Məmməd Araz - Ya rəbbim, bu dünya sən quran deyil

  Рет қаралды 822

biraddimla YOL

biraddimla YOL

10 ай бұрын

Şeir: Məmməd Araz - Ya rəbbim, bu dünya sən quran deyil
Səsləndirmə: Ağalar Bayramov
Biraddımla'ya KZbinda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MƏMMƏD ARAZ - YA RƏBBİM, BU DÜNYA SƏN QURAN DEYİL
İnsandan insana körpümüz sınıb,
Ya rəbbim, hamımız sənə sığınıb.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək - yolumuz kəsik,
Qılınca əl atsaq - qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru.
Ya rəbbim, adilsən, hifz elə bizi,
Halal ocaqlara üzv elə bizi.
Gör harda, gör necə Məcnunuq hələ,
Qəbir qazmağınan məşğuluq hələ;
Külüng də bizimdi, torpaq da bizim,
Batmış da, yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq divanına.
Hələ mürgülüyük, xeyli mürgülü,
Zurnalı, qavallı, neyli-mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküləni yığan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş
Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa "mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə", "sizliyə" bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri,
Keçir ələyindən lovğa "mənləri",
Keçir bölünməklə öyünənləri.
Çoxluğa sədd olan "azlığı" uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndgir azların?
Kimdir yaradanı yaramazların?
"Əhdini cəhdinə girov qoyanlar?!"
Adını deməyək, deyək ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru sən özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
Ya rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var, -
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz çoban!
Qarışıb: xalq kimdi,
Xalqı çapan kim!
İşıq paylayan kim, işıq qapan kim...
Bu necə yuxudu... ayılmaq olmur,
Qaçanı qovandan ayırmaq olmur...
Nə qədər qaçacaq bu qaçan yazıq?
Nə qədər qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər - qaçır beləcə,
Buna "tut" deyiblər - qovur beləcə...
Ya rəbbim, mən sənə olanı dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovuşsa, düz-düzə qalsa,
Qalan dərdimizi yükləsək əgər -
Kəl olsa, nər olsa - qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan sən görən qudurğan deyil,
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağacda yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən deyil!
Bu sədlər, sərhədlər sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
1991
Ağalar Bayramov:
“Övladım Şəhriyar 1991-ci ildə qatar qəzasında faciəvi şəkildə həyatını itirib. Mənim əslim Ucardan olsa da, ömür-gün yoldaşım Şamama Qubadlı rayonunun Xocahan kəndindəndir. Oğlum hər il 1980-ci ildən vəfat edən gününə qədər, Qubadlının Xocahan kəndində nənə-babasını görməyə gedirdi. Vəfat edəndə də qərar verdik ki, əbədi olaraq orada uyusun. Ona görə nəşini Xocahana apardıq və 1991-ci il may ayının 4-də onu Xocahanda dağın başındakı qəbirstanlıqda dəfn etdik.28 il idi ki, oğlumun məzarından xəbərsiz idim. Yalnız bir müddət bundan əvvəl bir hərbiçi həkim mənim dediyim işarətlərlə gedib oğlumun məzarını tapıb, oradan şəkil çəkib göndərmişdi. Həmin şəkli görəndə ürəyim parçalanmışdı. Ermənilər digər qəbirlər kimi mənim oğlumun da məzarını dağıtmışdılar. Onun sinə daşını aparıblar. Bu, mənə çox pis təsir etmişdi. 2021-ci il yanvarın 30-a qədər, yəni, oğlumun məzarını görənə qədər gecələr yata bilmirdim.
Nəhayət ki, bir neçə qazi dostlarımın köməkliyi ilə yanvarın 30-da Qubadlıya yola düşdüm.
5-6 saatdan sonra oğlumun uyuduğu Qubadlının Xocahan kəndinə çatdıq. Məzarlıq yüksəklikdə, dağın ətəyində yerləşdiyi üçün ora az qala dizin-dizin, sürünə-sürünə getdim. Oğlumun məzarını görəndə isə... həmin anları necə təsəvvür etmək olar? Oğlumun məzarı üstə dedim:
“Güləndə yalandan gülmüşəm, oğlum
Amma indi zəfər çalıb, gəlmişəm oğlum.
Azərbaycan bayrağı ilə gəlmişəm oğlum”.
Məzarı üstə hönkür-hönkür ağlayıb, ürəyimi boşaltdım. Ona qədər sanki həmişə qulağıma səs gəlirdi ki, “vəfasız ata, 28 ildir ki, haradasan”.
#məmmədaraz #memmedaraz #yarəbbimbudünyasənqurandeyil #ağalarbayramov #ədəbiyyat #biraddimla #biraddimlayol

Пікірлер: 2
@ZabilCeferli
@ZabilCeferli 9 ай бұрын
Allah rəhmət eləsin!
@nacibnacaff6604
@nacibnacaff6604 5 ай бұрын
Mən öldüm......
Yol ayrıcında söhbət- Məmməd Araz
20:10
Naxcivantv
Рет қаралды 9 М.
Ağalar Bayramov "Dua"
6:14
Salman Namazli
Рет қаралды 9 М.
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 9 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 21 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
SUCAYƏT AZƏR
5:04
Xalil Xalilov
Рет қаралды 31 М.
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Həmid Pirnəbixah
Рет қаралды 1,1 МЛН
Zəlimxan Yaqub
13:25
Firuzə Səlimova
Рет қаралды 70 М.
Михаил Задорнов абсолютно откровенное интервью
56:50
Природа, экология, экопоселения - www.ecology.md
Рет қаралды 2,7 МЛН
Aparma Memmed Arazı - Vilayət Abbasov
4:35
nurlanshamil
Рет қаралды 81 М.
Yetim Eyvaz - Qarisiq Seirler
18:34
Samir Ismayilov
Рет қаралды 1,8 МЛН
Məmməd Araz - Dünya sənin, dünya mənim
1:53
biraddimla YOL
Рет қаралды 3,8 М.
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН