No video

ƏLƏKBƏR ƏSGƏROV - ZAKIR MİRZƏYEVİN XATIRƏLƏRI

  Рет қаралды 5,032

ALEKPER ASKEROV

ALEKPER ASKEROV

Күн бұрын

INTERVIEWER - AYDIN ALIYEV
Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
#Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

Пікірлер: 21
ƏLƏKBƏR ƏSGƏROV -  VÜQAR ƏHMƏDİN MÜSAHİBƏSİ
16:02
ALEKPER ASKEROV
Рет қаралды 3,1 М.
ƏLƏKBƏR ƏSGƏROV  & ƏLİBABA MƏMMƏDOV duet tarixi
18:26
ALEKPER ASKEROV
Рет қаралды 8 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
ƏLƏKBƏR ƏSGƏROV - AzTV (KLARNET)
18:14
ALEKPER ASKEROV
Рет қаралды 31 М.
Elekber Esgerov-Solo Klarnet(Toy)1990 ci il
10:29
Brilliant Music
Рет қаралды 20 М.
ƏLƏKBƏR ƏSGƏROV  haqqında MEŞƏDİMƏHƏMMƏDin xatirələri
3:48
ALEKPER ASKEROV
Рет қаралды 3,1 М.
ƏLƏKBƏR ƏSGƏROV - TOY ŞƏNLİYİNDƏN FRAQMENT
7:58
ALEKPER ASKEROV
Рет қаралды 11 М.
ELEKBER  ESGEROV ve AZERBEYCAN  BALABAN MEKTEBI
10:21
ALEKPER ASKEROV
Рет қаралды 1,3 М.
azeri klarnet Elekber Esgerov(terekeme)...
2:47
boris le
Рет қаралды 7 М.
ƏLƏKBƏR ƏSGƏROV - POPURRİ - 3-ci hissə
19:38
ALEKPER ASKEROV
Рет қаралды 1,2 М.
РЕКОНТРА (сезон 2, еп.7) - Няма човек - няма проблем!
1:53:11
Левски на Левскарите
Рет қаралды 594
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН