Рет қаралды 163
Şəhid Xudayar son yazışmalarının birində öz yaxınına "Bu sənə yazdığım son məktubumdur" adlı şeri göndərir... Gerçəkdən də, bu onun son məktub idi...
Ayrılığın həqiqət, sevginsə yalan.
Mən səni sevdim, sən sevdin yalan.
Bəlkə də bununçün cavabsız qalan
Bu sənə yazdığım son məktubumdur...
Peşmanlıq duyuram hər baxışında.
Vaxt vardı gəzərdik yaz yağışında.
İndi isə otaqda şam işığında
Bu sənə yazdığım son məktubumdur...