Şəhid Vüsalın xatirəsinə həsr olunmuş bir şeir. Şair : Adil Əkbər.

  Рет қаралды 717

Adil Əkbər

Adil Əkbər

2 жыл бұрын

Şəhid Vüsalın qardaşımızın xatirəsinə, anası Mahirə xanımın dilindən yazılmış bir şeir.
********************
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim, cənnət misalımsan oğul.
Sən mənim zikrim, duam, fikrim, xəyalımsan oğul.
Həm mənim həsrət gülümsən, həm vüsalımsan oğul.
Ayrılıq dərdin əzizim, bağrımı al qan edər.
İntizarın anbaan göz yaşımı leysan edər.
Hansı bir gövhər sənin tək, varlığın qurban edər?
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim, cənnət misalımsan oğul.
Sən həqiqət dəstanında qəhrəmanımsan mənim.
Varlığım, sonsuz həyatım, cimsü canımsan mənim.
Neylirəm sənsiz cəhanı, sən cəhanımsan mənim.
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim cənnət misalımsan oğul.
Gəzdiyin yollarda axtardın şəhadət izlərin.
Qeyrətindən söz açar daim həyalı gözlərin.
Kimsəsiz qəlbimdə səndən iz qoyub xoş sözlərin.
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim cənnət misalımsan oğul.
Tanrı bəxş etmiş sənə izzü şərafət rütbəsi.
Almısan aləmdə eşq iylə sədaqət rütbəsi.
Varlığından bir əlamətdir şəhadət rütbəsi.
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim cənnət misalımsan oğul.
İç şəhadət şərbətin Adil, Əli Əkbər kimi.
Varmı bir dilsiz mələk ki, oxlana Əsğər kimi?
Qəlbi yanmış bir ana fəryad edir Hacər kimi,
Sən qürurumsan, vüqarımsan, cəlalımsan oğul.
Sən bu dünyadə mənim cənnət misalımsan oğul.
Müəllif : Adil Əkbər.

Пікірлер: 24
@mehribanabbasova1894
@mehribanabbasova1894 11 ай бұрын
ALLAHIM Torpaqlarımız uğrunda canından keçən bütün ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT Eyləsin Amin 🇦🇿🇦🇿🇦🇿
@kerimovemil958
@kerimovemil958 2 жыл бұрын
Salam. Əhsən. Şəhidlər və şəhidlər sərvəri Şahi Şəhidanla məşhur olasız İnşəAllah.
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Aleykum Salam. Allah razı olsun, var olun.
@shidanas1182
@shidanas1182 2 жыл бұрын
Əhsən Kərbəlayi var olun . Maşallah olsun .Allah Vüsal balamın ruhun şad məqamını ali eləsin. Dərd yoldaşım Mahirə bacıma can sağlığı səbr və dözüm versin.
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Allah razı olsun, çox təşəkkür edirəm, var olasız.
@narsamaung6523
@narsamaung6523 2 жыл бұрын
Sag ol Adil qardaş
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Təşəkkür edirəm.
@rafailabbasov4762
@rafailabbasov4762 2 жыл бұрын
Allah rəhmət elesin
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Amin in şa Allah, var olun.
@ofeliyanebiyeva9838
@ofeliyanebiyeva9838 2 жыл бұрын
AMINNNN
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Amin.
@gunelahmedova4365
@gunelahmedova4365 2 жыл бұрын
Ürəklərinizin ruhlarınızın gözəlliyi sizin simalarınızda əks olunub, gözəl qardaşılarım 💚 Allah sizlərdən razı olsun hər iki dünyada, Amin ya Rəbbəl Aləmin ✋🏻🌸
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Allah razı olsun, var olun.
@rubabbaxsiyeva6023
@rubabbaxsiyeva6023 2 жыл бұрын
Əhsən Allah qəbul etsin inşallah
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Allah razı olsun.
@cosqunceferi
@cosqunceferi 2 жыл бұрын
Can ureyim menim seni verene suku ay Adil
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Var ol mənim dəyərli qardaşım🤲
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
SALAM ADİL QARDAŞ. İCAZƏ VERSƏYDİNİZ SİZİN ŞEİRLƏRİNİZİ SƏSLƏNDİRƏRDİM. BİR CAVAB YAZIN LÜTFƏN.
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
SALAM ADİL MÜƏLLİM. SİZDƏN BİR XAHİŞİM VAR. XAHİŞ EFİRƏM OXUDUQDAN SONRA CAVAB YAZIN.
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
SALAM ADİL MÜƏLLİM. SİZDƏN BİR XAHİŞİM VAR. XAHİŞ EDİRƏM OXUDUQDAN SONRA CAVAB YAZIN.
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
Aleykum Salam qardaş, buyurun.
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
@@adilakbar114 Salam qardaş. İlk öncə cavab yazdığınıza görə təşəkkürlər. Mən KZbində şeir kanalı açmışam. Əlimdə şeirlərim çoxdu. Amma biraz Əhli Beyt haqda zəifdi. Birinci istəyim icazə versəniz sizin şeirlərinizi səsləndirərdim. İkinci istəyim də mənə Əhli Beyt haqqında yazan şairlərin ( əsas da müasir ) adlarını yazın faydalanım. Əgər onların kitabları varsa hardan ala bilərəm. Pulun göndərim kitabı göndərsinlər. Əgər sizin öz kitabınız varsa göndərin. Kitabın da pulunu, eləcə də göndərilmə haqqını da ödəyərəm. Mənə bir dəstək olun xahiş edirəm... ALLAHA ƏMANƏT !
@adilakbar114
@adilakbar114 2 жыл бұрын
@@sebuhicavadl7331 Allah elminizə, ömrünüzə bərəkət versin, bəli mənim şeirlərimdən səsləndirə bilərsiniz, amma olduğu kimi, yəni sözlərdə dəyişiklik etməmək şərti ilə, halallıq var. Digər şairlərimiz haqda isə məlumatı "Mənəvi ziyafət" verlişinə baxmaqla ala bilərsiniz. Ramazan ayı boyunca o verlişə bir çox şairlərimiz dəvət alıb, şeirlərini səsləndiriblər.
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
@@adilakbar114 TƏŞƏKKÜR EDİRƏM QARDAŞ. ÇOX SAĞOLUN. MİNNƏTDARAM.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 135 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
Seyyid Taleh - Hüseyn aşiqləri / İstanbul Aşura Günü / 2024
4:35
Seyyid Taleh Boradigahi
Рет қаралды 48 М.
Xanım Zeynəb s.ə yezid l sarayındakı xütbəsi
14:31
Muhibb Shiat Ali
Рет қаралды 131 М.
Haci Sahin - Hz Ebelfez aga haqqinda cox tesili
8:18
Adil Azeri
Рет қаралды 707 М.
İmam Rza (ə) haqda gözəl bir şe'r. Şair #Adil Əkbər.
3:37
Kərbəla Əsirlərinin Qəm Dolu Tarixi (ƏRBƏİN) Hacı Şahin-2019
14:10
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 135 МЛН