
@intizarnbiyeva9017
@intizarnbiyeva9017 2 жыл бұрын
Mahkum1.bölüm.Türk serialı.
@kamranmirzezade8938
@kamranmirzezade8938 2 жыл бұрын
Əlbətdə yun yataq dəstləri yaxşıdır faydalıdır təbiidir
@allahyarmemmedov4274
@allahyarmemmedov4274 2 жыл бұрын
Sizi bilmirəm,mən yunda yatıram.Doşəkdə yorğanda yundur.
@qelemshixiyeva6113
@qelemshixiyeva6113 Жыл бұрын
Cünki biz cox ağıllıyı.Yayda40dərəcə istidə yun döşəkdə yatırıq😂😂😂
@MyLife-qu1nx
@MyLife-qu1nx 2 жыл бұрын
Əlbəttə ki yun istilik üçündə əladı
@user-eb9tb2wk9w
@user-eb9tb2wk9w 2 жыл бұрын
Çox sağ olun
@Lalalisawq15
@Lalalisawq15 2 жыл бұрын
Çox çox təşəkkürlər
@zabitveli3638
@zabitveli3638 2 жыл бұрын
çox bəyəndim indiki cavanlara başa salmaq mümkün deyil ki,öz bildiklərindədirlər. hər şeyin təbiisi. Allah bilir nə xeyirdir insanlara insan özünə dəyər versə,başa düşər ki,, xeyir nədədir İş orasındadır ki, induki qızlar çox tənbəldi. Axı ,yorğan döşəyi yumaq lazlmdı.....
@zahraseven3771
@zahraseven3771 2 жыл бұрын
Allah razı olsun 🙏
@alidadasov7659
@alidadasov7659 2 жыл бұрын
İşiniz irəli ,sağolun
@resmiyyequrbanova516
@resmiyyequrbanova516 2 жыл бұрын
Əlbəttə ki, yun yorğan əladı.Sintfon yorğan,yastıqda mən nəfəs ala bilmirəm
@farhad.mehdiyev
@farhad.mehdiyev 2 жыл бұрын
Çox maraqlı videodur. Əlaaaaa
@aygunquliyeva498
@aygunquliyeva498 2 жыл бұрын
Yorgan 6 kq olmaz ki .ən çoxu 2 kq yun +1 kq üzlüklərin agırlıgı =3 kq .agır yorganda yatmaq olmur .yunun üstünlütyü ondadır ki təbiidir .
@azerbaycan1443
@azerbaycan1443 2 жыл бұрын
Duz dediniz .biz esasen yaz yunundan istifDe edirik
@gulnarsuleymanova6860
@gulnarsuleymanova6860 2 жыл бұрын
Yun yorğan yaxşıdır 👍
@fuadrzayev5002
@fuadrzayev5002 2 жыл бұрын
Demədi demə erilişinə : Çox önəmli məlumatlarımız var.
@mastershirxan2712
@mastershirxan2712 2 жыл бұрын
Yun yaxşıdı. 👈
@rknkikIyi
@rknkikIyi 2 жыл бұрын
SALAM. MƏN SİZİNLƏ TAM RAZIYAM. İNDİKİ CAVANLAR BUNU BAŞA DÜŞMƏK İSTƏMİRLƏR, LAKİN BUNA BAXMAYARAQ ONLAR YUXUYA GEDƏNDƏ YUN YORĞAN ÖRTÜRƏM VƏ RAHAT OLURAM ĶI BALALARIM ÜŞÜMÜR.
@sebnemmahmudova1896
@sebnemmahmudova1896 2 жыл бұрын
Yun
@ceyrannasibova4388
@ceyrannasibova4388 2 жыл бұрын
YUN YORĞAN MÜALICƏVI EFFEKT
@ilahexudiyeva984
@ilahexudiyeva984 2 жыл бұрын
Mənim yorğanlarıçı anam çox böyük və ağır sırıdıb 20 ildir əziyyət çəkirik ailəlikcə. Sentefon daha yaxşıdır. Yorğan ağır olanda insana əsəb verir.
@gunes.1778
@gunes.1778 2 жыл бұрын
hər zaman təbii məhsullar.
@ramazibragimov7331
@ramazibragimov7331 2 жыл бұрын
Sintifon əladır həqiqətən təbii 👍👍👍😘
@selimsukurov8652
@selimsukurov8652 8 ай бұрын
Düzdü ən yaxşısı sindifondur mene gore
@turaalizade7661
@turaalizade7661 2 жыл бұрын
Qiwda yun yayda sintefon
@sevdahuseynova5594
@sevdahuseynova5594 2 жыл бұрын
Men yun yorgandan allergiya oluram. Sentifonla sakitliye cixmisam
@gularesultanova8457
@gularesultanova8457 2 жыл бұрын
Yorğan hə..amma mən sentofon balışdan başqa balışı sevmirəm.Çünki,yun balış yatanda daşlaşır elə bil.
@qahramanovairada5937
@qahramanovairada5937 2 жыл бұрын
Yun yorğana saglamliqdi
@lacn7172
@lacn7172 2 жыл бұрын
Alergiyadan əziyyət çəkirəm, ona görə də sintifondan istifadə edirəm.
@zevszevs509
@zevszevs509 2 жыл бұрын
Mende bacı ölürem deyesen çare yoxdu
@uzeyireliyev4171
@uzeyireliyev4171 2 жыл бұрын
@@zevszevs509 menimde qızim alergiyalıdı.yastıqda,yorqanda döşekde sintefondu.
@nazilemeherremova351
@nazilemeherremova351 2 жыл бұрын
Yun yaxşıdı. Sintefonu rədd elə.
@azerbaycansalam8532
@azerbaycansalam8532 2 жыл бұрын
onu biliremki yunun tozu zibili qutarmir allergiya yaradir.
@ramazibragimov7331
@ramazibragimov7331 2 жыл бұрын
Düzdü
@dontloseyourhope9426
@dontloseyourhope9426 2 жыл бұрын
Mənim yuna qarşı allergiyam var,yəni məcburi olaraq sintifon yastıqlardan istifadə edirəm 😶
@ruziyerehimova9562
@ruziyerehimova9562 2 жыл бұрын
Əlbəttə, hər yatacağmız dişi qoyun yunundandır.Məsləhətə görə də çox sağ olun.
@aybenizletifova3064
@aybenizletifova3064 2 жыл бұрын
Yun yorqan - döşək əladır.Ancaq yorqan1kq yarm --2kə 800 çəki miqdarında yunla siranmis olsa Artıq çəkili yunlu yorqanda yatmaq olmur
@Judo0
@Judo0 2 жыл бұрын
👌
@xanimrzayeva1724
@xanimrzayeva1724 2 жыл бұрын
Əlbəttə yun cehizdə yun yorğan döşək olsa lap əla olar indi can rahatlığı sintefondur əziyyəti yoxdur yuçursan didmirsən çırpmırsam sırımısan astarı üzü almırsan ona görə yaxşı sayılır bir azda bəzəyin düzəyin yaxşı görsənmək üçün edirlər pambıq sintefonda yaxşıdır
@azadhasanov179
@azadhasanov179 2 жыл бұрын
Əlbətdə yun...təbiidir kimyəvi deyil ALLAH bərəkət versin .🤲
@ilhamhuseynov9633
@ilhamhuseynov9633 2 жыл бұрын
Yun çünki təbiidir
@nuraneqasimova7774
@nuraneqasimova7774 2 жыл бұрын
yuna allergiyasi olanlarda olur amma yun revmatizm agrilarini goturur
@osmanvyev1475
@osmanvyev1475 2 жыл бұрын
🙏🙏🙏
@vusalecavadova4349
@vusalecavadova4349 2 жыл бұрын
Saqol
@user-vd9ze6tj8h
@user-vd9ze6tj8h 6 ай бұрын
Təsüfki alergiyalı olduğumuza görə yunu yoxa çıxartmışam.Öldürürdü alergiyası
@selenaaz5899
@selenaaz5899 2 жыл бұрын
Bundan qabaq sur suçuyu aqriyana yaslilardan esitmisemki qara yun ayaqina saritdirardilar. Qara yunda vitamin d özune ceken en faydali yundur. İndi her kesde vitamin d catismazliqi var
@ugurseyid6214
@ugurseyid6214 2 жыл бұрын
Sintetik 👍👍👍👍
@cebrayilmahmudov9403
@cebrayilmahmudov9403 2 жыл бұрын
salam həqiqətən faydalı kanaldır 1şey var ayak qoxusunu necə yox etmək olar
@pterenayaserce3814
@pterenayaserce3814 2 жыл бұрын
Йегинки айагын гохусу олмаз.Егер геиндийиниз насги синтетика олмазса ейаггабы китай ве йа красовка деилсе?...Йада беденде йе йа ганынызда микроб вар.хекиме мурачиет един.Нарахат етдимсе узрли сайын
@z.zz.z9744
@z.zz.z9744 2 жыл бұрын
Eynən mən deyənləri deyir mən ağır yun yorğanda yatıram bütün ağrılarım ,yorgunluğum keçib gedir
@ilayilay1505
@ilayilay1505 2 жыл бұрын
Yun olan elbetdeki yorğan döşək.Revmatizm olan insanlara cox faydası vardır
@sevdahaciyeva1476
@sevdahaciyeva1476 2 жыл бұрын
Salam əlbəttə yun yorğan
@xalidebabayeva4936
@xalidebabayeva4936 2 жыл бұрын
Mən sindipon yorganla yatiram,çùnki allerjim var ...Yun və gaz tùyù yorganla yata bilmirəm- boģuluram...
@sevincquliyeva9528
@sevincquliyeva9528 2 жыл бұрын
Yun faydalı olsa da heç xoşum gəlmir.heç tük yastıgdan da xoşum gəlmir.hələ,hələ də agır olsa.əsəbləşirəm,gücüm catmır,boguluram,bədənim nəfəs almır,yata bilmirəm.allergiya verir özümə də,uşaglarıma da.25 ildən çoxdu nə yun,nə də tük yastıgdan istifadə etmirəm.düzdü evdə varımızdı,ama işlətmirəm.tük yastıgları da hamısını atmışam.nazik sintifon yorgan örtürük,bütün fəsil.vallah yun da,tük də tərlədir.ama sintifon nə tərlətmir,gözəl yuxu verir.qoxusuz,tər təmiz,yüngül,rahat,tozsuz,keyfiyətli
@ayaz.aliyev
@ayaz.aliyev 2 жыл бұрын
👍🏻
@seydatahirova571
@seydatahirova571 2 жыл бұрын
Men yayda da yun yorganimi örturem.
@babekagakisiyev8212
@babekagakisiyev8212 2 жыл бұрын
Keçmişdəyalnız yun işlənırdi hamı da saglam olurdu
@heci7
@heci7 2 жыл бұрын
trend😍
@remidesalmanova2162
@remidesalmanova2162 2 жыл бұрын
Nene babalarimiz da yunda yatib
@srqinruhu.6090
@srqinruhu.6090 2 жыл бұрын
Əlbəttə ki yun.Sintefonu rədd elə
@ilhammehdiyeva7599
@ilhammehdiyeva7599 2 жыл бұрын
Yun Ən sağlam yataqdl
@sveta9433
@sveta9433 2 жыл бұрын
Əlbəttə yun yorğan daha fayddalıdır
@xatunterlan2990
@xatunterlan2990 2 жыл бұрын
Mən sintifon yorğanda yatanda belimdə ağrılar olur. Amma yun yorğanla yatanda ağrı olmur.
@mominetehmedova858
@mominetehmedova858 2 жыл бұрын
Salam əlbətdə yun yorğan döşək
@melahetasgarova8716
@melahetasgarova8716 2 жыл бұрын
Alerqiyam var amma buna baxmayaraq yunda yatiram
@HGKLMDNJN
@HGKLMDNJN 2 жыл бұрын
Sexsen men sindfon yastiqda yatanda, seheri gun butun gunu vasim agriyir.
@kmalkamalova4635
@kmalkamalova4635 2 жыл бұрын
Soyuq otaqda ağır yun yorğanın yerin heç nə vermz
@maraqszkitab3399
@maraqszkitab3399 2 жыл бұрын
Salam bayramlnlz mübarək bəli düz deyirsiz
@zehracebiyeva8312
@zehracebiyeva8312 2 жыл бұрын
Ekiz nevekerimin allergiyasi var yuna qarwi sintifonda yatirlar
@user-fd9yz3yn9m
@user-fd9yz3yn9m 2 жыл бұрын
Таби кейфийат исти Саглам хайат!🌍🐪🐏🐑🐫
@xatunmax2605
@xatunmax2605 Жыл бұрын
YUNUN ÖZÜ KİMİ XƏSTƏLİK YOXDUR. SİNDİFON TƏMİZDİR HƏMİŞƏ. VƏ İMSAN BƏDƏNİNƏ YAPIŞIR. HEÇ NARAHATLIQ YOXDUR. HƏ SADALADIQLARINIZ YUNDA YOX. İNSAN BƏDƏNİNDƏ PROBLEM VAR Kİ, YARANIR. YUNLA ƏLAQƏSİ YOXDUR.
@nazlimustafayeva886
@nazlimustafayeva886 2 жыл бұрын
Tebiki sintefon. Cunki, yuna alergiyam var. Mene qadagandir
@rmramazanov8546
@rmramazanov8546 2 жыл бұрын
Elbede yun yorqanl yaxşıdl
@gulnarpoladova1025
@gulnarpoladova1025 2 жыл бұрын
Əlbəttə yun bizcə
@leylamursalova5341
@leylamursalova5341 2 жыл бұрын
Məndə ağır yun yorğanı sevirəm,ama Rusiyada evlər o qədər isti olurki orda hamı nazık adeyalda yatırlar,deməli bizdə həmişə evlər soyuq olduğundan məcbur olmuşuq yunda yatmağa,həmdə əslində 18 dərəcədə yatılmalıdı
@maraqszkitab3399
@maraqszkitab3399 2 жыл бұрын
Salam bayramlnlz mübarək
@ehedhasilov438
@ehedhasilov438 2 жыл бұрын
BEYDİM
@sevilcelilova5298
@sevilcelilova5298 2 жыл бұрын
Yunu alanlar yoxdur?))
@azersadiqli7224
@azersadiqli7224 2 жыл бұрын
Əlbəttə yun təbii şeyə nə çatar
@terlanzamanova6586
@terlanzamanova6586 2 жыл бұрын
YUN YOĞAN
@feridahaqverdiyeva6776
@feridahaqverdiyeva6776 2 жыл бұрын
Tebii yun yaxwidir
@gul9652
@gul9652 2 жыл бұрын
Əlbəttə yun
@gulizarmuradova3888
@gulizarmuradova3888 2 жыл бұрын
Elbetde de ki yun sintetik paltar geyinmeyen nesil basinin altinda sintetik qoyub yatr
@tebrizmasalli306
@tebrizmasalli306 2 жыл бұрын
Əlbəttə ki yun
@user-gs5lt5qy3r
@user-gs5lt5qy3r 2 жыл бұрын
Rusyada yasayiriq hardan alaq bu yunu 😁
@nextazercell9099
@nextazercell9099 2 жыл бұрын
Azərbaycandan.
@m.j.c.8517
@m.j.c.8517 Жыл бұрын
Sintepon olar, sintefon yox. Bizim söz deyil.
@rbbinqayt5560
@rbbinqayt5560 2 жыл бұрын
Evdə uşaqların yuna qarşı alerqiyası çoxdu. Ona görü yun yorğan işlədə bilmirik.
@user-ls3qo9bg2z
@user-ls3qo9bg2z 2 жыл бұрын
Ay Bahadur qadan alim bizə cehiz veriblər ya dişi ya erkək yun yundudaa
@hicranemiraslanova7658
@hicranemiraslanova7658 2 жыл бұрын
ELBETTE YUN
@yusifovareyhan2060
@yusifovareyhan2060 2 жыл бұрын
Yun yorğan döşək yaxşıdı
@letafetceferova1108
@letafetceferova1108 2 жыл бұрын
Əlbətdə yun gözəldir yundan istifadə edin
@elyanara3978
@elyanara3978 2 жыл бұрын
Etikete baxmirlarki bunu terkibinde tebii ne var? Sunu ne varsa bedende terlileme, beden iy verir ona gorede geydiyinize baxin ne de yatirsan ,,yemeklerede fikir verin wurt vumursa meyveni terevezi.aylarla xarab olmursa demeki dermanlidir
Uşaqlarda Alergiyanın Əlamətləri Bunlardır - MÜTLƏQ BAXIN!
2:17
Dr. Günay Rəsulova
Рет қаралды 10 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Yastıq Seçərkən Nələrə Diqqət Etməliyik ? - Video icmal
2:09
Soyuq müharibə. 1946-1991. (Son)
17:04
Sitarə Müzəffər - Tarix
Рет қаралды 8 М.
yataq dəstləri taxt örtükləri pokrival yorğan döşək
13:01
Bu Qidaları Yeyən Kimi Damarlar Açılır!
10:59
Demədi Demə
Рет қаралды 6 М.
Biləndə ŞOK olacaqsız - Ağcaqanad olmasaydı nələr olardı?
8:49
Bu Qida ÜRƏYƏ Gedən Damarları 5 Dəqiqəyə Təmizləyir
13:10
Demədi Demə
Рет қаралды 27 М.
Cehizlik yataq dəstləri. Süfrələr. Ən son modellər.
13:43
Atabəyli Günlər
Рет қаралды 24 М.
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 10 МЛН
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН
İĞNE İLE TELEFON TEMİZLEMEK!🤯
0:17
Safak Novruz
Рет қаралды 1,6 МЛН
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33
Какой ноутбук взять для учёбы? #msi #rtx4090 #laptop #юмор #игровой #apple #shorts
0:18
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 171 М.