Şəhid Qardaşlar Cavid Məmmədov, Çingiz Məmmədov (Zəfər Şəhidləri) Şəmkir

  Рет қаралды 3,688

Şamil Muradlı WMC

Şamil Muradlı WMC

Күн бұрын

Filmin rejissoru və operatoru-Şamil Muradlı
Ssenari müəllifi və aparıcı- Kənan İbrahimov
Layihə Rəhbəri- Alimpaşa Məmmədov
Prodüsser- Miraqil Cavadov
Redaktor- Əsgər Ələsgərov
Texniki direktor - Nicat Həsənov
Cavid İlham oğlu Məmmədov (18 oktyabr 1990, Yeniabad, Şamxor rayonu - 28 sentyabr 2020, Tərtər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində anadan olub.[1] Onun qardaşı - Çingiz Məmmədov da, Vətən müharibəsində şəhid olub. Ailəli idi. Elcan adında oğlu və Damla adında qızı yadigar qaldı.Cavid Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Cavid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Məmmədov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Çingiz İlham oğlu Məmmədov (9 iyul 1992, Mahmudlu, Şəmkir rayonu - 1 oktyabr 2020, Tərtər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Çingiz Məmmədov 1992-ci il iyulun 9-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub.Onun qardaşı - Cavid Məmmədov də Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun giziri olan Çingiz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çingiz Məmmədov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində dəfn lunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
"West Media Center Qerb Media Mərkəzi" Kanalinda Yayimlanan Videolarin müəllif Hüquqlari Qorunur.Kopyalamaq ve tekrar paylaşmaq Qeti qadagandir.
#CavidMəmmədov #ÇingizMəmmədov#Şəhidqardaşlar

Пікірлер: 41
@NicatNecefli-z8j
@NicatNecefli-z8j Жыл бұрын
CAN CİNGİZ CAN NAXCIVANDA BİR TABORDA XİDMET ETDİK 1 TABORDA COX CANLARA DEYEN QARDAŞIYDI MEKANIN CENET OLSUN QARDAŞ 😭😭😭😭😭😭😭
@nurlanmayilov1247
@nurlanmayilov1247 2 жыл бұрын
CAN ŞƏHIDLƏRIM BAŞ ƏYIRƏM SIZIN VƏ AILƏNIZIN QARŞISINDA 😭😭😭😭
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@cavidmmmdov3577
@cavidmmmdov3577 2 жыл бұрын
Can şəhidlərim yatdığınız qara torpağa qurban olum 😭😭
@eynureesedova3539
@eynureesedova3539 2 жыл бұрын
Allah səbr versin bacım ruhu şad olsun çətində olsa onlarsız dözməliyik😔
@cmilrhimova222
@cmilrhimova222 2 жыл бұрын
Can bacım biz yaşayarkən oluyuk 😭😭😢😢
@cmilrhimova222
@cmilrhimova222 2 жыл бұрын
😭😢😢😢
@eynureesedova3539
@eynureesedova3539 2 жыл бұрын
Of onu yaşayan bilər 💔😭dəmək asantdı amma biz yaşamışıq bilirik cannan can ayırmaq ne demekdi😔
@Sehidimniyameddin
@Sehidimniyameddin 2 жыл бұрын
Allah rehmət eləsin məkənları cənnət olsun
@eynureesedova3539
@eynureesedova3539 2 жыл бұрын
Can ay faya xala çekilməyən dərdine qardaş deye odlanan üreyim qurban 😭😭😭😭😭💔allah səbr versin anasına atasına yoldaşlarına 🤲
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@TovuzBayramova
@TovuzBayramova 7 ай бұрын
Amin 😢
@elmiraceferova7458
@elmiraceferova7458 2 жыл бұрын
Allah səbr versin bacım 😭çətin dərtdi allah cəmi şəhidlərimizə rəhmət elesin 🤲
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@talbnagiyev4881
@talbnagiyev4881 2 жыл бұрын
Can ana Allah sebir versin😔
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@quliyevatquliyeva-vs5um
@quliyevatquliyeva-vs5um Жыл бұрын
ALLAH HER IKI SEHIDIMIZE REHMET ELESIN🥺🥺
@guseynsahib8382
@guseynsahib8382 Жыл бұрын
Namus qiriyat kasibda olur Allah rehmet elesin sehidlermize
@ferqanequliyeva6043
@ferqanequliyeva6043 2 жыл бұрын
Caaaann ana cannn
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@fatehdostaliyev6970
@fatehdostaliyev6970 2 жыл бұрын
Offf Ay ana ne çetin derdin var senin derdine qurban olum 😢😢😢
@TovuzBayramova
@TovuzBayramova 7 ай бұрын
Eşq olsun Yerazlara ❤ Can Ana dərdinə qurban 😢 Göz yaşlarına qurban olum.Əllərindən, gözlərindən öpürəm.🥰 Səbir diləyirəm sizə ailəliklə.Gəlin bacılara da 🥺🥀💔 Başınızı dik tutun.Siz bizim ürəyimizsiz.😭❤ Şəhidlərin başımızın tacı, ailələri isə o tacın üstündəki qaşlardır.Məkanları cənnət olsun.😭🥀🥀🥺
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@barisabbasov9605
@barisabbasov9605 2 жыл бұрын
bu dunyada gormediyin cenneti O dunyada her iki ovladin senin elinden tutub oz cennetlerine aparacaq Qehraman Sehidlerimizin Qehraman anasi Qehreman xanimlari.
@qaqaseyvazli873
@qaqaseyvazli873 2 жыл бұрын
🥺🥺🥺
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@rafikmursal
@rafikmursal 2 жыл бұрын
Sinənizin bala dağına biz analar qurban olaq əziz şəhid anaları.Balalarınız cənnətdədirlər.Ruhları şad olsun 🤲qəbrləri nurla dolsun 🤲 Allah rəhmət eləsin 🤲 Amin 🤲 Faya bacım Allah suzə səbr versin.🤲🙏
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@turalmusayev9635
@turalmusayev9635 Жыл бұрын
Allah hər ikisinə rəhmət eləsin.Məkanları cənnət olsun.
@bakugold3839
@bakugold3839 4 ай бұрын
Can Allah rəhmət eləsin
@sportage9934
@sportage9934 2 жыл бұрын
Allah ruhunu şad etsin bütün Şəhidlərimizin amin İnşAllah qarşılarında baş əyirik
@ss_002
@ss_002 Жыл бұрын
Ruhunuz şad olsun əziz qardaşlar 😢
@velicahangiri2891
@velicahangiri2891 2 жыл бұрын
Allah rəhmət eləsin🥀
@Terter.tv59
@Terter.tv59 2 жыл бұрын
Bu qədər əziyət çəkərsən di gəl ki baxan olmaz bamblı düşük videolara gələn baxş sayı Şəhidlərimiz haqqında hazırlanmiş sənədli filmlərə gəlmir!!!
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Əhsən sizə.bunu anlayan çox az adam var.Bu həcmdə sənədli filmlərin çəkilişi asan deyil.47 ci sənədli filmi paylaşmışam.Ardı da gəlir.Di gəlki baxılmır.
@raminceferov9927
@raminceferov9927 2 жыл бұрын
Allah heç bir anaya övlad dağı göstermesin.ağır derddi...
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 жыл бұрын
Filmin daha çox insana çatmağına kömək edək bəyənək paylaşaq.Şəhidlərimizi tanıdaq.
@firdosiqasmov3382
@firdosiqasmov3382 Жыл бұрын
Kişi yazıx deyir sağ olsu İlham Ərdoğan nə vecinədi onların. Öz balaları nəvələri gedib vətən müharibəsində iştirak edib. Uşağ pulu da vermir 18 yaşı gələndə deyir vətənə borcun yaranıb gəl onu ver. Yazığ kasıb.
Şəhid Bəşir Həsənov -Zəfər Şəhidləri (36-cı film) Şəmkir
20:16
Şamil Muradlı WMC
Рет қаралды 2,9 М.
XÜSUSİ TƏYİNATLI  PƏNCƏLİ TEYMUROV.
35:14
LENKERAN TV
Рет қаралды 42 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 987 М.
Müharibə... əsgər gözündən - Film
1:38:21
Elvin Jabizadeh
Рет қаралды 24 М.
Susa  uqrunda  geden  son  doyus... Ruslarin  cekdikleri  en  son  ceklis...
17:40
VƏTANDAŞ HACIYEV BAYRAM
Рет қаралды 814 М.
Şəhid Orxan Əlili-Zəfər Şəhidləri (42-ci film) Şəmkir
15:52
Şamil Muradlı WMC
Рет қаралды 2,8 М.
Teymur Abbasov film
52:34
QXİB Qazax Xeyriyyə İctimai birliyi
Рет қаралды 34 М.
Şəhid Tural Abbasov-Zəfər Şəhidləri (33-cü film) Şəmkir
34:19
Şamil Muradlı WMC
Рет қаралды 2,7 М.
Şəhid Hikmət Hacıyev-Zəfər Şəhidləri (24-cü film) Şəmkir
24:29
Şamil Muradlı WMC
Рет қаралды 2 М.
Şəhid Anar Hüseynli -Zəfər Şəhidləri (26-ci film) Şəmkir
24:31
Şamil Muradlı WMC
Рет қаралды 12 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 987 М.