Şəhla Qəmgin - Ruhumla çoxdan yoxam - Kamran M. Yunis

  Рет қаралды 17,367

Kamran M. YuniS

Kamran M. YuniS

4 жыл бұрын

Ruhumla çoxdan yoxam
Sən mənim sirrimsən... Deyə bilmədiyim.
Saxladığım, gizlədiyim.
Unutmaq istədiyim.
Sən mənim dərdimsən. Bölə bilmədiyim.
Qəlbimi incidən, ömrümü yeyən,
Səni xatırladıb öz sözün deyən.
Sən mənim arzumsan. Çata bilmədiyim.
Ömrümdən gedən, dərdimdə itən.
Qəlbimdə sızıntım, qəlbimdə sitəm.
Mənim həsrətimsən. Ata bilmədiyim.
Qəlbimdə bəslənən, qəlbimdə bitən.
Günbəgün böyüyən qəmli abidəm.
Gizli nifrətimsən... Boğa bilmədiyim.
Ömrümü talan edən, sevinci haram edən,
Könlümü viran edən...
Acımsan, içimdəki sancımsan,
Acımayan zalımsan
Hicrini məhrəm bilib qəlbimə hərəm edən...
Səadətimi alıb mənə naməhrəm edən.
Düyümlənib boğazda eləcə düyüm qalan,
Qəhərimlə yoğrulan,
İnləməkdən yorulan, boğulan fəryadımsan.
Mənim doğma yadımsan...
Səssiz bir firtinamsam...
İcimdə tuğyan edən,
Gözümdə fəğan edən,
Aram-aram kiriyən, ara-sıra kükrəyən,
Qəfildən üsyan edən.
Mənim səadətimsən.
Ömrümə doğulmayan, için-için ağlayan
Könlümü giryan edən, könlümü hüsran edən.
Həsrəti usanmayam.
Həsrətli baxişımda gözləri zindan edən,
Qəlbi tarimar edən...
Tutduğum azarımsan könlümü bimar edən.
Qəlbimdəki sevgimsən gizli ahu-zar edən.
Ümidimsən son olən, dərdi qəm ilə bolən
Qəbir əzablarını elə qəlbimdə çəkən
Hələ qəlbim sağikən...
Azıb qalan ruhumsan.
Canimdan ayrı düşüb, ayrı gəzib dolanan,
Canımı oda salan, canı yandırıb yaxan.
Qəlbimdəki yaramsan...
Qaysağı qurumayan.
Adın hər çəkiləndə qopub yenə qanayan,
Qəlbin hər atışında qan qusub, qan ağlayan...
Damarımda qan deyil sənin adındır axan.
Sən mənim bir paramsan...
Səndən ayri düşdüyüm günlərdən daha toxam.
Firqətindən, hicrindən bilmirəm varam, yoxam.
Dərdi bölə bilmədim, derddən bölünmüş çoxam.
Cismim yerdə dolasır, ruhumla çoxdan yoxam.

Пікірлер: 216
@shlamehdiyeva3956
@shlamehdiyeva3956 3 жыл бұрын
Bütün rəyləri oxudum. Dəyərli şeir sevərlər, xoş sözlərinizə görə sizin hər birinizə təşəkkür edirəm. Hər zaman arzularınıza çatasınız. Sevgilərlə Şəhla Qəmgin
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Xoş oldu bizlərə bu gözəl şeirin Müəllifinin imzasın görüb oxumaq! Yazan əlinizə,ruhunuza sağlıq Şəhla xanım!❤️ Allah dəyərli Sənətkarımız, Kamran bəydən razı olsun,Allah can sağlığı versin ki, bu qədər şeirləri böyük Sevgi ilə dinləyicilərə sevdirib, çatdırır!🙏❤️
@lolaazeri3917
@lolaazeri3917 2 жыл бұрын
Dəyərli muəllif biz sizə təsəkkur edirik belə gozəl bir seirii qələmə almisiniz.Qələminiz bərəkətli, zehniniz aciq olsun. Dəyərli sənətkarimiza, dəyərli qirayətçimizə də sonsuz təsəkkurlər.Belə gozəl seiri yasayaraq yasadir biz dinləyicilərə..Var olun.
@nezaketletifova1118
@nezaketletifova1118 9 ай бұрын
Biz size ve Kamran mellime teşekkür edirik.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Yuxuda ruhumuz ruh aləminə Allahın rəhməti bəndəyə yaxın.. Canımızı goyub sanki zamınə Göre bilmədiyimizə olurug yaxın.
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Dinləməklə doyulmayan❤️ Ruhunuza, səsinizə min sağlıq!🙏💥💥💥💥💥❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Maşallah olsun bu günümüzün 6 cı Möhtəşəmliyi! ❤️❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Gözəlliklərlə dolu bir İfada Şeir! Səs! Musiqi! Fon! ❤️
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Cismim yerdə dolaşır, Ruhumla çoxdan yoxam.❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Mənim doğma yadımsan... ❤️
@solmazmammadova4250
@solmazmammadova4250 11 ай бұрын
MOHTESHEM.SHERDE IFADA.VAR OLASINIZ.ITALYADAN SALAMLAR❤
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Damarımda qan deyil, sənin adınıdı axan....❤️ Bu şeiri, ifanı hər gün dəfələrcə dinləməmək mümkün deyil!
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Böyük zəhmət, vaxt sərf etdiyiniz bu Möhtəşəmlik üçün var olun Ustad! 🙏❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Bəh - bəhhh! ❤️❤️❤️❤️❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Gecəniz xeyir Ustad!
@kmalrhimli4986
@kmalrhimli4986 2 жыл бұрын
İlahi sozun quvvesine bax,doqurdanda azeri dili bu qeder zengin,turk sevgisi bu qeder deyerli ,sadiq,hikmetli ,olduqu kimi vesv edilen şaire,soyleyen ulu senetkarimiza ne deyim ,qarşinizda baş eyim,goz yaşimi sel kimi tökum,bu sevgini yaşayan her kes xoşbexdi,deyimmi
@kmalrhimli4986
@kmalrhimli4986 2 жыл бұрын
Varr olun her zaman Kamran hocam
@elza5293
@elza5293 Жыл бұрын
Cismim yerde dolaśir,ruhumla çoxdan yoxam 🥲🥲🥲🥲🥲🥲
@lolaazeri3917
@lolaazeri3917 3 жыл бұрын
DƏYƏRLİ səsimizsiniz...Heç kimdə duya bilmədiyimiz. Var olun. DƏYƏRLİ SƏNƏTKARIMIZ.
@natellahemzeyeva3675
@natellahemzeyeva3675 2 жыл бұрын
Teşekkürler Sevimli Sənətkarımız
@zitammmdova208
@zitammmdova208 2 жыл бұрын
Möhtəşəm sənət əsəri.Var olun.Bu şeir mənim həyatımın sətrir-sətir ifadəsidi. MƏNİM DOĞMA YADIMSAN...Bu şeir mənim həyatımı əks etdirən bir kitabdır.Sonsuz təşəkkürlər.💐
@almnurkamalova7604
@almnurkamalova7604 2 жыл бұрын
Möhtəşəm. Ürəkləri oxuyursunuz.Allah sizi qorusun.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 Жыл бұрын
Ruhumuzu axtaranda burda tapırıq....🦋
@bioloq1196
@bioloq1196 3 жыл бұрын
Şehla müellimə çox bəyəndim çoooooxxxxx möhteşemdir
@bioloq1196
@bioloq1196 3 жыл бұрын
İfa çooooox möhteşem çooooox bəyənirem sizin ifaları .
@feridebabayeva2122
@feridebabayeva2122 4 жыл бұрын
Feride Babayeva..her zaman qulaq asdigim yeganə insan Kamran bey ve vazkecilmezim Sezen aksu keşke Kamran bey Sezen aksu ilə bir duet olsa
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Sən mənim arzumsan Çata bilmədiyim... ❤️❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Dərdi bölə bilmədim Dərddən bölünmüş çoxam..
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Gecəniz xeyr olsun deyerli insan deyerli dostlar. Şeirlə ruhumuzu yoğuran insan Allahın nəzərində olasınız.
@shahlaibrahimli5600
@shahlaibrahimli5600 3 жыл бұрын
Çox gözəl, əla👍👍👍şer də gözəldi, sizin səsiniz və tərziniz xüsusi ahəng qatır bu cansız sətirlərə. Allah qorusun sizləri🙏
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Qəlbimdə bəslənən, qəlbimdə bitən, günbəgün böyüyən qəmli abidəm.❤️
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 3 жыл бұрын
Gecələriniz xeyirə doğru.Böyük Ustad! Var olun!
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Elə bilirsiz tək siz dinləyirdiniz burda bu şeiri? ❤️
@shlamehdiyeva3956
@shlamehdiyeva3956 3 жыл бұрын
Kamran bəy təşəkkür edirəm sizə. Bir müəllif kimi qürur duydum sizin kimi dəyərli bir sənətkarın ifasında şeirimi eşifəndə. Mənim ruhumun səsini bu şeirlə ovudarkən, siz onun səsini möhtəşəm ifanızla, səsinizlə bütün dünyaya çatdırdınız. Bəlli ki, bu şeir sizin də ruhunuza toxunub. Çox arzu edərdim ki, digər şeirlərim də sizin gözəl qəlbinizə,ruhunuza toxunsun, o gözəl səsinizlə onlara həyat verəsiniz. Təşəkkür edirəm bir daha. Sevgilərlə Şəhla Qəmgin.
@esmirakrimova1315
@esmirakrimova1315 3 жыл бұрын
Qeleminiz ,ureyiniz var olsun....
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Müəllifə sonsuz təşəkkürlər 👏👏
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yaqutosmanli3183
@yaqutosmanli3183 2 жыл бұрын
Şeir gözəl, musiqi gözəl, ifa möhtəşəm.Var olun Kamran Bəy.
@residrustemov6655
@residrustemov6655 2 жыл бұрын
Bu səsin bu aktyorun aşiqiyəm.
@yeganequliyeva664
@yeganequliyeva664 9 ай бұрын
Ümidimsən son ölən, dərdi qəm ilə bölən...... 🎧🌹🌹🌹🌹🌹🤲
@yeganequliyeva664
@yeganequliyeva664 2 жыл бұрын
Qəlbimdəki sevgimsən gizli ahu-zar edən....💐💐💐
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Maşallah olsun! Bir Aləm!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Heç eşitmişdiniz.....aglamaq üçün təşəkkür bildirmək. Aglatdıgınız üçün çox sag olun...sanki bahanə axtarırdım ağlamağa .. ..
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Mən də 😥
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
@@Leyla-517 Hə bəzən şeirin, ifanın təsirinə düşəndə insan göz yaşlarından xəbərsiz olur..sadəcə şeir dinlərkən.. Amma həmişə gülün.😊
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
@@lolaazeri3917 Caan Lola xanım bir gün olacaq ki, birlikdə bu şeiri dayanmadan dinləyirik! Şeir, səs, ifa, musiqi, fon! gözəllik budir! Hələdə təsirindəyik! ❤️❤️❤️❤️❤️❤️❤️🙏
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
@@yeganequliyeva664 Can sevə-sevə. Allah qismət eləsin.
@lolaazeri3917
@lolaazeri3917 3 жыл бұрын
@@yeganequliyeva664 Can Yeganə xanım mən yenə bu şeirdəyəm.Yazıram ki, bir daha dinləyəsin.DƏYƏRLİ SƏNƏTKARIMIZ möhtəşəmlik yaradıb. DƏYƏRLİ SƏSİMİZ.
@xatireemrahova5381
@xatireemrahova5381 2 жыл бұрын
Yaxşıki varsız
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Qızım deyir ana nədir səni belə kövrəldən? Atama deyəcəm interneti kəsdirsin. Səni bu baba çox ağladır. 😥 içimdəki qırıq olan nə varsa hamısı ürəyimə batdı elə bil? Çox təşəkkür edirəm sizə bu şeir, bu səs, bu ürək üçün.
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Sən mənim arzumsan...Çata bilmədiyim.....
@user-mh8tr8vu7i
@user-mh8tr8vu7i 10 ай бұрын
Слезы ❤
@ranababanli4535
@ranababanli4535 4 жыл бұрын
"SEN MENIM ARZUMDUM!CATA BILMEDIYIM!!!!" GOZEL! SOZLER GOZEL!IFA TAM YARAWIQ VE MUKEMMEL!
@rustamyolamanovich1780
@rustamyolamanovich1780 3 жыл бұрын
ŞƏHLA QƏMQİN MÖHTƏŞƏM ƏSƏR👍👍👍MƏNDƏ RUHUMLA COXDANNN YOXAM....KAMRAN BƏYİM VAR OLASİZ HƏMİŞƏ🙏🙏🙏❤😘🤗
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
❤️8❤️
@naziranurmammadova1027
@naziranurmammadova1027 8 ай бұрын
Sən mənim özümsən.......
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Bir sozle her seyimsen......
@renahaciyeva1607
@renahaciyeva1607 4 жыл бұрын
Çoox möhtəşəm şeir,çoox möhtəşəm ifa... Var olun,dəyərli dost🤲🤲🤲
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Sən mənim sirrimsən...deyə bilmədiyim..
@gulbaharr
@gulbaharr 4 жыл бұрын
damarımda qan deyil,sənin adındı axan..sən mənim bir paramsan... Allahım,nə gözəl şeir..ifa möhtəşəm!! 👍👍👍👏👏👏🙏🙏
@ilarasamedova3613
@ilarasamedova3613 3 жыл бұрын
Super nitqim qurudu bele weir olar mohtewem
@sefiqeesedova9290
@sefiqeesedova9290 3 жыл бұрын
Hər zaman qulaq aslram çox sağ olun .
@sahnazhuseynova9393
@sahnazhuseynova9393 11 ай бұрын
🤲🇦🇿🧿 BU SÖZLƏRDƏN QƏRİB KÜLƏKLƏR ƏSİR...., SANKİ QƏRİBLİKDƏ TƏNHAYAM...., QÜBARA BƏLƏNMİŞƏM SANKİ......., ÜŞÜTDÜ RUHUMU BU SÖZLƏR.., HƏSRƏT YARĞANININ KƏNARINDA HİSS ELƏDİM ÖZÜMÜ...😔😔😔 İFA DA HƏMİŞƏKİ KİMİ MÖHTƏŞƏM...., SADƏCƏ M. YUNİS İFASI ... 👍 VƏSSALAM..... 🤲🇦🇿🧿
@yaqutosmanli3183
@yaqutosmanli3183 2 жыл бұрын
Hər zamanınız xeyirli olsun Dəyərli sənətkar. Bir il öncə səsləndirdiyiniz bu şeirə sevə sevə bir də qulaq asdım . Ürəyinizə ruhunuza sağlıq Usdad . möhtəşəm...
@elnarmhrrmova7145
@elnarmhrrmova7145 2 жыл бұрын
Men bu weiri bedbext baclma hesr edirem.Sen menim sirrimsen hec yerde deye bilmedim NERGIZ.SEN MENI BU DUNYA OLU DIRI QOYUB GETDIN.🥀🥀
@aygunaygun8263
@aygunaygun8263 4 жыл бұрын
Kamran bey🙏🏻
@gulyakocharli164
@gulyakocharli164 4 жыл бұрын
Çox gözəl şeirdi,sözleri çox mənalıdı👍🌷
@banu6688
@banu6688 4 жыл бұрын
Möhteşem şer ve möhteşem ifa.
@nahidmmmdli3920
@nahidmmmdli3920 4 жыл бұрын
Sən mənim arzumsan... Çata bilmədiyim...Ömrümdən gedən, dərdimdə itən...Qəlbimdə sızıntım, qəlbimdə sitəm....💔
@vusalequliyeva3740
@vusalequliyeva3740 Жыл бұрын
Tewekkurler
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Mükəmməl.Mükəmməl Mükəmməl.
@nurlanamammedova8026
@nurlanamammedova8026 2 жыл бұрын
Ömrümdən gedən,dərdimdə itən.....
@yaqutisayeva3234
@yaqutisayeva3234 3 жыл бұрын
Mohtesem.....👍🏻👏🏻😥😥😥
@karimaliyev901
@karimaliyev901 2 жыл бұрын
Səsiniz çox mükəmməl Dinlədikcə uzaqlara aparır adamı 🙏
@reyhanhesenova6827
@reyhanhesenova6827 3 жыл бұрын
Bu sirri hec kime açma əzizim
@nurcahan6353
@nurcahan6353 4 жыл бұрын
Dərdi bölə bilmədim, dərdlə bölünmüş çoxam...Şəhla Qəmgin 🌹🌹🌹
@nurlanamammedova8026
@nurlanamammedova8026 2 жыл бұрын
Sən mənim arzumsan,çata bilmədiyim.....
@resmiyemehdiyeva6041
@resmiyemehdiyeva6041 3 жыл бұрын
super bir şerdi . əsən.
@yaqutquliyeva5152
@yaqutquliyeva5152 3 жыл бұрын
Menim dogma yadimsan..
@user-lv4lf2sc9f
@user-lv4lf2sc9f 3 жыл бұрын
Var ol gozel insan mohtaesem 🙏🏻👏👏👍
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 жыл бұрын
Doğmalaşa bilməyən yadlar üçün....🦋🦋🦋 təki doğmalarımız yadlaşmasın...🦋🦋🦋
@yeganequliyeva664
@yeganequliyeva664 2 жыл бұрын
Yenə bu gözəlliklə baş-başa!💐💐💐🎧
@konulbayramova6840
@konulbayramova6840 4 жыл бұрын
Gecəniz xeyir USTAD,Bir bilsez ki bu ifaya necə qulaq asıram.Her bir sözu ürəyimdə təkrarlayiram.,sanki kəndim ifa edirmiş kimi. Sen menim bir paramsan.... Tanrı qorusun sizi dəyərlimiz.sevimlimiz. Ruhumla çoxdan yoxam.
@raufquliyev8499
@raufquliyev8499 4 жыл бұрын
Bu yazı her bir kesin həyatında olan bir sirdir heç bir kəslə bölüşe bilmədiyi gözəl bir sir gəncliyindən qalan bir sirr
@SS-pk7qj
@SS-pk7qj 4 жыл бұрын
Sen menim arzumsan cata bilmediyim Kamran bey cox sagolun cox gozel ifa misralar cox ince ve menali ... Damarimda gan deyil senin adindir axan ... Bilmirem varam yoxam ...cismim yerde dolawir ruhumla coxdan yoxam .... Tanri Sizi gorusun ❤❤❤❤❤❤❤❤
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 жыл бұрын
Mənim dogma yadımsan.....
@elladasamsungduos.6959
@elladasamsungduos.6959 4 жыл бұрын
Sen menim arzumsan cata bilmediyim kamran bey ella xanim
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 3 жыл бұрын
Ruhum, qayıt gəl yerinə....🍃
@alihakimov6087
@alihakimov6087 3 жыл бұрын
Sanki menim qelbimnen yazmisan hec vaxt qelbim derden rahtliq tapmadi uzum gulmedi
@faridamuradova3871
@faridamuradova3871 Жыл бұрын
Sən mənim hər şeyimsən.
@yeganequliyeva664
@yeganequliyeva664 Жыл бұрын
Cismim yerdə dolaşır, ruhumla çoxdan yoxam! 🌷🌷🌷🌷🌷
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 жыл бұрын
Sən mənim sirrimsən.....
@ranababanli4535
@ranababanli4535 3 жыл бұрын
" Menim hesretimsen,omrumu talan eden,konlumu viran eden ,iller uzunu mene xowbextlik bexw eden,3 ildir qelbime feqan eden,qelbim saq iken azib qalan,ozune yer tapmayan ruhum olan menim bir paramsan!Varammi,yoxammi,ruhum yerde dolawan,cismimle coxdan yox olanam!"
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 4 жыл бұрын
Cox gozel seirdi.... 💖 Sehla Gemgin Kamran. M. Yunis Tesekkurler 🙏🙏🙏
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 жыл бұрын
Deyə..Bilmədiyim.....
@lalequliyeva3073
@lalequliyeva3073 4 жыл бұрын
Təsirli qəm nəğməsi, Mükəmməl ifa. Təşəkkürlər!
@ilaheelibalayeva5806
@ilaheelibalayeva5806 3 жыл бұрын
Defelerle qulaq asıram.Söz aparır insanl.Söz yığını deyil.Gözel yazıb,gözel de çatdırırsız.Teşekkür edirem her ikinize.Ölmez bestekarımız Emin Sabitoğlunun ruhu şad olsun.Size ikiqat sağ ol düşür,ona göre ki,bunu bize çatdıran sizsiz👏👏👏👏👏👏
@leylaqemberova9790
@leylaqemberova9790 3 жыл бұрын
Möhtəşəm♥️♥️
@ilaheelibalayeva5806
@ilaheelibalayeva5806 3 жыл бұрын
İnlemekden yorulan,boğulan feryadımsan.Musiqi,söz ve ifa.İnsanın ruhundan süzülen sözlerdi.Hele:,,Ruhumla çoxdan yoxam'' İnsanın bu veziyyete düşmesi faciedir yeqin.
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Qəlbimdəki yatmasan Qaysağı qurumayan😥👍
@lolaazeri3917
@lolaazeri3917 3 жыл бұрын
02:00...🎧🎧🎧🎧02:25. Özünü təkrar -təkrar dinlədən şeir, ifa, musiqi.
@nezaketletifova1118
@nezaketletifova1118 3 жыл бұрын
Lolam, çox sağ ol,gecenin bu vaxtı bu gözel şeiri yeniden dinletdiyiniz üçün.🎧👍🌹💋❤️
@lolaazeri3917
@lolaazeri3917 3 жыл бұрын
@@nezaketletifova1118 Can Nəzakət bacım.Dinləyən, duyan ürəyinizə min sağlıq.😚❤💐
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
@@nezaketletifova1118 Mənsiz dinləyirdiz eləmi?🤔
@nezaketletifova1118
@nezaketletifova1118 3 жыл бұрын
@@yeganequliyeva664 yox canıım, men bilirdimki sizde buralardasız.Yazmağını gözdüyürdüm.Men kohne şeirleri dinleyende, şerhlerin arasında hemişe Lola xanımla sizin yeni yazılmış şerhlerinize rast gelirem.Kamran mellimin leirlerini en çox dinleyenler arasında, siz ikinizi lap çox görürem👍👍👏👏❤️❤️🌹🌹💋💋
@nurlanamammedova8026
@nurlanamammedova8026 2 жыл бұрын
Mənim həsrətimsən.....
@WarmAmbiences
@WarmAmbiences 2 жыл бұрын
Butun bu serlere ruh veren sesinize quvvet.Belkede basqa biri bu serleri seslendirseydi hec qulaq bele asmazdim .Sesinizin sehri insani vadar edir dinlemeye.Allah sizi ve sesinizi qorusun.
@SS-pk7qj
@SS-pk7qj 3 жыл бұрын
Bu musigi ...daniwir... Kamran bey ❤❤❤❤❤❤❤❤
@sadatmursudovamks2691
@sadatmursudovamks2691 4 жыл бұрын
💐💐💐💐❤❤❤❤❤
@kamranmustang7856
@kamranmustang7856 2 жыл бұрын
Ne vaxtki ruhum kusur menden yorgun ruhumu dincelden ruhuma gida olan gozel ses gozel insan var ol 🙏🙏🙏ne yagsi varimisiz 🙏❤️
@user-mx6sv5yf3j
@user-mx6sv5yf3j 2 ай бұрын
Qəmli abidəm...
@ulviyyehacili6232
@ulviyyehacili6232 4 жыл бұрын
Çox gözəl
@user-ye9dg5zd8r
@user-ye9dg5zd8r 3 жыл бұрын
Хошбехт инсансан сенаткар инсанын рухуну охшаяырсан,
@reyhanhesenova6827
@reyhanhesenova6827 4 жыл бұрын
Sen de bizi heyran eden. SESINLE
@mirsahibehmedov5558
@mirsahibehmedov5558 3 жыл бұрын
Bu seirin muellifi o qeder gözel insandirki :(
@36-ML-646
@36-ML-646 Жыл бұрын
@shahlaibrahimli5600
@shahlaibrahimli5600 Жыл бұрын
🙏😔
Hamlet İsaxanlı - Səni sevdim çox sadəcə - Kamran M. YuniS
5:39
Kamran M. YuniS
Рет қаралды 19 М.
Esmira Mehiqızı - Film bitdi, hamı getdi...- Kamran M. YuniS
4:24
Kamran M. YuniS
Рет қаралды 18 М.
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 167 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 9 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 1,9 МЛН
Elmira Rəhimova - Sən Yadıma Düşəndə (Rəsmi Audio)
5:26
Elmira Rəhimova
Рет қаралды 848 М.
Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)
2:47
Aləmzər Pənahqızı
Рет қаралды 18 М.
Sen Ağlama (Solo)
7:22
Elxan Şirinov
Рет қаралды 99 М.
Vaqif Səmədoğlu - Nə yaman ağırmış - Kamran M. YuniS
2:21
Kamran M. YuniS
Рет қаралды 5 М.
Məmməd Araz - Sən getdin - Kamran M. YuniS
4:08
Kamran M. YuniS
Рет қаралды 8 М.
Котик спрятался 👀 #юмор #рекомендации #прикол
0:24
Котик спрятался 👀 #юмор #рекомендации #прикол
0:24
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,8 МЛН