Əli Kərim-İki sevgi

  Рет қаралды 72,080

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

3 жыл бұрын

#xezersuleymanli #sabiraabdullayeva #ikisevgi
şeir: Əli Kərim
Sabira Abdullayeva
Xəzər Süleymanlı
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz - deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə...

Пікірлер: 328
@alikerim9216
@alikerim9216 3 жыл бұрын
Əli Kərimin nəvəsi kimi bu ifanı çox bəyəndim. Uğurlar və təşəkkürlər!
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Şərəf verdiz. Var olun! 🙏🏻💞
@allazaydamirli515
@allazaydamirli515 3 жыл бұрын
Vallah sizin ifanızda şeir dinleyende menim ruhum dincelir Allah size can sağlığı versin XEZER SÜLEYMANLI sesinize qüvvet
@gulnarsahibzade2685
@gulnarsahibzade2685 3 жыл бұрын
@@XezerSuleymanli bir sade vetendaw kimi ifalarinizi cox beyenirem..Ugurlariniz bol olsun 🙏
@ismayilhuseynov3554
@ismayilhuseynov3554 2 жыл бұрын
Super.Orta məktəbdən bilirəm bu şeri👍
@deryaderya9514
@deryaderya9514 2 жыл бұрын
Allah rəhmət eləsin gözəl şairimizə
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Dostlar, hər birinizə təşəkkür edirəm. Bu günə qədər mən sizə öz zövqümcə, öz ideyalarımla işlər təqdim etmişəm. Kimsə bəyənə də, bəyənməyə də bilər. Amma nəzərə alın ki, bu günə qədər mən öz zövqüm və düşüncələrimlə az-çox sizin sevginizi qazanmışam. Yeniliklərə hazır olun. ☺️ Varlığınıza şükür.
@zhrayadigarli2984
@zhrayadigarli2984 3 жыл бұрын
Sizinde varliqıniza şukür olsun bizi bele şeirlərlə sevindirirsiz var olun
@prvizbilov8953
@prvizbilov8953 3 жыл бұрын
Cox sevirik sizi sesinize quvvet sebirsizlikle yeni seirlerinizi gozluyuruk💞
@br.emma132
@br.emma132 3 жыл бұрын
Хезер бей мен сизи россиядан излийирем.Бутун ифаларынызы бейенирем,амма инчимейин бу ифанызы бейенмедим.Тек ифа етсаниз даха яхшы олар менче.
@narmin685
@narmin685 3 жыл бұрын
Salam can balam bu kimdi💙♥️🥰
@fidanelekberova4589
@fidanelekberova4589 3 жыл бұрын
Sevilirsiz🙂
@zks_73
@zks_73 3 жыл бұрын
"Mən səni sevirəm..." deməyə gecikən oğlan özünü də,onun sevgisini gözləyən qızı da BƏDBƏXT edir.Gecikməyin, təslim olmayın,XOŞBƏXT olun və XOŞBƏXT edin,oğlanlar.
@anaranarh1467
@anaranarh1467 3 жыл бұрын
Insan bir defe gec qalir ve sonra hecneye telesmir
@hilalerecebova2615
@hilalerecebova2615 7 ай бұрын
​@@anaranarh1467beli tam doğrudur.İnsanlar bezen qızılgül arxasınca qaçanda, ayaqlarının altınde ezilelen lalelerin ferqine bele varmazlar.
@natiqmustafayev461
@natiqmustafayev461 Жыл бұрын
Ə. Kərimin "iki sevgi", "o qıza" şerlərini dinləyən hər bir adam bu insanın sadəcə dahi biri olduğunu və belə ilahi hisslərə malik olan bir şəxs olduğunu söyləyə bilər.....! Allah rəhmət eləsin!
@elebele3994
@elebele3994 3 жыл бұрын
Uşaqlığımın şeiri.o günlere qayıtdım😔
@abdullaabdullayev9221
@abdullaabdullayev9221 3 жыл бұрын
Hər qiz bu seirdəki qədər saf təmiz sevilseydi nə bu qədər gözü yasli sevgi əzabi cəkən qadin olardi ,nədə bu qədər dagilan ailəler...ehh....kaski ....cox heyif...
@ismayilhuseynov3554
@ismayilhuseynov3554 2 жыл бұрын
Orta məktəbdə keçmişdik gözəl şerdi👍
@Rebbine_dogru
@Rebbine_dogru 3 жыл бұрын
Bu şeirin həmişə tək deyilmiş versiyasını dinləmişik. Mənə isə bu daha çox ləzzət etdi. Səsiniz daim ucalardan gəlsin 🌹
@AsefSefixanli
@AsefSefixanli 3 жыл бұрын
Ses tonlari ve uyuşum tamdı və duetleriniz davami sebrsizlikle gözleyirem klip şəklində ,səsinizdə studiya şeraitinde🥰
@raufnagiyev3380
@raufnagiyev3380 3 жыл бұрын
A.Y.E
@masumajabiyeva1986
@masumajabiyeva1986 3 жыл бұрын
Daha hec nə demirəm Nöqtə..nöqtə və nöqtə. Əla əməyinizə sagliq👍👏
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 3 жыл бұрын
Əli Kərimin cox sevdiyim bir şeri. Xəzər bəy səsinizin tonu bu şeri daha təsirli edib.Allah bu səsi bizə cox görməsin.Dinləməkdən yorulmur insan.Cox yaşayın. 💖
@faridamamedova9383
@faridamamedova9383 3 жыл бұрын
Bu şeir mənə məktəb vaxtlarımı xatırlatdı.İstər istəməz dinləyə dinləyə üzümdə hüzünlü bir təbəssüm yarandı...
@tellishabanova1033
@tellishabanova1033 3 жыл бұрын
Həmişəkikimi möhtəşəm bir şeirdir uğurlar xəzər bəy
@limanszhayeller5493
@limanszhayeller5493 3 жыл бұрын
Xəzər bəy romantik filmdə çəkilsə çox gözəl alınar. Bu filmi görməyi çox istərdim.
@zerifuser696
@zerifuser696 3 жыл бұрын
Bir Qadin Senì.Dualarna qatacaq qeder sevirse Onun qedrini Bilmelsen !!!😞🙁
@yaghmurluroya8358
@yaghmurluroya8358 3 жыл бұрын
😞😢
@zerifuser696
@zerifuser696 3 жыл бұрын
@@yaghmurluroya8358 😔
@LEYLA-gp8mr
@LEYLA-gp8mr 3 жыл бұрын
😔
@ayselorucova5047
@ayselorucova5047 3 жыл бұрын
Sade heqiqet!
@zerifuser696
@zerifuser696 3 жыл бұрын
@@ayselorucova5047 🙏😞
@aytenqafarova7786
@aytenqafarova7786 3 жыл бұрын
Möhteşem bir Xezer Süleymanlı ifasi😍
@eskinbahadirov5193
@eskinbahadirov5193 2 жыл бұрын
Gözel ikilidi başka şeirlerde görmek istiyerdik
@esgerliferide6098
@esgerliferide6098 3 жыл бұрын
Allah heçkimi sevgisiz qoymasin sevgi gozel hissdi
@nergizrehimov9776
@nergizrehimov9776 3 жыл бұрын
Həmdə çox
@sennamoglu3681
@sennamoglu3681 3 жыл бұрын
Neguzel konusuyorsunuz👏🏻🧿dinledikce dinleyisimin gelmesi🧿
@zehraqehrmanova1960
@zehraqehrmanova1960 3 жыл бұрын
Çoox sevdiyim şeirlərdən biri. Təşəkkürlər.
@edikedu4891
@edikedu4891 3 жыл бұрын
Romantik baxışlar Xəzər bəydə))xanımda şıltaqcasına sevənlər kimi baxır))mini səhnəuə baxdım sanki.Tşklərrrr
@bakcell2018
@bakcell2018 3 жыл бұрын
Șeirleri çox sevirem, ama seslendirenden asılı olaraq sevirem ve siz o qeder zövq oxșayan parçalar seçirsizki🤤🤤🤤teșekkur edirik 🙏
@Qafarov-nu4pu
@Qafarov-nu4pu 3 жыл бұрын
cox gozel alinib.iki seveni canlandrmsz.esasda xezer bey sizin baxiwlarniz muhdewem.me sizin fanatnzam ta 2013 ilden .kulekler weherile bawlad heyranlgim
@prvizbilov8953
@prvizbilov8953 3 жыл бұрын
Her bir seiriniz qelbe toxunur hiss ederek seslendirirsiz tesekkurler Allah sizi qorusun .
@maarifismayilov7325
@maarifismayilov7325 3 жыл бұрын
Xanimla çox gozel alinib duet uğurlar Allah qorusun sizleri ! Xezer bey men sizin sesinizin vurgunuyam bele gozel şeir soylemek olar mukemmel ses insana huzur veren ses saatlarca qulaq assam yene bezmerem o qeder gozel ehsen 👏👏👏👏
@a__3746
@a__3746 3 жыл бұрын
Gözümü bağlayan yolum kəsən Hər adi şeylərdən inciyən küsən Korsan,,yuxulusan ,sərxoşsan nəsnə Səni sevdiyimi niyə görmürsən axı 🥀🥀🥀🥀🥀👏
@qumrumamedoffa4572
@qumrumamedoffa4572 3 жыл бұрын
Səsiniz,əməyiniz hər zaman yüksəkdə olsun.mən sevdim bu dueti.xanımın səsi də,özü də ürəyə yatımlıdır☺
@ayselorucova5047
@ayselorucova5047 3 жыл бұрын
Cox gozel.sanki tamasaya baxdim,tesekkur edirem,ureyinize emeyinize sagliq👍❤
@elsenesedov8199
@elsenesedov8199 3 жыл бұрын
Əsl sevənlər qovuşası olsaydı, Çox ailələr dağılardı...
@canvetenim7903
@canvetenim7903 3 жыл бұрын
Güzel şiir.İfa da mükemmel.Beyendim.Çok uyumlu sesler.Teşekkürler.💕
@gulshenhuseynova6917
@gulshenhuseynova6917 3 жыл бұрын
Sozun bitdiyi an cox gozel şeirdi..
@sems_7329
@sems_7329 3 жыл бұрын
Üreyım gedır sizden otru. Xezer bey Allah sıze kımek olsun
@fexrendecalalova4580
@fexrendecalalova4580 3 жыл бұрын
Hər dəfə dinlədikcə o qədər zovq aliram ki.Necənci şərhimdi blmrm.Bir daha təsəkkur edirəm.Hissləri sozlərə belə gözəl cevirə bilənlərə əhsən.Var olun.
@semerkandibrahimova8318
@semerkandibrahimova8318 3 жыл бұрын
Çox gözəl iki insanın səs uyumu... 🎶 Xəzər bəy videonun sonunda qadına necə aşiq gözlərlə baxdınız...♥ Arxaya çəkib təkrar-təkrar izlədim o qədər gözəl idi düyetiniz.
@Nailia89_97
@Nailia89_97 3 жыл бұрын
Surerrrr👍 heyran qaldim...
@aysel717
@aysel717 3 жыл бұрын
"O"nun da dediyi kimi "Mükəmməl".
@aysel717
@aysel717 3 жыл бұрын
Mən olsaydım ağlayardim hönkür-hönkür.
@zhrayadigarli2984
@zhrayadigarli2984 3 жыл бұрын
Super seçim səs bir birin tamamlayır əlbəhə vatçapda paylaşıram yeni şeir çixan kimi
@gunayramazanova6306
@gunayramazanova6306 3 жыл бұрын
təkrar təkrar qulaq asdıqca ağlayıram
@uzagyollardabirqubal8863
@uzagyollardabirqubal8863 3 жыл бұрын
Gözəl qız la duetlərin davamı pleaaaaaas🤗🤗🤗🤗👍👍👍👍👍👍
@sarahuseynzade1012
@sarahuseynzade1012 3 жыл бұрын
Nece gozel soylemisiz 😍 O qeder icden soylemisizki tesiri yan kecmir ...🥰🤩🥰
@lina.2683
@lina.2683 3 жыл бұрын
Əlinizə əməyinizə sağlıq. İlahi şeirdə toxunulan incə nüanslara aşiq oldum.
@aytac_aslanova97
@aytac_aslanova97 3 жыл бұрын
Mən inana bilmirəm bu şeiri indi gördüm və bir müddətdir ki, düşünürəm commentlərə yazıb xaiş edim bu şeiri səsləndirəsiz, o qədər cox istəyərdim ki, görəndəki bu şeiri səsləndirmisiz uşaq kimi elə sevindimki)) cox sag olun sanki qəlbimnən kecəni bilib ifa etmisiz) cox təşəkkür edirəm bu gözək şeir ancag bu səsdə bu qədər möhtəşəm ola bilərdi❤️
@seideqedirova933
@seideqedirova933 2 жыл бұрын
Zovqunuze soz ola bilmez ,superdir❤
@floratarverdiyeva2110
@floratarverdiyeva2110 3 жыл бұрын
Sağ olun Xəzər bəy əmək sərf etmisiniz.Səs həmişəki kimi möhtəşəm.Bəzi insanlar üçün nöqtə qoymaq o qədər asandı ki...
@zemineseferli562
@zemineseferli562 3 жыл бұрын
Gözəldi. Xanım da yaxşı deyir. Amma məncə solo ifanın yeri tam başqa. Ugurlar hər ikinizə.👏👏👏
@RM-sr8eh
@RM-sr8eh 3 жыл бұрын
Cox gözel sheir ve gözel ifa👍
@retromusicland4579
@retromusicland4579 3 жыл бұрын
Nə gözəl söyləmisiz Xəzər bəy məktəb vaxtından əzbərləmişəm bu şeiri😍
@sfahsnli5425
@sfahsnli5425 3 жыл бұрын
Allah Allah sözlərə bax 👌
@mhbbthmdova4756
@mhbbthmdova4756 3 жыл бұрын
Hə Bizim dövrümüzün ən gözəl sevgi etiraflı şerləri
@gulsanhuseynova125
@gulsanhuseynova125 3 жыл бұрын
Sizi dinledikce coox uzaqlara gedirem😢
@nergizrehimov9776
@nergizrehimov9776 3 жыл бұрын
Çox super şeir səsinizə qüvvət Allah sizi qorusun bizi bu möhtəşəm səsdən məhrum etməsin inşallah ❤️♥️💜😍👍👍👍👍👍👍👍👍👍👍👍
@cicekagabeyova4069
@cicekagabeyova4069 3 жыл бұрын
Neçə vaxtdır gözləyirdim bu şeiri.Təsəkkurlər
@eskinbahadirov5193
@eskinbahadirov5193 2 жыл бұрын
Çox yaraşdilar çox da gözel söylediler🥰
@afetazrqz3193
@afetazrqz3193 3 жыл бұрын
Şeir, səs və o baxışlar, jestlər. Həqiqətən, nöqtə, nöqtə və nöqtə...❤
@kamalkamalov703
@kamalkamalov703 3 жыл бұрын
Deli shahir ulan adam sanki qelbimizi bilir halalfi sair minnetdaram
@asefnesrullayev9023
@asefnesrullayev9023 3 жыл бұрын
Sevgi qaranlıqda axdardigim işiqdi.
@sehrinsuleymanova5258
@sehrinsuleymanova5258 3 жыл бұрын
Bir anda gercek sandım.Möhtəşəmsiniz Xəzər.
@bolghacyeva4739
@bolghacyeva4739 3 жыл бұрын
xərər bəyi qısqananlar nə çoxdu qızla şerin bəyənməyənlər tək ifa istəyənlər (əladı fikirlər müxtəlifdir ))
@lamiyesukurlu2674
@lamiyesukurlu2674 3 жыл бұрын
Qısqanırıq öz yerində.Amma burda tək xanımlar deyil, bəylər də etirazını bildirir.
@sonik7927
@sonik7927 3 жыл бұрын
O ise meni sevir yaraşıq seven kimi😔😔
@nazturksoy1335
@nazturksoy1335 3 жыл бұрын
Şeir çox gözəldi .Sizlərin ifasında daha da gözəlləşib .
@alialiyev7255
@alialiyev7255 3 жыл бұрын
Cox mohtesem bir ifa ugurlar arzulayiram
@peri3317
@peri3317 3 жыл бұрын
Bezen istəməsək de o nöqteni qoymaq lazımdır... O nöqtə ki, arxasında o qeder suallar var,insani yeyib bitirir.😔
@leylaorucova6394
@leylaorucova6394 Жыл бұрын
Çox gözəl səsləndirmisiniz. Hər ikinizə təşəkkür. Mimikalar da👍🏻
@metbeximiz
@metbeximiz 3 жыл бұрын
Var olasiz sizi....Severek izleyirem sizi Allah dayima kömeyiniz olsun🙏🙏🙏🙏🙏🙏
@nicatnigar5985
@nicatnigar5985 3 жыл бұрын
Axirda Xezer Suleymanlinin xanima baxislarii.....
@sevdaselim8617
@sevdaselim8617 3 жыл бұрын
Cox Gozel Alinib..Sesinize Sagliq..
@drmehdislimli
@drmehdislimli 3 жыл бұрын
Sanki film izledim,mukemmel👍
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
Sevgi cox gozeldi ama qovusmamaq cox pis
@gunesnur7883
@gunesnur7883 3 жыл бұрын
Nə gözəl oxuyursunuz əladı Daşkəsən bizin yaşadığımız yerdi
@Madynam7
@Madynam7 3 жыл бұрын
Bu qədər incə bir şeiri bizə heç kim ithaf eləməz amma çox gözəlsiz siz ❤️
@Madynam7
@Madynam7 3 жыл бұрын
Vefa Denizli bura da gelib chixmisiz uje 😂😂😂😂
@Retrocars222
@Retrocars222 3 жыл бұрын
Coox saolun bu gozel eserleri canlandirib ifa etdiyiniz ucun
@cemilerzayeva714
@cemilerzayeva714 3 жыл бұрын
Men de çooox sevdim ifalarin her ikisini dr👍
@zerishka
@zerishka 3 жыл бұрын
İnanın, ürəyimin simləri titrədi... Minnətdaram, bu gözəl ifa üçün...
@ghfrafee369
@ghfrafee369 3 жыл бұрын
mənsə səni sevirəm iynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi ❤️
@natellazeynalova161
@natellazeynalova161 3 жыл бұрын
Aaaaaaw. Ne sirin. Umid dolu video seher-seher! Thanks 👍
@hmiyyyusif5192
@hmiyyyusif5192 3 жыл бұрын
Çox mükəmməldir, çoox..🤍
@fexrendecalalova4580
@fexrendecalalova4580 3 жыл бұрын
Sadəcə mohtəsəm.👍👍👍💖
@sevinc3716
@sevinc3716 3 жыл бұрын
Gözəl qız sən saf susan Nöqtə,nöqtə və nöqtə🌸
@esgerliferide6098
@esgerliferide6098 3 жыл бұрын
çox gozel şeirdi👍
@user-cq5ex9vu6c
@user-cq5ex9vu6c 3 жыл бұрын
Çox gozel şeirdi👍
@aytacahmedova4692
@aytacahmedova4692 3 жыл бұрын
Normalda xanımlarla olan şeir gördükdə tədirgin oluram qorxa qorxa açıram dinləməyə ki səs diksiya pis olacag deyə))amma bu xanımın ses tonu çox gözəldir.Sizə isə söz yox.Ugurlar❤
@KaMMak.
@KaMMak. 3 жыл бұрын
👍 2dəqiqəlik ifanızla bir film təsiri yaratdız ! əhsən!👏
@raminahmed4597
@raminahmed4597 3 жыл бұрын
Romantik və bir o qədər də kədərli❤❤❤
@aygulava141
@aygulava141 3 жыл бұрын
Eynen menim heyatim noqte noqte noqte...
@khayala793
@khayala793 3 жыл бұрын
Woow Sesss👌👌 xezer suleymanli weirleri heyatimizn bas ucunda😍👌
@zerifuser696
@zerifuser696 3 жыл бұрын
Xezer bey sizi seven fanatlarnizin werhlerni beyenin Mùmkunse 🙏👍👍
@sabinasalmanova8914
@sabinasalmanova8914 3 жыл бұрын
Gözlərdə yaşaram son ümid kimi sevdim...
@aygunagakishiyeva4229
@aygunagakishiyeva4229 3 жыл бұрын
Hər şeyə nöqtə, nöqtə və nöqtə...
@MrsAytn
@MrsAytn 3 жыл бұрын
Çox möhtəşəm.🤍🌻
@gozelabdur2795
@gozelabdur2795 3 жыл бұрын
Teşekkurler Xezer bey !!!Her ifanizda soylediyiiz ne varsa yaşadirsiz insana .....
@vilayatdadasov9324
@vilayatdadasov9324 3 жыл бұрын
Çox sağ olun Xəzər bəy hər zaman dinliyirəm sizi çox sevirəm şerlərinizi
@vilayatdadasov9324
@vilayatdadasov9324 3 жыл бұрын
Çox sağ olun həmişə var olun
@talehnasib175
@talehnasib175 3 жыл бұрын
1 Sentyabr 2020 New Yorkdan salamlar!!!
@mhbubaxundzad377
@mhbubaxundzad377 3 жыл бұрын
Xəzər🌊❄
@sahinpasa4700
@sahinpasa4700 3 жыл бұрын
çox gözel alınıb, davamı gəlsin
@omerhuseynov5148
@omerhuseynov5148 3 жыл бұрын
Ses huzur🌹
@l_m_n
@l_m_n 3 жыл бұрын
Həqiqətən də möhtəşəm.Davamı olsun amma
@diladila3192
@diladila3192 3 жыл бұрын
Menimi anlatmısız ?! Hemişe olduğu kimi yenede yaratmısız. Ehsen 🖤❤️
@SB-fy6sr
@SB-fy6sr 3 жыл бұрын
Çox gözəl ürəyinizə ağzınıza sağlığ👏👏👏👏
@zerifebabayeva5012
@zerifebabayeva5012 3 жыл бұрын
Salam her kese xeyirli axwamlar.Xezer bey yene apardi bizi kelmeleriyle harasa uzaqlara...ruhumuzun azadliq tapdiqi ve xowbext olduqumuz o yerlere..
@esmirakazimova1140
@esmirakazimova1140 3 жыл бұрын
Superdir
@yaqutmesimova8893
@yaqutmesimova8893 3 жыл бұрын
Uğurlu olsun Xəzər ,🤲🤲🤲bəy ,mən inanmıram bu qədər gözəl ifalar sadəcə şeir kimi söylənilsin qəlbinin ağılının dərinliyində bu hissləri nə zamansa yaşamısınız ,yada indi yaşayırsınız, o qədər ❤dən söyləyirsinizki elə ona görədə ifalar bu qədər super alınır
İlqar Fəhmi-Nağıl danış mənimçün
2:29
Xəzər Süleymanlı
Рет қаралды 69 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 111 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 92 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 11 МЛН
Əli Kərim
2:32
ARB Media
Рет қаралды 436
Darıxmışam sənin üçün... | Xəzər Süleymanlı #eşqqırıntısı
1:28
Əli Kərimlinin gözəl toy təbriki və möhtəşəm rəqs
14:39
Tezexan Mirelemli
Рет қаралды 413 М.
Kenan Berdeli Esitdim Evlisen Rekord Qiran Sevgi Seiri Super Xalqin Sairi 2018
5:34
Kenan Berdeli Official
Рет қаралды 1 МЛН
Xəzər Süleymanlı-Onda biləcəksən mənim sevgimi
3:52
Xəzər Süleymanlı
Рет қаралды 365 М.
Sənətkar Ömrü- Əli Kərim
46:07
Gülşən Əkbər
Рет қаралды 3,6 М.
Xəzər Süleymanlı-Gəl, sevgili olmayaq
1:03
Xəzər Süleymanlı
Рет қаралды 142 М.
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 919 М.
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 203 М.
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 117 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 934 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 246 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 3,8 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 69 М.