No video

Körpü 8-ci bölüm (4K)

  Рет қаралды 93,774

İCTİMAİ TV

İCTİMAİ TV

Жыл бұрын

"Körpü" serialı 8-ci bölüm.
digər serialar həftəiçi 4 gün saat 20:40-da İctimai TV-nin efirində izləyə bilərsiniz.
İstehsalçı şirkətlər: "İctimai TV" və "ArtFilmBaku"
İl: 2022
Seriya sayı: 8
Xronometraj: 45-50 dəq.
Baş prodüser: Yalçın Verdiyev
Quruluşçu rejissor: Emil Quliyev
Quruluşçu operator: Mosmanue
Sseanri müəllifləri: Vüqar Hüseynov və Talıb Əhmədov
Quruluşçu rəssam: Oleq Lebid
Rollarda:
Nofəl Şahlaroğlu
Elnur Hüseynov
Səmimi Fərhad
Ülvi Həsənli
Cavad Nuriyev və digərləri
/ ictimai.tv
/ ictimaitv.official
t.me/tvictimai
itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

Пікірлер: 1 200
@rhimagdaml4907
@rhimagdaml4907 Жыл бұрын
8 bölümlə Azərbaycanın serial sahəsi 25 il qabağa getdi 👏🏽👏🏽👏🏽 Davamı gəlsin...
@scorpoison88
@scorpoison88 Жыл бұрын
Həqiqətən, yoxsa Vicdan haqqı, Ata ocağı, Yuxu kimi zibilləmişdi ekranları daş dövrü səviyyəsilə.
@rustembextiyarov6619
@rustembextiyarov6619 Жыл бұрын
@@scorpoison88 hee vallah inwallah bele filimler cox olar azerbaycanda heqiqeten cox gozel filim idi duzdu fantasiyasi olsada ama mentiqli menali filim idi
@aydanismixanli
@aydanismixanli Жыл бұрын
Doğru təsbit 👍
@huseyn9892
@huseyn9892 Жыл бұрын
Yox qaqa vicdan haqqı gözəl serial idi amma o birisilər gox
@F16_TM
@F16_TM 10 ай бұрын
körpünün o tayına baxmamısan?
@yaveribrahimov1265
@yaveribrahimov1265 Жыл бұрын
Bu serialda əməyi keçən hər kəsə təşəkkür edirəm.
@Umidcaan
@Umidcaan Жыл бұрын
Başda Emil bəy olmaqla ve itv tele kanalının rehberine derin minnətdaramki layihəni Emil bəyə həvale etdiyi üçün mən bir izləyici olaraq hədsiz dərəcədə çox şadamki artıq bizdədə bu cur keyfiyətli çəkilişlər və isdedadlı aktyorlar efirlərdə işıq üzü görür əməyi keçən hər bir kəsə təşəkkürlərimi bildirirəm çox saqolun ki film izləmə həzzini bizə yaşadırslz
@lalezardashdemirli8954
@lalezardashdemirli8954 Жыл бұрын
Rejissor, sən neynədin belə? Bu nə möhtəşəm final idi belə ? Nolar davamı da gəlsin. Bitdi deyə uşaq kimi otutub ağlayacam az qala . Bütün heyətin əllərinə, ruhuna sağlıq 💜 Şadruh
@nigarabdullayeva334
@nigarabdullayeva334 Жыл бұрын
Başa düşməyənləri də aydınladln. Atası həkim imiş,savadlı imiş amma 3nəfəri öldürüb tanımadığı..niyə?
@jaleahmedova2530
@jaleahmedova2530 Жыл бұрын
​@@nigarabdullayeva334manyak həkim. Axırda əməliyyatda da pasiyentləri öldürüb deyə işdən azad ediblər.
@kocrisarzad8146
@kocrisarzad8146 Жыл бұрын
1 günün içində baxdım bütün seryalarına Alqışa laiq bir serialdır məncə Azərbaycanda bir ilkdir bu (Əziyyəti keçən hər kəsə təşəkkürlər)
@emilmammadov8035
@emilmammadov8035 Жыл бұрын
Elə mən də)
@ferid_fiko3610
@ferid_fiko3610 Жыл бұрын
Cemi nece seriyadi 8 den sora tapanmiram axi
@emilmammadov8035
@emilmammadov8035 Жыл бұрын
@@ferid_fiko3610 cəmi elə 8di :)
@Gunay78-d5q
@Gunay78-d5q Жыл бұрын
@@ferid_fiko3610 8 sondu
@metanethasanova1298
@metanethasanova1298 Жыл бұрын
Egreb movsumune de baxin
@javidsalehbayli1119
@javidsalehbayli1119 Жыл бұрын
Filmin detalları o qədər mükəmməl işlənib ki, falçının yanında ləhcə ilə danışan vətəndaş, komsomol nişanı, Səmədin istifadə etdiyi Wolkman, ölüm zamanı olduğu geyimdə ruhun görümməsi, ruhu yola salan maşının sürücüsünü verdiyi rahatlıq, ruh aparan maşının içindəki işıq və s. hər şey mükəmməl idi. Sıxılmadan baxdım, əməyi keçən hər kəsə təşəkkürlər. Növbəti layihənizdə fotoqraf kimi mən də dəstək ola bilərəm. 🤍
@iqrarseyidov1933
@iqrarseyidov1933 Жыл бұрын
Əsas maşının Günahsız ölənləri yolun sağ tərəfi ilə, günahlıları yolun sol tərəfi ilə aparması çox incə ayrıntıdır.👍👍👍
@javidsalehbayli1119
@javidsalehbayli1119 Жыл бұрын
@@nesimiehedov3296 Mamadin atası cərrah olub+ Manyak. Evinə gətirdiyi adamları baltalayıb və Mamedin uşaqlığının keçdiyi evin həyətində basdırıb.
@asifsaas8495
@asifsaas8495 Жыл бұрын
​​@@javidsalehbayli1119 bu sual məni də narahat edirdi. Amma yenə bu məqam məndə suallar yaratdı. Zənnimcə bu mükəmməl filmin zəif nöqtəsi elə bu məqamdır.
@javidsalehbayli1119
@javidsalehbayli1119 Жыл бұрын
@@asifsaas8495 heç kimin gözləmədiyi bir son idi.
@asifsaas8495
@asifsaas8495 Жыл бұрын
@@javidsalehbayli1119 həqiqətən gözlənilməz sonluq oldu. Amma o yaşda uşağın atasının etdiyi vəhşiliklərə eləcə sakit reaksiya verməsi mənə qəribə gəldi. Məncə uşağın o hadisələrin fonunda psixologiyası pozulmalı idi. Və Mamedin gələcəyinə psixoloji təsir etməli idi.
@elvineliyev3659
@elvineliyev3659 Жыл бұрын
Bu seriyala baxanda vaxtın nece getdiyini hiss elemirem.xeyirli olsun inanıramki 2ci qarabağ döyüşüne ayid adınıza admıza layiq kino çekersiz inşallah bütün dünya O kinoya baxar.Sağolun
@user-bg7pb5ei6n
@user-bg7pb5ei6n Жыл бұрын
++
@elipasayolciyev8218
@elipasayolciyev8218 Жыл бұрын
İnsÂllah ən cox gözlədiyim andi bu, Qarabagin azad olunmasina aid, O igid merd Canavar kimi Olan, Şəhid, Qazi, Veteran qardaslarimiza aid filim ceksez butun dunya izleyer, hetda dublajda olunar muxtelif olkelerde
@kamranakhmedli3023
@kamranakhmedli3023 Жыл бұрын
Nofəli 2012-dən qiyabi tanıyıram. elə o vaxtdan dəyərinin bilinmədiyini anlamışdım. bu serialla özünü sübut etdi. bu rolu ondan yaxşısı ifa edə bilməzdi məncə. Azərbaycan üçün çox möhtəşəm serial idi. axarıncı olsun
@LionBakinskiy007
@LionBakinskiy007 Жыл бұрын
"BRIDGE" otelin yanından keçəndə, elə bilirəm ruhlar yuxarıdan mənə baxır... MÖHTƏŞƏM!!! İkinci sezonu gözləyirəm!
@hikmetceferov8754
@hikmetceferov8754 Жыл бұрын
Hərkəsin Mamed kimi ruh sevgisini tapması Diləyi ilə... 12.31.2022
@ebishmemmedli
@ebishmemmedli Жыл бұрын
31.12.2022
@hikmetceferov8754
@hikmetceferov8754 Жыл бұрын
@@ebishmemmedli sevindim
@ebishmemmedli
@ebishmemmedli Жыл бұрын
@@hikmetceferov8754 lap yaxşı
@sultanov1357
@sultanov1357 Жыл бұрын
26.02.23
@changeit8683
@changeit8683 Жыл бұрын
Şadruh
@memo5520
@memo5520 Жыл бұрын
Oy da sonunu heç belə gözləmirdim. Sadəcə əhsən! Rejissor işi, aktyor oyunu, texniki heyət - hamınız işinizin haqqını verdiniz. 8 bölümlük serialda nə qədər mesaj verildi, neçə məqamlara toxunuldu. Həm "Əqrəb Mövsümü", həm də "Körpü" ikisi də möhtəşəmdir amma mən "Körpü"nü daha çox bəyəndim.Sağ olun ki, Azərbaycan kinosunu yaşadırsınız.
@EmrEEvirgenEETV
@EmrEEvirgenEETV Жыл бұрын
hem anti kahraman hem paranormal bir hikayeydi. altında dramatik öğeler de var. kurgusu senaryosu çekimleri, öncelikle başroldeki aktörün ve diğer aktörlerin başarılı oyunculukları diziyi çok güzel yerlere taşımış. böyle sıradışı diziler yine görmek ümidiyle.
@changeit8683
@changeit8683 Жыл бұрын
Şadruh
@sarkanisgandarli
@sarkanisgandarli Жыл бұрын
Kinoda subliminal mesaj var: Sevdiklərinizin qədrini bilin yoxsa yoxluğunla məhv olarsız eşq olsun Emil Quliyev 💗
@shamkhalabbasov1449
@shamkhalabbasov1449 Жыл бұрын
Mesaj odur ki insanın ruhunu sevin ancaq
@eyvallah8317
@eyvallah8317 Жыл бұрын
Mədəniyyət nazirliyində bir başıpapaqlı olsa bu adama dəstək olardı, Bu cür istedadın qədrini bilib köməklik olunsa daha böyük proyektlər layihələr ortaya qoya biləcək bir potensialdı Emil bəy. Əməyi keçən hər kəsə ayrılıqda təşəkkürlər. Uğurlar
@ramilmiroglu7125
@ramilmiroglu7125 Жыл бұрын
Olar heleki sektorda olan ve teze gelmeye calisan fahislere ad vermekle yol acmagla mesguldular. Inanmiramki bunlara zaman catsin
@aynush11
@aynush11 Жыл бұрын
Axır ki, öz dilimizdə, öz ölkəmizdə çəkilən kinoları bəyənərək izləyirik. Əməyi keçən hər kəsə minnətdaram 🤍 Tək kəliməylə Möhtəşəmsiniz. Uğurlarınız bol olsun 🙏🏻✨
@zakavaliyev
@zakavaliyev Жыл бұрын
Sonsuz təşəkkür düşür, Azərbaycan dünyaya serial çəkə biləcəyini sizin sayənizdə göstərdi. Başda Emil Quliyev və Nofəl Şahlaroğlu olmaqla kollektivə gurultulu alqış 👏🏼👏🏼👏🏼❤
@sabuhiqafar5757
@sabuhiqafar5757 Жыл бұрын
Ikinci sezonu səbrsizliklə gözləyirik. BRAVO Emil bəy, BRAVO bütün aktyor heyəti, BRAVO bütün əməyi keçənlərə!!!
@Goldex2023
@Goldex2023 3 ай бұрын
Ola bilər 2 ci sezon?
@khayal555
@khayal555 22 күн бұрын
​@@Goldex2023 Var
@agali20
@agali20 Жыл бұрын
Первый местный сериал, который смотрится на одном дыхании!!!
@ramilgurbanov6014
@ramilgurbanov6014 Жыл бұрын
ilk dəfədir ki Azərbaycan serialına baxdım, özüdə 1 günə bütün serialarına. Bravo rejissora, müəlliflərə, aktyorlara, bütün əməyi olanlara! Nəhayət ki səviyyəli teleməhsul gördük!!!
@nazrinkaray6618
@nazrinkaray6618 Жыл бұрын
illərdir ki Azərbaycanda çəkilən kinoların heç biri əqrəb mövsümü və körpü kimi mənə xoş olmamışdı əməyi keçən hər kəsə təşəkkür edirəm bizi tez tez sevindirin Şadruh))
@asgar.ahmadli
@asgar.ahmadli Жыл бұрын
Əjdahasız. İlk dəfə Azərbaycan serialını izlədim və nə bilim)) sözüm yoxdu) Serialda əməyi olan hər kəsə təşəkkürlər! Hətda Ruhları daşıyan avtomobilin sağ və sol yolla getməsində belə incə məqam var))
@fuadtagyev5450
@fuadtagyev5450 Жыл бұрын
Hər kəsə şadruh). Çox gözəl serial idi. Əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm yerli film/serial sektorumuzun potensialının yüksək olduğunu sübut etdiyiniz üçün. Seçilən musiqilər, ssenari, işlənilən mövzular, aktyorların performansı bir sözlə mükəmməl. Serialda Nofəl bəyə ağır yük düşüb ona ayrıca təşəkkür edirəm. Bir də serial Ülvi bəyə qarşı fikir və düşüncələrimi yaxşıya doğru dəyişdi. Bu cür gözəl işlərin davamlı olması ümidilə
@nigarmammadova6770
@nigarmammadova6770 Жыл бұрын
Şadruh
@alizadetural
@alizadetural Жыл бұрын
Nə yazım ki sizin bu gözəl işinizi ifadə etsin .Möhtəşəm deməkdən başqa heçnə demək gəlmir içimdən .Çox sağolun ki bu əsərlə xalqımıza laiq olduğu həzii verdiniz🇦🇿🥰🇦🇿😘😘😍😍😍
@eminisayev2590
@eminisayev2590 Жыл бұрын
Emil bəy bir gün o oscar bu ölkəyə gələcək )) Möhtəşəm. Var olun.
@pirizade1784
@pirizade1784 Жыл бұрын
Bu serialda əməyi kecen her kese teşekkürler 🙏 İtv televiziyası 2 serialdırki bitmeyin istemezdim Eqreb ve körpü serialları İzlemeyi meslehet görürem 👍
@kmrn95
@kmrn95 Жыл бұрын
Emil Quliyev-in barmagı deydiyi yerde möhtəṣəmlik olduğuna bir daha əmin oldum.Həmin aktyorlardida,hansiki başqa seriallarda gorub beyenmediyiniz,demeli problem aktyorda deyilmiş,istedadli aktyorlarimiz çoxdu,sadece ssenari ve olara kim uygundu olari duzgum seçmek lazimdi bu qeder 🤷‍♂️❤️ Mukemmelsiz 🤝🏻
@ramilbalayev8831
@ramilbalayev8831 Жыл бұрын
Çox düz vurğuladız 50 faiz aktyor işi 50 faiz ssenari təbiiki musiqilər və çəkilişdə möhtəşəmdir
@castetchannel
@castetchannel Жыл бұрын
Əməyi keçən hər kəsə çox təşəkkürlər. Siz sübut etdiniz ki hələdə ümid var ... Peşakar aktyor, gözəl ssenari, professional çəkiliş və s. Bir sözlə möhtəşəmsiniz ... Yeni proyektlərinizi səbirsizliklə gözləyirik 👏🏻👌🏻
@tagtahriov9013
@tagtahriov9013 Жыл бұрын
Belə gözlənilməz hadisələrin olacağını heç düşünməzdim,bu nə gözəl filmdi belə🪄
@axmedmemmedov9725
@axmedmemmedov9725 Жыл бұрын
Bu yaşıma qədər nəinki Azərbaycan serialı heç bir serialı bu qədər bəyənmədim. Əziyyəti keçən hər bir kəsə təşəkkür edirəm Sadəcə bir söz var Bravoooo 👏👏👏👏👏
@cemsidekberli
@cemsidekberli Жыл бұрын
Mükəmməl bir serial idi 1 günə bitirdim əməyi keçən hərkəsə təşəkkürlər (ŞADRUH)😉
@elnurabdulhsnli2795
@elnurabdulhsnli2795 Жыл бұрын
Gözəl başlanğıc, möhtəşəm SON.. Hər birinizə minnətdaram!
@AzerlikeAze
@AzerlikeAze Жыл бұрын
Və bu da son qorxduğum şey baş verdi, serial bitdi :( həm də təsəvvür edilməyəcək qədər gözəl sonlandı. Allah razı olsun
@sedas2116
@sedas2116 11 ай бұрын
Həm güldüm, həm ağladım,amma ən mox kədərləndim-ayrılıq bütün dövrlərdə qüssə verir😢türk seriallarının peoblemlərinə üzülməkdən bezmişdim,bir az sa öz doğma insanlarımızın ruh halına üzülsəm dünya dağılmaz...uğurlar hər birinizə( şadruh)
@rvr5834
@rvr5834 Жыл бұрын
Jale çox gozeldir, möhteşemdir. Oynadiĝi obrazi da sanki insana bir rahatliq bexş edir. Her kese saf ve temiz olan en gozelini ruh sevgisi tapmasi dileyi ile.
@user-oc3qb7ou7i
@user-oc3qb7ou7i Жыл бұрын
Впервые за очень долгое время не хотелось , чтобы этот сериал закончился!!!! Братья турки наверное снимали бы уже пятый сезон и 168 серию!!! Что то похожее сняли русские и называется Небесный суд , c Хабенским и Пореченковым в главных ролях. Но развязка в нашем фильме превзошла все ожидания!!!! Огромное человеческое спасибо всему съемочному составу!!!! Вечная тема жизни,смерти и любви стала намного ближе!!!!!
@gulnaramehdiyeva4919
@gulnaramehdiyeva4919 Жыл бұрын
Möhtəşəm.Sən demə Azərbaycanda da belə zəngin çerial çəkənlər var imiş.Vallah bu cür seriallara ruhumuz acdır.Komediya ,drama,tragediya,dahilırdən sitatlar,şeirlər hamısı möhtəşəmdir.İbrətamiz serialdır.Halal olsun.Oskarlıq serialdır.
@mehemmed.suleymanov
@mehemmed.suleymanov Жыл бұрын
Azərbaycanda ən yaxşı proyektlərin baxış sayı az olur. Möhtəşəm serial idi əməyi keçən hər kəsə təşəkkürlər.
@judosjudos2224
@judosjudos2224 Жыл бұрын
Allah sizlərdən razı olsun, çox dərin fəlsəfə idi bu serial🙏
@user-bg7pb5ei6n
@user-bg7pb5ei6n Жыл бұрын
Bölümlər az olsa da dadı, keyfiyyəti tam yerində idi. Bu tipli serial və filmlərin çəkiləcəyini maraqla gözləyəcəyəm, Emil Quliyev
@Globalhotel-mg2bn
@Globalhotel-mg2bn 6 ай бұрын
Bravoo Emil beye. Bravo Nofel beye. Bravo butun emeyi kecen herkese. Bir vetendas olaraq sizi ayaquste alqislayiram. Insallah axarinci olsun.
@shahlahacizade4264
@shahlahacizade4264 Жыл бұрын
Klubda ruhların rəqsi, fondakı musiqi kədərlidi. Göz yaşları ilə bir neçə dəfə o səhnəyə təkrar- təkrar baxdım 😔
@terlannasir
@terlannasir Жыл бұрын
Bu serial üçün hər kəsə dərin təşşəkkürlər, çox möhtəşəmdir!
@yusifhuseynzade9560
@yusifhuseynzade9560 Жыл бұрын
Əməyi keçən hər kəsə təşəkkür edirəm. Aktyorlara, xüsusilə çəkiliş heyətinə təşəkkür edirəm. Həmçinin xarizmatik gözəlliyi ilə göz oxşayan Nuridə xanım Musabəyliyə. Əvvəlki seriyada ofisantla toqquşma səhnəsi elə bilmişdim ki, xəta olub. Amma filmdə hər şey xırdalığına kimi nəzərə alınıb və sonda filmdəki hekayələr elə formada birləşdirildi ki, bundan daha məntiqli son gözləmək olmazdı. Sadəcə bədii film deyildi. Hər bölümündə cəmiyyətdə olan hadisələr qələmə alınmışdı. Təşəkkürlər.
@djyellowl9776
@djyellowl9776 Жыл бұрын
Eynən, məndə düşünmüşdümki bu sadəcə xırda bir gözdən qaçmış məqamdır. Deyilmiş sadəcə möhtəşəm
@emilnovruzov1702
@emilnovruzov1702 Жыл бұрын
4 bölüm mənə Anar Nağılbaz in faciəsi xatırlatdı.
@yusifhuseynzade9560
@yusifhuseynzade9560 Жыл бұрын
@@emilnovruzov1702 haqlısınız. O və bir çox onun vəziyyətə düşənləri.
@asifsaas8495
@asifsaas8495 Жыл бұрын
Mən də o səhnənin xəta olduğunu düşünmüşdüm.
@asifsaas8495
@asifsaas8495 Жыл бұрын
​​​@@yusifhuseynzade9560 elədir, çox təəssüf ki
@moskowmank5836
@moskowmank5836 Жыл бұрын
Лучший сериал который я смотрел ) браво. Даже не верится что у нас так снимают супер) саголун)
@sonahuseyn
@sonahuseyn Жыл бұрын
Bu serialın çəkilməsində zəhməti keçən (kamera arxası və kamera önündə) hər bir şəxsə təşəkkür etməyi özümə borc bilirəm. Halal olsun sizə! Yeni layihələrinizi səbirsizliklə gözləyirik! 👏🏽👏🏽👏🏽
@ramilbaxsiyev7595
@ramilbaxsiyev7595 Жыл бұрын
Azərbaycanda bu qədər möhtəşəm əsər ərsəyə gətirən bütün əməyi keçən hər kəsə təşəkkür edirəm!
@sou1ek
@sou1ek Жыл бұрын
Первый раз в жизни я посмотрел сериал на Азербайджанском языке, спасибо большое. Посмотрел на одном дыхание за 1 день. На 5 или 4 серии уже закралась мысль что причина их смерти его отец и все же так и оказалось. Шедеврально.
@user-vg9br5lj5m
@user-vg9br5lj5m Жыл бұрын
Подскажите, пожалуйста,а за что их убил отец главного героя?
@asifsaas8495
@asifsaas8495 Жыл бұрын
​@@user-vg9br5lj5m он как хирург оказался и одновременно маньяком. .
@user-vg9br5lj5m
@user-vg9br5lj5m Жыл бұрын
@@asifsaas8495 спасибо за разъяснение
@hsn3809
@hsn3809 7 ай бұрын
Başda Nofəl Şahlaroğlu olmaqla bütün əməyi keçən insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Axır ki, təbii bədii film görmək, izləmək nəsib oldu.
@mikayilhasanov7712
@mikayilhasanov7712 Жыл бұрын
Salam olsun zəhməti keçən və oxuyan insanlara, 3 ildir televizoru ləğv edən bir insan kimi deyə bilərəm. Möhtəşəm alınıb həm aktyorların seçimi, həm senari. Axırıncı seriada Səməd və Süleymanla sağollaşma səhnəsində, qışqıraraq demək istəyirdim buraxma onları getsinlər. Özümü ancaq saxladım, kövrəldim eyvana çıxıb hava alıb, gəlib bu komenti yazdım. Hər birimizin həyatında heç vaxt ayrılmaq istəmədiyi qiymətli insanlar var. Səməd Süleyman və Jalə xanım kimi.
@yusifibrahim1027
@yusifibrahim1027 Жыл бұрын
Filmin ərsəyə gəlməsində, zəhməti keçən hər kəsə təşəkkürlər. Yaxşı varsız ki, Belə gözəl filmlər yaradırsız. Uğurlarınız bol olsun. Daha gözəl, baxımlı filmlər, proyektlər gözləyirik.
@talibakhmedov838
@talibakhmedov838 Жыл бұрын
Serialda atası niyə görə öldürdüyünün açıqlamasını istəyirəm aydınlıq gətirim. Əvvəl serialarda Həkim demişdi Mamedə ki atanın əlində necə ölüm olub isjdən çıxardıblar. Atası həkim olub amma monyak olub. Monyakların çox vaxt mənasız öldürürlər, zövq alıllar ölümdən. Rejissor filmdə göstərdoyi niyə görə yox kim öldürdüyünə üstünlük verib. Əsas da serialda odu ki kim bunları öldürüb, oda açıldı. Filmdə ikinci xətdə Mamedin dqzəlməsi, tüfeyli həyatdan, borc alıb qumara verməkdən əl çəkir, bütün problemlərini həl edib, sevgi tapıb normal həyata qayıdıb.
@qismetezizov366
@qismetezizov366 Жыл бұрын
Həkim olub. orqanlar ucun öldurub ?
@talibakhmedov838
@talibakhmedov838 Жыл бұрын
@@qismetezizov366 Xeyir, əslində ssenaridə açıqlaması var idi, Ruhlar açıqlama verirdi. hərəni bir üsulla yaralayırdi, və gözləyirdi ki neçə vaxtda öləcək belə yara ilə, tibbi eksperement aparırdı. Rejissor sadəcə belə məsləhət görüb açıqlama verməyib.
@natellanazirova734
@natellanazirova734 Жыл бұрын
O ruhlar atası öldürdükləri?? Və mamed eliyle taplmasi?
@gunelmikayilova8804
@gunelmikayilova8804 Жыл бұрын
Jalenin insan oldugu anlashilan deqiqeye catmamish rey yazdimki ruh nece toqquwur..Sehv etmishem,haqqinizi halal edin.Chox mohteshem serialdi.Eqreb movsumunden sonra baxdigim 2ci serialdir.Ugurlar .Aktyorlarada soz yoxdur👏👏👏👏
@MahirVeliyev
@MahirVeliyev Жыл бұрын
Indiyə kimi çəkilmiş ən keyfiyyətli serial. Mükəmməlsiniz!
@tural682
@tural682 Жыл бұрын
Belə bir ekran işi ərsəyə gətirdiyiniz üçün hamınıza minnətdaram.
@alparslansaryev6
@alparslansaryev6 Жыл бұрын
Kaş davamı çəkilsəydi. Bu günə qədər gördüyüm ən mükəmməl Azərbaycan bədii serialı idi.
@OrxanAta00
@OrxanAta00 Жыл бұрын
Yazmasa idim ürəyim partlayardı. 8 bölümə ard arda gözümü qırpmadan baxdım. Qarşınızda baş əyirəm 🙌
@jaleahmedova2530
@jaleahmedova2530 Жыл бұрын
Filmi bur nəfəsə izlədim və çox məmnun qaldım. Zənn etdiyim kimi atanın qəbahəti ucbatından baş vermişdi hamısı. Sadəcə mən düşündüm atanın əməliyyat masında ölən ruhlardır. Amma daha faciəli imiş. Çox gözəl, aktual mövzulara toxunulub. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
@Amirsoy
@Amirsoy Жыл бұрын
Serialın ərsəyə gəlməsində və bu qədər axıcı, maraqlı, möhtəşəm olmasında əməyi keçən hər kəsə təşəkkürlər. Əhsən sizə 👏👏👏
@nailmemmedov6258
@nailmemmedov6258 Жыл бұрын
Hec bir filmə,seriala bu qeder derin hisslerle baxmamişdim. Ayaq ustde alqişlanacaq qədər möhtəşəmdi. Əməyi kecən hər kəsə minnətdaram👏🏻
@shabanjafarov1986
@shabanjafarov1986 Жыл бұрын
Təşəkkür edirəm bütün yaradıcı heyətə. Sağolun ki, tamaşçıların illərlə həsrətlə gözlədiyi əsl serialı çəkib göstərdiniz. Hər şey yüksək səviyyədə idi. İnşallah tezliklə davamı gəlsin. Uğurlar olsun hər birinizə!!!!
@murselbehbudlu-azdilivdbiy288
@murselbehbudlu-azdilivdbiy288 Жыл бұрын
Söz tapmadan şənbə bazarımı sərf edib baxdığım çox əla serial. Halaldır. Sanki Netflix filmi idi. Hər şey dəqiq idi. Möhtəşəm. Allah sizləri qorusun. Hamı möhtəşəm idi. Uğurlar!
@asfmmdli
@asfmmdli Жыл бұрын
Son səhnədəki coffeeshopdakı işçi mənəm. Film təkliflərinə açığam. Məlumat üçün mənə yaza bilərsiniz ajfjskjfkd. Bəlkə yolum Holywooddan keçdi bu sayədə😂😂
@approach817
@approach817 Жыл бұрын
hahaha uğurlar :D
@LeroyBlackStyle
@LeroyBlackStyle Жыл бұрын
Brat dəhşət oynamısan rolu. Hələdə təsirindəyəm 😂
@asfmmdli
@asfmmdli Жыл бұрын
@@LeroyBlackStyle Bu hələ dəhşət oynamış halımdı. Ciddi ola bilmirdim deyə o səhnə 30 dəfə bəlkə də təzədən çəkilmişdi ajbsjfksjd
@Karabakh.AZE.2020
@Karabakh.AZE.2020 Жыл бұрын
Onda şadruh 🤣
@elekberovelesger7549
@elekberovelesger7549 Жыл бұрын
Qaqaş coffeeshopdakı kofe öz rolunu səndən yaxşı oynamışdı ama))
@elnursalahov9427
@elnursalahov9427 Жыл бұрын
Bu bedii Serialla Emil Quliyev demek istediki baş rola boyu 190 sm yaraşiqli saci arxaya darayan kiminse tanişini çekmekle yox Sadece Aktyor çekmek lazimdi NOFEL bey Teşekur edirem . 7 ci seriada comentlerde yazmişdiz qiz Ruhdusa ofisanta nece toxundu bunu bir sehf kimi qeyd etmişdiz 8 ci serialda Emil bey bütün suallarin cavabini öz rejisorluqu ile verdi 👏👏👏
@eminquliyev1121
@eminquliyev1121 Жыл бұрын
Bu seriyalı bir youtube kanal incələməsinnen görüb baxdim, nə yaxşı ki baxdım, Bütün əməyi keçənlərin əməyinə sağlıq👏Dəvamı gəlsin...
@ilkinbabayev813
@ilkinbabayev813 Жыл бұрын
Sadəcə və sadəcə Möhtəşəm bir serial..Əqrəb mövsümü ilə birlikdə Növbəti gələcəkdə gənclərimizə Həmişə deyə biləcəyikki Azərbaycanda Belə bir seriallar var idi..Bu seriallarda əməyi keçən hər bir kəsə Sonsuz təşəkkürlərimi bildirirəm..Baş Leytenant Babayev İlkin
@asifrustam616
@asifrustam616 Жыл бұрын
Bu serial həqiqətən də çox əla serialdır.İstər mövzu,istər ssenari,istər aktyor oyunu,istərsə də kamera oyunu və montaj ənənəvi Azərbaycan seriallarından çox fərqlənir.Həqiqətən də bu cür işlərin davamlı olması lazımdır.Bir tamaşaçı olaraq istədiyimiz bu idi, sadəcə bu cür keyfiyyətli işlər yox idi deyə 5-6 sezonluq məntiqsiz,mənasız,ideyasız serialları izləmək məcburiyyətindəyidik.İctimai televiziya Emil Quliyev'ə daha çox şərait yaratmalıdır 😉
@Rahibibrahimov1905
@Rahibibrahimov1905 Жыл бұрын
Lahiyədə əməyi keçən hər bir işçiyə sonsuz minnətdarlığımı bildirirəm. Əhsən.
@mehdiyefff_00
@mehdiyefff_00 Жыл бұрын
Günorta saat 12 dən fasilə ilə baxıram saat gecə 12 dir. İndi baxıb bitirdim. Heç vaxt ictimai tv dən belə gözəl film gözləməzdim açığcası. Əslində Azərbaycan filmlərinə çox baxmıram. Amma, bu film bütün düşüncələrimi dəyişdi və mən inandım ki, Azərbaycan filmi inkişaf edib. Çox sağol Nofəl və bu filmdə əziyyət çəkən hərkəs. ❤
@sabinaquliyeva6479
@sabinaquliyeva6479 Жыл бұрын
Heyif az cekiblerr 🥺Bu serialda əməyi kecenlere teşekurrr cox gozelll serialidiii👍👏👍👏
@kamilsamedov6337
@kamilsamedov6337 Жыл бұрын
Qızıl hərflərlə tarixə yazıldı... 👏👏 Bravo Nofəl Şahlaroğlu , illər sonra , korifeylərdən sonra axır ki, möhtəşəm aktyor işi görə bildik. 👏👏👏
@fxrddinxlilov5244
@fxrddinxlilov5244 Жыл бұрын
Serialdakı mövzu bu günə qədər baxdığım 500-600 ə yaxın filmin heç birində yoxdur, gic-gic türk seriallarındansa beləsi hər an nə baş verəcəyini düşündürən seriala nə söz?(bu bədii sual idi😄) “Mamed” doğru deyir ikinci bölümdə Azərbaycan xalqı Avropadan heç də fərqlənmir, beləsi keyfiyyət işlərə görə sadəcə minnətdaram
@vusallkbrov2928
@vusallkbrov2928 Жыл бұрын
"Əqrəb Mövsümü"nü bitirdikdən sonra böyük həvəslə bu seriala başladım, həvəsim məni yanıltmadı. Maraqlısı budur ki, "Körpü" bu qədər reklam olunmayıb, kütlə tərəfindən yetərincə danışılmayıb. Səbəb janr fərqidir deyə düşünürəm, insanlar dedektiv üsluba daha çox maraq göstərirlər, yəqin ki. Bu seriala gəldikdə isə, deyiləsi sözüm həm çoxdur, həm də yoxdur. Nofəl Şahlaroğlunun mükəmməl aktyorluğu, obrazlar arasında keçidi serialı bizlərə cəzbedici qılan ilk ünsür idi, şübhəsiz. Ssenariyə də söz ola bilməz. Hər bir seriyada həm komediya gördük, həm real həyatın acı reallıqlarını. Sonda bütün sual işarələrinin cavab tapması, Jalənin toqquşma səhnəsinin təsadüf olmaması, Mamedin həyatının, özünün də ifadə etdiyi kimi, 180 dərəcə dəyişməsi... Çəkiliş bölgəsindəki sakinlərə təşəkkür edilməsi də gözümdən qaçmadı. Nə demək olar ki? :) Bir şey demək olar: təşəkkür. Ssenaridə, çəkilişdə, yayımda - bir sözlə, hər şeydə əməyi keçən hər kəsə təşəkkür edir, əhsən deyir və növbəti belə layihələri səbirsizliklə gözlədiyimi(zi) dilə gətirmək istəyirəm. Bir Azərbaycan vətəndaşı kimi post-sovet zehniyyətindən və "mədəniyyətindən" uzaqlaşmağımız, inkişaf etməyimiz üçün atılan hər bir addımı dəstəkləyir, maraq dairəmdə olmasa belə izləməyə çalışıram. Bununla belə yeni maraqlar kəşf etmiş oluram. Gecənin 4-ündə sözü daha da uzatmadan, 7-ci seriyadakı karuseldə "Karusel" detalı başda olmaqla hər şey üçün bir daha təşəkkür edirəm. Uğurlar!
@talibazim
@talibazim Жыл бұрын
Əməyi keçən hər kəsə təşəkkür edirəm. İnanmazdım ki, bir gün Azərbaycan seriyalına baxacam və əməyi keçənlərə təşəkkür edəcəm. Halal olsun.
@kohnexiridar
@kohnexiridar Жыл бұрын
Emil Quliyev, var olun, sənətkar. Təsadüfən Facebookdakı bir epizoda görə bu gün bütün seriyaları izlədim. Sübut edirsiniz ki, filmin uğurlu alınması rejissordan asılıdır. Mən də bunu həmişə demişəm....Belə adrenalini, belə ləzzəti "Black Mirror"dan almamışdım heç. Mən inanıram ki, siz daha yaxşı filmlər çəkərsiniz....
@yalcnnzrov1004
@yalcnnzrov1004 Жыл бұрын
Düzdü pis deyil serial, ama Black Mirrornan müqaisə eləməy, atnan eşşəyi müqayisə eləməy kimidi)
@askajafarli
@askajafarli Жыл бұрын
Hər bölümündə verilən mesaj, ümumi ideya, aktyor oyunu, gözləmədiyim sonluq-birnəfəsə baxmağıma səbəb oldu. 👏👏👏 Minnətdaram ❤️
@user-zc8uz3uj6i
@user-zc8uz3uj6i 8 ай бұрын
Fasilesiz baxdim 8 seriyaya. Sadece mohtesem. Var olun ki, Azerbaycan kinosunun ruhun ozune qaytarirsiniz. Gece yuxusuz qalib baxmaga deydi👏👏
@farizaxmedov4608
@farizaxmedov4608 Жыл бұрын
Azərbaycanda kino sənətini bizə sevdirən Emil Quliyeve ve butun koməyi kecen herkese sonsuz təsəkkurlər🙏🏻
@ZerdabElectronics
@ZerdabElectronics Жыл бұрын
Bu biraz daha davam etsəydi ağlım başımdan çıxacaqdı . Hələ mən indiyə qədər bu qədər təsirli ağlımı başımdan alan seriala baxmamisdim. Hər birinizə çoxlu çoxlu təşəkkür edirəm.
@togrulmemmedli2162
@togrulmemmedli2162 Жыл бұрын
Cox sevindim. İlk defe Azerbaycanda bu cür bir serial görürem.
@fiqubi
@fiqubi Жыл бұрын
serialin butun seriyalarinin her xettine diqqetle baxdim. Yuksek mentiqle ve o qeder mohtesem islenib ki..............
@Muradxanli_Muradxan
@Muradxanli_Muradxan Жыл бұрын
Əməyi keçən hər kəsə təşəkkürlər.1 günə bitirdim bütün bölümləri.belə filmlərin ardı gəlsin.
@ragoobukmeker3684
@ragoobukmeker3684 Жыл бұрын
Körpü və əqrəb mövsümü Azərbaycan kinosunu 2023 cu ilə gətirib çatdırdı.cox geridə qalmışdıq.əməyi keçən hər kəsə təşəkkürlər
@narminamamedova2648
@narminamamedova2648 Жыл бұрын
Möhtəşəm!Möhtəşəm!Möhtəşəm! Təşəkkür edirik,dərin yuxuya getmiş Azərbaycan filmini oyatdığınız üçün!👏
@sevincmusayeva4138
@sevincmusayeva4138 Жыл бұрын
Özümlə qürur duydum, çünki diqqətli bir izləyici olaraq qızın toqquşduğuna diqqət etmişdim, ancaq bunun bir çəkiliş xətası olduğunu düşünmüşdüm, düşünməzdim ki, sonda bu məqamı bu cür ustaca mənalı bir nəticəyə bağlayacaqlar. Bravo. Hər mənada əla fikm idi, əsas da senari, aktyorlar və rejisor işi olaraq. İzləyicilərə də ayrı təşəkkür, qiymətləndirdikləri üçün.
@medina5523
@medina5523 Жыл бұрын
Mən bir az başa düşmədim qalan iki nəfəri də Mamedin atası ördürmüşdü? Necə öldürüb ki?
@hamida7387
@hamida7387 Жыл бұрын
@@medina5523 Süleymanı balta ilə öldürüb, digərini dəqiq bilmirəm
@rizvan.ahmadov
@rizvan.ahmadov Жыл бұрын
Bu filmin ssenarisini yazan müəlliflərə, cəkilişdə iştirak və əməyi olanların hamısına halal olsun. Kino aləmində yeni uğurlar və naliyətlər İnşallah!
@ilkin.rahimov
@ilkin.rahimov Жыл бұрын
Serialda zəhməti keçən hərkəsə dərin təşəkkürümü bildirirəm. Var olun və bu gözəl işlərinizin ardı gəlsin daima❤️👏🏻👏🏻👏🏻
@gunelrzayeva7902
@gunelrzayeva7902 Жыл бұрын
Rejissorluq təhsili almadan belə işlər cixarmaq Emil Quluyev möhtəşəmsiniz. İlk dəfədi ki Azərbaycanın seriallarini izlədirsiz. Kicik büdcələrlə mümkünsuzu bacaririsiz
@turantukan5848
@turantukan5848 11 ай бұрын
Həqiqətən möhtəşəm serial idi. Səmimi Fərhadın danışığı. Yorulmadan dinləyərəm danışıgı saatlarla. Aktyorlar möhtəşəm. 👏👏👏 Ülvi Həsənli xoşum gəlməsədə də məncə özünü yaxşı oynayıb. Ona da afərin😅
@alisharbatov9566
@alisharbatov9566 Жыл бұрын
Эмиль будущее Азербайджанского кинематографа 👏🏼👏🏼👏🏼
@roman_maqa7350
@roman_maqa7350 Жыл бұрын
Vəəəə möhtəşəm son həqiqətən halal olsun yazana 👋👋
@mahammadbabayev464
@mahammadbabayev464 Жыл бұрын
Eqreb Movsumu ve Korpu , Perdelerden sonra Hormetli Emil Quliyevin master piece leri
@zarintajhumbatova5182
@zarintajhumbatova5182 Жыл бұрын
Azərbaycanda bucür keyfiyyətli,axarlı,baxımlı serialların olması çox təqdirəlayiqdir.Uzun zamandır öz ana dilimizdə belə gözəl seriallar yox idi."Əqrəb mövsümü","Körpü"...Arzu edirəm ki, davamı yenə gələr.Əməyi keçən bütün heyətə təşəkkür edirəm!
@kamalqasmov4206
@kamalqasmov4206 Жыл бұрын
ÖZÜMÜZƏ QAYITMAQIN VAXTIDI.SADƏCƏ CƏHT ETMƏLİ İDİK VƏ BİZ BUNU BACARDIQ!UĞURLAR SİZƏ UŞAĞLAR,HƏR ŞEY ƏLADI BELƏDƏ DAVAM EDİN👍
@elvinncfli6316
@elvinncfli6316 Жыл бұрын
Əməyi keçən hər kəsə təşəkkür edirəm məndə , çox gözəl iş alınıb )
@ekaamoff6549
@ekaamoff6549 6 ай бұрын
Heyiiif çoox heyif sadəcə 8dəfə baxdım.... Ardı olmadı. Çox ləzzət və çoox dərin bir filmdir. Anlayanlar üçün !
@eldaragayev4773
@eldaragayev4773 19 күн бұрын
👍Super.axırki öz canımızdan qanımızdan olan aktyorkarın aktrisaların sənət əsərlərin görmək bizə qismət oldu.Uğurlarınız davamlı olsun.Əqrəb mövsümü ardıyca körpü 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ruslanzeynalov8684
@ruslanzeynalov8684 Жыл бұрын
Təşəkkürlər bu cür filmlərə görə👏 👏👏Serialın sonu olmağına məyus oldum 😥çünki filmə çox öyrəşmişdim, doğmalaşmışdım. Necəki Mamed ruhlara öyrəşmişdi, ruhlardan ayrılmaq istəmirdi, mən də bu filmdən ayrılmaq istəmirəm, kaş ardı olaydı😇
@xaqaniqasimov7525
@xaqaniqasimov7525 Жыл бұрын
Çox möhtəşəm bir serial ərsəyə gətirilib.Əməyi keçən hər kəsə təşəkkürlər!
@sevinchemzeyeva9399
@sevinchemzeyeva9399 Жыл бұрын
Çox gözəl serialdı həm senarisi həmde aktıyor heyati davamı olun inşəallah belə filmlerin😊
@mirqalibceferov9805
@mirqalibceferov9805 Жыл бұрын
Azerbaycan TV sinde ilkde bir gozel filmin alinmasina sahid oldum emeyi kecen bir kesin elleri qollari var olsun bu film milyonlarla baxisa layiq bir filmdir
@TheAbbasovv
@TheAbbasovv Жыл бұрын
2 günə baxıb bitirdim. Möhtəşəm serialdır. Emil Quliyev keyfiyyəti👍
“Niyə pul xərcləyib, normal aktyor gətirmirsiniz?”
1:56
İCTİMAİ TV
Рет қаралды 1,5 М.
Körpünün o Tayı | 1-ci seriya
44:49
İCTİMAİ TV
Рет қаралды 56 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН
Sunglasses Didn't Cover For Me! 🫢
00:12
Polar Reacts
Рет қаралды 5 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 9 МЛН
Körpü 7-ci bölüm (4K)
47:55
İCTİMAİ TV
Рет қаралды 94 М.
"Sonuncu Şam Yeməyi"
52:46
Əlixan Rəcəbov
Рет қаралды 2 МЛН
Mən Hikmət Rəhimov
28:10
Absheron Group
Рет қаралды 78 М.
Əqrəb mövsümü 8-ci bölüm (4K)
52:50
İCTİMAİ TV
Рет қаралды 526 М.
"Körpü" serialı | Film haqqında film. #BTS
27:02
Emil Guliev
Рет қаралды 2,2 М.
“Körpü” serialı İctimai Televiziyanın efirində
25:10
Sabahın Xeyir Azərbaycan
Рет қаралды 14 М.
Körpü 4-cü bölüm (4K)
48:05
İCTİMAİ TV
Рет қаралды 106 М.
Qırmızı bağ (2016)
1:28:01
Azərbaycanfilm
Рет қаралды 128 М.
Körpü 3-cü bölüm (4K)
49:53
İCTİMAİ TV
Рет қаралды 119 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН