ALLAH'IN SALAMI SEVGİSİ VƏ NURU ÜZƏRUNİZƏ OLSUN ALLAH RAZI OLSUN🙇♀️🍃🕊🕋🕌🕋🕊🍃
@aliahmadov6404 Жыл бұрын
👍
@vedolunmus Жыл бұрын
Həzərti Musa peyğəmbərin (ələyhis-səlam) qeybi Əbu Bəsir İmam Baqirin (ələyhis-səlam) belə buyurduğunu nəql etmişdir: “Musa Bəni İsraildən əlli nəfər yalançı aşkar olana qədər zahir olmadı. Onların hamısı iddia edirdilər ki, (guya) onlar Musa ibn İmrandırlar. (Şeyx Səduq, Kəmaluddin, bab 6, Musa peyğəmbərin qeyb dövrü) Abdullah ibn Sinan İmam Sadiqin (ələyhis-səlam) belə buyurduğunu nəql etmişdir: “Qaimdə (əccələllahu fərəcəhuş şərif) Musa ibn İmrandan (ələyhis-səlam) bir sünnə vardır”. Soruşdum: “Musa ibn İmrandan (ələyhis-səlam) olan sünnə nədir?” Buyurdu: “Doğuluşunun gizliliyi və öz qövmündən qeybə çəkilməsidir”. Dedim: “Musa (ələyhis-səlam) öz ailəsi və qövmündən nə qədər (müddətə) qeybdə olmuşdur?” Buyurdu: “İyirmi səkkiz il”. (Şeyx Səduq, Kəmaluddin, bab 6, Musa peyğəmbərin qeyb dövrü) Həzrəti Əmirəlmöminin (ələyhis-səlam) Allah Rəsulunun (səlləlahu ələyhi və alih) belə buyurduğunu nəql etmişdir: “Bir zaman Yusifin (ələyhis-səlam) vəfatı yetişdi, tərəfdarlarını və ailəsini topladı, Allaha həmd-səna etdi, sonra isə onlara xəbər verdi ki, çox çətin bir sıxıntı üz verəcəkdir, orada kişiləri öldürüləcək, hamilə qadınların qarınları yırtılacaq, uşaqlarının başları kəsiləcəkdir, o vaxta qədər ki, Allah haqqı - Lavi ibn Yəqubun övladlarından olan Qaimdə (burada Həzrəti Musa peyğəmbər nəzərdə tutulir) aşkar edəcəkdir. O, qarabuğdayı, hündürqamətli bir kişidir - və onun xüsusiyyətlərini sadaladı. Beləliklə, onlar həmin vəsiyyətdən möhkəm yapışdılar; Bəni İsrailə qeyb və çətinlik üz verdi. Onlar dörd yüz il müddət ərzində - doğulma xəbərilə müjdələnənə, həmçinin zühurunun əlamətlərini müşahidə edincəyə qədər Qaimin intizarını çəkdilər. Onların sıxıntıları daha da gücləndi, onlara ağac və daş yüklədilər. Hədislərindən aramlıq tapdıqları fəqih təqib altına düşdü, gizləndi, onunla məktublaşdılar və dedilər ki, biz sıxıntılarla yanaşı sənin kəlamınla rahatlıq tapardıq. Fəqih onları səhralara apardı, oturdu və onlarla Qaimin hədisi, onun xüsusiyyətləri, zühurunun yaxınlığı barədə danışırdı. Həmin gecə aylı bir gecə idi. Bu arada Musa (ələyhis-səlam) onlara görsəndi, bu zaman o, yeniyetmə idi. O, Fironun sarayından çıxmış, gəzinti yeri gəzirdi və qafiləsindən (yaxud dəstəsindən) kənara çıxmışdı. O, qatıra süvar olmuşdu, sinəsinin üzərində də xəz örtük vardı, onların yanına gəldi. Fəqih onu gördükdə xüsusiyyətlərindən tanıdı, qalxdı, ayaqlarına düşərək onları öpüb dedi: “O Allaha şükürlər olsun ki, səni mənə göstərməyənə qədər məni öldürməyib”. Başçılarını belə gördükdə bildilər ki, o, onların sahibidir. Onlar Allaha şükür edən halda yerə düşdülər, Musa da (ələyhis-səlam) yalnız bunu dedi ki, ümidvaram Allah sizin qurtuluşunuzu tezləşdirər. Ondan sonra qeybə çəkildi və Mədyən şəhərinə getdi. O, illərlə Şüeybin yanında qaldı. Bu ikinci qeyb dövrü onlar üçün birinci qeyb dövründən daha çətin gəldi. Həmin bu qeyb dövrü əlli və bir neçə il davam etdi; sıxıntılar onlar üçün daha da çətinləşdi. O fəqih də, həmçinin özünü məxfi tutdu. Bir nəfəri onun yanına göndərdilər və dedilər ki, bizim sənin gizli qalmağına daha səbrimiz çatmır. Buna görə də səhralığa çıxdı və onları çağırdı, onları xoşhal etdi və onlara bildirdi ki, Allah-taala ona belə vəhy (ilham) etmişdir ki, qırx ildən sonra onların qurtuluşu yetişəcəkdir. Onlar hamılıqla dedilər: “Həmd Allaha məxsusdur”. Allah-taala vəhy etdi ki, onlara de, “Əlhəmdulillah” demələrinə görə onu otuz ilə azaltdım. Onlar dedilər: “Hər bir nemət Allah tərəfindəndir”. Vəhy gəldi ki, onlara de, onu iyirmi ilə saldım. Dedilər: “Yalnız Allah xeyir gətirər”. Vəhy gəldi ki, onlara de, on ilə saldım. Onlar dedilər: “Pisliyi yalnız Allah uzaqlaşdıra bilər!” Allah həmin fəqihə belə vəhy etdi ki, onlara de: “Öz yerinizdən tərpənməyin, artıq sizin qurtuluş izninizi vermişəm”. Bu arada Musa (ələyhis-səlam) bir ulağa süvar olmuş halda ortaya çıxdı, fəqih də istədi ki, onunla əlaqədar vəzifələrini onlara tanıtdırsın (və ya istədi ki, onu şiələrə tanıtdırsın və onu diqqətlə gözdən keçirmə öhdəçiliklərini aydın etsin). Musa gəldi və fəqih soruşdu: “Kimin oğlusan?” Dedi: “İmranın oğluyam”. Dedi: “Kimin oğludur?” Musa dedi: “Yəqubun oğlu Lavinin oğlu Qahisin oğludur”. Alim dedi: “Nə ilə gəlmisən?” Dedi: “Allah-taala dərgahından olan risalətlə gəlmişəm”. Həmin fəqih ayağa qalxdı və Musanın əlindən öpdü, sonra onların arasında oturdu və onları xoşhal etdi. Musanın göstərişlərini onlara çatdırdı, ardınca isə onları pərakəndə saldı, beləliklə bu zamanla Fironun qərq olması ilə-onların qurtuluşu-arasında qırx il fasilə oldu. (Şeyx Səduq, Kəmaluddin, bab 6, Musa peyğəmbərin qeyb dövrü)