Şimal-qərb bölgəsi ötən gecə güclü külək və dolunun əsirinə çevrilib - APA

  Рет қаралды 9,316

APA TV

APA TV

Күн бұрын

#APATV #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
İyunun 22-i axşam saat 21:00 radələrindən başlayaraq şimal-qərb bölgəsinin Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində hava şəraiti yenidən kəskin dəyişib.
Rayonların ərazisində güclü külək əsib, qısa müddətli leysan yağıb və dolu düşüb. Balakən rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə düşən dolu şəxsi təsərrüfatlara ziyan vurub. Güclü külək Balakən şəhəri və bəzi ərazilərdə ağacları kökündən qoparıb. Hava şəraiti ilə bağlı rayonun 80 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Güclü külək, leysan və dolu daha çox Zaqatala rayonuna da təsirsiz ötüşməyib. Rayonun Makov, Muğanlı, Lahıc, Çobankol, Qımır, Yeni Suvagil və Gözbaraq kəndləri istiqamətində kökündən qopan iri gövdəli ağaclar avtomobil yoluna aşıb,. Güclü külək bir çox ərazidə elektrik dirəklərini də aşırıb. Elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Titr: Həsən İsmayılov
Titr: Solmaz Qurbanova
Yollarda avtomobillərin hərəkətində bir-neçə saat çətinlik yaranıb. Rayonun bir çox kəndlərinin ərazisinə dolu yağıb. Güclü külək və dolu Çobankol kəndində sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına, bostanlarına , fındıq bağlarına və biçilməmiş taxıl sahələrinə ciddi ziyan vurub.
Təbiət hadisəsi təsərrüfatla yanaşı evlərə də ciddi ziyan vurub. Belə ki, Güclü külək nəticəsində Çobankol kəndində bir evin dam örtüyü demək olar ki tam uçub, digərlərininki isə qəzalı vəziyyətə düşüb. Heyvanların saxlanıldığı tövlələrə zərər dəyib.
Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub. Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində bir müddət fasilə yaranıb.
Güclü külək Qax rayon mərkəzində, o cümlədən Şəki rayonunun bır sıra dağətəyi kəndlərinə də ziyan vurub.
Adıçəkilən rayonlarda fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi X səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 10
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
SƏSLİ: Azərbaycandakı bu kənd niyə tərk edilib?
7:20
Belə belə İşlər
Рет қаралды 85 М.
Ənənə Boğçası - Zaqatala rayonu: Aşağı Tala kəndi  12.05.2024
37:16
Rusiya, yoxsa NATO? Nüvə silahını kim işə salacaq?
7:48
İCTİMAİ TV
Рет қаралды 32 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12