No video

ƏLƏKBƏR ƏSGƏROV TOY ŞƏNLİYİNDƏN FRAQMRNT 21.04.1991

  Рет қаралды 12,738

ALEKPER ASKEROV

ALEKPER ASKEROV

Күн бұрын

TOY ŞƏNLİYİNDƏN FRAQMENT
KLARNETDƏ İFA EDİR ƏLƏKBƏR ƏSGƏROV
Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
#Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

Пікірлер: 40
@mansurc.3173
@mansurc.3173 5 жыл бұрын
Ustad, senetinle daim yashayacaqsan. Allah rehmet elesin.
@turalagayev2539
@turalagayev2539 5 жыл бұрын
Allah rehmet elesin. Bu yol silinmey uzredi. Hindi daha yola ne baxan yoxdu nede gelen.
@hafizhasanov3546
@hafizhasanov3546 6 жыл бұрын
Allah rehmet elesin.
@mirzakirmusayev6249
@mirzakirmusayev6249 6 жыл бұрын
Zamanln qabaglamls senetkar !Allah rehmet elesin!
@turalrhimbyov3550
@turalrhimbyov3550 5 жыл бұрын
Can ay can. Əhsən. Budur canlı ifa! Allah rehmet elesin Dahi Ustada.
@ulvicuvarlinskiy8896
@ulvicuvarlinskiy8896 6 жыл бұрын
Dahi Ustad sənətkar Ələkbər Əsgərovun yolu daim yaşayacaq və nəsillər boyu ÖRNƏK olacaq. Allah rəhmət eləsin unudulmaz Ustadımıza. AMİN. İNŞALLAH.
@clari-net6133
@clari-net6133 5 жыл бұрын
Thank you for a great post!
@peruani966
@peruani966 6 жыл бұрын
Ehsen. Cox savadli ve ecaskar ifa. Nur icinde yatsin.
@cahangir7034
@cahangir7034 6 жыл бұрын
ALLAH QENI QENI REHMET ETSİN. BÖYÜK ÜRƏKLİ DAHİ USTADİMİZA.
@semen982
@semen982 6 жыл бұрын
Allah rehmet elesin Ustadimiza Mekani cennet olsun!
@mifhyat611
@mifhyat611 6 жыл бұрын
Allah rəhmət eləsin böyük sənətkara
@jazzhits4833
@jazzhits4833 6 жыл бұрын
AMIN. DAHI USTAD SƏNƏTKAR. MEKANİ CENNET OLSUN. İNŞALLAH
@arturmargar3365
@arturmargar3365 6 жыл бұрын
Спасибо организатором етого сайта за оказанное удовольствие!!
@aha1909
@aha1909 6 жыл бұрын
ƏHSƏN!!! Lent yazısı köhnə olsada, Ələkbər Əsgərovun təkrarolunmaz ifasi insanın ruhuna yol tapır.. ALLAH QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN DAHİ USTADA. Baş əyirəm Ələkbər Əsgərov sənətinin qarşısında. Bu lent yazısını paylaşana da dərin təşəkkürlər. Var olun.
@leventtayfun9303
@leventtayfun9303 6 жыл бұрын
Mekanı cennet olsun. Üstad Aliakbar klarneti klarnet gibi çalan büyük ustalardan biriydi. Toprağı bol olsun. Şimdiki klarnetler çok farklı, pek çoğu popüler müziğe doğru kaymış özenti haline gelmiş, bizim müziğimizi, bizim ruhumuzu yansıtmıyor. Çok iyi klarnet çalanlar var elbet ama, hangisi bizi anlatıyor, hangisi bizden dersen, tartışmasız Aliakbar ustanın üslubu bizimdir, bizden olandır. Maalesef bu üslup, benim gördüğüm kadarıyla gittikçe yozlaşıp, basitleşiyor, kayboluyor.
@user-qn3sl2gn2q
@user-qn3sl2gn2q 5 жыл бұрын
Супер. Спасибо за запись.
@TP-jy1th
@TP-jy1th Жыл бұрын
Эдуард если Вы понимаете Азербайджанскую музыку , у Вас отличный вкус!! Восточная музыка корол , на него корона Азербайджанская музыка!! Вам всех благ!
@muzikant1967
@muzikant1967 6 жыл бұрын
Toy şənlikləri böyük məktəbdir ifaçılar üçün. Saatlarla, fasiləsiz canlı ifa bir konsertə bərabərdir.Bu da hər ifaçının hünəri deyil,çünki xalq yaxşını pisdən ayıra bilir və özəl, şad günündə ən yaxşısını arzulayır.Ələkbərdə arzu olunan ifaçılardan idi, bəzi insanlar məhz Ələkbərin toyda ifa etməsi üçün toyun gününü belə dəyişməli olublar.Bu da, Ələkbərin əvəz olunmaz sənətkar oldugunun göstəricisidir.Allah Rəhmət eləsin ustad.
@vagifmusayev1487
@vagifmusayev1487 6 жыл бұрын
джан баки хавалары браво
@user-fp9tf5tv8m
@user-fp9tf5tv8m 5 жыл бұрын
Действительно великий мастер В ЦАРСТВО ЕМУ НЕБЕСНОЕ.
@davidmirzabekov6901
@davidmirzabekov6901 6 жыл бұрын
*Раньше свадьбы проходили как концерты. С отдачей. Светлая память Мастеру. Огромное удовольствие слушать. Алекпер Аскеров был не просто гениальным музыкантом - он был ВЕЛИЧАЙШЕЙ ЛИЧНОСТЬЮ, который обладал ДАРОМ БОЖЬИМ.Мне кажется, что он никогда не терял связи со своим Создателем, потому и был пронизан такой великой светлой грустью мудрости при всей своей жизнерадостности и энергии...Он был не лучший а был ЕДИНСТВЕННЫМ... Это не просто слова и дань уважения и признания Таланта Аскерова! Нет равных ему ! И,наверное,не будет! Нет такой сердечности и душевности исполнения,такого благородства,артистизма, аристократизма,такой харизмы,такого воздействия на слушателя! И такой НЕВЕРОЯТНОЙ скромности,застенчивости при его мегапопулярности! Кого можно поставить рядом???.....Он один такой!!! Светлая память Великому Музыканту!*
@TP-jy1th
@TP-jy1th Жыл бұрын
Bravo!! Əhsən!
@user-yg7yg7ct3j
@user-yg7yg7ct3j 3 жыл бұрын
22 əsri ifa edib rəhmətlik Ələkbər!!!
@turalagayev2539
@turalagayev2539 5 жыл бұрын
Hindikiler deyir yol turk balqar yoludu ama özu ne milletidi dusunmur harda yasayir fikirlesmir.
@musiqidunyas2371
@musiqidunyas2371 5 жыл бұрын
1991 ilde Elekber müellim ağır xəstəlikdən sonra(üz paraliçı) bu canlı ifasıyla birdə təsdiq elədi ki ELEKBER ESGEROV DAHİ SƏNƏTKARDIR!!!
@myarchive2783
@myarchive2783 5 жыл бұрын
АЛЕКПЕР АСКЕРОВ ОСТАВИЛ ВЕЛИКУЮ ШКОЛУ МАСТЕРСТВА ИГРЫ НА ДУХОВЫХ ИНСТРУМЕНТАХ ДЛЯ ВСЕХ ПОКОЛЕНИЙ. НЕПРЕВЗОЙДЕННЫЙ ТАЛАНТ! ВЫСШЕЕ МАСТЕРСТВО!!! ВЕЧНАЯ ПАМЯТЬ ВЕЛИКОМУ МУЗЫКАНТУ, ЧЕЛОВЕКУ С НЕВЕРОЯТНО СВЕТЛОЙ ДУШОЙ. АМИНЬ
@fatehagammmdzade
@fatehagammmdzade 3 жыл бұрын
Bəli,sehirli zvuk budurrrr. Ruhun şad olsun ustad.
@TP-jy1th
@TP-jy1th Жыл бұрын
Gözəl sənətkar , gözəl ifa !! Əlibaba Məmmədov çox yüksək qiymət verirdi Ələkbərin sənətinə , həm də insanlığına!! Yeri Cənnət olsun!!
@behruzezizov531
@behruzezizov531 4 жыл бұрын
10:23 diqqet 10:25 e kimi 2 -saniyede möcuzevi kecid BU QEDER DEQIQ BU QEDER MEHSULIYYETLI BU QEDER SADALASAM COX ŞEYLER VAR USTALIQ BIR TEK SIZDE VARDI USTAD VE SIZINLEDE GETDI.
@muzkant9283
@muzkant9283 3 жыл бұрын
Hə vallah,qardaş düz deyirsən ustalıq onunla da getdi.Dəhşətlisi də odur ki,sənəti olmayanları çıxardırlar dağ başına,o boyda nəhəng ustadı nə yad edirlər nə də ki layiqli qiymətini verirlər.Sənət can veriree,görən yox.Allah Rəhmət eləsin Ələkbər Əsgərova,ondan daha gəlməz bu sənətə.
@srdarzizbyli1672
@srdarzizbyli1672 3 жыл бұрын
Ələkbər müəllim muğamlarımızı zərgər dəqiqliyi ilə bilirdi,ona görə də bir muğamdan digərinə ustalıqla keçirdi.Sənəti bir dəryadır
@shemsialiyev5699
@shemsialiyev5699 3 жыл бұрын
Muğamlarımızı başa düşməyən çox insana öz möhtəşəm savadlı və şirin ifalarıyla sözün əsl mənasında sevdirib. Allah rəhmət eləsin Dahi Ustadımıza. Ruhu şad, məkanını cənnət olsun adı brilyant hərflərlə yazılmış Böyük Sənətkarımız ƏLƏKBƏR ƏSGƏROVA. Dinlədikcə qəlbim sıxılır haqsızlığa görə...
@user-ve7gz7ov1l
@user-ve7gz7ov1l 5 жыл бұрын
Вечно живой в нашей памяти.Интересно , кто сейчас играет на его кларнете?
@nofeletnofelet1539
@nofeletnofelet1539 6 жыл бұрын
Söz tapa bilmirəm. Dəhşət muzıkant olub
@fakehesab6082
@fakehesab6082 2 жыл бұрын
Allah rəhmət etsin sizi böyük sənətkar
@user-mj6xs6bx2o
@user-mj6xs6bx2o Жыл бұрын
Алакбар Аскеров человек, легенда
@turalrhimbyov3550
@turalrhimbyov3550 5 жыл бұрын
Oxuyan kimdi? Yazılmayıb.
@TP-jy1th
@TP-jy1th Жыл бұрын
Düpədüz! Alət dilə gəlib danışır , oxuyur!
@TP-jy1th
@TP-jy1th Жыл бұрын
Deyəsən ustad Tələt Qasımovdur!!
@aydinmurtuzayev8999
@aydinmurtuzayev8999 Ай бұрын
dahi !!
ƏLƏKBƏR ƏSGƏROV  & ƏLİBABA MƏMMƏDOV duet tarixi
18:26
ALEKPER ASKEROV
Рет қаралды 8 М.
ƏLƏKBƏR ƏSGƏROV -  VÜQAR ƏHMƏDİN MÜSAHİBƏSİ
16:02
ALEKPER ASKEROV
Рет қаралды 3,1 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
ƏLƏKBƏR ƏSGƏROV - TOY ŞƏNLİYİNDƏN FRAQMENT
7:58
ALEKPER ASKEROV
Рет қаралды 11 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 3-ci hissə
19:38
ALEKPER ASKEROV
Рет қаралды 1,2 М.
Elekber Esgerov-Solo Klarnet(Toy)1990 ci il
10:29
Brilliant Music
Рет қаралды 20 М.
ELEKBER  ESGEROV ve AZERBEYCAN  BALABAN MEKTEBI
10:21
ALEKPER ASKEROV
Рет қаралды 1,3 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 4-ci hissə
9:07
ALEKPER ASKEROV
Рет қаралды 849
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 5-ci hissə
11:34
ALEKPER ASKEROV
Рет қаралды 1,1 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 2-ci hissə
6:18
ALEKPER ASKEROV
Рет қаралды 703
Super Qarmon ifacisi Bakili Eldar 4
6:11
Fehruz Mamedov
Рет қаралды 112 М.
ƏLƏKBƏR ƏSGƏROV- POPURRİ - 1-ci hissə
4:51
ALEKPER ASKEROV
Рет қаралды 1,1 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН