Şirvani Ədilli - Tək vətən sevgisi bəsdir - şeir - 07.12.2019

  Рет қаралды 287

Savalan Qaşqay

Savalan Qaşqay

Күн бұрын

Tarixçi alim Dilavər Əzimlinin 60 illik yubileyində Şirvani Ədilli öz çıxışında "Tək vətən sevgisi bəsdir" şeirini deyir - 07.12.2019.
Tək vətən sevgisi bəsdir
Bir vətən sevgisi bəsdir ürəyində
Alasan sonsuz olan bir gücü ondan,
Açasan bir yeni meydan.
Açıla hər sabahın bir yeni istəkdə,
həvəsdə,
Qoyasan dağı dağ üstə.
Uca, əlçatmaz olan zirvələri
fəth edəsən hər əməlinlə,
Aya, ulduzlara da yol açasan,
sən öz əlinlə.
Bir vətən sevgisi bəsdir
Gələsən sən ən ağır dərdə, əziyyətlərə üstün,
Edəsən dünyada mümkünsüzü mümkün.
Bir vətən sevgisi bəsdir ki,
neçə möcüzə də gerçəyə dönsün!
Bir vətən sevgisi bəsdir ürəyində
Sürəsən ümrünü mənalı, gözəlliklə dolu,
Tutasan doğru yönü, tək doğru yolu.
Bir vətən sevgisi bəsdir ki,
o sevginlə ölüm kabusuna güc gələsən,
Çatasan bir əbədi ömrə,
ölümsüzlüyə sən!
O vətən sevgisi bir sevgi ki,
aləmdə ucaldar səni yüksəklərə hər an,
Sən o sevginlə olarsan təmiz insan,
gözəl insan,
böyük insan.
Bir vətən sevgisi bəsdir ürəyində
Olasan Tanrına bəndə,
Edəsən varlığını vicdana təslim,
Çıxasan nəfsinə hakim,
Olasan bir əsl insan, əsl alim!
Bir vətən sevgisi bəsdir
sevəsən sən bütün insanlığı qəlbdən,
olasan məzluma dost, zalıma düşmən,
Edəsən haqqa və insanliğa xidmət,
Qoy vətən sevgisi üstündə də
xoşbəxtliyə çatsın bəşəriyyət!
Qoy bütün dünyanın insanları öz yurdunu sevsin,
Xöş gedər göydə Xudaya.
Çünki, zatən bəşərin düşdüyü min
dərdə, bəlaya
Başqa bir çarə əbəsdir,
Tək vətən sevgisi bəsdir!

Пікірлер: 9
@muradmuradli8115
@muradmuradli8115 4 жыл бұрын
Əla ugurlar dayi...
@muradmuradli8115
@muradmuradli8115 4 жыл бұрын
Allah səni qorusun əziz qardaşım. Uğurların bol olsun
@dumayiboqatey
@dumayiboqatey 3 жыл бұрын
Sağ olun,şair.Var oun, vətən oğlu!
@pozitive.42
@pozitive.42 10 ай бұрын
Nə gözəl sözlər. Çox möhtəşəm. O qədər ürəkdən oxudunuz ki, fikri başqa yerdə olan insanın belə diqqətini çəkərsiniz.
@sevincedilova5975
@sevincedilova5975 2 жыл бұрын
Vətənpərvər oğul,eşq olsun sənə
@anaredilli4893
@anaredilli4893 4 жыл бұрын
Çox əla ata
@MeherremHuseynli-j9q
@MeherremHuseynli-j9q 11 ай бұрын
Var ol qardas M. Hwseynli.
@MeherremHuseynli-j9q
@MeherremHuseynli-j9q 10 ай бұрын
Var ol qardas
@anaredilli4893
@anaredilli4893 11 ай бұрын
Canım atam fəxr edirəm səninlə🖤😊
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Sabiroglu
Рет қаралды 248 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
BİR KƏNDİN NAĞILI. İLYAS TAPDIQ (növbəti videoda ardına baxın)
19:50
Natiq Qubadoğlu Qubadoqlu
Рет қаралды 16 М.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
misrakimi
Рет қаралды 5 М.
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Həmid Pirnəbixah
Рет қаралды 1,2 МЛН
Yaqub Məmmədov - Segah-Zabul (Tar: Məmmədağa Muradov)
17:38
Bəhram Mansurov
Рет қаралды 152 М.