Рет қаралды 586
Yay tətilini mütaliə zövqü ilə keçirmək istəyən, mütaliəsiz istirahət düşünə bilməyən şagirdlərimiz üçün kitab tövsiyəsi 📚
📕Məhəmməd Füzuli "Meyvələrin söhbəti"
🍎 🍐 🍒 🫐 🍋 🍇 🫒 🫐 🥭 🍊 🍏 🍑 🍓
📖 "Meyvələrin söhbəti" (Söhbətül-əsmar) Məhəmməd Füzulinin Azərbaycan dilində yazdığı alleqorik əsəridir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılan sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə bu əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə özlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir.
Yay tətilində bu kitabı oxumaq istəyən şagirdlərimizə xoş mütaliələr arzu edirək məktəbimizin 2"a" sinif şagirdlərinin təqdimatında Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təbiət qoynunda səhnələşdirdikləri əsəri təqdim edirik.
-------------
Rollarda:
Alim: Namaz Əmiraslanov
Çiçəklər:
Nərgiz: Nərgiz Kərimli
Lalə: Elay Məmmədzadə
Bənövşə: Günəş Qədimli
Qızılgül: Fatimə Sərdarova
Yasəmən: Zeynəb Əliyeva
Yasəmən: Fidan Bağırzadə
Meyvələr:
Alça: Banu Əliyeva
Gavalı: Cavidan Əhmədzadə
Gilas: Solmaz Namazova
Ərik: Mələk İsayeva
Alma: Nübar İsmayılzadə
Armud: Rasim Əliyev
Üzüm: İnci Süleymanova
Heyva: Mahirə Rzayeva
Narınc: Mələk Babayeva
Limon: Fatimə Hümbətzadə
Xurma: Ramiz Hüseynov
Badam: Həsən Həsənli
Nar: Gülcan Səfərəliyeva
Səsləndirdi: Banuçiçək Qarayeva
Göstərdiyi köməkliyə görə 2"a" sinifinin rəhbəri Mərhəmət Sadiqiyə və valideynlərə təşəkkürümüzü bildiririk.