ƏLƏKBƏR ƏSGƏROV- "NATƏVANI" RƏQS MELODIYASI

  Рет қаралды 7,969

ALEKPER ASKEROV

ALEKPER ASKEROV

Күн бұрын

ƏLƏKBƏR ƏSGƏROV - TOY 18.10.1990
"NATƏVANI" RƏQS MELODİYASI
MÜƏLLİF - ƏLƏKBƏR ƏSGƏROV
İFA EDİR KLARNETDƏ - ƏLƏKBƏR ƏSGƏROV
Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
#Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

Пікірлер: 27
@ЮраАскеранский
@ЮраАскеранский Ай бұрын
Светлая память великому маеэстро!!!!
@klarnetbakinsiy7451
@klarnetbakinsiy7451 6 жыл бұрын
Allah rehmet elesin cox fexr ediremki bizim bele dahi senetkarimiz olub.
@violin777
@violin777 6 жыл бұрын
Allah rehmet Elesin! Boyukluyu qeder tevazukar INSAN, benzeri olmayan SENETKAR! Mekanin Cennet olsun in shaa Allah!
@samiqeliyev5990
@samiqeliyev5990 6 жыл бұрын
Allah rehmet elesin
@ТарланГамбаров
@ТарланГамбаров 6 ай бұрын
Azärbaycanin Fäxri, Dahi Sänätkr Äläkbär Äläsgärova ALLAH RÄHMÄT ELÄSIN❤❤❤❤❤
@Amin_klarnet
@Amin_klarnet 2 жыл бұрын
ALLAH REHMET ETSİN GÜLERÜZ XOŞ SİMA ÜSTAD YERİN CENNET OLSUN NUR İÇİNDE YAT 🥺
@musiqidunyas2371
@musiqidunyas2371 6 жыл бұрын
Həqiqətən sözlə ifadə olunmayan bir SƏNƏT MODELİ! Allah rehmet elesin.
@zaurzaur7211
@zaurzaur7211 5 жыл бұрын
allah rehmet elesin
@jazzhits4833
@jazzhits4833 6 жыл бұрын
Allah rəhmət eləsin. Bu yaşında, ağır xəstəlikdən sonra canlı ifa etmək... Əhsən! Söz tapmıram...
@aliyevali1994
@aliyevali1994 6 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSÜN
@rhimgncl7404
@rhimgncl7404 5 жыл бұрын
Can ay can. Bu kişi Nurdu da, Nur! Allah səni rəhmətinə qovuşdursun ölməz Sənətkarımız . Amin İnşallah .
@allahisevin36
@allahisevin36 2 жыл бұрын
ELEKBER ESKEROV RESPUBILIKADA YOX DUNYAVI SENETKAR IDI ALLAH REHMET ETSIN CENETLIK OLSUN MENEVI MUELIMIZ OLUB
@sifayddinbalayev2167
@sifayddinbalayev2167 5 жыл бұрын
lekber muellim ele dahi bir senetkar olmuşdur ki.o hec bir zaman xalqimizin yadaşindan silinmeyecekdir .Azerbaycan xalqinin en şerefli en qiymetli senetkaridir .Elekber muellim klarnet aletinin onun ifaciliq senetinin en yuksek zirvesinin mehrunu vurmuş ve gedmişdir Allah Elekber muellimi qeni qeni rehmet elesin qebri nurla dolsun şexsen men onun ifasina qulaq asanda menden asli olmayaraq gezlerimden yaş gelir aqlayiram .Ona gere aqlayiram ki buna urek lazimdir dinleyib onun ifasini derk elemeye . Men bir bir Azerbaycanli xalqinin bir numayendesi kimi fexir ederem ki Azerbaycan xalqimin bele senetkari olub ve eyni zamanda onun o cur ifasini yazib qorunub saxlanilmişdir musiqiciler ucun ve gelecek senet severler ucun beyuk bir mektebdir ,Ger o ifalardan genc senetkarlarimiz ne qeder behrelenecekler ne qeder inkişaf edecekler . Hemin senetkarlarin o xeyir duasi Elekber muellimin evladlarina hemcinin aile uzuvlerine ve eyni zamanda Elekber muellime rehmet dilemesi Allah terefindende qebul olunur ger ne qeder suvab qazanmiş olur .Elekber muellim klarnet aletinin ifaciliq senetinin şahidir .İmperatorudur .Azerbaycanda ele musiqici yoxdur ki Elekber muellimi tanimasin ve yaxud onu dinlemesin ondan behrelenmesin . Men şexsen Elekber muellimin aile uzuvlerini san saqliqi uzun emur arzulayiram Elekber Asgerov hemişe tarixler boyu xalqimizin qelbinde yaşayacaq ve xatirlanacaqdir
@sairzamiqsefai
@sairzamiqsefai Жыл бұрын
Can Ələkbər Müəllim ruhun qarşısında baş əyirəm, çox heyf ki Qədr - Qiymətini olduğu kimi vermədilər, 10 il də artıq ömr edə bilsəydi, çox dəyişiklər olacaqdı mütləqdir bu. Ruhuna qurban böyük Ustad. Azərbaycan Nəfəsli alətlərn ifaçılığının əfsanəsi təkrarsız və bənzərsiz gövhəri. Ruhun şad olsun əziz Ustad 😢
@muzikant1967
@muzikant1967 6 жыл бұрын
Əhsən!!!! Allah rəhmət eləsin,Nur icində yat ustad.Sənətin,adın ölməzdir, gələcək nəsillərə örnəkdir.
@huseynnesirov3483
@huseynnesirov3483 3 жыл бұрын
Allah qəbrini nurla doldursun ruhunu şadeyləsin,əvəz olunmaz sənətkarımız Ələkbər Əsgərovun amin
@azerhacibalayev8469
@azerhacibalayev8469 3 жыл бұрын
Allah rəhmət etsin, ruhu şad olsun, yatdığı torpaq cənnət məkan olsun, qəlblərdə, ürəklərdə həmşə yaşar, Qafqazda klarnet ifası ilə tarix yazmış ustad sənətkar, dəyərli müəllim Ələkbər Əsgərov. Ailəsinin və Ələkbər Əsgərovu sevənlərin başı sağ olsun, hər an qəlblərdə, ürəklərdə yaşayacaqdır. Amin inşallah. 🎼🙏🙏🙏🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🤲🤲🤲
@telmanhaqverdiyev4974
@telmanhaqverdiyev4974 3 жыл бұрын
Tamada necə də düz dedi:"Ələkbər müəllim,siz sənətdə zərgarsız !"Doğurdanda Ələkbər Əsgərov klarnet ifaçılığın etalonu,şahıdır.Allah ona qənı-qəni Rəhmət eləsin.
@VagifBagrovqarmonusdasVagif
@VagifBagrovqarmonusdasVagif 3 жыл бұрын
Allah qəni qəni rəhmət eləsin usdad sənətkara.
@vagifmusayev1487
@vagifmusayev1487 6 жыл бұрын
класс
@aha1909
@aha1909 6 жыл бұрын
Allah rehmet elesin! Cox gözəl insan, ŞƏXSİYYƏT olub Ələkbər Ustad. insan bəzən söz tapmır... Bütöv zapis olsaydi əla olardı.Coxsağolun bu lent yazısını paylaşdığınız üçün.
@AdelAdel-nd5rm
@AdelAdel-nd5rm 3 жыл бұрын
И не всякий ювелир сможет исполнить душевно и душу вложить в свою работу - играет, как золотом вышивает. Единое целое с инструментом и тем что в этот момент у него идёт от сердца и ума, как будто кларнет рассказывает историю... Мастер от Бога
@Дед-р6п
@Дед-р6п 3 жыл бұрын
Allah rəhməteləsin.sənət fədaisi idi Ələkbər müəllim.(mən bu qün rahat ölürəm,ona qörə ki, bu qün klarnet çalan Azərbaycanlıdır erməni deyil.Hakim Klarneti nəzərdə tuturdu.)
@davidmirzabekov6901
@davidmirzabekov6901 6 жыл бұрын
Очень благодарен вам за запись. Спасибо всем, кто публикует эти ролики. Слава Богу этот канал не единственный. Георгий Саркисян-первый, кто начал публиковать творчество Алекпера Аскерова, за ним последовали Анар, Вамиг Мамедалиев, Спасибо огромное всем. А создателей этого канала я просто хочу попросить не бросать это дело. Раньше был открыт идентичный канал(не знаю кто модератор), но к великому сожалению он был удалён. СВЕТЛАЯ ПАМЯТЬ ВЕЛИКОМУ МАСТЕРУ,!!!
@srdarzizbyli1672
@srdarzizbyli1672 3 жыл бұрын
Deyirlər əvəzolunmaz sənətkar olmur,amma mən görürəm ki olur.Bu neçə onilliklərdə kim tuta bildi Ələkbərin yerini??Hansı klarnet ifaçısı səlist,düzgün,belə üreylə ifa edə bilər muğamlarımızı,rəqslərimizi,rənglərimizi???Heç kim,eşitmədim,görmədim.Ələkbər Əsgərov fitri istedada malik idi,bütün nəfəs alətlərində yüksək səviyyədə ifa edirdi:muğamları,rəqsləri,rəngləri,mahnıları.İndikilərin çalğısından baş açmaq olmur ıran,fars ya türk musiqisini çalır?Milli koloritimizi,melizmatikamızı itirə-itirə gedirik.İnsanların zövqünü də körlayıblar,əsil sənətə qiymət verən azdır.Bu da bizim bədbin qonşularımız üçün əlverişlidir,sahib çıxmadığımız sənətimizi,dəyərlərimizi mənimsəyib,öz adlarına keçirdirlər.Bunun üçün sənətkarlarımızın dəyərini bilək və layiqli qiymətini verək.Allah Rəhmət eləsin sənə Ələkbər müəllim,bağışla bizi,vaxtında dəyər verilmədi sənətinə.Heyif,çox heyif.
@elieli9713
@elieli9713 6 ай бұрын
Yengibar onun yolun gedir
@turalagayev2539
@turalagayev2539 6 жыл бұрын
Allah rehmet elesin
ƏLƏKBƏR ƏSGƏROV  & ƏLİBABA MƏMMƏDOV duet tarixi
18:26
ALEKPER ASKEROV
Рет қаралды 8 М.
ƏLƏKBƏR ƏSGƏROV -  VÜQAR ƏHMƏDİN MÜSAHİBƏSİ
16:02
ALEKPER ASKEROV
Рет қаралды 3,2 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН
ƏLƏKBƏR ƏSGƏROV - TOY ŞƏNLİYİNDƏN FRAQMENT
7:58
ALEKPER ASKEROV
Рет қаралды 12 М.
ELEKBER  ESGEROV ve AZERBEYCAN  BALABAN MEKTEBI
10:21
ALEKPER ASKEROV
Рет қаралды 1,4 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 4-ci hissə
9:07
ALEKPER ASKEROV
Рет қаралды 868
ƏLƏKBƏR ƏSGƏROV "MAHUR" - 2  MUĞAM (KLARNET)
6:16
ALEKPER ASKEROV
Рет қаралды 1,4 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 2-ci hissə
6:18
ALEKPER ASKEROV
Рет қаралды 725
Super Qarmon ifacisi Bakili Eldar 4
6:11
Fehruz Mamedov
Рет қаралды 115 М.
ALAKBAR ASGAROV & AZERBAIJAN BALABAN SCHOOL
10:21
ALEKPER ASKEROV
Рет қаралды 1,1 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 3-ci hissə
19:38
ALEKPER ASKEROV
Рет қаралды 1,3 М.
Ceyhun klarnet hikmetin toyu.VOB
10:27
ekber memmedov official
Рет қаралды 9 М.