Nə qədər gözəl veriliş. Var olasız. Yusif Vəliyevə Allah qəni qəni rəhmət eləsin.
@ВооаОара Жыл бұрын
Həqiqətən də Yusif Vəliyev təkrarolunmaz bir sənətkar idi bu adamın səsi dəhşət idi
@nazrin27192 Жыл бұрын
Onun bütün rolları şedevrdi Uşaqlığın son gecəsində mühəndis rolu necə təbiidi Allah rəhmət eləsin dahi sənətkara 😔
@HuaweiNova-v6w5 сағат бұрын
Belə gözəl veriliş úçún təşəkkúr edirəm. Nə yaxşı belə istedadlı giymətli sənətkarlarımız var.Bu bir miktəbdir. Yusıf múəllımə Allah rəhmət eləsin.
@samish80 Жыл бұрын
Ədalət Məmmədovun da səsi çox gözəl və təsirlidir. Yusif Vəliyev yolunun davamçısı.
@Əbuturabsalamullahuəleyh Жыл бұрын
Allah Yusif Vəliyevə və onun kimi xalq aktyor və aktrisalarına rəhmət eləsin. Hər aktyora nəsib olmur ki həm yaxşı aktyor olasan həmdə gözəl səsin olsun.And olsun Allaha bir daha belə aktyorlar doğulmayacaq.indi heç kim yerində deyil kino studiya bazara çevrilib
@elcinqasmov7195 Жыл бұрын
Yusif Vəliyevə Allah rəhmət eləsin Sənət dostları bu sənətkar haqqında çox maraqlı danışdılar
@karabakhazerbaijan963 жыл бұрын
Ruhu şad olsun böyük sənətkarımızın. Əvəzsiz sənətkar idi. Onun "Əmir Teymur" rolu bir sənəd şedevri idi. Eləcə də "Qurd Cəbrayıl - Fəttah" rolu və "Axırıncı açırım"dakı səsi. Xalqımızın yaddaşında hər zaman yaşayacaq.
@aqilmustafavey92562 жыл бұрын
Kərbəlayi ismayil rolun Ədil İsgəndərov canladirsada məncə o rola möhtəşəmlik qatan Yusif Vəıiyevin səsidi hər iksin ruhu şad olsun
@karabakhazerbaijan962 жыл бұрын
@@aqilmustafavey9256 şühbəsiz, haqlısınız.
@tehranismayll2515 Жыл бұрын
Təkrarolunmaz sənətkara Allah rəhmət eləsin
@SuperIntigam3 жыл бұрын
Usta Rəhmətlik Yusif Vəliyev kaş indi sağ olaydı və Türkiyənin tarixi dizi filimlərinə çəkiləydi. O zaman Türkiyədə olan aktyorlar bilərdilər ki ustalığı necə nümayiş etdirmək olardı...Tanrının rəhməti onunla, ruhu şad, nur içində olsun, A M İ N !!!!
@ruslanagayev9259 Жыл бұрын
1965 №-li məzar və ya unudulmaz Yusif Vəliyev... Dünən çox qəribə yuxu gördüm, həqiqətən qəribə yuxu idi. “Arxadan vurulan zərbə” filminin son epizodu girmişdi yuxuma. Qurd Cəbrayıl elə həmin səslə “raşotkalı” milis maşınından səslənirdi; “O vaxt məni Qurd Cəbrayıl adı ilə tutdular, saldılar qazamata. Heç kimdə gəlmədi yanıma, sonra öldüm, dəfn elədilər, yenə də heç kim gəlmədi məzarım üstünə. Niyə məni axtaran yoxdur!” Hövlənk yuxudan ayıldım, Allah bu nə yuxu idi, mən hara, Qurd Cəbrayıl hara, bu SƏS hara. Səs necə də mükəmməl idi, necə təsirli idi İlahi! Bu səsin də, bu rolun da sahibi o idi. Böyük aktyor, Respublikanın xalq artisti Yusif Vəliyev. O Yusif Vəliyev ki, ömrünün son çağlarında 9-cu mikrarayonda, 9-cu mərtəbədə verilən evini daha aşağı mərtəbələrə dəyişmək üçün dövrün Mədəniyyət nazirinin qəbuluna getmişdi, “nazir” isə onu tanımamışdı. Yusif Vəliyev isə bu münasibətdən çox məyus olmuş və bir daha bu işin arxasınca getməmişdir. Bu o Yusif Vəliyevdir ki, onun səsi əzəmətdə SƏS Azərbaycan səhnəsinə gəlməyib. Aktyor kimi də ciddi uğurları olub. Yusif Vəliyev bir çox filmlərdə -“Arxadan vurulan zərbə”də Qurd Cəbrayıl, “Nəsimi”də Teymurləng, “Tütək səsi”də Qılınc Qurban, “Uşaqlığın son gecəsi”ndə İş icraçısı, “Qatır Məmməd”də Şəkili halvaçı, “Sən niyə susursan?”da Balıqçı, “Bir cənub şəhərində” isə Səfərəli kimi yaddaşlarımızda qalıbdır. Səsindəki əzəmətin vurğunu olan Ədil İsgəndərov münasibətləri pis olsa da, “Axırıncı aşrım” filminin əsas obrazı olan Kərbəlayini səsləndirməkdən imtina edərək deyir ki, mənim səsim komediya səsidir, Kərbəlayini ancaq Yusif Vəliyev səsləndirə bilər. Dəfələrlə Azdramaya getmək istəsə də bu ona müyəssər olmur. Əgər alınsaydı Azərbaycan teatırı nələr qazana bilərdi?! Yenə də qısqanclıq, xəbislik və paxıllıq Yusif Vəliyevin qarşısını alır və o, Azdramada işləməkdən məhrum olur. Azdramanın aktyorları da onunla eyni səhnəni bölüşmək istəmirlərmiş, çünki bilirlərmiş ki, onun kölgəsində qalaraq itib-batacaqlar. Onun səsi isə bir başqa aləm olub və bir çox səsləndirmələrdə, dubliyajlarda məhz Yusif Vəliyevin səsi obrazlara dil verib, ağız verib, səs veribdir. Nəsimi filmində bir çox epizodları sonradan Yusif Vəliyevə görə kəsirlər, çünki Teymurləng obrazı Nəsimi obrazını hər tərəfdən kölgədə qoyurmuş, bədii şurada irad bildirilər ki, biz Nəsimi haqqında film çəkirik, Əmir Teymur haqqında yox. Onun yaratdığı üç obraz mənim üçün əvəzolunamzdır, Qurd Cəbrayıl, Qılınc Qurban və Əmir Teymur. İllər keçəcək, nəsillər dəyişəcək, amma Yusif Vəliyev yaratdığı obrazlarla insanların yaddaşında hər zaman yaşayacaq. Yuxu ilə başlamışdım, yuxu ilə də bitirim. Təbii ki, mənim yuxuma Qurd Cəbrayıl girə bilməzdi. O bir filmin qəhrəmanı idi. Mənim yuxuma girən Yusif Vəliyev və onun sehirli SƏSİ idi. Yusif Vəliyevi mütləq yad etməli idim. Sorağa-soraq onun “Qurd Qapısı” məzarlığında olan məzarını tapdım. Məzarının üzərində anadan olduğu - 1917-ci, vəfat etdiyi - 1980 ci illər və bir də adı, soyadı yazılmışdı. Hə bir də qəbrinin nömrəsi - 1965№ məzar. Hamının məzarı kimi bir məzardır, qismət olsa hamımızın belə bir məzarı olacaq. Amma heç birimiz o ada, nama, o şana çatmayacağıq. Yusif Vəliyevi o məzarda görmədim. Yox idi məzarında, sadəcə adı, soyadı, doğum və ölüm tarixləri var idi. Yusif Vəliyev isə - Şah Qacarla, Qurd Cəbrayılla, Qılınc Qurbanla, Əmir Teymurla tamaşaçıların və eləcə də mənim qəlbimdə özünə məskən tutmuşdu. Bir xeyli məzarına baxıb düşündüm. Düşündüm ki, necə xoşbəxt adamdır, dünyada yoxdur, amma ürəklərdə yaşayır. Bundan böyük xoşbəxtlik ola bilərdimi?! Bir xeyli məzarına baxdım, qulağımla səsini dinşədim, ruhuna bir Fatihə oxuyaraq məzarından ayrıldım. Amma o hey bizimlədir, Qurd Cəbrayıl kimi, Qılınc Qurban kimi, Əmir Teymur kimi, bir də ovsunlu SƏS kimi. Allah Sizə rəhmət eləsin böyük sənətkar! Söz ardı.... Məzarı baxımsız haldadır, molla Zakir deyir ki, gəlib gedəni də yoxdur. Bəzən belə halları görüb deyirsən ki, sənətlinlə yanaşı, yaxşı imkanlı bir övladın da ola ki, səni saydıra. Amma sonra fikirləşirsən ki, övlad da gəldi gedərdi, vəzifəsi də, imkanı da. Yusif Vəliyev zirvəsi və sənəti isə həmişə əlçatmaz olacaq... 25.06.2020 Bakı Qurd Qapısı qəbristanlığı.
@МашадиАхмедли Жыл бұрын
Cox sag olun,gozel qelbli insan!!!Bir oxucu,bir tamasaci kimi oxudum cox tesirlendim!!!Heqiqeten bu insanin sesi dehset idi,tamasacinin iliyine isleyirdi!!!Allah qeni-qeni rehmet elesingozel ve unudulmaz korifey Senetkara!!!
@ruslanagayev9259 Жыл бұрын
@@МашадиАхмедли , diqqətinizə görə təşəkkür edirəm.
@guleysetmmmdova6792 Жыл бұрын
Dönə dönə yazınızı oxudum,çox mütəəssir oldum, yazırsız qəbri baxımsız haldadır,amma axı onun ən azından həyat yoldaşı sağdır...nə isə... Böyük sənətkara Allah rəhmət eləsin,qəbri nurla dolsun,mən onun möhtəşəm səsinin filimlərinin vurğunuyam,siz də çox sağ olun geniş məlumat vermisiz!
@ruslanagayev9259 Жыл бұрын
@@МашадиАхмедли , diqqətinizə görə təşəkkür edirəm.
@ruslanagayev9259 Жыл бұрын
@@guleysetmmmdova6792 , diqqətinizə görə təşəkkür edirəm.
@hafizeimanzade79386 ай бұрын
Super verliş idi.Əla
@vurgun7890 Жыл бұрын
"... Elə gəlsin elə getsin, aralıqda söz olmasın..."
@razimqasmov29803 жыл бұрын
Nəsımı fılmın çəkılışındə o Əmır Teymurun rolunu elə közəl yaradirkı rejısor dözə bılmır deyırkı Yusıf müəllım bız Nəsımı fılmın cəkırık Əmırteymur fılmın yox.Allah rəhmət eləsın o DAHI ıdı.
Azərbaycanda ən gözəl səslərdən biri Ədalət Məmmədov
@aynuryaksi5320 Жыл бұрын
Həqiqətən şanslıyıq ki Yusif Vəliyev zirvəsi var mədəniyyətimizdə.Butun rolları hər biri bir zirvədir. Amma dublyajlarınin içində ən möhtəşəmi Kərbəlayının səsləndirməsidir
@gulxarabbasova45962 жыл бұрын
Nailə xanım var olasiniz mən xahiş edirəm ki siz Xalq artisti İsmayıl Osmanlı haqqında da veriliş cəkəsiniz
@gulagaehmedov95362 жыл бұрын
Nesimi topal teymur arxadan vurulan zerbe qurd cebrayil tutek sesi qilinc qurban deyerli aktyorumuz bir sira filmlerde rol alib
Allah Yusif Veliyeva qeni qeni rehmet elasin Azerbaycan xalqinin ve Azerbaycan kinosunun Şedevri idi sizden heç olmayacaq dahi Senetkar ve Korifey
@эльдарю Жыл бұрын
👍👍👍cox sagolun
@TomKruz-r8h2 ай бұрын
Mənə görə Azərbaycan kinosunun brendidir bu adam
@terxanmusayev35013 жыл бұрын
Mənim Əmir Teymura çox böyük hörmətim var
@AliBaqirov Жыл бұрын
NE GOZEL VERLIS APARİLLAR HEQIQETENDE MENI SAVET DÖVLETI ILLERINDE YASADIQIM GÜNLERE AYLARA APRDI BU VERLIS ÇOX MEDENI APSRİLLAR VERLISI ÇOX BÖYUK SEVIYYELERI VAR DIKTORLARIMIZIN MEXSUSEN XANIM DIKTORUN TEŞK
@iradebayramova9098 Жыл бұрын
Ən gözəl verilişdi
@isasfiyev2928 Жыл бұрын
Topal teymur rolunu, yusif veliyevin gozel ifa etdyni goren adil isgenderov etiraf elyib.o mennen yaxsi oynadi.hele kusulu olublar
@zakirbagirov867 Жыл бұрын
Hər şey yaxşıdı, lakin hər zaman olduğu kimi göstərilən epizodları çox kənardan göstərirsiniz. Nəzərə alın ki, verlişi telefonda izləyənlər çoxdur. Sizə uğurlar.
@divbass62403 жыл бұрын
Çox gözel
@elnurelnur65702 жыл бұрын
👍👍👍
@intizaraliyeva91006 ай бұрын
Haqsızlıq həmişə olub
@iradebayramova9098 Жыл бұрын
Əsl aktyor o aktyorlaridi
@Эльсевар.Г3 жыл бұрын
Сидян хаиш едирям . Беля козял инсанлары тез тез костятясиниз . Адамын руху динчялир беля кёзял артистляримизи кёряндя .
МАНИДА БАГЫШЛАЙЫН АНЖАГ ДЕЯЖАМ. ЖИРИНОВСКИ АЛЛА ПУГАЧОВЫЯ ДЕДИЙИ СОЗИ ХЕЧВАХТ УНУТМАРАМ. ЖИРИК ХАРНА ОЛСАДА АНЖАГ БИР СОЗИНИ УНУТМАРАМ. О ДЕДИКИ, АРТИСТИ ВСЕ ПРАСТУТИТКИ. БАХЫН, МАН ОНУНЛА БУ СОЗИНА РАЗЫЯМ.
@atilabozkurt52263 жыл бұрын
Bäy nähäng (farscadır) , elä Türkcäsi BÖYÜK demäkdir. Bu fars nähängini işlätmäyä gäräk yoxdur.Siz Xalqın qarşısına çıxırsız tämiz Türkcä sözlär işlätsäniz daha yaxşi olar.