Əməliyyatdan sonra yaranan limfalar qorxuludurlarmı? Dr.Sadiq Bəbirov

  Рет қаралды 7,453

Dr. Sadiq Bəbirov

Dr. Sadiq Bəbirov

Күн бұрын

Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər. Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.
Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.
Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var. Limfa kapilyarları bütün orqanlarda var.
Bədənin hər hansı yerində limfa düyünlərin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir. Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur.
Limfa düyünün böyüməsi və iltihabı "limfadenit" adlanır. Limfadenit irinli ola bilər. İrinli limfadenitin əsas simptomları limfatik düyünün böyüməsi və ağrılı olması, bu yerdə olan dərinin qızarması, bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik. Vaxtında müalicə olunmadıqda (cərrah müalicə edir) irinli limfadenit ağır fəsadlar verə bilər. Bu zaman limfatik düyünün qişası yırtılır və burada yığılmış irin ətrafdakı toxumalara yayılır. Buna fleqmona deyilir.
Uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır. Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərin.
Kəskin respirator infeksiyası, tonzillit, diş absesi (irinli iltihab), uşaq infeksion xəstəlikləri (məxmərək, qızılca, su çiçəyi, parotit) və digər infeksion, bakterial xəstəlikləri zamanı limfa düyünləri böyüyür və iltihablaşır. Bu zaman böyümüş limfa düyünləri yumşaq və əllədikdə bir qədər ağrılı olur.
İnsan sağaldıqdan sonra limfa düyünləri adətən öz normal ölçülərinə qayıdır.
Limfa düyünlərin uzun müddət ərzində böyümüş vəziyyətdə qalması insanda brusellyoz, listerioz, mononukleoz kimi xəstəliklərin və QİCS-infeksiyanın əlaməti ola bilər.
Bəzi hallarda böyümüş limfa düyünü xərçəng xəstəliyinin əlaməti ola bilər.
Şiş xəstəlikləri zamanı xərçəng birbaşa limfa düyünləri zədələyə bilər və ya digər orqanlarda inkişaf edən xərçəng limfa düyünlərə metaztaz edir.
Limfa düyünlərin şiş xəstəlikləri arasında ən tez-tez rast gəlinən limfoqranulematoz və limfosarkoma xəstəlikləridir. Bu xəstəliklər zamanı limfa düyünlər 3-4 sm kimi və daha artıq böyüyür, bərk və əlləmə zamanı ağrısız olur.
Döş və qarın boşluğu limfa düyünlərin xərçənglə zədələnməsini müəyyən etmək kifayyət qədər çətin olur.
Limfa düyünlərin metastatik zədələnməsi müxtəlif xərçəng xəstəlikləri zamanı qeyd oluna bilər. Şiş hüceyrələri limfanın axını ilə limfa düyünlərinə düşərək, burada çoxalmağa başlayır ki, nəticədə limfa düyünləri böyüyür.
Daha tez-tez hallarda limfa düyünlərinə süd vəzi xərçəngi, melanoma, qalxanvari vəzi xərçəngi, dil və qırtlaq xərçəngi, düz bağırsağın xərçəngi, ağ ciyərin xərçəngi metastaz verir. Bu zaman böyümüş limfa düyünü bərk və ağrısız olur.
Qasıq limfa düyünlərin böyüməsi melanoma, vulva xərçəngi, düz bağırsağın xərçəngi baş verir. Qoltuğaltı nahiyəsində limfa düyünlərin böyüməsinə süd vəzi xərçəngi, melanoma, limfoqranulematoz və s. səbəb ola bilər. Boyunun limfa düyünləri qalxanvari vəzi xərçəngi, qırtlaq xərçəngi, dil xərçəngi, limfoqranulematoz zamanı böyüyə bilər.
Beləliklə, böyümüş limfa düyünləri çox ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən özünüzdə böyümüş limfa düyünü aşkar etdikdə mütləq həkimə müraciət edin.Endokrin Mərkəz
Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
Tel: (012) 514 45 01; (012) 514 45 02
Mobil: (050) 210 23 44
Facebook: Endokrin Merkez
İnstaqram: endokrin.merkez

Пікірлер: 39
@dr.sadiqbbirov2230
@dr.sadiqbbirov2230 Жыл бұрын
Endokrin Mərkəz Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A Tel: (012) 514 45 01; (012) 514 45 02 Mobil: (050) 210 23 44 Facebook: Endokrin Merkez İnstaqram: endokrin.merkez
@ruslanquliyev2910
@ruslanquliyev2910 Жыл бұрын
Salam. Bəli məndə metostaz vermişdi Sadiq həkim əməliyyat etdi. İndi min şukur hər şey qaydasındadır. Var olsun həkimim
@dadashrzayev060
@dadashrzayev060 Жыл бұрын
qardaş 1,2 söz soruşmaq olarmı?
@ruslanquliyev2910
@ruslanquliyev2910 Жыл бұрын
@@dadashrzayev060 buyurun
@dadashrzayev060
@dadashrzayev060 Жыл бұрын
@@ruslanquliyev2910 məndə sol çənə altında limfa düyünü var şişib... bu şiş hardasa 4 il qabaqdan var . getmişdim həkimə dedi heçnə yoxdu... indi 1 aydı görürəm şişkinlik biraz böyüyüb .. getdim həkimə uziyə düşdüm ... ölçüsü 19.9 x 8.2 mm oldu. həkim müalicə yazdı ki müalicəni elə 2 ay sonra gəl baxım kiçilibmi ... bu şişkinlik məndə 4 ildi var . bu məni narahat edir də , xərçəng ola bilərmi ...
@ruslanquliyev2910
@ruslanquliyev2910 Жыл бұрын
Sadiq həkimə gedin baxsın.amma əgər xərçəng şübhəsi olsa idi usm muainədə bilinərdi
@dadashrzayev060
@dadashrzayev060 Жыл бұрын
@@ruslanquliyev2910 qardaş sizdə də limfa idi metastaz verən?
@bakcellazercell2751
@bakcellazercell2751 Жыл бұрын
Doktor cox sag olun.
@AsminaZohrabzade
@AsminaZohrabzade 2 ай бұрын
Men nece gelim qebula
@LEO-ze3sc
@LEO-ze3sc Жыл бұрын
Salam doktor mende boyun cene altinda linfalar wiwib boyuyib tehlukelidi
@DeyanetEmirov-y3c
@DeyanetEmirov-y3c 9 ай бұрын
Salam dokdur menim oğlumda 5. İle yaxındı findıx boyda linfalar var bu ne ola biler
@lale2868
@lale2868 Жыл бұрын
Salam dokdur menim yoldasimin bedeni doludu ozude iri vezilerdir narahatdi nece illerdirki bunda var evvel az iydi indi coxdu her terefinde var
@sofisofi1950
@sofisofi1950 Жыл бұрын
Həkim salam. Mən 2019 cu ildə mədə xərçəngindən əməliyyat olmuşam. Mənim göbəyimin sol tərəfində piy toxumasının arasında yenitörəmə aşkar olunub, ətrafında da limfalar var . Milli onkologiya mərkəzində ximya alıram. 6 kursdan sonra 1 cm dən kiçik olur, ximya dayanan kimii yenidən böyüyür. Hal hazırda 5 sm dir. 4 ildir ki belədir. Həkimlər əməliyyat eləmək istəmirlər ki qan damarlarının yanındadı.Mənə nə məsləhət verərdiniz? Öncədən sizə təşəkkür edirəm.
@turalshixaliyev2290
@turalshixaliyev2290 Жыл бұрын
Salam .Beş qalxanabənzər veziden başa metastaz veribsə onun müalicəsi mümkündürmu çox xahiş edirəm cavablandirardiz öncədən təşəkkürlər
@kkkkk3492
@kkkkk3492 Жыл бұрын
Salam həkim məndə 2019 cu ildə Milli Ankologiyada Əziz Əliyev əməliyyat edib məndə maligin idi yod da almışam 2 dərəcəli bədxassəli idi qızımında zobunda dəyişiklik var qorxuram nəsə ola bilərmi
@NatiNati-us9oh
@NatiNati-us9oh 9 ай бұрын
Salam hekim menim qizim 3 yasinda hockin lenfomasi olub.2ci merhelede olub. 4 cu ilin icindedir.Indi 8 yasina kecib. Muayineler yaxsi cixir.kimyada olunub 4il bunub. Indi yaxsidi.milli onkologiyada olunub .tekrarlana bilermi.qorxuludurmu.
@NatiNati-us9oh
@NatiNati-us9oh 9 ай бұрын
Zehmet olmasa yazardiz
@CreateHome2011
@CreateHome2011 Жыл бұрын
Salam hekim ya burdaki insanlar . Mende duyunlu zob var.biopsiya etdiler temiz cixdi . Ancaq neytratinin 11faiz cixdi hekim deyir emelyat olmalisan nece doqrudu.Kimin basina gelib bele bir sey ola bilermi ? Rassiyadan yaziram
@faberliker
@faberliker Жыл бұрын
Məndə də var idi.Biopsiya etdilər.1 il sonra əməliyyat oldum
@CreateHome2011
@CreateHome2011 Жыл бұрын
@@faberliker mende biopsiya temiz cixib sizde de temiz idi.?
@faberliker
@faberliker Жыл бұрын
Deyilənə görə təmiz idi.Amma həkimə son dəfə getdikdə, həkim dedi şükr edin yayılmayıb.Biopsiyanı Fuad Əliyev etmişdi.Ümumiyyətlə biopsiya olunursuzsa sonu əməliyyatla bitir.
@naylerzayeva
@naylerzayeva Жыл бұрын
Salam doktor zehmet olmasa adresinizi jyazardızda sizin yanıza oğlumu götürmek isdiyirem oğlumun 15 yaşı var oğlumda linfa vezisi şişmişdì malice etdim indide balalayım ankoloşiyada apardım deyirler qorxulu hecne yoxdu deyirler amma men niğaranan siz baxa bilersiz zehmet olmasa adresinizi deyerdiz?
@dr.sadiqbbirov2230
@dr.sadiqbbirov2230 Жыл бұрын
Salam. Endokrin Mərkəz Nərimanovda Heydər Əliyev mərkəzinin arxasında Neptun market var. Marketin arxasında klinika yerləşir. Həsənoğlu küçəsi 16A Əlavə suallarınızla bağlı 050 210-23-44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
@nermineibrahimova6788
@nermineibrahimova6788 Жыл бұрын
@@dr.sadiqbbirov2230 hekim xais edirem cavab vererdiz zobun az calisani yuksek teziq qorxu heyacan verermi
@CreateHome2011
@CreateHome2011 Жыл бұрын
T3T4de normal cixib!
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Əllərdə və ayaqlarda keyləşmə hansı xəstəliyin əlamətidir?
17:55
Bioloji Tebabet Klinikası
Рет қаралды 451 М.
LİMFA DÜYÜNLƏRİ Niyə Şişir? Şişə nə səbəb olur?
10:49
Doctor Orman
Рет қаралды 112 М.
Limfa Vəzilərinin Böyüməsi  MÜTLƏQ BAXIN
2:34
Dr. Sadiq Bəbirov
Рет қаралды 60 М.
Limfa düyünləri niyə böyüyür? Xərçəngə çevrilə bilərmi?
43:21
Bioloji Tebabet Klinikası
Рет қаралды 53 М.
Süd vəzi xəstəliyinin ilkin əlamətləri nədir?
6:23
İCTİMAİ TV
Рет қаралды 6 М.
Limfa Vəzilərinin Böyüməsi -  MÜTLƏQ BAXIN
3:59
Dr. Sadiq Bəbirov
Рет қаралды 115 М.
Uşaqlarda Limfa Düyünü Varsa Bu Əlamətlərə Diqqət edin!
1:23
Dr. Günay Rəsulova
Рет қаралды 14 М.
Gicitkəni tanıyın, həkimə getməyəcəksiniz I Fizuli Hüseynov
14:59
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19