Şəkərsiz Diabet nədir? Dr.Xəyalə Qarayeva

  Рет қаралды 3,702

ENDOKRIN MERKEZ

ENDOKRIN MERKEZ

Күн бұрын

Şəkərsiz diabetin əsas göstəricisi normadan həddən çox sidik ifrazıdır ki, orqanizmdə dehidratasiya gedir. Bu da insan üçün həyati təhlükəlidir. Çoxları bunu böyrək xəstəliyi ilə, şəkərli diabetlə səhv salır. Amma qanda şəkər artıq çıxmadıqda arxayınlaşır.
Hazırda dünyada hər 100.000 insanda 3-4 nəfərdə şəkərsiz diabet aşkarlanır. Bu diaqnoz Azərbaycanda da var. Amma çox zaman gec qoyulur.
Daha çox gənc kişilərdə 17-35 yaş arası rast gəlinir.
Maraqlı məqam odur ki, xəstələrin 20-25%-də bu patologiya neyrocərrahi əməliyyatdan sonra əmələ gəlir.
Vazopressin hormonunun vəzifəsi orqanizmdə mayenin saxlanmasıdır. O, böyrəklərdə su yığan borucuqların işini tənzimləyir.
Şəkərsiz diabet mərkəzi və nefrogen olur.
Mərkəzi forma birbaşa baş beyin və hipotalamusla bağlıdır.
Nefrogen formada isə böyrəklərdə toxumalar vazopressin hormonuna qarşı həssaslığını itirir.
Kimlərdə daha çox yaranır:
-Xəstəlik kəllə-beyində, hipofizdə şişləri, törəmələri olanlarda
-Damar pozulmaları
-İltihab prosesləri - sifilis, vərəm
-Kəllə daxili travma alanlarda
-Anadangəlmə böyrək patologiyası ilə doğulanlar
-Böyrək çatışmazlığı, dializ xəstələrində
-Bir sıra preparatlarla zəhərləndikdə
-Hamilələrdə müvəqqəti olaraq yaranır sonra keçib gedir
Əsas əlaməti:
Sidiyin miqdarı çox olur- təxminən 5 -10 litr
Güclü yanğı hissi - çox su içmək
Dərinin quruması
Orqanizmin susuzlaşması
Gecə tez-tez sidiyə getdikdə yuxusuzluq, əsəbilik, tez yorulma
Susuzlaşma səbəbindən çox tərləmə, ağızda quruluq
Ürək döyüntüsü artır, təzyiq düşür
Qusma, ürəkbulanma və s.
Diaqnoz və müalicə
Endokrinoloq və terapevtə müraciət edilir və sutkada 5 litrdən çox sidik ifrazı barədə məlumat verilir.
Sidik analizi, qan analizi, hormonal analiz, baş beynin MRT-si, böyrəklərin USM-i aparılır.
Müalicə üçün ilk növbədə hipotalamus qaydaya salınmalıdır, törəmə varsa əməliyyatla götürülməlidir.
Hormon azlığına görə sintetik vazopressin təyin edilir.
Paralel olaraq orqanizmin su mineral balansı bərpa olunur, infuziya təyin edilir.
Endokrin Mərkəz 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Cərrah endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Sadiq Bəbirovun başçılığı ilə fəaliyyət göstərən tibb ocağında bütün növ analizlər aparılır. Endokrin problemlər, qalxanvarı vəzi xəstəlikləri , şəkərli diabet və onun ağırlaşmaları,osteoparoz, hormonal pozğunluqlar,aybaşı pozğunluqları və endokrin sonsuzluq, ginekoloji problemlər, piylənmə və həmçinin patsientə uyğun pəhrizlərin tətbiq olunması, hipotalmus, hipofiz xəstəlikləri (akromeqaliya, şəkərli diabet, prolaktinoma), böyrəküstü vəzi xəstəlikləri (səbəbi bilinməyən yüksək təzyiq), tüklənmə, saç tökülməsi , metobolik sindromu, boy probleminin araşdırılması, müayinə və müalicəsi yüksək ixtisaslı mütəxəssis həkimlər tərəfindən həyata keçirilir.
Həftə içi 6 gün səhər saat 08:00-dan 18:00-dək fəaliyyət göstərən Endokrin Mərkəz, Həsənoğlu küç, 16A ünvanında yerləşir.
Əlaqə : (012) 514 45 01, (012) 514 45 02 , (050) 210 23 44
Daha ətraflı məlumat üçün bu keçidlərdən istifadə edə bilərsiniz:
FaceBook: / endokrinmerkez74
FaceBook: / babirovs
Instagram: / endokrin.merkez
Instagram: / sadiqbabirov

Пікірлер: 14
@ramilismayilov9158
@ramilismayilov9158 11 ай бұрын
Salam doktor sizin qəbulunuza necə gəlmək olar
@Lisaluxe00
@Lisaluxe00 2 ай бұрын
Salam gözel hekim.qardasimda imekleyen dövrden susuzdug varr harda su görururdu imekliyerek qaçib icirdi.30 yaşi var yenede eledir.amma cekisu 105 kqdi.böyreyinde 1 yasinda piolonefrit deyildi.bu nefrogen ola biler
@samiresuleymanova2736
@samiresuleymanova2736 2 ай бұрын
Salam mən 15 ildən artıqdır ki şəkərsiz diabetdən əziyyət çəkirəm ağrılarım çox olur minirin və desmopresin istifadə edirəm yenədə kömək etmir başımda çox ağrılar olur gözümü aça bilmirəm
@seidstomatoloq
@seidstomatoloq Жыл бұрын
Təşəkkür
@sohrtliadam9719
@sohrtliadam9719 3 жыл бұрын
Salam hekim mende insilin coxdur.bu xestelik mende kovid olandan sonra baw verib
@sohrtliadam9719
@sohrtliadam9719 3 жыл бұрын
Weker mende 217 dir.yawim 30 bu mende qal8ci olacaqmi.yeni menim kovidle xestelendiyim ùcun teyziqim dùwduyune gore webet cox icdim.qlukozalar cox ķocruldu venadan indi amaril icirem
@nigarisgenderova888
@nigarisgenderova888 3 ай бұрын
Salam doktor mən 33 ilə yaxındı şəkərsiz diyabet. Heç bir beyim traması almamışam. Amma üşağ vaxtı tez - tez sidik qaçırma olub bu səbəb ola bilər bir də zəhmət olmasa deyərdiz. Şəkərsiz diyabedə qanda şəkərin miqdarı nə qədər olur.
@susanemamedova6567
@susanemamedova6567 2 ай бұрын
Salam xanim siz ne istifade edirsiz sekersiz diyabet ucun derman
@inciyusubova9127
@inciyusubova9127 2 жыл бұрын
Salam doktor men sekersiz diabet xestesiyem minirin qebul edirem
@abu029
@abu029 Жыл бұрын
Allah komeyiniz olsun. Mendede eyni haldi ama daha minirinde tapa bilmirem. Emeliyyatdan cixmiwam hipovize gore sonradan yarandi mende.
@naileabbasova939
@naileabbasova939 Жыл бұрын
@@abu029 Allah kömeyiniz olsun,menim qardaşim oglundada beyin emeliyyatindan sonra hem gözleri korlandi,hemde şekersiz diabet emele geldi...😔
@Mustafaabdiyev12
@Mustafaabdiyev12 9 ай бұрын
Ozum bu haldayam.oglumdada yaranib
@Lisaluxe00
@Lisaluxe00 2 ай бұрын
amma buzdu içir yay gis
@Mustafaabdiyev12
@Mustafaabdiyev12 9 ай бұрын
Men tapdim men sekersiz diyabetem.
What does urine color mean? How much water should we drink?
12:03
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Şəkərli diabet
8:23
HekimTap
Рет қаралды 26 М.
Şəkərli Diabet Tip1 Pasientlərin İnsulin Dozasının Hesablanması
7:03
Dr.endokrinoloq Günel Musayeva
Рет қаралды 4,5 М.
Şəkərli diabet xəstələri necə müavinət ala bilərlər?
3:29
At what age can we get diabetes? - Attention!
5:51
Tebabet TV
Рет қаралды 1,9 М.
MÜTLƏQ BAXIN - Qanda şəkərin azlığı nəyə səbəb olur?
4:35
Dr. Dilşad Aslanlı
Рет қаралды 11 М.
Şəkəsiz diabet
4:41
Pediatriya TV
Рет қаралды 1,8 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12