Əməkdar artist doğulduğu kənddə torpağa tapşırıldı

  Рет қаралды 56,616

APA TV

APA TV

3 жыл бұрын

Əməkdar artist Baloğlan Əşrəfov doğulduğu Bədəlan kənd qəbiristanlığında, valideynlərinin məzarının yanında torpağa tapşırılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, 70 yaşında koronavirusdan vəfat edən sənətkarla pandemiyaya görə, xüsusi vida mərasimi təşkil olunmayıb:
Mərhum müğənninin dostu Firudin Səfərov deyir ki, sonuncu dəfə onunla danışanda yaxşı olduğunu deyib: “Dünən biz Baloğlanla, yaxın dostu İttifaqla canlı danışdıq. Dedi ki, çox yaxşıyam, düzəlmişəm. Bu gün səhər mən eşitdim, çox pis oldum, həddindən artıq. Baloğlan haqqında çox danışmaq olar. Gözəl səs, gözəl insan, ailə başçısı. Mən Baloğlanla ailə dostuyam. Özünün bir zarafatı var idi. Deyərdi ki, mən dünyamı dəyişəndən sonra mahnılarımın üstündə müğənnilər dava edəcək. Həqiqi elədir. Baloğlanın mahnıları şirindir, gözəldir. Özü də gözəl müəllim idi, ədəbiyyatçı idi, yazar idi. Gözəl mahnılar bəstələyirdi”.
Müğənni Cavad Rəcəbov da deyir ki. Baloğlanla danışanda ötən günlərə baxanda yaxşı olduğunu bildirib: “Mən dünən günorta çağı onunla danışmışam. Hətta səs yazısı da məndədir. Dedim: “Baloğlan, mənim ürəyim, necəsən qardaş?” Dedi: Cavad, ötən günlərə nisbətən yaxşıyam. Amma bir az halım yaxşı deyil. Dedi ki, mən 1 il efirlərə çıxmadım müəyyən səbəblərə görə, 1 ildən sonra gündə 3-4 verilişə getdim, orada mikrofonlardanmı, nədənsə bu bəla gəldi, tutdu məni. Baloğlan haqqında mən dəfələrlə sözümü demişəm efirlərdə. Baloğlanın qiymətini Azərbaycan xalqı verib”.
Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallı rayonunun Bədəlan kəndində doğulub. O, Azərbaycanın demək olar ki, bütün rayonlarında keçirilən el şənliklərində öz məlahətli səsi ilə mahnılar ifa edib. Həmçinin dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB ölkələrinin böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
Sənətkar yaddaqalan ifaları və bəstələri ilə yanaşı, xeyirxahlığı ilə də tanınırdı. Dəfələrlə aztəminatlı ailələrin toy mərasiminin keçirilməsinə kömək edib.
2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli

Пікірлер: 53
@fatmamemmedova4086
@fatmamemmedova4086 3 жыл бұрын
Allah o dünyasını cənnət məkan eləsin inşaallah
@ilkinmemmedov3924
@ilkinmemmedov3924 3 жыл бұрын
allah rəhmət eləsin 🌹🌹🌹🌹🌷🌷🌷
@sevdamusdafayeva2216
@sevdamusdafayeva2216 3 жыл бұрын
Coox üzüldüm....Baloglan Əşrəfov Azərbaycanın sevimlisi idisə niye belə dəfn edildi....Heyif sizdən 😪
@user-kr5pr8lj4f
@user-kr5pr8lj4f 3 жыл бұрын
Korona adıyla vəfat etdi deyə icazə verilmir,yoxsa bütün Cənub ora yigisardi. Həmdə dəfninin tam görüntüsü yayimlanmayib elə bir iki kadr gosterilir.Allah rəhmət etsin o xalqının artisti ,qəlblərin sevimlisi idi...
@xdicfatim8501
@xdicfatim8501 3 жыл бұрын
İnsanlar çox olan yerləri karantin qaydalarına görə çəkmək doğru olmazdı.Həm insanların bir yerə toplaşmasınada icazə verilmir ona görə
@xzangulniftalyeva6505
@xzangulniftalyeva6505 3 жыл бұрын
Allah rəhmət eləsin.
@natavanesedova4876
@natavanesedova4876 3 жыл бұрын
COX ÜZÜLDÜK HEYF SİZİN KİMİ SƏNƏTKARLARDAN COX MƏDƏNİ COX ZİYALI COX HƏYALI BİR İNSAN ALLAH RƏHMƏT ELƏSİN
@user-oi5jw7ub2h
@user-oi5jw7ub2h 3 жыл бұрын
ALLAH QENI QENI REHMET ELESIN MEKANI CENNET OLSUN GOZEL INSAN
@leyliabdullayeva6274
@leyliabdullayeva6274 3 жыл бұрын
Allah rehmet elesin 😢gözel insan rahat yat sirin sesini unutmarug
@sadiqkarimov8135
@sadiqkarimov8135 3 жыл бұрын
Ne gőzel muģeniler rehmetik Menmedbaģir bagirzade allah rehmet elasin Mehebbet kazimov allah rehmet elasin Baloģlan əşrəfov allah rehmet elasin mekanari cenet olsun inşallah xalq olarin qiymetin helbete verib 5555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555
@talibhasanov875
@talibhasanov875 3 жыл бұрын
Tolikə deyin "rahat" olsun, qəbri üstünə gül düzüldü. Allah Baloğlana Rəhmət eləsin. O özü elə gül idi. Baxın nə qədər Allah Rəhmət Eləsin kəlmələri apardı. Bax əsil gül budur. Əməl, əməl,əməl!
@arifmehmanova5539
@arifmehmanova5539 3 жыл бұрын
Yatdığınız torpağa soyuq məzarıniza qurban olum gözəl səsli sənətkar 🥀🥀🥀🥀😪😪😪😪😪
@esmrahumbtova6630
@esmrahumbtova6630 3 жыл бұрын
Allah sənə rəhmət elısin gözəl sənətkar çox üzüldüm😓😓😔😔😔😢😢😢
@alischannel9769
@alischannel9769 3 жыл бұрын
Allah rəhmət olsun məkanı cənnət olsun! Sizləri heçvaxt unutmayacağıq!Həqiqətən çox üzüldüm
@rhimova2334
@rhimova2334 3 жыл бұрын
Allah rəhmət eləsin tay nə eləmək olar.Bidə Allah rəhmət eləsin 😭😭😭😭
@xatirmmmdova593
@xatirmmmdova593 3 жыл бұрын
allah rəhmət eləsin ruhu şad olsun yeri cənət olsun cox heyif
@LentAzOfficial
@LentAzOfficial 3 жыл бұрын
Allah rehmet etsin
@afsanasamadova4319
@afsanasamadova4319 3 жыл бұрын
ALLAH REHMET ELASIN.RUHU WAD OLSUN.XALQ ARTISTI ADINA LAYIQLI INSAN IDI.
@user-dw2wk3gn2t
@user-dw2wk3gn2t 3 жыл бұрын
ALLAH REHMET ELESİN DEYERLİ SENETKARİMİZİ😭 ( COVID-19)Allah seni yer uzunen yox elesin. 😭
@user-dw2wk3gn2t
@user-dw2wk3gn2t 3 жыл бұрын
“Amin insAllah Ya Rebbim ☝ ”
@5yaslnurayslimova627
@5yaslnurayslimova627 3 жыл бұрын
Allah rəhmət eləsin 🥀🥀🥀😢😢😢😢
@imamlimmmdov9725
@imamlimmmdov9725 3 жыл бұрын
Allah rəhmət eləsin😪
@user-hz3yy2yc6z
@user-hz3yy2yc6z 3 жыл бұрын
Аллах рахмат элясын 🙏🙏🙏😢😢😢😢🙏🙏🙏
@fikretveliyev2826
@fikretveliyev2826 3 жыл бұрын
Allah rehmet eylesin! Xalqin sevimlisiydi.
@bakixeberklip
@bakixeberklip 3 жыл бұрын
Salam, gündəlik işləyən insanlar həftə sonları zülm çəkirlər. Nazirlər kabineti gündəlik işləyən adamları düşünmür. Ramazan bayramı günlərində avtobus lar işləməyəcək. İnsanlar nə etsinlər?.. Bu vəziyyət dözülməz həddə çatıb. Nazirlər kabineti gündəlik işləyən insanları saymır. Zəhmət olmasa bunu nəzərə alın və həftə sonları avtobuslar işləsin. Hamının imkanı yoxdur ki, taksiyə pul versin. Gündəlik işləyən insanların maddi durumu yaxşı deyil. Qazandıqlarını da taksiyə versə vəziyyət daha da pisləşir. Həftəsonu yaxınlaşdıqca vətəndaşlar çox narahat olur. Sizdən xahiş edirəm ki, Şənbə, Bazar avtobuslar işləsin.
@ibretbabazade7569
@ibretbabazade7569 3 жыл бұрын
Düzdür vəziyyət çox piddir
@azerbaijan9221
@azerbaijan9221 3 жыл бұрын
Allah rehmet elesin
@user-lz5iw3sk1o
@user-lz5iw3sk1o 3 жыл бұрын
АЛЛАХ РАХМАТ ЕЛАСИН,,,
@miriyevmiryusif4708
@miriyevmiryusif4708 3 жыл бұрын
cox eyuf dunyadan yaxslar kocur Allah remet elesun
@hlibeytasiqi2805
@hlibeytasiqi2805 3 жыл бұрын
SADƏ İNSAN SADƏLİYİ SEVƏR. İSTƏR DƏBDƏBƏLİ İSTƏR SADƏ HAMI 2 METRLİK QƏBRƏ QOYULACAQ. UCQAR KƏND YERİDİ. SRAZ YAZIRLAR QƏBRİN ÜSTÜNDƏ GÜL YOXDU. GÜLDƏ OLACAQ QƏBİRDƏ DÜZƏLƏCƏK AMMA ÖZÜ GƏLMƏYƏCƏK BİRDƏ. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@gizemavclar7146
@gizemavclar7146 3 жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@user-oo3he6qe3m
@user-oo3he6qe3m 3 жыл бұрын
Allah geni geni rehmet eylesin, mekani çennet olsun.....
@elnarememmedova7300
@elnarememmedova7300 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@mahamadmammadov9203
@mahamadmammadov9203 3 жыл бұрын
Allah sene rehmet elesin aydaa niye bele olur Allahim😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Covboy10-
@Covboy10- 3 жыл бұрын
Allah rahmet eylesin nur icinde yatsin
@tahirekazimova7204
@tahirekazimova7204 3 жыл бұрын
Bal Oglan cox heyif
@revannesibov7396
@revannesibov7396 3 жыл бұрын
Yeri cennet olsun
@shlaagayeva2434
@shlaagayeva2434 3 жыл бұрын
Heyif senden senetkar zible qalmis karona dünyadan gedenleride mezara yalqiz ötürdükk 😔😔😔😔😔😔😔😔😔😔
@kohnbakili6430
@kohnbakili6430 3 жыл бұрын
😔
@nrgizabdullayev8630
@nrgizabdullayev8630 3 жыл бұрын
Allah rehmet elesin gözel muğanli 😪😪😪😪
@rehimewukurova3131
@rehimewukurova3131 3 жыл бұрын
Allah rehmet elesin,yeri cennet olsun amin! Her senetkar dünyasın deyişdikce onu sevenler ne qeder sarsıntı keçirirler men bilirem çünki men Baloğlan müellimin,Sabir müellimin,Mehebbet müellimin fanatı olmuşam. Allah dünyasını deyişen sevilen müğennilere bir daha rehmet elesin amin!
@fizulimemmedov4543
@fizulimemmedov4543 3 жыл бұрын
😢
@user-rs9ke4vd1w
@user-rs9ke4vd1w 3 жыл бұрын
Xelbette Azerbaycan xalqi onu cox sevirdi ne ise
@mahmudatakisiyev9412
@mahmudatakisiyev9412 3 жыл бұрын
Allah rahmet etsin sene
@bakubaku5112
@bakubaku5112 3 жыл бұрын
Kaşki, 1 il də çıxmazdı!☝️
@rufetkicikmirzeyev668
@rufetkicikmirzeyev668 3 жыл бұрын
Eybi yox tarix məllim cələng yoxdusa da cox böyük təsəllimiz var ki hamı onun ölümünə cox cox heyifsilənir bu əsil insan ücün dəyərdir təsəlliidir
@bahar141
@bahar141 3 жыл бұрын
Niye bir ekli qoymadnz mezarı üstne.hanı arvadı oğlu😥😠
@rebbiabbasl2963
@rebbiabbasl2963 3 жыл бұрын
♥♥♥♩♩♩🎤🎤🎥😢😢😢😢👤😢😢😢
@hafizeeliyeva6403
@hafizeeliyeva6403 3 жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@miragadadawov8938
@miragadadawov8938 3 жыл бұрын
😭😭
@miragadadawov8938
@miragadadawov8938 3 жыл бұрын
😭😭
@miragadadawov8938
@miragadadawov8938 3 жыл бұрын
Allah rəhmət eləsin🙏🤲😥😥
Əməkdar artist təcili əməliyyat olundu - SON VƏZİYYƏTİ
1:23
Пробую самое сладкое вещество во Вселенной
00:41
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 34 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Bu Şeherde - Mətanət Əsədova Toyda (KefAl konserti, 2018)
11:13
Bu Şəhərdə
Рет қаралды 1,1 МЛН
Hacı Şahin  Allah insanı hadisələrlə sınayır diqqətli olun
26:19
Niyameddin  Musayev - "Dunya Senin Dunya menim dunya hec kimin..."
7:06
Arzu Qurbanov
Рет қаралды 14 МЛН
Coşqun Rəhimov: "Mənim dünyam o idi..."
46:30
AStar
Рет қаралды 75 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41