Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. Qıl mədəd, ey bəxt, vərnə kami-dil mümkün deyil, Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd. Dağlərdir odlu könlümdə qarası qopmamış, Ya sabati-eşq üçün od üzrə bir neçə sipənd. Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, Açar ol gülrux təbəssüm birlə ləli-nuşxənd. Xaki-rahindən məni qaldıra bilməz sayə tək, Qılsa gərdun afitabın hər şüaın bir kəmənd. Cam tut der, saqiyi-gülçöhrə, zahid, tərki-cam, Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd. Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur, Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.
@Drakonurion13 жыл бұрын
such a sweet melody and voice .... :-)
@elshadbagirow95377 жыл бұрын
rashid beybutov
@shemsg4 жыл бұрын
Singer is Rashid Behbudov .Song is wrote by Üzeyir bəy Hacıbəyov. Üzeyir bəy Hacıbəyov , Rashid Behbudov , Müslüm Maqomayev Gara Garayev etc are unical in our culture .
@Drakonurion4 жыл бұрын
@@shemsg AZ has a beautiful Music Tradition - I adore it !
@shemsg4 жыл бұрын
@@Drakonurion I became very happy.I am proud of that l am Azerbaijani.😍
@MyMy-ol4vs3 жыл бұрын
👏🇦🇿👍
@MUSHFIQHESENLI5 жыл бұрын
Gözel ses gözel eser
@nerminnesirzade71075 жыл бұрын
Men bele eserlerin daha çox dinleyicisi olmasini isteyirem.inanin bu eserler bezi mahnilardan daha ustundur...