Müdafiə naziri “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib

  Рет қаралды 16,682

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

2 жыл бұрын

Müdafiə naziri “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günündə Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib.
Əvvəlcə müdafiə naziri və şəxsi heyət hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək xatirə və ehtiramlarını nümayiş etdiriblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən nazir şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların əhəmiyyətini xüsusi vurğulayıb, Milli Qurtuluş Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov çıxışında Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində müsbət istiqamətdə baş verən dəyişikliklərdən danışıb.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Türkiyəli peşəkar təlimatçıların da cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrdən ibarət sərgiyə baxış keçirib.
Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

Пікірлер
"Tərtər işi": Ləğv olunan hökmün cəzası
9:30
AzadliqRadiosu
Рет қаралды 72 М.
Sevir Sevmir 2.Bölüm
44:28
Komedi Group
Рет қаралды 824 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Fəlidən Doğru Xəbər #22 Roza Zərgərli (Tam hissə)
37:30
Dəniz Canavarları - Tam Hissə
34:04
ATV Media
Рет қаралды 4 М.
Xüsusi Təyinatlılarda Cəhənnəm həftəsi - Natiq Mehdiyev !
4:56
Motivator Azerbaijan
Рет қаралды 439 М.
Canpolad Qril Şirkəti | Komedixana 31-ci Bölümdən
20:52
Komedixana
Рет қаралды 291 М.
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib
2:28
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Рет қаралды 6 М.
Qız atası - Novruz bayramı (180-ci bölüm)
41:28
ATV Cinema
Рет қаралды 333 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН