Ölkəsindən ayrı düşdü, oğlu intihar etdi, İranın ilk taclı qadını oldu - Şahın azərbaycanlı xanımı

  Рет қаралды 8,190

Kulisaz

Kulisaz

2 жыл бұрын

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Ata babası XIX əsrin sonlarında Qacarlar dövlətinin Çar Rusiyasındakı səfiri olub. Qızlıq soyadı Diba olan Fərəh zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir.
Fərəh həmin günləri belə xatırlayır: “Mən şahı ilk dəfə 1959-cu ildə İranın Parisdəki səfirliyində təşkil edilmiş qonaqlıqda gördüm. Mən o vaxtlar memarlıq ixtisasında təhsil alan tələbə idim. Şahla görüşəndə özümü dünyanın ən xoşbəxt qadını hiss etdim. Aramızda bir neçə dəqiqəlik söhbət baş tutdu. Şah mənim memarlıq ixtisası üzrə təhsil almağımdan dərin təsirlənmişdi. Yadımdadır ki, şahın gözləri yaşarmışdı.
Sonra dostlarım mənə dedilər ki, mən mərasim zalından çıxarkən o, arxamca sonuna qədər baxıb. İlk görüşümüzdən 1 həftə sonra şah məni saraya dəvət etdi. Qonaqlar gedəndən sonras o, mənim yanımda əyləşib məndən soruşdu:
“Mənim həyat yoldaşım olmaq istəyərsiniz?” Bu sualı eşitdikdə ürəyim şiddətli döyünməyə başladı. Təkcə deyə biləcəyim şey “bəli” idi. Sonrakı illər ondan soruşdum - nə üçün məni seçdin? Təbəssüm edərək cavab verdi ki, çünki sən saf və təmiz qəlblisən”.
21 yaşlı tələbə Fərəhlə 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutur. Fərəh Pəhləvi İranın sonuncu şahının üçüncü arvadı olur. O, 7-ci əsrdə ərəb istilasından bəri İranda tac almış ilk imperatriça idi. Şahın əvvəlki hər iki nikahı varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirir. Onların ümumilikdə dörd övladı, Rza Kir Pəhləvi, Firəngiz Pəhləvi, Əli Rza Pəhləvi, Leyla Pəhləvi dünyaya gəlir.
1967-ci ildə Fərəh Pəhləviyə tacqoyma mərasimi keçirilir. Ona şahbanu titulu verilir.
Fərəh ali təhsilli qadın olub. O, fars dilindən başqa, Azərbaycan, ingilis və fransız dillərini də bilirdi. Həmişə dəbli və zərif geyinib. Çoxları onu ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi ilə müqayisə edirdi. Fəaliyyəti sayəsində İranda bir çox muzey açılıb. Fərəh Mark Rotko və Cekson Pollok kimi sənətkarların sənət dünyasında o qədər də anlaşılmayan rəsmlərini alaraq diqqət çəkmişdi.
Ərinin yanında güclü nüfuzu olan Fərəh şahin diqqətini İrandakı qadınlara tərəf çəkir. Tezliklə qadınlar qarderobda gizlətdikləri Avropasayağı paltarlarını geyməyə başlayır, örtükdən, qapalılıqdan çıxırlar. Hətta şahbanunun təsiri altında olan şah “Playboy” jurnalının İran versiyasını da yayımlamaq fikrinə düşür.
Fərəh Pəhləvi 1972-ci ildə öz arzusu ilə SSRİ-i səfəri çərçivəsində Azərbaycana dəvət olunur. Sovet höküməti onun bu arzusuna “yox” deyə bilmir və Fərəh Azərbaycana gəlir.
Bakıda onun üçün möhtəşəm bir ziyafət təşkil edilir. 70-ci illər Sovet hakimiyyəti, sərhədlərin qapalı olduğu bir zamanda xaricə getmək, xüsusilə İrana getmək heç də asan deyildi. Məhz belə bir zamanda İran nümayəndəsinin, özü də Azərbaycan əsilli şah xanımının Sovetlərə səfəri maraqla qarşılanır. Soyuq qış ayları, qar altındakı Rusiyanı kəşf etmək həvəsi şahbanunu yenidən Moskvaya gətirir. 60-cı illərdə həyat yoldaşı ilə etdiyi rəsmi səfərdən fərqli olaraq, bu, “şəxsi” və şah olmadan edilən səfər idi. Sovet torpaqlarını gəzən Fərəh Pəhləvinin növbəti ünvanı Azərbaycan olur. Hamının onun haqqında bildiyi bir məqam var: O, azərbaycanlıdır, İran şahının arvadıdır. Azərbaycan gəlmək Fərəh xanımın arzusu imiş və bunu da Sovet höküməti yerinə yetirdi. Ona “yox” deyə bilmədilər və Azərbaycana gəldi.
Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələsgərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış edib.
Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat edir və ər-Rifahi məscidində basdırılır. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırır. Amma prezidentin qətlə yetirilməsi səbəbi ilə Fərəh və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollanır.
2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat edir. 2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verir. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da özünü güllə ilə vurur. Şah ailəsi bunu oğlunun bir iranlı kimi vətənindən kənarda qalması, atasının və cavan yaşda bacısının ölümü ilə əlaqələndirir.
Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur.
2003-cü ildə ”Şahla həyatım” adlı xatirə kitabı beynəlxalq bestseller olub.

Пікірлер: 13
@littleangel8554
@littleangel8554 Жыл бұрын
Cox zərif zövqlü xanimdir. Əsil mənada şahzadə xanim.
@emilrehimli6748
@emilrehimli6748 Жыл бұрын
Siz biraz yavaş danışa bilərsiz . Nitk danışığıyoxdu.
@user-xu5kc6pb6s
@user-xu5kc6pb6s 8 ай бұрын
MÜSƏLMAN DÜŞMƏNİ 🇮🇱🇺🇲ƏLBİR OLUB ÖLKƏNİ VİRAN QOYMALARINDAN DANIŞIN .İRAN ŞAHZADƏSİZ YOX DÜŞMƏNİN İRANDA DÜZƏTDİYİ "ŞAHZADƏ" CƏHƏNNƏMƏ VASİL OLDULAR ALLAH DİNİNƏ QARŞI ÇIXARAQ
@ehmedeliyev8871
@ehmedeliyev8871 2 жыл бұрын
Sahin 1-ci nigahdan 1 qizi olub o qadin yasayirsa 82 yasi olmalidir
@ilaheqasimova8167
@ilaheqasimova8167 2 жыл бұрын
Şahnaz Pəhləvi.Məncə yaşayır.
@littleangel8554
@littleangel8554 Жыл бұрын
Bəli bu yaxinlara qədər Amerikada yaşayirdi.
@Ritm3232
@Ritm3232 2 жыл бұрын
Her ikiside gorbagor olsun
@turkan5567
@turkan5567 Жыл бұрын
😂😂
@adenoid_hynkel_1940
@adenoid_hynkel_1940 Жыл бұрын
Kimlər?
@farid7593
@farid7593 Жыл бұрын
Xomeyni coxdan gorbəgordu Xaomi aganizda birazdan görbegör olacaq
@user-xh6iz9ht6f
@user-xh6iz9ht6f 3 ай бұрын
Qızıl qabda yeyib xalqı sionizmə qul edənlər
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevin Xalqa ilk müraciəti
14:40
Varisi olmadığı üçün İran şahının boşadığı Sürəyya
5:45
Belə belə İşlər
Рет қаралды 45 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Kimsəsiz ölən İran şahzadəsinin acı taleyi
4:16
Belə belə İşlər
Рет қаралды 185 М.
Selected Originals - Shah's Wedding (1959)
6:17
British Pathé
Рет қаралды 13 М.
Rıza Pehlevi Hürriyet'e Konuştu: Kimin Yanındasınız?
3:10