Рет қаралды 52,843
Sözləri
Qərib ağa , Sahibi əsrisən vəli niyə gəlmirsən?
Ey aləmin sərvəri , yəbnəlƏskəri niyə gəlmirsən
Yenə gəldi matəme bəzmi əza
Gəlmədin sən vəli harda qalmısan?
Həsrətində keçdi aşura ağa
Yenə əytamivi dərdə salmısan
Mənə çox çətindi ki , həsrətli qalsın gözüm o cəmalə
Mənə çox çətindi ki, qəlbim fəraqində düşsün məlalə
*******
Qərib ağa , müntəzirəm səni görəm , niyə gəlmirsən
Ğərib ağa, qocaldım az qaldım öləm, niyə gəlmirsən
Olmaya sən məni gözdən atmısan,
Yol azıb mən yenədə kəc (əyri) gedirəm
Mən günah eliyirəm sən aglirsan
Gecə gündüz seni mən incidirəm
Məni bağla pərcəmə saxla yanında məni ey əzizim
Kömək eylə ki daha aglatmiyim mən səni ey əzizim
*******
Qərib ağa, qalıbdı yollarda gözüm, niyə gəlmirsən
Qərib ağa, ayrılığa yoxdu dözüm, niyə gəlmirsən
Fürqətündə ağlaram, dildə nəva
Can çıxan vaxtda məni yad edəsən
Yoxdu çarəm sən özün eylə dəva
Lütf edib qəbr evin abad edəsən
Gözümün yaşı axar sənsiz bu gözdən üzarə həbibim
Gəl özün bu bikəsin eylə halına nəzarə təbibim