Kamran M. YuniS - Gəl bu yolu da bölüşək

  Рет қаралды 296

Kamran M. YuniS

Kamran M. YuniS

Күн бұрын

#kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
#poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
Kamran M. YuniS - Gəl bu yolu da bölüşək
Bəstəkar - Emin Sabitoğlu - "Ad günü" filmindən musiqi
Mən səni hər halınla sevirəm...
Kədərli gözlərinin qəmini...
Məsum baxışlarının nəmini...
Kədərlənəndə səsini bir alayı sevirəm...
Amma...
Gülümsəyən, sevinən...
Bir cüt muncuq kimi parlayan
Gözlərinçün yaşamaq, yaşamaq istəyirəm.
Gülümsə birdənəm... gülümSə...
Onda gözlərindən xoşbətlik yağır
Leysan kimi... dünyamıza.
Gülümsə birdənəm...
Onda səsindən sabahlar oyanır
Dağlar arxasından doğan günəş kimi.
Nura boyayır dünyamızı.
Mən səni hər halınla sevirəm...
Bir də...
Sevgi təkcə sevişmək deyil ki,
Sevgi həm də bölüşməkdi -
Sevincini, kədərini, hər şeyini...
Gəl Birdənəm...
Al sevincimi, ver kədərini...
Al gülüşümü, ver göz yaşını...
Gəl... Gəl bu yolu da bölüşək...
Sən bir addım at, mən də bir addım...
Bu yolu da qoşa gedək...
Sadəcə gedək...
Sonda ölüm də olsa... qəm eləmə...
Bir son nəfəsi sən verərsən...
Bir son nəfəsi də mən...
Amma... gedək.
Elə də bir yol qalmayıb ki,...
Barı qalanı qoşa gedək.

Пікірлер: 25
@YaqutOsmanov
@YaqutOsmanov 17 күн бұрын
Hər vaxtiniz hüzurlu olsun .Dəyərli sənətkar.
@ulviyyahajili9267
@ulviyyahajili9267 19 күн бұрын
Çox mənalı sözlərdir.
@YaqutOsmanov
@YaqutOsmanov 17 күн бұрын
Ruhuniz qələminiz var olsun Ustad. Coxxx gözəl misralar......
@RenaAgabeyova-bc7uz
@RenaAgabeyova-bc7uz 17 күн бұрын
Cox xosuma geldi bu seyr ...esl sevgi bele olmalidi ...........COX SAHOLUN BU SEYR ...ALLAH SIZI XEMISE GORUSUN .PIS .VE PAXIL INSANLARDAN AMIN .
@lolaazeri3917
@lolaazeri3917 6 күн бұрын
Var olun.
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 19 күн бұрын
Təşəkkür edirəm
@yeganequliyeva664
@yeganequliyeva664 18 күн бұрын
Sabahınız xeyir, gününüz uğurlu, sağlıql, sevincli olsun sevimli Sənətkarımız!🤲🤲🤲
@sevdasalayeva9482
@sevdasalayeva9482 19 күн бұрын
NƏ GÖZƏL SÖZLƏRDİ...VAROLUN USTAD
@Əbülfəzqızı
@Əbülfəzqızı 19 күн бұрын
Sözünüzə, səsinizə qüvvət, əziz Ustadımız! Gözəl şeirdir, ruhumuza sığal çəkdiniz!
@yeganequliyeva664
@yeganequliyeva664 18 күн бұрын
Çox möhtəşəmmm!!! Çox gözəl! Ruhunuza, qələminizə sağlıqlar! 🌹🌹🌹🌹🌹🤲
@drhematoloqvasifmemmedov2033
@drhematoloqvasifmemmedov2033 19 күн бұрын
Gözel şeir idi
@sevdasalayeva9482
@sevdasalayeva9482 19 күн бұрын
bir şey qalmamışdı,heçolmasa qalanını birgə gedərdik bu yolun😔😔😔
@nezaketletifova1118
@nezaketletifova1118 18 күн бұрын
🎧👍👍👍
@useruser5401
@useruser5401 19 күн бұрын
🙏
@elmarammmdova882
@elmarammmdova882 19 күн бұрын
Hər vaxtınız xeyir,dəyərli sənətçi. "Elə də bir yol qalmayıb ki ... Barı qalanını qoşa gedək ." Var olun.Allah sizi qorusun.
@lolaazeri3917
@lolaazeri3917 6 күн бұрын
Sən. nə gözəl şeirsən belə
@GdvsGsggs-kr7gq
@GdvsGsggs-kr7gq 16 күн бұрын
👏👏👏
@fatimulusoy4228
@fatimulusoy4228 16 күн бұрын
👍👏👏👏
@behbudovamanzar
@behbudovamanzar 19 күн бұрын
Deməyin,əməl edin!
@sevdasalayeva9482
@sevdasalayeva9482 19 күн бұрын
diqqətimi çəkdi "alayı "kəlməsi...bizdə də işlədərdi yaşlı adamlar,"başqa"deməzdilər....alayı deyərdilər...
@RenaAgabeyova-bc7uz
@RenaAgabeyova-bc7uz 17 күн бұрын
Sevgi tekce sevismek deyilki.Sevgi hemde belysmekdi. Sevincini .kederini..
@behbudovamanzar
@behbudovamanzar 19 күн бұрын
"Arxamca gəlmə,çiyin_ çiyinə gedək!Qoşa gedək!"Gedin...Arzu edirəm ki,bu yazdıqlarınız kaş həqiqət olaydı!Onda mən dünyanın xoşbəxti olaram!Bir insana heç olmasa,bir xeyrim dəydi yi üçün!Onsuz da bir gün buradan gedəcəm!Arxayın olmaq üçün!Hamıya xoşbəxtlik arzu edən bir i kimi!
@behbudovamanzar
@behbudovamanzar 19 күн бұрын
Hələ çox arzular var,yollar var!Nə bilirsiniz ???Bəlkə 50 il birlikdə gedəcəksiniz!Lap "Əshabi_ Kəhf" də yaşayanlar kimi 309 il keçəcək elə biləcəksiniz ki,yarım gün yatmisiniz!Siz Allahdan möhlət istəyin,o da verəcək! İnşallah!Hələ uşaqlar da !!!
@behbudovamanzar
@behbudovamanzar 19 күн бұрын
Salamlar! Sevgidən "bezən" adama bu seiriniz heç nə vəd eləmir!Və...Mən də Nəsibə xanım demişkən"Ayaz yol üstə olan kimi" 🤣🤣rayonumuza olacaq "köç"u səbirsizliklə gözləyirəm!Oradan çox gəlib az qayıdanlar kimi!Atam,anam,qonşularım,heç kəs yoxdur!Tək gedəcəm!Bütün sevgiləri burada qoyub!Onlar mənə heç lazım olmadı!Bir cə Vətən sevgisindən başqa!
@sevdasalayeva9482
@sevdasalayeva9482 19 күн бұрын
diqqətimi çəkdi "alayı "kəlməsi...bizdə də işlədərdi yaşlı adamlar,"başqa"deməzdilər....alayı deyərdilər...
Kamran M. YuniS - Adını da qoyduq ömür
3:28
Kamran M. YuniS
Рет қаралды 652
Kamran M. YuniS - Hələ də bilmədiyin, duymadığın.
4:46
Kamran M. YuniS
Рет қаралды 398
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 45 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Şagirdlərə əks-əlaqənin verilməsi
1:11:38
TƏHSİL İNSTİTUTU
Рет қаралды 3,1 М.
M.E. Sabir  Neylerdin İlahi...
2:12
Ramin Məmmədov
Рет қаралды 61 М.
Xalid Hüseyni - Çərpələng uçuran - Kamran M. YuniS
4:28
Kamran M. YuniS
Рет қаралды 440
Kamran M. YuniS - Bir göz qırpımı kimi
3:10
Kamran M. YuniS
Рет қаралды 332
Kamran M. YuniS - Mən çox adamlar görmüşəm
3:24
Kamran M. YuniS
Рет қаралды 523
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 45 МЛН