"İlin üç ayını "süd orucu" tutarlar" - Malakanları Rusiyadan kim və niyə qovub?

  Рет қаралды 213

Bizim Yol

Bizim Yol

11 ай бұрын

Onların özlərinə məxsus dini ritualları var: üç ay "süd orucu" tutarlar, yəni üç ay boyunca sadəcə süd içərlər, digər xristianlar kimi üzərlərində xaç gəzdirməzlər və müsəlmanlar kimi namaz qılıb, ibadət edərlər. Söhbət Azərbaycandakı etnik azlıqlardan biri olan malakanlardan gedir.
Qobustan rayonunun Xilmilli kəndində yaşayan bu etnik azlıq hələ də öz varlığını, adət-ənənəsini qoruyub saxlamağa, yaşatmağa davam edir. Bölgəyə səfərimiz zamanı bizə bələdçi olan və suallarımızı cavablandıran tarix müəllimi Əlfi Orucov 1983-cü ildən bəri bu kənddə malakan əhali ilə birgə yaşayır. Əlfi müəllim deyir ki, sovet vaxtı onun təyinatı bu kəndə verilib, daha sonra o, öz həyatını malakanların yaşadığı Xilmilli kəndində davam etdirib: "Vaxtilə bu kənddə əhali sıxlığı və yeddi yüzdən artıq təsərrüfat olub. Kəndin böyük qismini malakan camaatı təşkil edirdi. Mən bu kəndə bir müəllim kimi təyinatla gəlmişəm. Malakan camaatının Azərbaycana köç etmələri barədə tarixdə maraqlı məlumatlar var. Xilmilli camaatının özü bu bölgəyə 1945-ci ildən sonra gəliblər, ancaq onların Azərbaycana ilk köçü 1835-ci ildə başlayıb. İlk dəfə Altıağaca köçüblər. Təqribən bura yeddi min ailə köç edib. Biz malakan əhali ilə uzun zamandır qaynayıb-qarışmışıq, onlar bizim, biz də onların xeyir-şər işlərində daimi iştirak etmişik, indi də edirik. Azərbaycan olaraq bizim nə qədər tolerant xalq, dövlət olduğumuz hər kəsə məlumdur. Azərbaycanda tolerantlığa ən yaxşı nümunə elə malakanların Qəbələdəki dini icmaları, elə bizim bu Xilmilli kəndinin özüdür".
Əlfi müəllim bildirib ki, malakan camaatı ilə dini ibadətlərimiz bir-birinə çox yaxındır, ancaq onlarda fərqli bir oruc növü var: "Malakanlar ilin üç ayını "süd orucu" tutarlar və bu müddət ərzində süddən başqa heçnə yeyib-içməzlər. Tarixi məlumatlara görə, "Malakan" adı da məhz buradan - rus dilindəki "moloko", yəni "süd" sözündən gəlir. Digər bir tarixi məlumata görə isə Rusiyadan qovulan bir qrup malakan dəstəsi, hansı ki, onlara bidətçilər deyirdilər, Volqa çayının bir qolunu keçərkən çoxusu batır. Çara xəbər çatır ki, cənuba doğru hərəkət edən əhalinin əksəriyyəti çayda batdı. O da "malakanuli!" yəni "az batıblar, gərək hamısı batardı" anlamında bir ifadə işlədib. Bu ifadənin də malakanların adı üzərində rolu olduğu qeyd edilir".
Mətin Şükürlü, Bizimyol.info
Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz.
Whatsapp: +994 50 498 73 68
"Bizim Yol" qəzetinin və "Bizimyol.info" saytının rəsmi hesabları:
Bizim Yol" - www.bizimyol.info
Facebook - / bizimyolinfo
Twitter - / bizimyolinfo
KZbin - / bizimyolinfotv
Instagram - / bizimyolinfo
Bizi izlədiyiniz üçün təşəkkürlər.

Пікірлер: 1
@hasanilhan781
@hasanilhan781 4 ай бұрын
👍👍👍👍👍👍
DMX əməkdaşlarının Xilmilli kəndində görüşü Xəzər TV efirində 20.11.14
1:46
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Рет қаралды 3,4 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 19 МЛН
Rusiyanın Volqoqrad vilayətində dəhşətli hadisə
33:47
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevin Xalqa ilk müraciəti
14:40
Şamaxı , Qonaqkənd kəndi
2:41
Şamaxı ws
Рет қаралды 1,8 М.