No video

Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - APA TV

  Рет қаралды 2,019

APA TV

APA TV

Күн бұрын

#APATV #asanxidmət #lenkeran #Azərsu #Azəriqaz #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - APA TV
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Sayca 27 - ci olan “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir.
Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonunun Qurumba kəndində 2022-2023-cü illərdə inşa edilib. Mərkəz üçün ayrılmış 2,0 ha ərazidə 3 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb.
8 yanvar 2024-cü il tarixinədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil edir.
Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək və burada 214 əməkdaş və 40 könüllü çalışacaq.
Vətəndaşlarımızın Dövlət Xidmətlərinə əl çatanlığı üçün yaxın vaxtlarda işğaldan azad olunan rayonlarda da ASAN xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, yanvar ayının 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi X səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Azerbaycan LENKERAN PAZAR Fiyatları?
18:37
Uğur Ulusoy
Рет қаралды 356 М.
Lənkəranda "ASAN Xidmət" mərkəzi açıldı
3:05
REAL TV
Рет қаралды 337
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44