Şəki halvası

  Рет қаралды 30,597

Azerbaijan Realities

Azerbaijan Realities

7 жыл бұрын

Şəki halvası
Azərbaycanın ayrı-ayrı bölgələrinin hər birinin özünəməxsus mətbəxi vardır. Milli kulinariyamızın bir qolunu da Şəki milli mətbəxi təşkil edir. Şəki mətbəxi çox zəngindir.
Şəki deyəndə ilk olaraq göz önünə şirin şəki paxlavası gəlir. Şəkidə bu şirniyyata paxlava yox, halva deyirlər. Şəkiyə üz tutan hər kəs bu şirniyyatdan mütləq dadır. Şəki paxlavasının tarixi barədə müxtəlif fikirlər mövcuddur. Maraqlı resepti olan şirniyyat növünün xanlıq dövründə meydana gəldiyini deyənlər də var, onun daha əvvəllər icad edildiyini qeyd edənlər də. Ancaq Şəki halvasının tarixi haqqında dəqiq məlumatlar bu günümüzə qədər gəlib çatmayıb.
Hazırda Şəkidə 60-dan çox halvaçı dükan və sexləri fəaliyyət göstərir. Bu dükanların çoxu yerli halvaçılara məxsusdur. Paxlava bişirən ustaların əksəriyyətinə bu peşə ata və babalarından miras qalıb. Onlar da bu peşəni layiqincə davam etdirir, hətta özlərindən sonrakı nəslə öyrədirlər ki, sənət ölməsin.
Şəki paxlavasının xəmiri düyü unundan hazırlanır. Düyü su dəyirmanında üyüdülür. Düyü unundan əvvəlcə bərk xəmir alınır. Daha sonra isə həmin xəmir duru xəmir halına salınır. Duru xəmiri deşikli mis qıfdan mis tiyanlara havada fırladaraq süzürlər və setka şəkli alınır. Halvanın bişirildiyi tiyan da misdən olmalıdır. Başqa materialdan olan qabda bişirmək olmaz. Bu minvalla ayrı-ayrılıqda 12-13 riştə hazırlanır. Bu xəmir tiyana töküldükdən bir neçə saniyə sonra oxlova bənzər ağacla götürülür və üst-üstə yığılır. Keşniş toxumu və hillə ətirləndirilmiş üyüdülmüş fındıq və ya qoz ləpəsi üzərinə yayılır. Halvanın fındıq və ya qozdan hazırlanması da zövqə görədir. Məcməyiyə düzülən riştələrin arasına ləpə düzülür və üzərinə yenə də riştə qoyulur. Sonra daha 5 riştə üst-üstə qoyulur, kənarlarındakı artıq yerləri kəsilir, kənarları qatlanır və üzərinə zəfəranla xətt çəkilir. Od üzərində 15-20 dəqiqə bişirilir. Daha sonra isə şəkər tozundan şirə hazırlanır və üzərinə səpilir.
Zəfərana çuğundur suyu tökülür və dəmlənir. Yarım saat dəm almaq bəs edir. Bir məcməyi halvaya 4-5 stəkan şəkər tozundan hazırlanmış şirə tökülür.
Halva həm qoz, həm də fındıqlı hazırlanır. Kim hansını istəsə onu da alır. Şəki halvasını soyuducuya qoymağa ehtiyac yoxdur. Normal temperaturlu rejimdə bir aya qədər qala bilir. Bunu evdə bişirmək mümkünsüzdür. Halvanı bişirmək üçün xüsusi şərait, qablar lazımdır. Bu, olduqca çətin bir sənətdir.
Keçən il Şəkidə artıq 3-cü Beynəlxalq şirniyyat festivalı keçirildi. Festivalda respublikamızın 19 şəhər və rayonu ilə yanaşı, 8 ölkədən şirniyyatçılar iştirak etdilər.
Xan yaylağı Şəki növbəti dəfə Azərbaycan mətbəxinin incəliklərini təqdim etdi. Hər zaman ecaskar təbiəti və qədim tarixi ilə insanı valeh edən bu diyar qonaqları ləziz şirniyyatı ilə bir araya gətirdi. Qədim Şəkinin tarixi-memarlıq abidəsi - “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən şirniyyat festivalı Şəkinin mədəniyyəti ilə yanaşı, turizm potensialının da tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
Festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Böyük inkişaf yolu keçən Şəkinin mətbəx mədəniyyətimizin formalaşmasında əvəzsiz rolu var.

Пікірлер: 20
@sevgime6077
@sevgime6077 5 жыл бұрын
Xoşladığım şirniyatlardan biridə Şəki paxlavasıdır.Super👍
@elmarmusayev7492
@elmarmusayev7492 4 жыл бұрын
En sevdiyim şeki halvası 😋
@ismayilmemmedov3046
@ismayilmemmedov3046 5 жыл бұрын
Şeki paxlavasini sevenler
@user-vg4ur6mi3s
@user-vg4ur6mi3s Жыл бұрын
Cox gozel,ellerinize saqliq👍👍👍
@nn7996
@nn7996 6 жыл бұрын
eladi halal olsun
@aysegul7384
@aysegul7384 5 жыл бұрын
Beh beh keşke keçen illere döne bilsek😔
@beyaz8688
@beyaz8688 4 жыл бұрын
Ela olur👍
@tolskin9561
@tolskin9561 4 жыл бұрын
En sevdiylerimden biri Bakıda tapmağ çetin olur ama harda görsem alaram.
@aslanekiyev8095
@aslanekiyev8095 5 жыл бұрын
Ela halvadi ama,cox yemek olmur,cox sirindir
@dianameg5528
@dianameg5528 4 жыл бұрын
Men cox sevirem indi rusyada yawiyiram ve hamileyem ureyim isdedi hardan tapacam😫😫
@aideibrahimova6642
@aideibrahimova6642 7 жыл бұрын
eledi elleriniz var olsun
@gunelhsnova.9546
@gunelhsnova.9546 3 жыл бұрын
💐chat.whatsapp.com/CLA8F9g9v3R7LkFkXutFAT SALAM SIZI KARANTIN DÖVRU OLSA BELE İŞLEYEN VE İŞÇISINE DEYER VEREN BIR ŞIRKETLE EMEKDAŞLIQ ETMEYE DEVET EDIRIK. BELE ÇETIN VE IŞ YERLERININ BAĞLANDIĞI BIR VAXTDA BIZ SIZ XANIMLARI DUSUNDUK VE YASI 18-55 ARALIĞINDA OLAN XANIMLARI, TELEBELIRI, VE ELAVE IŞ ISTEYENLERI IŞ SAHIBI EDIRIK. ŞERTLER ÇOX SADE VE ASANDIR. TECRUBE ONEMLI DEYIL BURDA IŞCIYE HERŞEYI ÖZÜMÜZ ÖYREDIRIK. MAAŞ 450+ ARTANDIR. SIZE SADECE IS HAQQINDA MARAĞLANMAQ LAZIMDIR. LINKE TOXUNARAQ VATSAP QRUPUMUZA DAXIL OLUN BIZ SIZE MELUMAT VEREK....
@levfastx4775
@levfastx4775 5 жыл бұрын
Salam ellerinize saglik eladi.Seki halvasi hansi duyunun ununan hazirlanir.Yumuru duyu?yoxsa uzun duyu?
@user-ze1ii7xe4o
@user-ze1ii7xe4o 8 ай бұрын
Harda satılır
@ceylangozkerimova8276
@ceylangozkerimova8276 4 жыл бұрын
cox dadlidir.weki paxlavasi niye quba paxlavasina oxwayir?
@RAMREALAZERBAIJANMEDIA
@RAMREALAZERBAIJANMEDIA 5 жыл бұрын
@seki_halva_sifaris səhifəsinə daxil olub Bakıya çatdırılma sifariş edə bilərsiniz
@elcinmusayev362
@elcinmusayev362 3 жыл бұрын
salam necesen bunu sizi yazmisiz elcin aysen sozun
@feriddmemmedovv9614
@feriddmemmedovv9614 5 жыл бұрын
8
@muselmandunyasi4329
@muselmandunyasi4329 5 жыл бұрын
Şəki paxlavasi yox!! halvasi
@fanidunya6894
@fanidunya6894 6 жыл бұрын
Şekide en super halva .1 ci.Yehya halvasidi.2 ci Mahmudun nevesi Kamrandi ..3 cü.Mahmuddu.《Cabbar..4 cü Azaddi.《celersen cörersen..5 cide.Elihmed..visyo.
Ev üsulu şəki paxlavası
9:37
Rozinkitchen
Рет қаралды 25 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 23 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Şəkidə halvaçı Əliəhməd dayının davamçıları (MÜSAHİBƏ)
6:09
Belə belə İşlər
Рет қаралды 12 М.
Шекинская халва \ С удочкой по Азербайджану
26:00
Охотник и рыболов
Рет қаралды 2,3 М.
Three ingredients! Delicious dessert - HALVA! Azerbaijan cuisine
7:10
Бакинская халва \ Быстро и вкусно
8:25
Gourmet Traveler
Рет қаралды 4,8 М.
Шекинская ХАЛВА-ПАХЛАВА
16:09
Сталик Ханкишиев
Рет қаралды 187 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 23 МЛН